Microsoft Word lviyy lsahib q z m mm dovan n docx



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə4/25
tarix27.03.2018
ölçüsü0,58 Mb.
#35187
1   2   3   4   5   6   7   8   9   ...   25

 

 

10 



öhdəliklərin azalması formasında baş verir.  ngiliscədə tərcüməsi "revise translation" 

olaraq bilinir.  



       "Gəlirlər  üzrə"  kommersiya  təşkilatları  üçün  6  N-li  MMUS-un  aparılan 

tədqiqatda  istifadə  edilməsində  əsas  məqsəd  isə  1  №-li  Milli  Mühasibat  Uçotu 

Standartına istinadən müəyyən edilmiş qaydada müəssisə tərəfindən gəlirin "Mənfəət 

və  zərər"  haqqında  hesabatda  ardıcıl,  etibarlı  və  şəffaf  formada  tanınmasını, 

qiymətləndirilməsini və açıqlanmasının təmin edilməsidir. 

       Xərclərin uçotunun dissertsaiya işində əks etdirilməsində əsas informasiya bazası 

kimi isə bir sıra yerli və xarici ədəbiyyatlardan, həmçinin müəssisələrin fəaliyyəti ilə 

bağlı  məlumatlardan,  müəssisələrdə  istifadə  edilən  bir  sıra  sistemlərin  

məlumatlarından  istifadə  edilmişdir.  Burada  onların  iş  xarakteristikası  verilmiş  və 

xərclərin  uçotunun  təkmilləşdirilməsi  barədə  aparılan  bir  sıra  tədbirlərdən  söz 

açılmışdır. 

       Tədqiqatın  elmi  yeniliyi.  Bazar  iqtisadiyyatında  müəssisələrdə  aparılan  uçot 

qaydalarına  bir  sıra  dəyişikliklər  olunmuşdur.  Bununla  əlaqədar  olaraq  gəlirlər  və 

xərclərin uçotunun təkmilləşdirilməsi yönündə bir sıra tədqiqat işləri aparılmışdır. Bu 

həmçinin  daxili  bazarla  yanaşı  müəssisələrin  xarici  bazarlarda  rəqabət  qabiliyyətini 

itirməməsi  üçün  də  əsas  hesab  olunur.  Tətbiq olunan  gəlirlər  və  xərclərin  uçotunun 

təkmilləşdirilməsi  müəssisənin  fəaliyyətində  ən  əsas  amilərdən  hesab  olunur.  Çünki 

müəssisənin uzunmüddətli mənfəət qazanmasına və onun bazarda daimi fəaliyyətinə 

birbaşa təsir edən amillərdən biri də məhz sözü gedən bu amildir. 

       Burada  bir  sıra  məsələlərin  tətbiqinə  və  son  nəticədə  bu  tətbiqin  gətirəcəyi 

faydalara  geniş  nəzər  yetirilmişdir.  Məsələn,  aydın  olduğu  kimi  xərclərin  uçotunun 

ə

nənəvi  metodu  keçən  əsrdən  aktual  olmasına  baxmayaraq,  indiki  dövrdə  də  bu 



metoddan  geniş  istifadə  olunur.  Hal-hazırda  yeni  texnoloji  imkanlar,  iqtisadiyyatın 

arası-kəsilmədən  yeniliklərlə  üz-üzə  qalması,  bazarların  genişlənməsi  və  s.  bu  kimi 

amillər  mövcud  köhnə  sistemin  və  metodların  dəyişilməsini  mühüm  edir.  Bununla 

ə

laqədar olaraq da ənənəvi metodla yanaşı funksional metod yarandı. Sözü gedən bir 



çox problemlərin həlləri üsulları, onların öyrənilməsi bu metodda öz əksini tapmışdır. 


 

 

11 



Bu dissertasiyada sözü gedən metodun əhəmiyyəti, onun tətbiqinin müsbət və mənfi 

cəhətlərindən  bəhs  edilmişdir.  Gəlirlərin  və  xərclərin  təkmilləşdirilməsi  ilə  əlaqədar 

olaraq bir çox amillərə də diqqət yetirilmişdir. 

       Dissertasiya işinin sonunda bir sıra elmi nəticələr əldə edilmişdir: 

∗  Beynəlxalq  və  Milli  Standartlarla  yanaşı  müəssisələrin  hesablar  planının 

qurulmasında və istifadə olunmasına azadlıq verilməsi vacib amildir. Çünki hər 

bir müəssisənin özünə xas iş rejimi, məhsulları, xidmət növləri vardır. 

∗  Funksional  metodun  öyrənilməsində  əsas  olan  ABC  sisteminin  üstünlükləri, 

müəssisələrin gəlirinin necə artırılması barədə yenilikləri; 

∗  Bazar  iqtisadiyyatı  şəraitində  inzibati  amirlik  sistemində  tətbiq  edilən 

bölgülərdən fərqli olaraq beynəlxalq təcrübənin tətbiq edilməsi, uçot sisteminin 

beynəlxalq səviyyəyə qaldırılması və s. 



         şin həcmi və quruluşu. Dissertasiya işi " şin ümumi xarakteristikası", 3 fəsil 

olmaqla, I fəsildə 2, II fəsildə 5, III fəsildə isə 4 qarşıya qoyulmuş və tədqiq edilmiş 

suallardan və ümumilikdə 83 səhifədən ibarətdir. 

       " şin  ümumi  xarakteristikası"  bölməsi  mövzunun  aktuallığı,  verilmiş  problemin 

öyrənilmə  səviyyəsi,  tədqiqatın  məqsəd  və  vəzifələri,  tədqiqatın  obyekti,  tədqiqatın 

predmeti,  tədqiqatın  informasiya  bazası,  tədqiqat  işinin  yeniliyi,  işin  həcmi  və 

quruluşu olaraq 8 bölmədən ibarətdir. 

       Birinci  bölmədə  müəssisələrdə  gəlirlər  və  xərclərin  təsnifatı,  onların  tanınması 

qaydaları,  idarəetmə  sistemində  onların  mahiyyəti  və  s.  bu  kimi  məsələlərə  diqqət 

yetirilmişdir. 

        kinci  bölmədə  xərclərin  uçotu,  məhsulların  maya  dəyəri  kalkulyasiyasının 

metodlarından,  xərclərin  sifariş  metodu  ilə  uçotu  xüsusiyyətlərindən,  onların 

proseslər  üzrə  uçotu  xüsusiyyətlərindən,  tam  və  dəyişən  xərclərdən,  xərclərin 

uçotunun funksional metodundan, kompleks xərclərin bölüşdürülməsi metodlarından 

bəhs edilir.  

      III  Fəsildə  isə  Beynəlxalq  və  Milli  Mühasibat  Uçotu  Standartları  əsasında 

gəlirlərin  uçotda  əks  etdirilməsi  xüsusiyyətlərindən,  malların  satışı,  xidmətlərin 



 

 

12 



göstərilməsindən alınan gəlirlərin sintetik və analitik uçotundan, faizlərdən, royalti və 

dividendlərdən yaranan gəlirlərin sintetik və analitik uçotundan, gəlirlərin hesabatda 

təqdim edilməsi və açıqlanmasının mövcud vəziyyəti və təkmilləşdirilməsi imkanları, 

6  N-li  "Gəlirlər  üzrə"  kommersiya  təşkilatları  üçün  Milli  Mühasibat  Uçotu 

Standartlarının uçot praktikasında tətbiq edilməsi imkanlarından bəhs edilir. 

 

 



 

 

 

 

 

 

 

 

 


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə