80
97
Akif Xıdırov, YAP İsmayıllı rayon təşkilatının sədri:
- Bizim nəslin üzərinə çox sərfəli və məsul bir vəzifə düşüb -
müstəqil, azad, demokratik Azərbaycanın qurucularıyıq. Ağır,
böhranlı keçid dövrünü yaşadıq, indi işıqlı sabahı qururuq və
hamımız qürur hissi keçiririk ki, bu müqəddəs vətəndaşlıq borcunu
möhtərəm prezidentimiz, müdrik liderimiz Heydər Əliyevlə
birlikdə, onun rəhbərliyi ilə ödəyirik. Bu, təkcə mənim yox,
bütünlükdə İsmayıllı camaatının fikridir və onlar sözdə yox,
əməldə həmişə möhtərəm prezidentimizlə bir sırada olduqlarını
nümayiş etdirirlər. Elə bu gün iqtidarda olan Yeni Azərbaycan
Partiyasına münasibət də deyilənlərin sübutudur. YAP-ın İsmayıllı
rayon təşkilatı respublikada yaradılan ilk özəklərdən biridir və təsis
edildiyi gündən öz mütəşəkkilliyi, mübarizliyi ilə seçilib, YAP-ın
10 illik yubileyi ərəfəsində, eləcə də möhtərəm prezidentimizin bu
münasibətlə keçirilmiş təntənəli mərasimdəki proqram xarakterli
nitqini dinləyərkən və həmin nitqdən irəli gələn vəzifələri müzakirə
edərkən qürur, iftixar hissi keçirməklə yanaşı, həm də bir növ
hesabat verirdik.
Bəli, təşkilatımız dövlət quruculuğunda həmişə ölkə iqtidarına
arxa, kömək olub, daim səfərbərlik nümayiş etdirib. Bizim təşkilat
YAP-ın ən böyük qurumlarından biridir. İndiyədək sıralarımızdan
5200 nəfərə yaxın adama üzvlük bileti verilib. Ancaq həmişə
çalışmışıq ki, təşkilatımız təkcə say tərkibinə görə deyil, keyfiyyəti
ilə də seçilsin. Rayonumuzun bugünkü durumu göstərir ki,
istəyimizə nail olmuşuq. İsmayıllı respublikanın ən sta-bil,
inkişafda olan, sosial-mədəni səviyyəsinə görə seçilən rayonları
sırasındadır.
Məhz səmərəli fəaliyyətin nəticəsidir ki, təşkilatımız rayonda
yeganə aparıcı və həlledici qüvvə kimi tanınıb. Özlərinin təqdim
etdikləri siyahını əsas götürsək, rayonda rəsmi qeydiyyatda
80
98
olan 7 müxalif partiyanın üzvlərinin birlikdə sayı YAP-ın rayon
təşkilatının üzvlük bileti alanlarının heç onda biri qədər də deyil.
Bu, inamın, etibarın kimin tərəfində olduğunu göstərir. Həmin
inam, etibar sınaqlarda bərkiyib. Müxalifət qüvvələri nə qədər yaxa
cırsalar da, qarayaxalıq etsələr də, ağa qara desələr də, reallıq
belədir. Xalqı bu seçimindən qətiyyən döndərmək mümkün deyil.
Son 10 il ərzində neçə dəfə prezident və parlament seçkiləri,
referendum, digər respublika əhəmiyyətli siyasi kampaniyalar
keçirilib. Müxalifət dəridən-qabıqdan çıxsa da, ölkə daxilindən
əlləri üzüləndə hətta xaricdəki bədxahlarımızdan belə imdad
diləməyi özlərinə rəva görsələr də, xalq öz sözünü deyib.
Qətiyyətlə nümayiş etdirib ki, o, möhtərəm prezidentimiz Heydər
Əliyevlədir, onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası ilədir.
Bəri başdan çəkinmədən demək olar ki, müxalifət qarşıdan gələn
seçkilərdə də heç nəyə nail ola bilməyəcək. İsmayıllı camaatı günü
bu gün öz iradəsini ifadə etməyə hazırdır.
