Microsoft Word m vzu docx



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə51/75
tarix21.10.2017
ölçüsü5,04 Kb.
#6357
1   ...   47   48   49   50   51   52   53   54   ...   75

Ümumqoşun  mühafizə  komplekti  (OZK)
 
üç  vəziyyətdə  istifadə  olunur  -  “yürüş”, 
“hazır” və “döyüş”.  
 
ZFO-58 markalı süzücü mühafizə paltarı komplekti (dəsti). 
 
Dərini  mühafizə  edən  süzücü  vasitələrə  ZFO-58  markalı  süzücü  mühafizə  paltarı 
komplekti  (dəsti)  aiddir.  Bu  paltar  dəsti:  xüsusi  biçimli  və  xüsusi  kimyəvi  maddə-  pasta 
məhlulu hopdurulmuş parça kombinezondan, habelə kişi alt paltarında (tuman və köynək), 
parça  şlemaltlıqdan,  iki  cüt  portyankadan  (ayağa  sarınan  parça  zolaqları)  ibarətdir  ki, 
bunlardan  bir  cütünə  də  kombinezona  hopdurulmuş  pasta  hopdurulur.  Hopdurucu  pasta 
məhlulu  ya  zəhərləyici  maddə  buxarlarını  tutub  saxlayan  (adsorbsiya  tipli),  ya  da  bu 
buxarları  neytrallaşdıran  (hemosorbiya  tipli)  kimyəvi  maddələrdən  ibarətdir.  Alt  paltarlar, 
ş
lemaltlıq  və  hopdurulmamış  bir  cüt  portyanka  insanın  bədəninə  kombinezonun 
sürtünməsinin və kombinezona hopdurulmuş  məhlunun dərini qıcıqlandırmasının qarşısını 
almaq üçündür. 
Radioaktiv tozdan mühafizə olunmaq üçün əhali adi paltarları uyğunlaşdıra bilər. 
Belə paltarların hermetikliyini təmin etmək üçün onlara əlavə hissələr: sinəbənd, başlıq, 
ş
alvarın  yanda  düymələnən  yerlərinə  xiştəklər  tikmək  lazımdır.  RM-dən  mühafizə  üçün 
həmçinin dəri səthini qoruyan əlaltı vasitələrdən istifadə oluna bilər. 
Süzücü materialdan tikilən mühafizə paltarı ya həmişə, ya da vaxtaşırı istifadə üçündür. 
Belə  paltarlar  adi  parçadan  tikilib  xüsusi  kimyəvi  məhlul  hopdurulmuş  geyimlərdən 
ibarətdir.  Özünün  sanitariya-gigiyenik  xassələrinə  görə  belə  paltarlar  hər  gün  geyinmək 
üçün yararlıdır. 
 
3-cü sual. Təsərrufat obyektlərinin işçilərinin və onların ailə üzvlərinin fövqəladə 
hallarda təxliyə edilməsi. 
 
Köçürmə  (təxliyə)  -  adamların  həyatı  və  fəaliyyəti  üçün  təhlükə  yaranan  rayonlardan 
ə
halinin mütəşəkkil surətdə çıxarılıb təhlükəsiz rayonlarda (zonalarda) yerləşdirilməsi üzrə 
tədbirlər kompleksidir.  
Köçürmə  tədbirləri  əvvəlcədən  planlaşdırılmalı  və  fövqəladə  hallar  ehtimal  olunan 
rayonlarda  sülh  və  müharibə  dövrlərində  adamların  həyatı  və  sağlamlığı  üçün  təhlükə 
yaranarkən qısa müddətdə ya qabaqcadan, ya da zədələyici amillər əhaliyə bilavasitə təsir 
göstərərkən dərhal yerinə yetirilməlidir.  
Köçürmə  tədbirləri  düşmən  tərəfindən  müasir  adi  silahlar  və  kütləvi  qırğın  vasitələri 
tətbiq  edilməsi,  həmçinin təbii  fəlakətlər,  güclü istehsalat qəzaları baş  verməsi  ehtimalları 
nəzərə  alınmaqla  çoxvariantlı  planlaşdırılmalı,  yaranmış  vəziyyətdən  asılı  olaraq  köçürmə 
işlərinin 
müxtəlif 
variantlarda 
yerinə 
yetirilməsi nəzərdə tutulmalıdır.  
Köçürmə  tədbirlərinin  planlaşdırılması  və 
həyata  keçirilməsi  tələb  olunan  təhlükəli 
rayonlara  aşağıdakılar  aid  edilir;  düşmən 
basqını  gözlənilən  dərəcəli  şəhərlərin  və 
ə
lahiddə  obyektlərin  ətrafında  ehtimal  olunan 
güclü  dağıntılar  zonası;  şəhərlərin,  yaşayış 
məntəqələrinin və xalq təsərrüfatı obyektlərinin 
həndəvərində  yarana  biləcək  radioaktiv  və  ya 
kimyəvi  zəhərlənmə  zonaları;  ehtimal  olunan 
təbii  fəlakət,  güclü  istehsalat  qəzası  rayonları 
və fəlakətli daşqın zonaları; silahlı münaqişələr vaxtı hərbi əməliyyatlar aparılan sərhədyanı 
rayonlar və cəbhəətrafı zolaqlar.  


 
Təhlükəsiz zona
 - düşmən basqını gözlənilən dərəcəli şəhərlərin və əlahiddə obyektlərin 
ə
trafında  ehtimal  olunan  dağıntı  zonalarından  və  digər  təhlükəli  rayonlardan  kənarda 
ə
halinin qəbul edilməsi, yerləşdirilməsi və yaşaması üçün yararlı olan ərazidir.  
Ə
halinin köçürülməsi istehsalat - ərazi prinsipi üzrə təşkil edilir.
  
stehsalat prinsipi
 - fəhlələrin, qulluqçuların, digər işçilərin və onların ailə üzvlərinin, ali 
və  orta  ixtisas  məktəbləri  tələblərinin,  texniki  peşə  məktəbi  şagirdlərinin  obyektlər  üzrə 
təhlükəli rayonlardan çıxarılıb təhlükəsiz zonada yerləşdirilməsini nəzərdə tutur. 
Belə  hallarda,  təhlükəli  rayonlarda  fəaliyyətini  davam  etdirən  obyektlərin  işçiləri 
təhlükəsiz rayonlara çıxarılıb yerləşdiriləndən sonra növbələr üzrə mütəşəkkil olaraq öz iş 
yerlərinə gətirilir və iş növbəsindən sonra yenidən köçürüldüyü rayona aparılırlar. 
Qalan əhali isə ərazi prinsipi üzrə
 - yaşayış yerlərindən köçürülür.  
Yaranmış vəziyyətdən asılı olaraq əhali: 
- bütünlüklə (ümumi köçürmə); 
- yaxud qismən köçürülə bilər. 
 Ümumi  köçürmə  hallarında,  səfərbərlik  vəsiqəsi  olan  şəxslərdən  (onlar  Dövlət 
səfərbərlik və hərbi xidmətə çağırış  darələrinə getməlidirlər), eləcə də köçürülməsi qeyri-
mümkün  sayılan  xəstələrdən  və  onlara  xidmət  edən  tibbi  heyətdən  başqa  bütün  əhali 
köçürülür.  
Qismən  köçürmə  zamanı  isə  əmək  qabiliyyəti  olmayan,  habelə  istehsalat  və  xidmət 
sahələrində işləməyən əhali köçürülür.  
Ə
halini  köçürməyin  əsas  üsulu
  kombinasiyalı  üsuldur,  bu  zaman  adamların  əksəriyyəti 
piyada,  bir  qismi  isə  əldə  olan  bütün  nəqliyyat  vasitələrində  təhlükəli  zonadan  dərhal 
çıxarılır.  
Hərbi  dövrdə  dərəcəli  şəhərlərdən,  onların  rayonlarından  və  xalq  təsərrüfatı 
obyektlərindən  köçürülən  əhalinin  yerləşdiriləcəyi  təhlükəsiz  rayonlar  və  ya  yaşayış 
məntəqələri əvvəlcədən təyin edilir.  
Bu  zaman  köçürülən  ərazidə  işini  davam  etdirəcək  obyektlərin  fəhlə  və  qulluqçuların, 
həmçinin zədələnmə ocaqlarında xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması üçün 
qüvvə  və  vasitə  qruplarını,  mümkün  qədər  yaxın  yaşayış  məntəqələrində  yerləşdirmək 
nəzərdə tutulmalıdır.  
Köçürülən  əhali  yerləşdiriləcək  rayonlar  və  oraya  gedən  marşrutlar  Azərbaycan 
Respublikası  FHN  müvafiq  orqanları  tərəfindən  bu  şəhərin  (rayonların)  icra  hakimiyyəti 
başçıları  ilə  birlikdə  dəqiqləşdirilir  və  hərbi  komandanlıq  orqanları  ilə  əvvəlcədən 
razılaşdırılır.  
Köçürüləcək  xalq  təsərrüfatı  obyektlərinin  və  digər  təşkilatların  bu  yaşayış 
məntəqələrində  yerləşdirilməsi  məsələsi  rəsmiləşdiriləndən  sonra,  əhalinin  qəbul  edəcək 
şə
hər və rayonların icra hakimiyyəti orqanları həmin obyekt və təşkilatlara lazımi qaydada 
tərtib  edilmiş  məskunlaşma  orderləri  verir  və  əhalinin  həyat  təminatı  məsələlərini  həll 
edirlər.  
Kimyəvi təhlükəli obyektlərdə qəza baş verərkən, eləcə də ərazidə radioaktiv zəhərlənmə 
(çirklənmə)  olarkən  köçürmə  işləri  adətən  iki  mərhələdə  yerinə  yetirilir:  əhali  əvvəlcə 
zədələyici  amillərin  təsir  zonasının  hüdudlarına  çıxarılır  sonra  isə  təhlükəsiz  rayonlardakı 
yerləşdirmə  məntəqələrinə  aparılır.  Bu  dövrdə  həmçinin  radiasiyadan  və  kimyəvi 
zəhərlənmədən mühafizə tədbirləri də görülür.  
Köçürülən  əhalinin  qeydiyyatı  üçün  əsas  sənədlər  –  şəxsiyyəti  təsdiq  edən  pasport 
(vəsiqə) və iş yaxud yaşayış yerində tərtib olunmuş köçürülənlərin siyahısından ibarətdir.  
Şə
hərlərdən,  rayonlardan  və  ayrı-ayrı  yaşayış  məntəqələrindən  əhalinin  köçürülməsi 
barədə qərarları aşağıda göstərilən vəzifəli şəxslər qəbul edirlər:  


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə