80
71
imkanları səfərbərliyə almalı və kalininlilərin faydalı təcrübəsini
mümkün qədər tez bir zamanda öyrənib tətbiq etməlidirlər. Bunun
üçün rayon partiya komitələrinin birinci katibiəri, rayon icraiyyə
komitələrinin sədrləri, rayon kənd təsərrüfatı idarələrinin rəisləri,
heyvandarlıq və yem istehsalı mütəxəssisləri, nazirliklərin və baş
idarələrin rəhbərləri, seminarın işində iştirak edənlərin hamısı
xüsusi göstəriş gözləmədən müvafiq konkret tədbirlər fikirləşib
həyata keçirməlidirlər. Kalinin adına kolxozun təcrübəsini nəzərə
alaraq hər kəs heyvandarlıq və yem istehsalı sahəsində öz
təsərrüfatının işini dərindən təhlil etməli və müəyyənləşdirməlidir
ki, indi nə etmək olar, bu il və on birinci beşilliyin sonrakı illərində
hansı tədbirləri həyata keçirmək mümkündür. Əmin olmaq istərdim
ki, bu iş dərhal başlanacaq, ardıcıl və geniş surətdə aparılacaqdır.
Seminarın yekunları Azərbaycan KP MK bürosunun yaxın
iclasında təhlil edilib ümumiləşdiriləcəkdir. Görünür, müzakirəmi-
zin yekunları üzrə MK xüsusi qərar qəbul edəcəkdir.
Yoldaşlar burada dedilər ki, belə seminar respublikada ilk dəfə
keçirilir. Doğrudan da, bizdə müxtəlif məsələlər üzrə və müxtəlif
səviyyələrdə az tədbir keçirilməmişdir. Lakin belə yüksək
səviyyədə, belə ciddi hazırlıqla, ən başlıcası mücərrəd şəkildə
deyil, bir kolxozun konkret əməli bazasında bu cür ətraflı görüşü
biz ilk dəfə keçirmişik. Bir qədər gec olsa da, mənim fikrimcə biz
görüşü müvəffəqiyyətlə hazırlayıb keçirmişik, bu isə, şübhəsiz,
böyük əməli fayda verəcəkdir.
Dediyim kimi, biz heyvandarlıq üzrə plenum keçirməyi nəzərdə
tutmuşuq, yaxın vaxtlarda bu məsələ barəsində müvafiq qərar
qəbul ediləcəkdir. Mənə elə gəlir ki, indiki seminar-müşavirə
plenuma hazırlıq yolunda mühüm mərhələdir və yerlərdə
80
72
plenuma hazırlığı indidən genişləndirmək lazımdır. Şəxsən mən
bunu belə təsəvvür edirəm: hər bir təsərrüfatda, hər bir rayonda
işlərin vəziyyəti dərindən və hərtərəfli öyrənilməli, heyvandarlığı
və yem istehsalını daha da intensivləşdirmək üçün potensial
imkanlar aşkara çıxarılmalıdır. On birinci beşilliyin sonrakı
illərində heyvandarlığının əsaslı yüksəlişini təmin etmək üçün bu
təhlil əsasında təşkilati, maddi-texniki və elmi-əməli tədbirlər
düşünülüb müəyyənləşdirilməlidir. Həm də bu zaman yem
istehsalını daha sürətlə inkişaf etdirmək, heyvandarlıq binaları
tikmək, təsərrüfatları lazımi texnika ilə təmin etmək, kadr
hazırlamaq və sairə üçün görülməli olan bütün zəruri işlərin həcmi
nəzərə alınmalıdır.
Aşağıdan belə təkliflər gəldikdə bunlar respublikanın kənd
təsərrüfatı ilə məşğul olan nazirlikləri və baş idarələri tərəfindən,
sonra isə bütövlükdə respublika üzrə ümumiləşdirilməli, maddi-
texniki imkanlarımıza uyğunlaşdırılmalıdır. Biz bunların hamısını
birlikdə MK plenumunun müzakirəsinə verəcəyik ki, sonrakı
işlərimizin müvafiq istiqamətlərini real təməl əsasında təsdiq edək
və müəyyənləşdirilmiş tədbirləri həyata keçirməyə başlayaq.
Məsələləri bu səpkidə həll etmək üçün indiki seminar - müşavirə
yaxşı təməl və zəmin yaradır. Sizin isə vəzifəniz, yoldaşlar,
bunlardan səmərəli istifadə etməkdir.
Sonra Əliyev yoldaş heyvandarlıq və yem istehsalı sahəsində
Kalinin adına kolxozun təcrübəsini geniş yaymaq lüzumundan
danışaraq göstərmişdir ki, bu təsərrüfatın nəzdində respublika
qabaqcıl təcrübə məktəbi yaratmaq məqsədə uyğundur. Kalinin
adına kolxoza gəlib ustalıq öyrənmək bütün kolxoz sədrlərimiz və
sovxoz direktorlarımız, ferma müdirlərimiz, briqadirlərimiz,
mexanizatorlarımız, heyvandarlıq və yem istehsalı
80
73
üzrə mütəxəssislərimiz üçün faydalı olar. Zənnimcə, Kalinin adına
kolxozda da buna razılıq verərlər, hərçənd bu onların işini xeyli
artıracaqdır. Lakin mənə elə gəlir ki, respublikada heyvandarlığı
daha da inkişaf etdirmək xatirinə onlar üzərlərinə əlavə qayğı
götürərlər. Bununla əlaqədar olaraq, respublika təşkilatlarının
qüvvəsi ilə İvanovkada yataqxana, tədris binaları tikmək, bir sözlə,
müvafiq tədris bazası yaratmaq lazım gələcəkdir.
Əliyev yoldaş 1981-ci ilin ikinci yarısında Azərbaycan
heyvandarlarının qarşısında duran vəzifələrdən danışaraq
respublikanın bütün rayonlarında və təsərrüfatlarında bu sahədə
yüksək göstəricilər əldə edilməsinin vacib olduğunu göstərmişdir.
O demişdir: Bunun üçün gərək yem tədarükünə dair
öhdəliklərimizi yerinə yetirmək üçün görülən işlər genişləndirilsin
ki, hər baş şərti mal üçün 20-30 sentner yem vahidi ehtiyatı
yaradılsın.
Tədarük edilən yemin keyfiyyətinə diqqəti xüsusilə cəlb etmək
istəyirəm. Bu yaxınlarda mən Sov.İKP MK Siyasi Bürosunun
üzvü, MK katibi ilə danışırdım. O, yem istehsalı sahəsində işimizi
ümumən müsbət qiymətləndirdi və eyni zamanda qeyd etdi ki,
alınan siqnallara görə, tədarük edilən yemin, xüsusilə senajın və
silosun keyfiyyətinə Azərbaycanın heç də hər yerində ciddi fikir
verilmir. Doğrudan da bizdə belə faktlar olmuşdu, biz bu faktlara
kəskin münasibətimizi bildirdik və gələcəkdə də belə edəcəyik.
İndi hər yerdə tədarük edilən yemin keyfiyyəti üzərində, yemin
düzgün texnologiya ilə basdırılması üzərində ciddi nəzarət qoymaq
lazımdır. Ət və süd istehsalını durmadan artırmaq üçün bizdə
nəinki kifayət qədər, həm də ən yüksək keyfiyyətli yem də
olmalıdır.
İlin ikinci yarısında süd sağımının artırılması və mal-qaranın
Dostları ilə paylaş: |