10
öhdəliklərin azalması formasında baş verir. ngiliscədə tərcüməsi "revise translation"
olaraq bilinir.
"Gə
lirlə
r üzrə
" kommersiya təşkilatları üçün 6 N-li MMUS-un aparılan
tədqiqatda istifadə edilməsində əsas məqsəd isə 1 №-li Milli Mühasibat Uçotu
Standartına istinadən müəyyən edilmiş qaydada müəssisə tərəfindən gəlirin "Mənfəət
və zərər" haqqında hesabatda ardıcıl, etibarlı və şəffaf formada tanınmasını,
qiymətləndirilməsini və açıqlanmasının təmin edilməsidir.
Xərclərin uçotunun dissertsaiya işində əks etdirilməsində əsas informasiya bazası
kimi isə bir sıra yerli və xarici ədəbiyyatlardan, həmçinin müəssisələrin fəaliyyəti ilə
bağlı məlumatlardan, müəssisələrdə istifadə edilən bir sıra sistemlərin
məlumatlarından istifadə edilmişdir. Burada onların iş xarakteristikası verilmiş və
xərclərin uçotunun təkmilləşdirilməsi barədə aparılan bir sıra tədbirlərdən söz
açılmışdır.
Tədqiqatın elmi yeniliyi. Bazar iqtisadiyyatında müəssisələrdə aparılan uçot
qaydalarına bir sıra dəyişikliklər olunmuşdur. Bununla əlaqədar olaraq gəlirlər və
xərclərin uçotunun təkmilləşdirilməsi yönündə bir sıra tədqiqat işləri aparılmışdır. Bu
həmçinin daxili bazarla yanaşı müəssisələrin xarici bazarlarda rəqabət qabiliyyətini
itirməməsi üçün də əsas hesab olunur. Tətbiq olunan gəlirlər və xərclərin uçotunun
təkmilləşdirilməsi müəssisənin fəaliyyətində ən əsas amilərdən hesab olunur. Çünki
müəssisənin uzunmüddətli mənfəət qazanmasına və onun bazarda daimi fəaliyyətinə
birbaşa təsir edən amillərdən biri də məhz sözü gedən bu amildir.
Burada bir sıra məsələlərin tətbiqinə və son nəticədə bu tətbiqin gətirəcəyi
faydalara geniş nəzər yetirilmişdir. Məsələn, aydın olduğu kimi xərclərin uçotunun
ə
nənəvi metodu keçən əsrdən aktual olmasına baxmayaraq, indiki dövrdə də bu
metoddan geniş istifadə olunur. Hal-hazırda yeni texnoloji imkanlar, iqtisadiyyatın
arası-kəsilmədən yeniliklərlə üz-üzə qalması, bazarların genişlənməsi və s. bu kimi
amillər mövcud köhnə sistemin və metodların dəyişilməsini mühüm edir. Bununla
ə
laqədar olaraq da ənənəvi metodla yanaşı funksional metod yarandı. Sözü gedən bir
çox problemlərin həlləri üsulları, onların öyrənilməsi bu metodda öz əksini tapmışdır.
11
Bu dissertasiyada sözü gedən metodun əhəmiyyəti, onun tətbiqinin müsbət və mənfi
cəhətlərindən bəhs edilmişdir. Gəlirlərin və xərclərin təkmilləşdirilməsi ilə əlaqədar
olaraq bir çox amillərə də diqqət yetirilmişdir.
Dissertasiya işinin sonunda bir sıra elmi nəticələr əldə edilmişdir:
∗ Beynəlxalq və Milli Standartlarla yanaşı müəssisələrin hesablar planının
qurulmasında və istifadə olunmasına azadlıq verilməsi vacib amildir. Çünki hər
bir müəssisənin özünə xas iş rejimi, məhsulları, xidmət növləri vardır.
∗ Funksional metodun öyrənilməsində əsas olan ABC sisteminin üstünlükləri,
müəssisələrin gəlirinin necə artırılması barədə yenilikləri;
∗ Bazar iqtisadiyyatı şəraitində inzibati amirlik sistemində tətbiq edilən
bölgülərdən fərqli olaraq beynəlxalq təcrübənin tətbiq edilməsi, uçot sisteminin
beynəlxalq səviyyəyə qaldırılması və s.
ş
in hə
cmi və
quruluş
u. Dissertasiya işi " şin ümumi xarakteristikası", 3 fəsil
olmaqla, I fəsildə 2, II fəsildə 5, III fəsildə isə 4 qarşıya qoyulmuş və tədqiq edilmiş
suallardan və ümumilikdə 83 səhifədən ibarətdir.
" şin ümumi xarakteristikası" bölməsi mövzunun aktuallığı, verilmiş problemin
öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, tədqiqatın obyekti, tədqiqatın
predmeti, tədqiqatın informasiya bazası, tədqiqat işinin yeniliyi, işin həcmi və
quruluşu olaraq 8 bölmədən ibarətdir.
Birinci bölmədə müəssisələrdə gəlirlər və xərclərin təsnifatı, onların tanınması
qaydaları, idarəetmə sistemində onların mahiyyəti və s. bu kimi məsələlərə diqqət
yetirilmişdir.
kinci bölmədə xərclərin uçotu, məhsulların maya dəyəri kalkulyasiyasının
metodlarından, xərclərin sifariş metodu ilə uçotu xüsusiyyətlərindən, onların
proseslər üzrə uçotu xüsusiyyətlərindən, tam və dəyişən xərclərdən, xərclərin
uçotunun funksional metodundan, kompleks xərclərin bölüşdürülməsi metodlarından
bəhs edilir.
III Fəsildə isə Beynəlxalq və Milli Mühasibat Uçotu Standartları əsasında
gəlirlərin uçotda əks etdirilməsi xüsusiyyətlərindən, malların satışı, xidmətlərin
12
göstərilməsindən alınan gəlirlərin sintetik və analitik uçotundan, faizlərdən, royalti və
dividendlərdən yaranan gəlirlərin sintetik və analitik uçotundan, gəlirlərin hesabatda
təqdim edilməsi və açıqlanmasının mövcud vəziyyəti və təkmilləşdirilməsi imkanları,
6 N-li "Gəlirlər üzrə" kommersiya təşkilatları üçün Milli Mühasibat Uçotu
Standartlarının uçot praktikasında tətbiq edilməsi imkanlarından bəhs edilir.