Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə17/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   13   14   15   16   17   18   19   20   ...   123

 
52
necə deyərlər, “kölgələnsin”, özünə müəllif 
təsvirində tamamlanmış qiyafə tapmasın, müəyyən bir 
detalla, işarə ilə, nişanla bildirilsin. Bu zaman 
bədii  əsər üçün bədənin daşıdığı ontoloji məna 
dəyişməyəcək, azalmayacaq. Səbəbi də bu ki, ədəbi 
əsərin olay və situasiyalarının mahiyyətini, hüsnünü, 
qayəsini və janr əlamətlərini yalnız və yalnız 
personajın bədəni, bu bədənin potensial imkanları, 
potensial enerjisi konkretləşdirir. 
     Bu  baxımdan məhz ontoloji poetika Ü.Hacıbəylinin 
ədəbi-bədii dünyasını gözlənilməz rakursdan və tamam 
yeni bir tərzdə işıqlandırır. 
 
          ӘLA BURLESK, YӘNİ Kİ MӘSXӘRӘ 
 
     Mən çoxdandır ki fikirləşirəm, ayə, görəsən, 
Üzeyir bəy bəlayi-eşqə mübtəla olub bu bəladan cüda 
düşmək istəməyən, min bir əğyar cəfasına dözə-dözə 
mazoxist həzz aparan Leyli və Məcnunun şərəfinə Füzuli 
versiyasında nouhə, mərsiyə, ağı üstündə köklənmiş yüz 
faizlik, təmiz, çılxa qəm, hüzn, nalə  və on batman 
Allah sevgisindən, ilahi eşqdən ibarət muğam-opera 
yaratdıqdan, bu operanın “dadı”nı  çıxardıqdan, yəni 
onun fəxri, uğuru içində bulunub tərifini eşitdikdən 
sonra “Ər və arvad”, “O olmasın, bu olsun” kimi 
birbaşa milli gülüş  mədəniyyətinin qaynaqlarına 
söykənən məişət komediyalarını  nə  səbəbə yazmış ola? 
Elə-belə dilxoşluq naminə? Daxili tələbatdan? Özünü 
yeni janrda sınamaqdan ötrü? Müsəlman operasından 
müsəlman operettasına lağım atmaq ehtiyacından? Bəlkə 
XX yüzilin ilkin mərhələsində azərbaycanlı mentaliteti 
üçün komediya janrının hüdudlarında öz təcəssümünü 
tapan mövzuları daha aktual saydığına görə? Nə isə... 
fal açmağına dəyməz. Çünki bu sualların hər birinə 
konkret cavab məhz Üzeyir bəyin  əsərlərinin içindən 
zühura gəlir. Bu “İÇ” isə  həmişə permanent şəkildə 
“Leyli və  Məcnun”dur. Dedim və  məsələni bir az 
sadələşdirməyi lazım bildim.  


 
53
     Həqiqətən, kişi və qadın münasibətlərinin 
məğzini, cövhərini,  əlifbasını  təşkil edən EŞQİN, 
SEVGİNİN, NİGAHIN təzahür və  cərəyan məntiqi, tarixi, 
ictimai-sosial, etnik-siyasi, kulturoloji aspekti, 
psixofizioloji təbiəti, patologiyası Üzeyir bəy 
Hacıbəyli yaradıcılığının bir nömrəli problemidir. Bu 
yöndən baxanda aydın görünür ki, Üzeyir bəyin hər bir 
əsəri bir EŞQ  variantıdır, bir SEVGİ macərasıdır, 
sonucda isə “Leyli və  Məcnun” motivləri üzərində 
sərbəst gəzişmədir. Amma hər dəfə bu hadisənin adı 
başqa-başqadır. Bu xüsusda, mən bilirəm ki
soruşacaqlar: “Bəs “Koroğlu” necə olsun?” Ona görə 
bəri başdan sualı özüm verirəm. Məgər Üzeyir bəyin 
“Koroğlu”su nazlı yar Nigarla aşıq Rövşənin sevgi 
əhvalatını, macərasını, ayrı cür desəm, “Leyli və 
Məcnun”un növbəti yozumunu bəyan etmirmi? Və  hətta... 
mənim gümanım var ki, “Ər və arvad”, “O olmasın, bu 
olsun”, “Arşın mal alan” kimi komediyalar “Leyli və 
Məcnun”un astar üzüdür, tərs variantıdır. 
     Sözümün canı bu ki, Üzeyir bəy öz əsərlərində ilk 
operasının mövzu çərçivəsindən, onun tilsimli 
çənbərindən heç vaxt kənara çıxa bilməyib. Nə yazıbsa, 
axırda yenə qayıdıb “Leyli və  Məcnun” üstündə 
improvizələr eləyib. 1908-ci ildən sonra Ü.Hacıbəyli 
sanki “Leyli və  Məcnun”un sehrinə, cazibəsinə düşür: 
hiss edir ki, opera onun bütün varlığına hakimdir. 
Yəqin elə bunu duyduğuna görə  də Üzeyir bəy çalışır 
ki, “Leyli və  Məcnun” kimi qəşəng bir “kabus”dan tez 
bir zamanda yaxasını qurtarsın. Bu məqsədlə dahi 
Hacıbəyli  EŞQ, QƏZƏL, MUĞAM  iksirindən zühura gəlmiş 
fenomenal bir ŞƏRQ OPERASININ məstedici 
romantikasından tam azad olmaq, sevgini göylərdən yerə 
endirmək üçün qısa bir müddət  ərzində  “Ər və arvad” 
(1909), “O olmasın, bu olsun” (1910), “Arşın mal alan” 
(1913) komediyalarını yazır və bu əsərlərin 
kontekstində “Leyli və  Məcnun”un  əsas motivini, 
personajlarının iddia, əda və istəklərini lağa qoyub, 
MƏSXƏRƏYƏ qoyub onlara sataşmağa, gülməyə başlayır, 


 
54
aşiq və  məşuqə münasibətlərini gündəlik həyatın  ən 
adi ilişgiləri səviyyəsinə endirir, eşqi  BAZARA 
çıxarır, məişətin  ALVER obyektinə çevirir. Müəllif 
bəhanəni bəhanə dalıyca gətirib bir-birinə qovuşmayan 
və qovuşmadıqca pırpızlaşan eşq divanələrinin əlindən, 
onların sadomazoxist oyunlarından bezib, cana doyub öz 
komediyalarında camaatı cüt-cüt EVLƏNDİRİR, bir nəfər 
molla, bir kəllə  qənd və üç manat pulun köməyilə 
EVLƏNDİRİR,  fırıldağın, kələyin hesabına  EVLƏNDİRİR. 
Əlbəttə ki, bunu heç də Füzulinin “Leyli və Məcnun”una 
qarşı gizli bir qiyam kimi anlamaq lazım deyil. Mənim 
fikrimcə, Üzeyir bəy burada istəmişdi ki, öz 
operasının “eşqə giriftar” qəhrəmanlarının 
həyatiliyini sadə  məişət komediyalarının zarafat, 
şəbədə və  
rişxəndləri vasitəsilə bir daha sınağa çəksin. 
     İndisə keçək təhlilə. Bu “Leyli və Məcnun”, bu da 
“O olmasın, bu olsun”: Üzeyir bəyin yaradıcılıq 
salnaməsində yanaşıdır bu adlar. Biri ağıdır, nalədir, 
faciədir, digəri zarafatdır,  şəbədədir, komediyadır. 
Elə buradaca bir anlıq taym-aut götürürəm. “Məşədi 
İbad”ı komediya adlandırmaq olar, ya yox? Məncə, 
olmaz. Niyə? Hüzurunuza ərz eləyim ki, dram 
nəzəriyyəsinin komediya janrı üçün vacib saydığı iki 
əlamət bu əsərin təhlili zamanı 
aşkarlanmır. 
Birincisi: pyesin qəhrəmanı Məşədi İbad öz dövrünün və 
mühitinin, məişətinin heç bir qanununu, mənəvi-əxlaqi 
normasını, psixoloji standartını, davranış etiketini 
pozmur.  İkincisi: onun iddiası ilə imkanları arasında 
bir elə  də böyük ziddiyyət, təzad aşkarlanmır. Təbii 
ki, yaş fərqindən başqa. Ancaq bir dəqiqə.  
     Əgər gözəl Gülnaz kifir kişi Məşədiyə  ərə 
getsəydi, heç şübhəsiz, iyirmi ya da iyirmi beş ilə, 
necə deyərlər, oturuşmuş qadın kimi görünməliydi. XX 
əsrin ön sənələrində Azərbaycan mühiti üçün 30-35 
yaşlı qadın artıq potensial NƏNƏ demək idi. Yəni gözəl 
Gülnazla kifir kişi Məşədinin yaş  fərqi onlar 
evlənəndən sonra tədricən aradan götürüləcəkdi. 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə