80
24
də bu gün müzakirə olundu və yol nəqliyyat naziri R.Xələfov
yoldaş və başqa yoldaşlar öhdəlik götürdülər ki, onlar bu yolun
tamamilə qurtarmasını gələn ilin üçüncü kvartalında başa
çatdıracaqlar. Onların rayon partiya komitəsinin birinci katibi
Aslanov yoldaşla birlikdə qəbul etdikləri nəcib təşəbbüslərini
bəyəndim və arzu etdim ki, bu təşəbbüsü yerinə yetirsinlər və əgər
verdikləri söz həyata keçirilərsə, mən söz verdim ki, bu
münasibətlə gələn il bir də sizin rayona gəlim (Gurultulu
alqışlar).
Sizin rayona qaz kəmərinin çəkilməsi, rayonun qazlaşması
mühüm problemlərdən biri idi. Bu barədə Azərbaycan KP MK
rayon partiya komitəsinin xahişinə görə, lazımi tədbirlər görmüş və
qaz kəməri çəkilmiş, kəndlərə çəkilməkdədir. Demək, bu böyük
problem də həll olunubdur.
Su təminatı ilə, xüsusən kəndlərin su ilə təmin olunması
məsələsi ilə ciddi məşğul olmuşuq. Ümumiyyətlə, kənd təsərrüfatı
sahəsində suvarma işlərinin daha da yaxşı aparılması üçün ciddi
tədbirlər görülüb.
İnşaat işlərinin gücləndirilməsindən ötrü bir neçə tədbir görülüb.
İsmayıllının iqtisadiyyatının inkişafı üçün bir neçə xüsusi qərarlar
qəbul edilib. Bunlar və bir neçə başqa tədbirlər onu göstərir ki,
doqquzuncu, onuncu beşilliklər dövründə, xüsusən onuncu beşillik
dövründə Azərbaycan KP MK sizin rayonun inkişafına daim qayğı
göstərmiş və həmişə rayon respublika partiya təşkilatının diqqət
mərkəzində olmuşdur (Alqışlar).
Biz çox şadıq ki, bütün bu tədbirlərdən, respublika partiya
təşkilatının qayğı və köməyindən rayonun partiya təşkilatı səmərəli
surətdə istifadə edib və bunların hamısının nəticəsində rayonunuz
həm iqtisadiyyat, həm də mədəniyyət və sosial sahələrdə yaxşı
nailiyyətlər əldə etmişdir.
80
25
Mən bu gün bir şeyi də hiss etdim ki, sizin rayonda yaxşı
işgüzar şərait yaranmışdır, rayon zəhmətkeşlərinin əhval-ruhiyyəsi
yaxşıdır. Təsərrüfatlarda olarkən rayonun mərkəzində zəhmət
adamları ilə görüşərkən mən çox suallar verdim ki, yaşayışınız
necədir, çətinliyiniz nədir, nəyiniz çatmır, mənə xahişiniz, arzunuz,
şikayətiniz nədən ibarətdir? Bütün bu suallarıma ümumən eyni
cavab almışam ki, yaxşı yaşayırıq, güzəranımız yaxşıdır. Arzumuz
bir o idi ki, sizinlə görüşək, ona da nail olduq. Bunlar hamısı bizi
sevindirir (Sürəkli alqışlar).
Mən sizin rayonun ünvanına çox böyük təriflər dedim və onu da
qeyd etmək istəyirəm ki, bu nailiyyətləriniz birinci növbədə
kolxozçuların, sovxoz fəhlələrinin, kommunistlərin, bütün zəhmət
adamlarının fədakar əməyinin nəticəsidir, sizin öz zəhmətinizin
nəticəsidir və eyni zamanda şübhəsiz ki, bütün bu nailiyyətlər
rayon partiya təşkilatı tərəfindən, təsərrüfat rəhbərləri tərəfindən
aparılan böyük təşkilati-siyasi işin, əməli tədbirlərin nəticəsidir.
Əslində İsmayıllının adamları həmişə zəhmətsevər olub. Ancaq
əvvəllər rayon təşkilatlarında təşkilatçılıq işi çatmamışdır və ona
görə də siz geri qalmışdınız. Bu baxımdan indi rayon partiya
təşkilatının işini, rayon partiya komitəsinin işini, o cümlədən rayon
partiya komitəsi bürosunun işini və rayon partiya komitəsinin
birinci katibi Q.Aslanov yoldaşın işini bu günləri mən müsbət
qiymətləndirərək rayonda partiya komitəsinin və Aslanov yoldaşın
əldə olunan nailiyyətlərdə böyük xidmətlərini göstərmək istəyirəm
(Alqışlar).
Bu gün Aslanov yoldaş və başqa çıxış edən yoldaşlar, on birinci
beşillikdə rayonun qarşısında duran vəzifələr haqqında danışdılar
və sizin yeni öhdəliklərinizi bildirdilər. Ümumiyyətcə, XXVI
partiya qurultayından sonra Azərbaycan Kommunist
80
26
Partiyası XXX qurultayından sonra sizin rayon partiya təşkilatı,
rayon zəhmətkeşləri kənd təsərrüfatı sahəsində bir neçə nəcib
təşəbbüslər irəli sürmüş və bu təşəbbüslər Azərbaycan Kommunist
Partiyasının Mərkəzi Komitəsi tərəfindən bəyənilmiş, bu
təşəbbüslər barəsində xüsusi qərarlar qəbul olunmuş və sizin bu
təşəbbüslər respublikamızda kənd təsərrüfatının daha da inkişaf
etdirilməsinə kömək edir. Mən razılıq hissi ilə bildirmək istəyirəm
ki, siz bu gün daha yaxşı, daha vətənpərvər təşəbbüslərlə çıxış
etdiniz. Birinci növbədə siz kənd təsərrüfat planlarını, beşillik
planları dörd ildə yerinə yetirməyi öhdənizə götürmüşsünüz. Bu
yaxşı öhdəlikdir və mən sizin hamınıza bu öhdəliyin yerinə
yetirilməsində böyük müvəffəqiyyətlər arzulayıram (Sürəkli
alqışlar).
Rayonunuz üzüm istehsalında 1990-cı il səviyyəsinə 1985-ci
ildə çatmaq barədəki təşəbbüsünə yenidən nəzər salmış və bu
müddəti daha bir il qabaqlamağı qərara almışdır. Xanlar adına
sovxoz isə 1990-cı il səviyyəsinə 1982-ci ildə çatacaqdır
(Alqışlar).
Bu sizin yeni öhdəliklərinizdir. Biz ürəkdən alqışlayıb, bunları
bəyənirik və bu yeni vətənpərvər təşəbbüslərinizə görə sizə
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin dərin
razılığını bildirirəm (Sürəkli alqışlar).
Ancaq bilməlisiniz ki, sizin işinizdə hələ nöqsanlar da var. Hələ
istifadə olunmamış ehtiyat qüvvələri, mənbələri də var. Bir sözlə,
sizin əldə etdiyiniz müvəffəqiyyətlər və çatdığınız səviyyə sizin
üçün heç də son hədd ola bilməz və siz bütün imkanlardan səmərəli
surətdə istifadə edib rayonun iqtisadi potensialını daha da
gücləndirməlisiniz. Rayonun respublika miqyasında, kənd
təsərrüfatı məhsulları istehsalı sahəsində xüsusi çəkisini
Dostları ilə paylaş: |