Microsoft Word lviyy lsahib q z m mm dovan n docx



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə5/25
tarix27.03.2018
ölçüsü0,58 Mb.
#35187
1   2   3   4   5   6   7   8   9   ...   25

 

 

13 



I  Fəsil.  Müəssisənin  gəlir  və  xərclərinin  mahiyyəti, 

təsnifatı və tanınması xüsusiyyətləri 

1.1  darəetmə  qərarlarının  qəbulu  üçün  xərclərin 

mahiyyəti və təsnifatı 

Məhsulun maya dəyərinin aşağı salınması və bununla əlaqəli olaraq  ehtiyatların 

müəyyən  olunması,  məsrəflərin  uçotunun  aparılması  məqsədilə  onların 

təsnifləşdirilməsi  mütəmadi  olaraq  həyata  keçirilməkdədir.  Yeni  Hesablar  Planında 

" stehsalat məsrəfləri" anlayışı üçün 202 saylı " stehsalat məsrəfləri" hesabı nəzərdə 

tutulmuşdur.  stehsal xərcləri bir çox əlamətlərə görə aşağıdakı kimi qruplaşdırılır və 

uçotda əks etdirilir: 

  qtisadi  elementlər,  bu  sırada  həmçinin  kalkulyasiya  maddələri  amilləri 

üzrə; 

  Məhsulun  -  işin,  xidmətin  maya  dəyərinə  daxil  olunması  üsuluna  görə 



müstəqim və qeyri-müstəqim xərclərə; 

  stehsal prosesindəki roluna görə  - əsas və əlavə xərclərə; 

  stehsalın həcminə münasibətdə - dəyişən və sabit xərclərə. 

       Bu  zaman  əsas  diqqəti  məsrəflərə    yönəltmək  daha  doğru  olardı.  Mühasibat 

Uçotunun  Hesablar  Planına  uyğun  mühasibat  uçotunda  istehsalla  bağlı  məsrəflərin 

uçotunun  aparılması  prosesində  bir  sıra  hesablardan  istifadə  edilir.  Sözü  gedən  bu 

hesablar  istehsal  əməliyyatlarının  mürəkkəb  strukturu  və  istehsal  məsrəflərinin 

müxtəlifliyi  ilə  birbaşa  əlaqədardır.  Bu  zaman  istehsala  məsrəflərin  uçotu  202 

" stehsalat  məsrəfləri",      və  s.  bu  kimi  hesablarda  uçota  alınır.  qtisadiyyatı  yüksək 

inkişaf etmiş ölkələrdə mühasibat uçotu maliyyə və idarəetmə uçotuna ayrılmışdır.  

       Mühasibat  uçotunun  bir  hissəsi  olan  "idarəetmə  uçotu"  özlüyündə  istehsal 

məsrəflərinin  və  məhsulun  maya  dəyərinin  kalkulyasiyasının  aparılmasının  uçotunu 




 

 

14 



yerinə  yetirməkdədir.  darəetmə  uçotu  mühasibat,  statistika,  operativ-texniki  uçotu, 

planlaşdırmanı təsərrüfat fəaliyyətinin təhlilini də həmçinin əhatə edir.  

       Aktiv hesab olan 202  " stehsalat  məsrəfləri" hesabı müəssisənin yaradılmasının 

ə

sas  məqsədi  olan  məhsulun  (işin,  xidmətin)  istehsalına  çəkilən  məsrəflər  haqqında 



məlumatların  ümumiləşdirilməsi  və  maya  dəyərinin  kalyulyasiyası  üçün  nəzərdə 

tutulmuşdur.  202  saylı  hesaba  əsasən  sənaye,  quraşdırma  müəssisələrində  məhsul 

buraxılışı  və  kənd  təsərrüfatı,  tikinti,  podrat,  geoloji  müəssisələrdə  işlərin  yerinə 

yetirilməsi işləri üçün istifadə olunur. O həmçinin nəqliyyat və rabitə müəssisələrində 

göstərilən  xidmətlər,  ictimai  iaşə  müəssisələrində  buraxılan  məhsul  məsrəflərinin 

uçotu üçün əsas vasitədir. 

