80
74
çəki artımının çoxaldılması xüsusi məsələdir. Bunların həcmi ilin
birinci yarısındakı qədər olmalıdır. Təəssüf ki, ilin ikinci yarısında
ümumən respublikada süd sağımı azalır. Bunu normal hesab etmək
olmaz. Kalinin adına kolxozun heyvandarlıq kompleksinin müdiri
Smorodin yoldaş seminardakı çıxışında bunu inandırıcı şəkildə
izah etdi. Birinci altı ay ərzində bu təsərrüfatda hər inəkdən iki min
kiloqramdan çox süd sağılmışdır. Heyvandarlığın bütün qanunları
və mövcud praktika əsasında ilin ikinci yarısında da burada hər
inəkdən azı iki min kiloqram süd sağmaq fikrindədirlər. Biz
seminarın tövsiyələrini və kalininlilərin təcrübəsini nəzərə alaraq
respublikanın başqa təsərrüfatlarında da belə nəticələrə nail
olmalıyıq.
İlin birinci yarısında Azərbaycanda hər yemlənən inəkdən,
keçən ilin müvafiq dövründəkindən orta hesabla, 54 kiloqram çox
süd sağılmışdır. Biz ümumən respublikada hər inəkdən sağılan
südü 100 kiloqram artırmağı öhdəmizə götürmüşük və dəfələrlə
dediyim kimi, bu rəqəmə minimum rəqəm kimi baxmaq lazımdır.
Bəzi rayonlarımız bu həddə ilin birinci yarısında çatmışlar, lakin
elələri də vardır ki, orada sağım ancaq 10-15 kiloqram artmışdır.
Bəzilərində sağım hətta azalmışdır. Göstəricilərin belə
müxtəlifliyinə heç bir əsas yoxdur və buna əsla dözmək olmaz.
Bunu yalnız onunla izah etmək olar ki, harada süd istehsalı
artmırsa, deməli, orada pis işləyirlər. O yerdə ki, çox süd sağılır,
deməli, orada işə can yandırır, var qüvvə ilə çalışırlar. Bir sözlə,
biz indi heyvandarlığı və yem istehsalını daha da intensivləşdirmək
uğrunda ən fəal mübarizə aparmalı, mal-qaranın məhsuldarılığını
aydan-aya daha da yüksəltməyə və on birinci beşilliyin birinci ilini
respublikada kənd təsərrüfatının bu çox mühüm sahələrinin əsaslı
yüksəlişi ilinə çevirməyə çalışmalıyıq.
80
75
Əliyev yoldaş axırda demişdir: Seminar-müşavirəmizin
təşkilatçılarına bir daha təşəkkür etmək istəyirəm. Seminar-
müşavirə heyvandarlığı və yem istehsalını inkişaf etdirmək
sahəsində işimizin yeni mərhələsinin başlanğıcı olacaqdır. Əliyev
yoldaş ürəkdən əmin olduğunu bildirmişdir ki, Azərbaycan kənd
təsərrüfatı əməkçiləri Kalinin adına kolxozun təcrübəsini
respublikanın bütün təsərrüfatlarında yaradıcılıqla və bacarıqla
tətbiq edərək yüksək göstəricilərə nail olacaq və on birinci
beşilliyin hələ birinci ilində heyvandarlıq sahəsində partiyanın
XXVI qurultayı qərarlarının müvəffəqiyyətlə yerinə yetirildiyi
haqqında Sov.İKP Mərkəzi Komitəsinə məlumat verəcəklər.
(H.Ə.Əliyev yoldaşın çıxışı seminarın iştirakçıları tərəfindən
böyük diqqətlə dinlənilmiş və dəfələrlə sürəkli alqışlarla
qarşılanmışdır.)
"Kommunist" qəzeti,
29.VII.81.
80
76
TƏBİİ FƏLAKƏTLƏ MÜBARİZƏDƏ
Son bir ay ərzində Azərbaycanda 20-dək yeraltı təkan qeydə
alınmışdır. Bu təkanlar dekabrın 2-dən 4-dək İsmayıllı rayonu
zonasında daha güclü olmuşdur. İlkin hesablamalara görə,
zəlzələnin mərkəzindən əlli kilometrədək radiusda iki mindən çox
bina, əsasən köhnə tiklilər dağılmışdır. Məsələn, yaşayış evləri, 11
məktəb, bir sıra istehsal tikilisi, ticarət müəssisələri, müalicəxanalar
və başqa binalar zədələnmişdir. Mican, Qalıncaq, Göytəpə,
Mücühəftəran, Ruşan, Vəng, Quşəncə kəndlərinin və İsmayıllı
rayon mərkəzinin sakinləri zəlzələdən daha çox zərər çəkmişlər.
