Microsoft Word lviyy lsahib q z m mm dovan n docx



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə6/25
tarix27.03.2018
ölçüsü0,58 Mb.
#35187
1   2   3   4   5   6   7   8   9   ...   25

 

 

16 



üzrə  xərclərə  nəzər  yetirdikdə  isə,  tamamlanmamış  istehsalatla  bağlı  qalıqların 

artımına çəkilmiş, həmçinin gələcək dövrün xərclərinə aid olan məsrəfləri də  əhatə 

edən  cari  hesabat  dövrünə  aid  müəssisənin  sərf  etdiyi  bütün  istehsalat  resursları 

daxildir. 

Elementlərə  nəzər  yetirdikdə  iqtisadi  tərkibinə  görə  yekcins  olan  xərclər 

aşağıdakı kimi qruplaşdırılmışdır: 

Material xarakterinə malik xərclər; 



Ə

mək xarakterinə malik xərclər; 



Kompleks pul ödənişləri şəklində olan xərclər. 

       Maya  dəyərini  əgər  iqtisadi  elementlrə  üzrə  təsnifləşdirsək,  onda  aşağıdakı 

xərcləri də ayırd etmək lazım gəlir: 

  Geri qaytarılmış materialların dəyəri çıxılmaqla material xərcləri; 

  Əməyin ödənişi üzrə olan xərclər; 

  Sosial sığortaya olan köçürmələr; 

  Əsas vəsaitlərin amortizasiyası; 

  Digər xərclər. 

Digər xərclər özündə aşağıdakı maddələri birləşdirmişdir: 



darəetmə aparatının işçilərinin saxlanılmasına çəkilən xərclə

Bina, tikili, avadanlıq, inventar və s. bu kimi vahidlərin ekspluatasiyası 

stehsal fəaliyyəti ilə bağlı olan ezamiyyələ

Hər  hansı  bir  idarəetmə  funksiyasının,  həmçinin  rabitə  xidmətlərinin  vəzifə 

instruksiyaları, yaxud ştat cədvəli vasitəsilə yerinə yetirilməsinin nəzər olmayan 

zaman  kənar  müəssisə  tərəfindən  həyata  keçirilmiş  idarəetmə  xidmətlərinin 

ödəniş

Kadrlara çəkilmiş hazırlıq xərcləri 

Qeyri-maddi aktivlərin amortizasiyası 

Mahsulların sertifikatlaşdırılması xərcləri 

Vergilə

Satışa çəkilən xərclə


 

 

17 



Mühafizə xidmətinin təşkili xərcləri 

Konsultant,  auditor  xidmətlərinin  və`  informasiya  texnologiyalarına  çəkilə

xərclərin ödənilməsi 

darəetmənin  texniki  vasitələri,  rabitə  vasitələri,  siqnalizasiya  vasitələri, 

hesablama mərkəzləri və s. bu kimi bölmələrin saxlanılmasına çəkilən xərclə

 

       Yuxarıda qruplaşdırılmış bölmələr bütün müəssisələr üçün vacib hesab olunur. 



         stehsalat xərclərinin  qruplar üzrə olan icmalı xərclərin iqtisadi elementlər  üzrə 

qruplaşdırılmasına  əks  olunmuşdur.  Məsrəflərin  kalkulyasiya  maddələrinə  görə 

qruplaşdırılması  üsulu  məhsulun  (iş  və  xidmətlərin)  maya  dəyərinin  daha  dəqiq 

hesablanması üçün tətbiq olunur.  

       Xərc  maddəsi,  yaxud  kalkulyasiya  maddəsi    -  ayrıca  hər  hansı  bir  məhsulun, 

yaxud da bütün məhsul buraxılışının maya dəyərini təşkil edən müəyyən növ xərclər 

hesab  olunur.  Sözü  gedən  bu  qruplaşmanın  əsasını  müəyyən  bir  məhsul  növünün 

maya dəyərinə aid edilməsi üsulu təşkil edir. Maya dəyinə aid edilmə isə birbaşa və 

dolayı  yolla  həyata  keçirilir.  Kalkulyasiya  maddələrinin  tərkib  hissələri, 

qanunvericiliklə ciddi surətdə reqlamentləşdirilməmişdir. Mövcud normativ sənədlər 

və  ədəbiyyatlar  əsasında  xərc  maddələrinin  nomenklaturası  aşağıdakı  şəkildə  tərtib 

olunmuşdur: 

  Ümumistehsalat xərcləri; 

  Ümumtəsərrüfat xərcləri; 

  Sosial köçürmələr; 

  Texnoloji məqsədlərin həyata keçirilməsi məqsədilə yanacaq və enerji; 

  Zay məhsuldan olan itkilər; 

  stehsalın hazırlanılmasına çəkilən xərclər; 

  Alınmış  məhsullar,  yarımfabrikatlar,  kənar  müəssisələrin  istehsal 

xarakteri daşıyan xidmətləri; 

  stehsalatda çalışan işçilərin əmək haqları; 

  Xammal və materiallar; 




 

 

18 



  Satıla bilən tullantılar (bu zaman çıxılır); 

  Digər istehsalat məsrəfləri. 

       Yuxarıda  sadalanan  məhsulların  istehsal  maya  dəyərinin  üzərinə  kommersiya 

xərclərini  əlavə  elədiyimiz  zaman  son  nəticə  məhsulun  tam  maya  dəyəri  hesab 

olunur. 

       Tərkib  nöqteyi-nəzərdən  bir  sıra  iqtisadi  elementlər  və  kalkulyasiya  maddələri 

uyğundurlar,  onların  adlarında  da  oxşarlıqlar  mövcuddur.  qtisadi  elementlərin 

kalkulyasiya maddələrinə nisbətən bir sıra fərqli cəhətləri də mövcuddur: misal üçün, 

kalkulyasiya  maddələrinə  aid  olan  "Xammal  və  materiallar"  bölməsində  alınmış 

material  qiymətliləri  ilə  yanaşı,  öz  istehsalının  dəyərliləri  də  aid  edilir.  Burada 

iqtisadi  elementlərə  aid  olan  "Material  xərcləri"  maddəsini  də  göstərə  bilərik.  Xərc 

maddələrinin nomenklaturasıında ayrı-ayrı sahələrin kalkulyasiya maddələri arasında 

bir  sıra  fərqliliklər  mövcuddur.  Bunun  da  əsas  səbəbi  hər  bir  sahənin  özünəməxsus 

xüsusiyyətləri,  buraxılmış  məhsul,  görülən  iş,  göstərilən  xidmət,  istehsalın 

özünəməxsusluğu və s.-dir. 

       Məsrəflərin  təsnifatı,  qiymətləndirilməsi  və  tərkibi  maliyyə  uçotunda  idarəetmə 

uçotuna nisbətən daha fərqli quruluşa malik ola bilər. 

       Veriləcək  qərara  təsir  qabiliyyətinə  görə  xərclər  idarəetmə  uçotunda  aşağıdakı 

kimi əks etdirilir: 

  Relevant. Bunlar təsir edə bilmək qabiliyyətində olan xərclərdir; 

  rrelevant,  və  ya  qeyri-relevant.  Bunlar  isə  sabit,  yaxud  da  təsir  etmə 

gücünə malik olmayan xərclərdir. 

       Sözü  gedən  idarəetmə  uçotunun  nəzəriyyəsi  və  praktikasında  inkrement  və 

diferensial  xərc  ünsürləri  də  mövcuddur.  Adı  çəkilən  xərclər  əlavə  məhsul  istehsalı 

baş verən zaman meydana çıxır. 

        darəetmə  uçotunda  əsasən  xərclərin  sabit  və  dəyişkən  xarakterdə  olmasına 

xüsusi  diqqət  yetirilir.  Maksimum  gəlir  əldə  olunması  imkanlarının  və  məqsədli 

proqramların  əsaslandırılması,  uyğun  olan  qiymətlər  və  qiymət  siyasəti,  direkt-

kostinq  sistemi  də  həmçinin  daxil  omaqla,  məhsulun  marjinal  maya  dəyərinin 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə