Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə16/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   12   13   14   15   16   17   18   19   ...   123

 
48
3
 Freyd Z. Psixoloqiya mass i analiz çeloveçeskoqo “Ya”  
// “Ya” i “ono”: trudı raznıx let. - kn.1. - Tbilisi, 1991. 
- S.76. 

Bax: Bodriyar J/ V teni molçalivoqo bolşinstva. -  
 Yekatrinburq, 2000. 

Freyd Z. Psixoloqiya mass i analiz çeloveçeskoqo “Ya” // 
İskusstvo kino. - 1990. - № 11. - S. 16. 

Yenə orada. 

Averintsev S.S. Sudbı Yevropeyskoy kulturnoy tradisii v 
epoxu perexoda ot antiçnosti k srednevekovyu // Sb. st. İz 
istorii kulturı srednix vekov i vozrojdeniya. - M.: 1976. -  
s.56.   

Losev A.F. Teatr yest iskusstvo liçnosti // Sb. st. İz 
istorii sovetskoy nauki o teatre.- M.: 1988. - S. 103-107. 
   
 
                                  2007-ci il  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                   
        ƏR VƏ ARVAD ÜÇÜN İNTİM TEATR 
                   yaxud 
           MƏŞƏDİ İBAD NECƏ VARSA 
 
     Bəri başdan məlumunuz olsun ki, mən Üzeyir bəy 
Hacıbəylinin sənət dünyası barədə deyilib-yazılanları 


 
49
təkrar eləməyəcəyəm; yəni məlumunuz olsun ki, mənim 
bu məqaləmi oxumaq, orijinal rakurslar, qəfil 
mülahizələr içindən görünən təhlil, şərh və yozumlarla 
tanış olmaq istəyən  şəxs milli mentalitetdə  ədəbi-
bədii hadisələrin qavranılması, onların mədəniyyət 
tarixində konkret estetik məna bildiricisinə 
çevrilməsilə bağlı formalaşmış düşüncə  qəliblərini 
“qatlayıb”  qırağa qoymalıdır, ya da “sındırıb” 
birdəfəlik tullamalıdır. Yoxsa bu araşdırmadan zövq 
almaq, Üzeyir bəyin Azərbaycan mədəniyyətinə 
münasibətində  aşkarlanan və  hələ indiyəcən rəsmi 
tədqiqatlarda vurğulanmayan bir neçə  cəhətə, məqama 
heyrətlənmək mümkün olmayacaq. İş bu ki, mən məqaləmdə 
Üzeyir bəyin komediyalarında dəfələrlə zühura gələn, 
lakin çoxsaylı eyhamlar, işarələr arxasında itib-batan 
və  nəticədə “tanınmayan”, anlaşılmayan bəzi gizli
məxfi mənaları faş etməkdən, bəyana gətirməkdən, 
çözməkdən ötrü ontoloji poetikanı, və onun təhlil 
metodologiyasını üstün tutmuşam,  
məqbul bilmişəm, yararlı saymışam. Elə isə... 
 
              
ONTOLOJİ POETİKADAN
1
  
               BOYLANAN MӘTLӘBLӘR   
 
    Ontoloji poetikanın məqsədi ədəbi personajın (öncə 
əsər qəhrəmanının) bədən özünəməxsusluğunun, bədən 
quruluşunun, bədən səciyyəsinin, fizioloji 
potensialının onun davranışına, danışığına, rəftarına, 
psixologiyasına, başqaları ilə münasibətlərinə, 
toplumsal siyasi əlaqələrinə, düşüncə  tərzinə  və 
birbaşa fikirlərinə təsirini öyrənməkdir. Məsələ budur 
ki, personajın bədəninin mövcudluq məntiqi, varolma 
məntiqi bədii  mətnin özü ilə ilişkili formalaşmış 
analitik şərhlərin, tarixi-sosial yozumların, fəlsəfi-
estetik süsləmələrin, təhlil hücrələrində çinlənmiş 
tənqidi yazıların, izahatların hamısından daha çox 
informativdir. 