Həmin yaşayış məntəqələrində binaların əksəriyyəti zədələnmiş,
bir çoxu dağılmışdır.
Rayonda zərər çəkmiş əhaliyə yardım göstərilməsi və zəlzələnin
nəticələrinin ləğv edilməsi üçün qərargah yaradılmışdır. Oərərgaha
Azərbaycan KP İsmayıllı Rayon Komitəsinin birinci katibi
Q.N.Aslanov başçılıq edir. Əməli komissiya təbii fəlakət
ləticəsində dəymiş zərəri müəyyənləşdirir.
Rayon kommunistlərindən, komsomolçularından və fəallarından
ibarət xüsusi drujinalar Bakı qarnizonunun xilasetmə işlərində
göndərilmiş əsgərlərinin köməyi ilə adamları daha təhlükəli
zonalardan köçürmüşlər. Dağılmış tikililərin tör-töküntüləri
təmizlənir, ordu çadırları qurulur, səyyar mətbəxlər və
avtodükanlar işləyir. Yararlı binalarda məktəblilərin tədrisinin
təşkili üçün tədbirlər görülür. Maliyyə orqanları sığorta haqqı və
digər müavinətlər verməyə başlamışlar.
Dekabrın 5-də Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd,
Azərbaycan KP MK-nın birinci katibi H.Ə.Əliyev İsmayıllı
80
77
rayonuna gəlmişdir. Onunla birlikdə Azərbaycan SSR Nazirlər
Sovetinin sədri H.N.Seyidov, Azərbaycan KP MK bürosunun üzvü,
general-leytenant A.V.Kovtunov, respublika Nazirlər Soveti
sədrinin müavini Ə.C.Ləmbəranski də buraya gəlmişlər. H.Əliyev
yoldaş zəlzələdən daha çox zərər çəkmiş yerlərdə olmuşdur. Ruşan,
Mican, Mücühəftəran kəndlərində, İsmayıllı rayon mərkəzində o,
sakinlərlə səmimi söhbət etmiş, təbii fəlakət qarşısında
İsmayıllıların yüksək mərdlik və iradə göstərdiklərini qeyd
etmişdir. O, baş vermiş hadisənin təfsilatı ilə maraqlanmış, kimin
nəyə ehtiyacı olduğunu öyrənmiş, suallara cavab vermiş, zərər
çəkənlərə yardım göstərilməsi üçün Azərbaycan Kommunist
Partiyası Mərkəzi Komitəsinin və respublika hökumətinin müəyyən
etdikləri tədbirlərdən danışmış, əməli məsləhətlər vermişdir.
İsmayıllıda fəhlə V.Abutalıbovun evində H.Ə.Əliyev baş vermiş
hadisə haqqında daha ətraflı danışmağı xahiş etmişdir.
Fəhlə demişdir:
- Təkanları biz son 15-20 gün ərzində hiss edirdik. Çox vaxt
bunlar cüzi, gücü 2-3 bal olan təkanlar idi, arabir daha güclü
təkanlar da olurdu. Axırıncı günlər isə yer əməlli-başlı silkələndi.
Birinci güclü təkana ev davam gətirdi, üçüncü təkandan sonra isə
divar uçdu...
Açıgını deyim ki, əvvəlcə, qorxu-hürkü keçib gedəndən sonra
düşündüm: indi mən başıma nə çarə qılım, axı üç divar arasında
yaşamaq mümkün deyil, üstəlik damın da uçmasına lap az qalır.
Çöldə isə yağış tökür, qış da qapını döyməkdədir. Lakin heç bir
saat keçməmiş rayon partiya komitəsinin işçiləri gəldilər, ailəmizi
çadıra köçürdülər və ilk çağlar üçün nə lazımsa bizə hər şey
verdilər. Bütün qonşularıma da beləcə kömək göstərdilər.
Dağlıq Ruşan kəndində, demək olar, bütün yaşayış evləri və
Dostları ilə paylaş: |