80
90
rəhbərlik etdiyi birinci dövrdə İsmayıllı üçün etdikləri göz
qabağındadır. Bugünkü yarlı-yaraşıqlı, abad, müasir İsmayıllı
şəhəri məhz Heydər Əliyevin birinci hakimiyyəti illərində tikilib-
qurulub. Nəticə ölkə prezidentinə sonsuz ehtiram, hörmət, inam və
dövlətçiliyə sadiqliyin əbədiliyidir. Olimpiya İdman Kompleksinin
açılışında iştirak etmək üçün Şəkiyə gedərkən yolüstü İsmayıllı
şəhərində ayaq saxlayan Heydər Əliyevin böyük bir səmimiyyətlə,
sevinc, fərəh və qürur hissi ilə qarşılanması da məhz bu keyfiyyətin
ifadəsi idi.
Heç kimin gözləmədiyi bir görüş idi. Bayram əhval-ruhiyyəsi
isə təbii idi, xoş ovqat hər sözdə, hər kəlmədə, görüş iştirakçılarının
hamısının çöhrəsində hiss olunurdu. Hətta görüşdən sonra da
İsmayıllı camaatı həmin hisslərin təsirindən qurtara bilməmişdi və
yəqin ki, bu xoş gün hələ uzun-uzun illər xatirələrdə yaşayacaqdır.
Məhəmməd Qurbanov, müharibə və əmək veteranı:
- Camaatın sevinci, keçirdiyi hədsiz fərəh hissini başa düşmək
çətin deyil. 1970-ci illəri, 1980-cı illərin ilk dövrlərini yaşlı və orta
nəsil yaxşı xatırlayır. Biz o illərdə respublikada gedən geniş
quruculuq işlərinin bilavasitə şahidiyik. O illərdə ölkəmiz əsl inşaat
meydanı idi. Həm də yenilik təkcə tikinti-abadlıq sahəsində deyildi.
Ümumiyyətlə, Azərbaycan yenidən qurulurdu, çiçəklənən bir
diyara çevrilirdi, dünya miqyasında tanınmağa başlamışdı.
10-11 il əvvəlki durumu da heç kim unutmayıb. Azərbaycan
məhv olmaq üzrə idi. Ölkə uçuruma gedirdi, hara baxırdıq talan
görürdük, haqsızlıq, ədalətsizlik görürdük. Hamı sək-səkədəydi,
sabaha ümid, inam qalmamışdı. Səfalətin bir addımlığındaydıq.
Bu günü isə hamımız yaşayırıq, Azərbaycanda gedən proses-
80
91
lərin şahidiyik. Yenidən yüksəliş, inkişaf yolundayıq. İnanırıq ki,
sabah, biri gün narahatlıq doğuran heç bir problemimiz
qalmayacaq. Sivil, azad, qüvvətli, firavan bir ölkənin vətəndaşları
olacağıq.
Bəli, 1970-80-ci illərdə Azərbaycan yenidən qurulurdu - Heydər
Əliyevin təşəbbüsü və rəhbərliyi ilə. 10 il əvvəl girdablara
yuvarlanırdıq. Heydər Əliyevsiz idik. Bu gün yenidən zirvələrə
istiqamət götürmüşük - sükançı Heydər Əliyevdir. Bu məlum
həqiqətləri unutmaq, qiymətləndirməmək mümkündürmü? Belə bir
böyük insanla görüşdən qürrələnməmək, fərəhlənməmək
mümkündürmü?
Mahmud Süleymanov, fermer;
- Möhtərəm prezidentimiz İsmayıllı camaatı ilə qısa görüşdə
hamımız üçün konkret fəaliyyət proqramı verdi. Bizim rayona
yaxşı bələddir, onun imkanlarını da gözəl bilir. Birinci hakimiyyəti
dövründə iki dəfə rayonumuzun qonağı olub. Biz bu son görüşdən,
ölkə prezidentinin tövsiyə və məsləhətlərindən dəyərli nəticələr
çıxardıq.
İsmayıllı aqrar rayondur. Bu sahədə imkanlarımız genişdir.
Xüsusilə taxılçılıqda və heyvandarlıqda böyük uğurlar qazanmışıq.
Rayonda aqrar islahat müvəffəqiyyətlə aparılıb. 28 min hektara
yaxın əkin sahəsi, milyardlarla manatlıq əmlak kənd camaatının
ixtiyarına verilib. Nəticə sevindiricidir. Qaramalın və davarların
baş sayı, eləcə də taxıl istehsalı 2,5-3 dəfə artıb. Ancaq bu son hədd
deyil.
Rayonda rəsmi olaraq 52 fermer təsərrüfatı qeydiyyatdan keçib.