 
50
     Ədəbi-bədii  əsərlərə ontoloji yanaşma yönü 
bədii mətnlərin içindən tamam yeni mənalar çıxarmağa 
qabildir. Bədən insanın ontoloji məğzini 
konkretləşdirir, onun vücudlar və  təzahürlər aləmində 
olum hüdudlarını müəyyənləşdirir. “Mən” bədəndən ayrı 
yaşamır. Bədənsiz “mən” yoxdur: amma əksinə ola bilir. 
“Mən”in ömrü “mən”in yaşadığı  bədənin ömrü qədərdir. 
Ömür hər bir vaxt bədənin ömrüdür. Tale “mən”ə 
verilir, ömür bədənə. Bədən yaşayır, “mən” isə 
taleyini gerçəkləşdirir. Personajın bədəni də haradasa 
ədəbi-bədii 
əsərin ontoloji pasportu, ontoloji 
vəsiqəsi kimi bir şeydir.         
     Ancaq  bununla  belə... personajın bədəni, demək 
olar ki, həmişə potensial müəmmadır. Çox vaxt bədii 
əsərlərdə 
bədən obrazın fəaliyyət cədvəli, 
ehtirasları, ideyaları və ovqatı arxasında gizlədilir. 
Bəlkə də elə buna görədir ki, ədəbi qəhrəmanı görkəmcə 
hərə öz təsəvvürndə bir cür “rəsm edir”. Lakin bədii 
əsərdə  bədən özünü tanıtmaq, özünü göstərmək, başqa 
cür desək, güzgülənmək imkanını, fürsətini, bir an da 
olsun belə, əldən qaçırmır.  
     Nə səbəbə? Çünki personaj “bədənləşəndə”, konkret 
bədənə  sığanda onun kosmosla birbaşa ilişkisi fiksə 
edilir. Burada mediator, təbii ki, müəllif olur. 
“Mən”i kainatla, ərşlə, fələk və  mələklərlə bağlayan 
bədəndir. Deməli, bu xüsusda “mən”in iradə payı 
minimaldır. Nədən ki, iradə hər an bədənin hökmünə və 
diktəsinə tabedir. Bu hökm (diktə) Allahdan, tanrı  
planetlərindən, tanrı bürclərindən, tanrı 
ulduzlarından gəlir. 
İnsanın, eləcə 
də 
ədəbi 
qəhrəmanın, fəaliyyət yönü də,  əməlinin hüsnü də, 
bütövlükdə yaşamaq üslubu da, həyat tərzi də onun 
bədən imkanları ilə şərtlənir. Bədən hər bir əsər üçün 
həlledici ontoloji faktordur. 
      Amma  nədənsə personajın bədəni müəllifdən ötəri 
heç vaxt problemə çevrilmir, onu aktiv şəkildə məşğul 
eləmir. Müəllif yaradıcılıq prosesində personajı 
həmişə canlı-canlı, konkret bir qiyafədə “görür”, 


 
51
təsəvvür edir. Bu, birincisi. İkincisi: müəllif 
bilincaltı qatında personajın bədəni ilə daim sensual 
rabitədədir.  Əkizlər bir-birlərini necə duyurlarsa, 
müəllif də  qəhrəmanın bədənini eləcə duyur. Bu da 
sonucda ona gətirib çıxarır ki, müəllif öz 
personajının bədəninə, onun bədəninin gündəlik həyat 
ritminə qarşı etinasızlaşır (axı, o mənəm). 
Yaradıcılıq zamanı müəllif öz bədənini “unutduğu” kimi 
personajın bədənini də “unudur”. Nəticə də bu olur ki, 
heç kəs öz təsəvvüründə personajı, əsərdə necə varsa, 
elə düz o cür də “rəsm” edə bilmir. Yəni oxucu 
imaginasiyasında  ədəbi personaj bədən etibarı ilə heç 
vədə müəllifin yaratdığı obrazın aydın fotoşəkli olmur 
və bir qayda kimi yalnız fotoşəklin qarışıq siluetli 
neqativi qismində  təcəssüm tapır. Güzgü variantı 
burada işləmir.  Ədəbi qəhrəmanın kino versiyası, yəni 
ekran vizuallığı bütün hallarda təqribi yaxınlaşmadır, 
rejissor, rəssam, aktyor və qrim ustasının “personaj” 
ətrafında improvizəsidir. Bu da ondan irəli gəlir ki
müəllif həmişə ideya, hadisə, ovqat “həşirindədir” və 
o, resipiyentin diqqətini planlı  şəkildə  mənaya, 
mənanın kontekstinə 
və 
səbəblərinə doğru 
istiqamətləndirir, qəhrəmanın bədənini isə obyektivə 
salmır. Belə olduqda oxucunun personajı görməyə,  əsər 
boyu onun ontoloji mövcudluq partiturasını izləməyə 
hövsələsi çatmır. Çünki oxuyub təsəvvürdə görmək 
oxuyub dərk etməyin növbəti mərhələsidir, yaradıcı 
işdir və  aşırı vaxt aparır. Digər tərəfdən  ədəbi 
personajın görkəmi daim improvizələrə açıqdır. Niyəsi 
də bu ki, “kök”, “arıq”, “ucaboy”, “enlikürək”, 
“qozbel”, “sarışın”, “qıvrımsaç”, “topasaqqal” kimi 
təyinlərin həyatda yüzlərcə variantı, modifikasiyası 
var: hansı  bəyənilsə, məqbuldur, mübahisəsi yoxdur. 
Bunun müqabilində isə  ədəbi  əsərdə personajın  əməli, 
davranışı çox konkretdir. Odur ki, oxucu, demək olar 
bütün vəziyyətlərdə, personajın görkəmini onun əməlinə 
görə öz təsəvvüründə “rəsm” edir. O da mümkündür ki, 
hər hansı bir bədii  əsərin konstruksiyasında, bədən, 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə