Microsoft Word lviyy lsahib q z m mm dovan n docx



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə7/25
tarix27.03.2018
ölçüsü0,58 Mb.
#35187
1   2   3   4   5   6   7   8   9   10   ...   25

 

 

19 



hesablanması  sabit  və  dəyişkən  bölgü  üzərində  aparılır.  Bu  formada  qruplaşmaların 

ə

sas kriteriyaları məhsul buraxılışı həcminin dəyişilməsindən olan asılılığıdır. 



     202    « stehsalat   məsrəfləri»  hesabının  debetində  bilavasitə  məhsul  buraxılışı, 

yerinə  yetirilən  iş  və  göstərilən  xidmətlərlə  əlaqəli  birbaşa,  digər  sözlə  desək  

müstəqim məsrəflər, köməkçi istehsalatların xərcləri, istehsala xidmət və onun idarə 

edilməsi ilə əlaqədar qeyri-müstəqim xərclər və istehsal zayından əmələ gələn itkilər 

yazılır.  

                   202  « stehsalat  məsrəfləri»  hesabının krediti üzrə istehsalı başa çatmış 

məhsulun  yerinə  yetirilmiş  iş  və  xidmətlərin  faktiki  maya  dəyərinin  məbləği  əks 

etdirilir. Bu məbləğlər 202  " stehsalat məsrəfləri" hesabının kreditindən 204 «Hazır 

məhsul», 601 «Satış», hesablarının debetinə yazılmaqla silinir. 

                 202    « stehsalat   xərcləri»  hesabı  üzrə  hesabat  ayının  sonuna  olan  qalıq 

bitməmiş istehsalın dəyərini göstərir. 

Hazır  məhsulun  satılması  ilə  əlaqədar  sərf  olunan  məsrəflərin  cəmini  təşkil 

etməklə,  bilavasitə  malsatan  müəssisə  tərəfindən  ödənilən  xərclər  "kommersiya 

xərcləri"  adlanır.  Kommersiya  xərcləri  istehsal  olunmuş  məhsulun  istehsal  maya 

dəyəri daxil olmaqla, onun tam maya dəyərini yaradır. 

Kommersiya xərclərinə aşağıdakılar aid olunur: 

         Hazır  məhsul satışı zamanı anbarlarda taralaşdırılması və qablaşdırıl-

masına  sərf  olunan  xərclər.  Bu  xərclərə  bilavasitə  kənar  müəssisələrdən 

alınan  tara  xərcləri,  hazır  məhsulun  qablaşdırılması  ilə  əlaqədar  olaraq 

kənar  müəssisələrin  xidmət  xərcləri,  özünün  tara  sexinin  hazırladığı 

taralara sərf olunan xərclər, qablaşdırma ilə əlaqədar materialların dəyəri 

və işçi heyətinə ödənilən əmək haqqı və s. daxildir; 

          Nəqliyyat  xərcləri. Məhsulun daşınması ilə əlaqədar olan xərclərdir 

(malların alıcıya  yüklənməsi ilə əlaqədar olaraq dəmir  yolu stansiyasına, 

limana  daşınması  onların  vaqonlara,  gəmilərə  yüklənməsi  və  avtonəq-

liyyat-ekspedisiya xərcləri); 




 

 

20 



          Marketinq  xərcləri.  Müəssisənin  marketinq  xidməti    ilə  əlaqədar 

olan xərclər; 

          Reklam  xərcləri  (televiziya,  radio  və  kütləvi  mətbuatda  məhsulun 

reklamı  ilə  əlaqədar  xərclər,  prospektlərin,  kataloqların  buraxılması, 

yarmarka və digər bu kimi xərclər); 

           Digər vasitəçi təşkilatlara satışla əlaqədar ödənilən xərclər; 

           Sair xərclər. 

Kommersiya  xərclərini  hesablar  planında  uçotda  əks  etdirmək  üçün  711 

«Kommersiya  xərcləri»  hesabı  nəzərdə  tutulmuşdur.  Bu  hesab  məhsul  satışı  ilə 

ə

laqədar xərclər haqqında məlumatları ümumiləşdirmək üçün  istehsal  müəssisələri 



tərəfindən  istifadə  edilir.    «Kommersiya  xərcləri»  hesabı  aktiv  hesabdır.  Onun 

debetində  müəssisənin  satışla  əlaqədar  çəkdiyi  xərclər  cəmlənir,  çəkilmiş  xərclərin 

növündən  asılı  olaraq  bu  hesab  debet  üzrə  aşağıdakı  hesabların  krediti  ilə 

müxabirləşir . 



 

Xərclərin tərkibi 

Hesabların şifrəsi və adı 

1.  Məhsul  qablaşdırılması  üçün  sərf  olunan 

tara və qablaşdırıcı materialların dəyəri 

201 – "Material ehtiyatları" 

2.  Qablaşdırma,  yüklənmə  və  kommersiya 

xidməti işçilərinin əmək haqqı 

533  –  "Əməyin   ödənişi   üzrə  işçi 

heyətinə olan borclar" 

3. Müəssisənin öz nəqliyyatı ilə məhsulun da-

ş

ınması xərcləri 



202 – " stehsalat məsrəfləri" 

4. Məhsulun kənar təşkilatların nəqliyyatı ilə 

daşınması xərcləri 

431  –  "Malsatan  və  podratçılara 

uzunmüddətli  kreditor borcları" 

531  –  "Malsatan  və  podratçılara 

qısamüddətli  kreditor borcları" 

5.  Komisyon  rüsumlarına  ödəmələr  və  digər 

ticarət-vasitəçi xidmət xərcləri 

221 – "Kassa" 

223 – "Bank hesablaşma hesabları" 

 



 

 

21 



1.2 Müəssisənin gəlir və xərclərinin tanınması qaydaları 

       Bu  zaman  onların  tədqiqatında  bir  sıra  məsələlərə  diqqət  yetirilməlidir. 

Bildiyimiz  kimi  gəlirlər  müəssisə  aktivlərinin  əldə  olunması  zamanı  müəssisənin 

iqtisadi fayda əldə etməsidir. Sahibkarların müəssisə fəaliyyətində əsas məqsədi gəlir 

(mənfəət)  əldə  etməkdir.  Gəlirlər  mahiyyət  etibarilə  aktivlərin  artmasına  və 

öhdəliklərin azalmasına birbaşa təsir edir. Bu zaman kapitalın artımı baş verir və bu 

artımın  mülkiyyətçilərin  paylarına  heç  bir  təsiri  yoxdur.  Müəssisənin  əsas  gəlir 

mənbəsi  məhsul  və  xidmət  satışından  gəlirlərdir.  Lakin  bununla  yanaşı  valyuta 

mübadiləsi,  icarə,  və  s.  bunun  kimi  sahələr  də  gəlir  mənbəsi  hesab  edilir.  Gəlirlər 

özlüyündə adi fəaliyyətdən əldə olunan gəlirlərə və sair gəlirlərə bölünməkdədirlər.  

       Gəlir  əməliyyatları  hesablama  metodunun  tətbiqi  zamanı  nağd  daxil  olan 

gəlirlərə və hesablanmış gəlirlərə bölünür. 

        Nağd  daxil  olan  gəlir  əməliyyatının  qeydiyyatı  mahiyyət  etibarı  ilə  mal  və 

xidmətin  təqdimatilə  ödənişin  üst-üstə  düşməsi  zamanı  olan  əməliyyatlar  hesab 

olunur. 

        Gəlirlərə  aid  olunan  məsələlərdən  biri  də  onların  keyfiyyətidir.  Gəlirlərin 

keyfiyyəti,  onun  həqiqi,  real  və  normal  iqtisadi  fəaliyyətinin  nəticəsi  ilə  müəyyən 

edilir. Əgər gəlirlər iqtisadi artım, optimal xərclər, səmərəli təsərrüfatçılıq nəticəsində 

yaranmışdırsa,  onda  həmin  gəlirlər  keyfiyyətli  hesab  olunur.  Lakin  əgər  gəlirlər 

qiymətlərin  əsassız  səbəblərdən  artırılması,  müqavilə  şərtlərində  xətalara  yol 

verilməsi və s. neqativ hallar nəticəsində əldə edilirsə, onlar əsassız və keyfiyyətsiz 

gəlirlər adlandırılır. 

       Gəlirlərdən  danışıldığı  zaman  diqqət  yetiriləcək  anlayışlardan  biri  də  gəlirlərin 

kapitallaşmasıdır. Gəlirlərin kapitallaşması gəlirin hamısının və yaxud bir hissəsinin 

kapitala  çevrilməsidir.  Gəlirlərin  kapitallaşması  adətən  aşağıdakı  istiqamətlər, 

ə

məliyyatlar üzrə aparılır: 



a)

  stehsalın inkişafı ilə əlaqədar xalis mənfəətin kapitallaşması; 


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə