25
podrat müqaviləsinin icrası ilə əlaqədar gəlir və xərclər, müqavilənin icrası həddində
tanınmalıdır.
Podrat müqaviləsi üzrə gəlirə müqavilədə razılaşdırılmış gəlirin ilkin məbləği və
müqavilənin şərtlərindən kənarlaşmalar, iradlar və mükafatlandırıcı ödənişlər daxil
edilməlidir. Məsələn: inflyasiya müqavilənin icrasına başlama tarixində nəzərdə
tutulduğundan çox olmuşdursa, kənarlaşma yarana bilər.
Podrat müqaviləsi üzrə gəlir əldə olunan və ya əldə olunması ehtimal edilən
ə
vəz ödəmənin ədalətli dəyəri ilə ölçülür. Gəlirin gecikdirildiyi zaman ədalətli dəyəri
diskontlaşdırmaq lazımdır.
Gəlirin qiymətləndirilməsi gələcək hadisələrdən asılı olan müxtəlif qeyri -
müəyyənliklərin təsirinə məruz qalır. Hadisələr baş verdikcə və qeyri - müəyyənliklər
aradan qaldırıldıqda çox vaxt gəlirin qiymətləndirilməsinə yenidən baxmaq lazım
gəlir. Buna görə də podrat müqaviləsi üzrə gəlirin məbləği bir hesabat dövründən
digərinə keçdikcə arta və ya azala bilər.
Xərclər müqavilə üzrə nəzərdə tutulmayan təsadüfi gəlir hesabına azaldıla bilər.
Məsələn: müqavilənin icrası başa çatdıqdan sonra artıq qalan materialların, maşın və
avadanlıqların satışından əldə edilmiş təsadüfi gəlir.
Müxtəlif müqavilələr üzrə maliyyə hesabatlarına daxil edilmək üçün yekun
nəticə çıxarılmayana qədər mənfəət və zərərlərin məqbulu (zaçot) aparılmır.
Müqavilələrin
maliyyə
hesabatlarına
təsiri
onun
gələcək
nəticələrinin
qiymətləndirilməsindən asılıdır. Müqavilənin yerinə yetirilməsi prosesinin təhlilindən
asılı olaraq 3 hal müşahidə oluna bilər:
∗ Etibarlı surətdə qiymətləndirilə bilən və mənfəət əldə edilməsi
gözlənilən müqavilələr. Bu halda gəlirlər və xərclər məcmu "Mənfəət və
zərərlər" haqqında hesabatda tanınacaq;
∗ Maliyyə nəticəsi zərər gözlənilən müqavilələr. Bu halda ehtiyatlılıq
prinsipinə əsasən gözlənilən zərər dərhal və tam həcmdə tanınmalıdır;
∗ Etibarlı surətdə qiymətləndirilməsi mümkün olmayan müqavilələr.
26
Müqavilənin nəticələri etibarlı surətdə qiymətləndirilə bildikdə , bu müqavilə
üzrə gəlir və xərc, hesabat dövrünə yerinə yetirilən işlərin başa çatdırılma dərəcəsinə
uyğun gəlir və xərc kimi tanınmalıdır.
Ə
gər müqavilə üzrə ümumi xərclərin ümumi gəlirdən çox olması ilə bağlı
ə
minlik varsa, gözlənilən zərər dərhal tanınmalıdır. Zərər elə müqavilələr üzrə tanın-
malıdır ki, bu müqavilələr üzrə hələ işlər başlamamışdır. qtisadi böhran vaxtlarında
ş
irkətlər ixtisaslaşmış kadrlarını itirməmək üçün bəzən zərərli müqavilələr
bağlayırlar.
Uçotu elə aparmaq lazımdır ki, dövr ərzində yaranan gəlir və xərclər tanınsın.
Bunun üçün ilin sonunda müqaviləyə aid ediləcək yekun məbləğlər hesablanır.
Axtarılan kəmiyyət bu yekun məbləğlərlə əvvəlki hesabat dövrlərində tanınmış
gəlir/xərc arasındakı fərq kimi hesablanır.
Sabit qiymətli müqavilələrin nəticələri aşağıdakı bütün şərtlər yerinə yetirildiyi
təqdirdə etibarlı surətdə qiymətləndirilə bilinər:
Müqavilə üzrə ümumi gəlir etibarlı surətdə hesablansın;
Podrat müqaviləsinin başa çatdırılması üçün çəkilməsi lazım olan
xərcləri və hesabat tarixinə bu müqavilə üzrə işlərin başa çatdırılma
dərəcəsi etibarlı surətdə qiymətləndirilsin;
Müqaviləyə aid edilən xərclər dəqiq müəyyən edilir və
qiymətləndirilir, bununla da müqavilə üzrə çəkilmiş faktiki xərclər
ə
vvəllər edilmiş hesablamalarla müqayisə edilə bilinir.
Xərclər üstəgəl müqavilələrin nəticələri aşağıdakı bütün şərtlər yerinə yetirildiyi
təqdirdə etibarlı surətdə qiymətləndirilə bilinər:
-
Bu müqavilədən iqtisadi səmərənin müəssisəyə daxil olma ehtimalı olsun;
-
Müqaviləyə aid edilən xərclər əvəzinin ödənib - ödənməməsindən asılı
olmayaraq dəqiq müəyyən edilsin və qiymətləndirilsin.
Gəlir və xərclərin tanınması çox vaxt yerinə yetirilmə faizi metodu adlandırılır.
Müqavilə üzrə gəlirlər, bu başa çatdırılma mərhələsinə nail olmaq üçün çəkilən
xərclərə uyğun qoyulur və bundan da asılı olaraq hesabatda yerinə yetirilmiş işlərə
27
uyğun gəlir, xərc və mənfəət təqdim edilir. Bu metod müqavilə üzrə işlərin irəliləyişi
haqqında və dövr ərzində fəaliyyətin nəticələri haqqında faydalı məlumat verir.
Diqqət yetirmək lazımdır ki, hesabla təqdim edilmiş məbləğlərin məcmu
"Mənfəət və zərər" haqqında hesabatda tanınmalı gəlirin həcminin müəyyən
edilməsinə heç bir aidiyyatı yoxdur. lin sonuna çəkilmiş xərclərin (xərc hesablarına
daxil edilmiş) satışın ilkin dəyərinin müəyyən edilməsinə aidiyyatı olmaya da bilər.
28
II Fə sil. Xə rclə rin uçotu və mə hsulların maya
də yə rinin kalkulyasiyası metodları
2.1 Xə rclə rin sifariş metodu ilə uçotu xüsusiyyə tlə ri;
Sifariş metodu xərclərin uçotunun metodoloji prinsiplərinə aid olub aşağıdakı
hallarda tətbiq olunur:
Üzünmüddətli istehsal tsiklinə malik məhsul buraxılışı zamanı. Buna misal
olaraq tikinti, maşınqayırma və s. göstərmək olar;
Sifarişli, və ya digər sözlərlə desək birvahidli istehsalda;
şlərin müqavilələrdə göstərilən şəkildə həyata keçirildiyi zaman;
Azseriyalı istehsal zamanı;
Texniki cəhətdən mürəkkəb başa gələn istehsalda. Bunlara misal olaraq
aviasiya sənayesi, gəmiqayırma və s. göstərmək olar.
Sifariş metodundan istifadə zamanı smetaya əsaslanılaraq aparılır. Bu smetalar,
və ya kalkulyasiyalar müəyyən sifarişələr və ya eynicinsli sifarişlər qrupu üçün
aparılır.
Hər bir sifariş, və ya sifariş qrupu üçün smeta formalaşdırılır və kalkulyasiya
xəritəsi hazırlanılır. Təşkilatlar sərbəst şəkildə smeta formalaşdırır və kalkulyasiya
xəritəsi hazırlayır.
Smetalarda aşağıda adı çəkilən amillər olmalıdır:
Məshul, iş və xidmətlərin növləri və onların təsviri;
Sifarişin yerinə yetirilməsi üçün xammal, material və sair xərclərin siyahısı.
Sifariçələr üzrə xərclər istehsal mərhələləri üzrə baş verdiyi andan etibarən qeydə
alınır.
Sifariş metodu zamanı 202 " stehsalat məsrəfləri" hesabında hər bir sifarişə görə
ayrıca uçot əməliyyatları aparılır.
Dostları ilə paylaş: |