Bağı Məhərrəmov - fermer:
- Güclü dövləti ilk növbədə möhkəm iqtisadi baza formalaşdırır.
Bunun üçün Azərbaycanın hansı təbii ehtiyatlara və imkanlara
malik olduğu hamıya məlumdur. Həmin mənbələri hərəkətə
gətirmək isə hər bir azərbaycanlının, eləcə də bizim, yəni kənd
təsərrüfatı ilə məşğul olanların vətəndaşlıq borcudur. Bu gün
ölkəmizdə sərbəst və səmərəli fəaliyyət üçün həm lazımi səviyyədə
hüquqi baza mövcuddur, həm də bazar iqtisadiyyatının sərt
tələblərinə uyğunlaşmaq üçün dövlət, xüsusilə də möhtərəm
prezidentimiz Heydər Əliyev tərəfindən hər cür diqqət və qayğı ilə
əhatə olunmuşuq.
İsmayıllı aqrar rayondur. İqtisadiyyatı əsasən taxılçılıq və
heyvandarlıq üzərində qurulub. Yəni rayonun iqtisadiyyatının
intensiv inkişafının təminatı məhz bizim, yəni bilavasitə kənd
80
99
təsərrüfatı ilə məşğul olanların gərgin, səriştəli və səmərəli işidir.
Aqrar islahatların müvəffəqiyyətlə həyata keçirilməsi geniş
imkanlar açmışdır. Əvvəllər kolxoz və sovxozlara məxsus olmuş
40341 hektar torpaq sahəsi onu əkib-becərənlərin mülkiyyətinə
verilmiş, 51,5 milyard manatlıq əmlak əsl sahiblərinə
qaytarılmışdır. Hazırda rayonda kollektiv kənd təsərrüfatı
müəssisəsi, 5 kənd təsərrüfatı kooperativi, 4 kiçik müəssisə və 52
kəndli fermer təsərrüfatı fəaliyyətdədir. Onların mülkiyyətində və
fərdi istifadəsində olan 9280 hektar torpaq sahəsinin 6239 hektarı
əkin altındadır. Həmçinin rayon əhalisi ilə nisbətdə götürsək şəxsi
təsərrüfatlarda adambaşına bir başdan çox qaramal, 2,5 başa qədər
davar saxlanılır.
Göründüyü kimi, böyük var-dövlətdir. Əgər onu da nəzərə alsaq
ki, bu var-dövlətdən səmərəli istifadədə rayon rəhbərliyi bizə
həmişə qayğı və kömək göstərir, ortada heç bir bəhanəyə əl yeri
qalmaz. Heç əl yeri axtarmaq əyyamı da deyil. Çünki yaxşı işimizlə
biz ilk növbədə öz gün-güzəranımızı qururuq. Nəticələr isə
yüksəkdir. 66798 ton taxıl, 4641 ton kartof, 3819 ton tərəvəz
istehsai edilmiş, əvvəlki illə müqayisədə ət istehsalı 22 faiz, süd
istehsalı 27 faiz artmışdır. Ümumilikdə 1 oktyabr 2002-ci il tarixə
istehsal edilmiş kənd təsərrüfatı məhsullarının həcmi pul ifadəsi ilə
71 milyard 820 milyon manat təşkil etmişdir.
Ancaq biz bu nəticələri qətiyyən son hədd hesab etmirik.
Əksinə, indiyədək əldə etdiyimiz uğurları böyük işin başlanğıcı
sayırıq. Artıq öz fəaliyyətimizi bazar iqtisadiyyatının tələblərinə
uyğun qura bilmişik. Qazandığımız nəticələr sübut edir ki, düzgün
yoldayıq.
Daha bir ili sona çatdırırıq. Bu il çox hadisələrlə əlamətdardır.
Rayonumuz üçün bir də onunla yadda qalandır ki, möhtərəm
prezidentimiz Heydər Əliyev Şəkiyə gedərkən camaatımız-
Dostları ilə paylaş: |