Fəaliyyət göstərən fermer təsərrüfatlarının hamısı taxılçılıq və
heyvandarlıqla məşğuldur. Ancaq prezident bizə bir daha xatırlatdı
ki, aqrar təsərrüfat yalnız bu iki sahədən ibarət deyil. Baş-
80
92
qa sahələr də unudulmamalıdır. İlk növbədə tarixən rayonumuz
üçün ənənəvi sahə olmuş meyvəçilik kölgədə qalmamalıdır. Bəzi
fermerlər müəyyən miqdarda bostançılıq və tərəvəzçiliklə məşğul
olurlar. Ancaq bu sahədə də imkanlardan tam istifadə edilmir.
Emal müəssisələri yaradılması barədə ciddi düşünməliyik.
Rayonda fəaliyyətsiz qalmış 7 üzüm emalı müəssisəsi, 2 konserv
zavodu var. Onlardan birinin bazasında meyvə-tərəvəz emalı
müəssisəsi yaradılması həm rayonun iqtisadiyyatının yüksəlməsinə,
həm də dediyimiz sahələrin inkişafına təkan verərdi.
Sözsüz ki, möhtərəm prezidentimizin məsləhətləri bizi ciddi
düşünməyə vadar edir. Doğrudan da nəhayət başa düşməliyik ki,
bu gün meydan sahibkarlığındır. Öz fəaliyyətimizi qəti olaraq
bazar iqtisadiyyatının tələblərinə müvafiq qurmalıyıq. Yalnız bu
yolla həm ölkədə məhsul bolluğu yaradılmasında yaxından iştirak
edə bilərik, həm də öz imkanlarımızı genişləndirərik.
Mübariz Abdullayev,
İsmayıllıda məskunlaşmış Cəbrayıldan olan məcburi
köçkün:
- O gün İsmayıllıda məskunlaşan qaçqın və məcburi köçkünlərin
də bayramı idi. Çünki biz hər dəfə möhtərəm prezidentimizi
görəndə, onun dediklərini dinləyəndə toxdaqlıq tapırıq. Doğma el-
obaya qayıda biləcəyimizə ümidimiz artır. İsmayıllıda demək olar
ki, bütün işğal olunmuş rayonlardan məcburi köçkünlər yaşayır.
Razılıq hissi ilə qeyd etmək istərdim ki, biz ilk gündən burada yerli
camaatın, xüsusilə rayon rəhbərliyinin qayğısıyla rastlaşmışıq.
Hətta bu qayğı və diqqətdən sıxılıb utanan vaxtlarımız da olub.
Özümüzə təskinlik vermişik ki, inşallah doğma yurda qayıdandan
sonra əvəzini çıxarıq, heç kimin qarşısında xə-
80
93
calətli qalmarıq. Bu elə-belə arzu deyil. Bizim həyatımızın
amalıdır. Həmin amalın sönməyəcəyinə, ya da təkcə amal, istək
olaraq qalmayacağına inanırıq. Bu inamı bizdə yaradan möhtərəm
prezidentimizin həyata keçirtdiyi siyasətdir, onun müdrikliyidir,
gərgin fəaliyyəti və böyüklüyüdür. İsmayıllıdakı ayaqüstü görüş
bizdəki bu yəqinliyi bir daha artırdı.
Heydər Əliyevə etibarımız hədsizdir və həmişə əməli şəkildə
nümayiş etdirmişik ki, ona arxa-kömək durmağa hər an hazırıq.
Görüşdən sonra bu əhval-ruhiyyə daha da möhkəmlənib. Biz
əminik ki, məhz Heydər Əliyevin düzgün siyasəti sayəsində sülh
yolu ilə torpaqlarımız azad olunacaq, doğma el-obaya qayıdacağıq,
orada toy-büsat quracağıq və ən mötəbər qonağımız möhtərəm
prezidentimiz olacaq.
Namiq Kərimov,
İsmayıllı rayon Gənclər, İdman və Turizm İdarəsinin rəis
müavini:
- Gənclərimiz uzun illər ərzində rayonda yaranmış ənənəyə
sadiq qalmaq əzmində olduqlarını həmişə nümayiş etdirmişlər.
Təsadüfi deyil ki, İsmayıllı heç vaxt narahatlıq doğurmayan, stabil
rayon kimi tanınır. Biz Tanrının səxavətindən də razıyıq - belə bir
dilbər guşədə yaşayırıq, bizə göstərilən diqqət və qayğıdan da
gileyimiz yoxdur - respublikamızda gənc nəslin müstəqil ölkənin
vətəndaşları kimi formalaşması üçün hər cür şərait var.
Təbii ki, biz gənclik üçün belə bir şəraiti yaradan böyük insanı
öz rayonumuzda qarşılamaqdan ancaq və ancaq qürur hissi duya
bilərdik. Bizim üçün əlamətdar olan bir də o idi ki, möhtərəm
prezidentimizlə birlikdə həm də gənclərin lideri İlham Əliyevi də
salamlayırdıq və bu səfər xoş bir məram daşıyırdı. Onlar Şəki
şəhərində yeni inşa olunmuş Olimpiya İdman Kompleksi-
Dostları ilə paylaş: |