4
Rəqabət aparma qabiliyyətinin aşağı səviyyədə olması və ya zəifliyi və s.
səbəblər.
stehsal prosesinin başlanması və davam etdirilməsi məqsədilə iqtisadi
resursların mövcudluğu və vəhdətinin təmin edilməsi gəlirləri və iqtisadi resurslar
anlayışını meydana gətirir.
Gəlir anlayışının müasir dövrdə aktual bir sahə kimi öyrənilməsi səbəblərindən
biri də onun qiymət amilidir. Gəlirin qiymət amili, onun sabit maliyyə və yetgin
gəlirin formalaşması sisteminin qiymət səviyyəsi ilə şərtlənməsidir. Qiymət sistemi,
bu amilin səviyyəsindən asılı olaraq gəlirlərin məhdudlaşdırıcı və ya artımı amili
rolunu oynaya bilir. Bunun əsas səbəbi ayrı-ayrı məhsullara olan tələbatın, onun
qiymətindən asılı olmasıdır. Bu asılılıq tələbin funksiyası adlandırılır. Sözü gedən bu
asılılıq repressiya metodu ilə "qiymət satış həcmi" qaydasında proqnozlaşdırılır.
Beləliklə də, qiymət və müəssisələrin gəlirləri, mənfəəti arasındakı əlaqə özünü
ə
sasən aşağıdakı istiqamətdə əks etdirir:
a) Qiymətlə rentabellik arasındakı əlaqə;
b) Tələbi stimullaşdırma;
c) Qiymət, rəqabət strategiyası baxımından;
d) Xərclər, xərclərin geri qaytarılması, zərərli və zərərsiz istehsal baxımından;
e) Qiymət və istehsal həcmindən asılı olaraq.
Xərclərin öyrənilməsinə nəzər yetirdikdə isə aparılmış intensiv araşdırmalardan
savayı, müəssisələrin xərclərinin uçotu zamanı xüsusi olaraq xarakteristikaların qeyd
olunmaması, uçotun analitik xüsusiyyətləri və sözü gedən uçotun operativliyinin
yüksəldilməsi istiqamətinin zəif araşdırılması onun müasir dövrdə inkişafı yönündə
öyrənilməsini aktual edir.
Problemin öyrənilmə vəziyyəti. Müəssisədə gəlirlərin və xərclərin öyrənilməsi
müəssisənin inkişafını təmin edən əsas amillərdəndir. Məhz bu problemin
öyrənilməsi onun inkişafına birbaşa təkan yaratmaqla uzun müddətli fəaliyyətini
təmin edir. Bu zaman bir sıra xüsusiyyətlərə diqqət yetirilməlidir. Bu
xüsusiyyətlərdən biri müəssisənin fəaliyyət sahəsidir. Bildiyimiz kimi, müəssisələrin
5
fəaliyyət sahələrindən asılı olaraq onların gəlirlərinin və xərclərinin uçotu, onların
öyrənilməsi, inkişaf etdirilməsi arasında əsaslı fərq yaranır. Müasir dövrdə bazar
iqtisadiyyatında bu sahələrin inkişafına xüsusi diqqət yetirilməlidir. Çünki
müəssisələrin istehsal etdiyi məhsullardan, göstərdiyi xidmətlərdən asılı olaraq
onların gəlirlilik səviyyəsi və bu məhsulların istehsalına və xidmətlərin
göstərilməsinə çəkilən xərclər də dəyişir. Buna səbəb kimi bazar iqtisadiyyyatında
tələb-təklif əyrisi, bazar qiymətlərindən, rəqabət şəraitindən asılılıq və s.-ni
göstərmək olar.