       Xərcləri istehsalatda P.Y.Papkovskaya aşağıdakı kimi təsnif etmişdir: 

 

Təyinata görə xərclər iki hissəyə bölünür: 



Texnoloji xərclər - istehsal prosesi ilə əlaqəli xərclər; 

nzibati - təsərrüfat xərcləri. Başqa sözlə desək təsərrüfat - idarəetmə xərcləri. 

 

Maya dəyərinə aidiyyatına görə xərclər: 



Birbaşa  xərclər  -  ilkin  sənədlər  əsasında  məhsulun  müəyyən  növünə  aid  oluna 

biləcək xərclər; 

Bölüşdürülən  xərclər  -  məhsulların  fərqli  növlərinə  görə  müəyyən  bölüşdürmə 

bazalarına əsasən mütənasib şəkildə bölüşdürülən xərclərə deyilir; 

Dolayı xərclər - bu xərclərə yalnız şərti şəkildə bölüşdürülən xərclər aiddir. 

 

stehsal həcminə aid olunmasına görə xərclər: 



Dəyişkən xərclərə - istehsal həcmi dəyişən zaman dəyişən xərclərə; 

Sabit xərclərə - istehsal həcmindən asılı olmadan sabit xərclərə. 

 

Yekcinslik dərəcəsinə görə: 



Kompleks xərcələr - müxtəlif iqtisadi element qruplarını birləşdirən xərclər; 

Birelementli xərclər - bircinsli iqtisadi elementlərdən ibarət xərclər. 

 

Məqsədəuyğunluq kriteriyasına görə: 



stehsal xərcləri - yararlı məhsulun buraxılışı ilə əlaqədar xərclər; 


 

 

15 



Qeyri-istehsal  xərcləri  -  istehsalın  dayanmasından  olan  itkilər,  zay  məhsullar, 

çatışmazlıqlar. 

 

stehsalla əlaqəsiylə bağlı xərclər: 



Kommersiya xərcləri - məhsulların reallaşdırılması ilə əlaqədar xərclər; 

stehsal xərcləri - buraya məhsulun buraxılışı ilə bağlı xərclər aiddir. 

 

Maya dəyərinə əlaqəsiylə bağlı istehsal xərcləri: 



Maya dəyərinə aid olunan xərclər; 

Maya dəyərinə aid olunmayan xərclər; 

 

Smeta hesablamalarına görə: 



Planlaşdırılan xərclər; 

Planlaşdırılmayan xərclər. 

 

Yaranma vaxtına və maya dəyərinə aid olmasına görə xərclər: 



Gözlənilən xərclər - qarşıda olan xərclər. Buraya həmçinin ödəmələr üçün ehtiyyat 

yaratmış xərclər; 

Gələcək dövrə adi olan xərclər; 

Cari xərclər - cari dövrdə istehsal xərclərinə aid olunan məsrəflərə deyilir. 

Məsrəflərin  iqtisadi  elementlər  və  kalkulyasiya  maddələri  ilə  bağlı 

qruplaşdırılma  mühasibat  uçotunda  əsas  faktorlardan  biridir.    Papkovskayanın 

təsnifatına  əsasən  bu  qruplar  bir-birləri  ilə  sıx  əlaqəlidirlər,  lakin  onlar  başqa-başqa 

nəticələr  əldə  etmək  üçün  nəzərdə  tutulublar.  qtisadi  elementlər  müəssisə  üzrə  nə 

qədər,  hansı  məsrəflərin  baş  verdiyini  özündə  əks  etdirir.  Sadalanan  bu  keyfiyyətin 

məhsul  istehsalına  və  yaxud  qeyri-istehsal  sahələrindən  asılı  cəhəti  yoxdur.  Sözü 

gedən iqtisadi elementlərdən müəssisədə dövriyyə vəsaitlərinin normalaşdırılması və 

təhlil  olunması,  həmçinin  istehsala  xərclər  smetasının  pul  formasında  hazırlanıb 

təqdim edilməsi zamanı istifadə edilir.  

Məsrəflərin iqtisadi elementlərə görə təsnifatı, onların kalkulyasiya maddələrinə 

görə  təsnifatından  bir  sıra  cəhətlərinə  görə  fərqlənir.  Bu  zaman  kalkulyasiya 

maddələrinə  görə  ilk  növbədə  cari  dövrə  aid  edilən  istehsal  və  məhsulların 

reallaşdırılması ilə bağlı olan xərclər əks etdirilməkdədir. Əksinə, iqtisadi elementlər 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə