91
ideyasını qəbul etmirlər. Beləliklə, Ruhun yeni
təcəssümü insanın ölümündən sonra bir neçə mərhələdə
baş verir. Birinci gün ölüm faktı təsdiqlənəndə Ruhdan
fiziki bədən ayrılır. Üçüncü gün növbə insanın efir
bədəninə çatır. Efir bədəninin fiziki bədənlə enerji
bağlantısı olduğundan (efir bədəni fiziki bədənin
matris düzümüdür) bu məqamda (müəyyən işıqlanma
zamanı) həmin bədəni bir kabus kimi ölmüş adamın
məzarı üstündə görmək olar. Əgər meyit hər hansı bir
səbəb üzündən basdırılmayıbsa (məsələn, xristianlar
ölünü üçüncü gün dəfn edirlər), bu hadisəni otaqda da
müşahidə etmək mümkündür. Yeddinci gün Ruh bədənin
astral qılafından azad olur. Xristianlar bu
münasibətlə doqquzuncu günü qeyd edirlər. Və nəhayət,
qırxıncı gün Ruh mental bədənlə “vidalaşır”. Mental
bədən Ruhun ayrıldığı axırıncı aşağı qılafdır. Bundan
sonra Ölümsüz Ruh öz təcəssümünü qurtarıb müəyyən
müddət Göylə Yer arasında (əraf, bərzəh) mövqelənir.
Ölümsüz Ruh üç bədəndən ibarətdir: Ali Eqo Bəbəni və
ya Kauzal bədən, Budda bədəni və Atman bədəni. Ruh
ölüm faktından ötüşən zaman boyunca bu prosesdən keçib
ilahi dünyaya, - Müqəddəs Üçbucağa, - adlayır və orada
öz yeni təcəssümünü gözləyir”.
14
Bununla da mənim
bayaqdan söylədiyim fikirlərdə tamam yeni bir dönəm
meydana gəldi: bədən ruhun fiziki dünyada görünən
obrazıdır, onun məkanda konkret təcəssümüdür. Ölümdən
o yana bədən ruh kimi yaşayır. Bu zaman bədən həmişə
ruhun yaddaşındadır, onun enerji qılafının matris
düzümündədir. Amma bir məsələ də var: fiziki dünyada
bədən görünə bilməyəndə mifə dönür. Varlığın formaları
içərisində görünər olmaq bədənin əlamətidir. Halbuki
bədən bizə görünən ruhdur. Biz ruhumuzun şəkli,
qiyafəsi, görkəmiyik. Onda belə çıxır ki, Ərəstun
bunları bilməyə-bilməyə (bəlkə də bilirmiş) haqlı olub
və deyib ki, bədəni ruh idarə edir. Ruhsuz bədən
meyitdir, kukladır, çürüntü materialıdır.
Lakin... və bir də lakin... problemin həlli yolları
çeşid-çeşid, hamısı da təzadlı. Amma iş bu ki,
92
mədəniyyət bədəndən utanır, çılpaq
əzələlər
fakturasından utanır. Mədəniyyət ruhun sferasıdır,
onun mövcudluq parametrlərini ruh müəyyənləşdirir.
Əgər qəbul olunursa ki, bədən ruhun evidir, ruhun
məkan görkəmidir, onda bunu necə başa düşək: körpə
doğulur və əlüstü bələnir: insan ölür və meyit həməncə
kəfənə (xristianlar ona ən yaxşı paltarlarını
geydirirlər) tutulur. Qəribədir, mədəniyyət permanent
surətdə bədənin çılpaqlığını gizlədir, çılpaqlığı
yasaqlayır; elə bil ki, mədəniyyət çılpaq insandan,
yalxı bədəndən çimçişir, onu murdar sayır.
BӘDӘN MURDARDIR, RUH MÜQӘDDӘS.
Çünki bədən mədəniyyətdə daim özgəsidir. Mədəniyyət
var qüvvəsilə, bütün mümkün vasitələrlə, müxtəlif
suggestiv
əqli hücumlarla bədəni təbiətdən
uzaqlaşdırmağa, onu öz imkanlarına görə öz sferasında,
öz koordinatlarında, öz laboratoriyasında təkrar
istehsal etməyə (kuklalar, robotlar, klonlar) çalışır.
Bədəni məxfiləşdirib onu eyhama çevirmək müsəlman
mədəniyyətinin ən cəlbedici oyunlarından biridir.
Ortaçağ xristian mədəniyyətində bədən az qala ruhun
düşməni kimi qavranılır; sanki iri bir çuvala
(katoliklərin cübbəsi, rahib və rahibələrin geyimi)
salınır və dışarı mühitlə təması minimuma endirilir.
Burada məqsəd bədəni iztirabla sınaqlardan
keçirməkdən, onu “məhv” etməkdən və
bədənin
əsarətindən çıxıb ruhlaşmaqdan ibarətdir.
İntibah dövründən ta bu günə qədər avropalı
dərzilər insan bədənini təkidlə ədabaz, pırpız
dizaynda biçilmiş paltarlara, qaftan və tumanlara,
nəfis, əlvan corablara “bürüməklə”, obrazlı desəm,
insanı kuklalaşdırmaqla məşğuldurlar.
İslam
mədəniyyətisə VII yüzildən üzü bəri kişi və qadın
geyim dəblərində mütəmadi olaraq bədəni görükdürməmək,
gizlətmək tendensiyasına sadiq qalır və müsəlmana
“sən potensial ölüsən” ideyasını aşılayıb onu öz
93
kəfənini (əmmamə) başında daşımağa kodlaşdırır.
Sufilik də burada yeni heç nə demir və insanı Allahın
kuklası bilir. Bir tək Uzaq Doğu mədəniyyəti (aborigen
tayfaların bədənə münasibəti barəsində xüsusi
danışılacaq: ancaq bu olacaq irəlidə) bədənə qismən
azad nəfəs almaq imkanı verir. Lakin buna baxmayaraq
Uzaq Şərqin gələnəksəl mədəniyyəti kontekstində bədən
daim rəsmi bəyan edilməmiş “təcavüzə” məruz qalır:
insanın ruhu, iradəsi, təcrübəsi, bilgisi şüurlu
surətdə öz bədənini arası kəsilməyən treninqlər
nəticəsində keyfiyyətcə dəyişməyə, onu potensial
meyitə (yoqa) və ya ideal kukla-robota (Şərqin ənənəvi
əlbəyaxa döyüş sənəti) çevirməyə yönəlir. Əgər yoqa
istirahəti zamanı idrak söndürülməyibsə, bədən meyit
kimi deyilsə, bu onu bildirir ki, bədən gərgindir və
kamilləşməyə hələ çox müddət var. Şərq əlbəyaxa döyüş
növlərində isə bədən öz enerjisini reaksiyanın,
davranışın mexanikləşməsinə, robotlaşmasına
istiqamətləndirir. Bununla da bədəndən “bədənlik”
alınır: təlimlərin köməyilə bədənin “ruhlaşması” və ya
ruhun materiyadan xilas olması prosesi gedir.
Mədəniyyət Ruha (sakral enerji) iddialı olduğundan
Bədəni öz oyuncağı, kuklası qismində görür. MƏDƏNİYYƏT
RUHA DÖNÜŞÜN, RUHA QAYIDIŞIN MANİFESTİDİR. Ona görə də
mədəniyyət müqədəs mətnlərin diliylə deyir ki, Ruhun
yeddi qiyafəsi var: fiziki bədən, efir bədəni, astral
və mental bədən, kauzal bədən, Buddha bədəni, Atman
bədəni. Bunlar da öz növbəsində Səmavi Loqosun
ifadəsidir.
15
Yəni mədəniyyət insanın əlindən öncə onun
bədənini alır və onu yalnız bir bildirici statusunda
qəbul edir.
BӘDӘN EYHAMDIR
16
,
işarədir, kukladır, oyuncaqdır. Sonucda mədəniyyətin
məqsədi də insandan məhz kukla, uyuq, müqəvva
yapmaqdır. Nə ki sadaladım, bunların hamısı ruhsuz bir
şey olub meyitə müsavi gələrlər. Bunun mənası nə? İş
Dostları ilə paylaş: |