Xərclərin uçotu mühasibat uçotunda ən vacib yerlərdən birini tutur. Xərclərin
uçotunun aparılmasında əsas məqsəd bütün xərclərin ümumiləşdirilməsi, məhsul, iş
və xidmətlərin maya dəyərinin hesablanılmasıdır. Sözü gedən və qarşıya qoylmuş bu
problemin öyrənilməsi zamanı aşağıdakı vəzifələrin yerinə yetirilməsi əsas sayılır:
Müəssisədə məhsul istehsalı, işlərin yerinə yetirilməsi və xidmətlərin
göstərilməsi ilə əlaqədar bütün mövcud faktiki xərclərin, qeyri-istehsal
xərclərinin ayrı-ayrı sahələrində baş vermiş itkilərinin tam və etibarlı şəkildə
vaxtında uçot və hesabatda əks etdirilməsi;
Materialların sərfiyyatı və əməyin səmərililiyi nəzərə alınmaqla əvvəlcədən
təyin olunmuş normalar əsasında müəssisənin istifadəsində olan material,
ə
mək, maliyyə və s. resurslardan düzgün istifadə olunmasına nəzarətin olması;
Bitməmiş istehsal qalığı, hesabat dövrləri, görülən iş və xidmətlər üzrə istehsal
xərclərinin əsaslandırılmış şəkildə bölüşdürülərək məshul, iş və xidmətlərin
maya dəyərinin dəqiq hesablanılması;
Gələcək dövrdə xərclərin hansı yöndə hərəkət edəcəyi barədə qiymətləndirmə
aparıldığı zaman keçmiş dövrdə baş verən xərclərin dəyişmə tendensiyasının
ortaya çıxarılması;
Hər hansı bir məhsul növünün və ya kateqoriyasının istehsaldan çıxarılması,
yaxud onun yeni növünün istehsalına başlanılması qərarlarının verilməsi, yeni
texnologiyalardan istifadə olunmasının səmərəliliyinin hesablanılması və s.,
digər bir sözlə desək - planlaşdırma;
6
Faktiki və planlaşdırılmış xərclərin arasında fərqlərin meydana çıxarılması;
Xərclərin hansı yöndə dəyişəcəyinin öyrənilməsi, maya dəyərinin həcminə
təsir edən amillərin müəyyən olunması, xərclərin azaldılması yönündə
ehtiyatların üzə çıxarılması - təhlil;
Proseslərin idarə olunması yönündə qərar qəbulu prosesinin asanlaşdırılması
məqsədilə fəliyyət nəticələrinin qiymətləndirilməsi, digər şəkildə desək -
nəzarət və tənzimləmə;
Və təbii ki, məhsulun maya dəyərinin hesablanılması.
Məhsul, iş və xidmətlərin texniki keyfiyyət nəzarətinin təşkili, xərclərin detallı
formada analitik uçotunun aparılması şərtləri daxilində mümkün hesab olunur.
Əksər hallarda analitik uçot xərclərin yaranması yerlərinə əsasən konkret
istehsalat, sex və sahələr üzrə reallaşdırılır.
Xərclərin uçotu zamanı aparılan bu formada istehsalat növləri sahələr, sexlər, və
məhsul növləri xərclərin uçotunun obyektini təşkil edir.
Maya dəyəri kalkulyasiya olunmuş məhsullar üzrə xərcləri uçota alsaq,
kalkulyasiya obyektləri və xərclərin uçot obyektləri üst-üstə düşmüş olar. Bu da
ə
slində məhsulun maya dəyərinin hesablanması zamanı daha dəqiq olmağa imkan
yaradır. Lakin xərclər kalyulyasiya obyektləri üzrə deyil, daha geniş spektrumda
aparılırsa, onları məhsul növləri üzrə metodlara ayırmaq vacib sayılır.
Fəaliyyətə başlamış hər bir müəssisənin ilkin məqsədi gəlir əldə etmək
olduğundan, onun öyrənilməsi müəssisələrdə əsas amillərdən biri hesab olunur.
Gəlirlərə nəzər yetirdiyimizdə onun öyrənilməsi də bir neçə əsasa ayrılır.
Gəlirlərin ümumilikdə bir çox mənbələri, amilləri mövcuddur. Bu həm gəlir
ə
mələgətirən mənbələrin və amillərin öz təbiəti ilə sıx bağlıdırsa, digər bir tərəfdən
isə gəlirlərin tipləri özlüyündə təbiətlə şərtləşir.
Firmanın ümumi gəliri ilə onun satılmış məhsulunun dəyəri üst-üstə düşür. Lakin
burada diqqət yetirilməlidir ki, ümumi gəlir xalis gəlir mənasına gəlmir. Bu zaman
Dostları ilə paylaş: |