Microsoft Word m vzu docx



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə39/75
tarix21.10.2017
ölçüsü5,04 Kb.
#6357
1   ...   35   36   37   38   39   40   41   42   ...   75

O,  tutqun  hava  şəraitinə  daha  xarakterikdir,  ancaq  səhər  və  axşam  vaxtı  inversiyadan 
konvenksiya keçid hal kimi (səhər) və əksinə (axşam) əmələ gələ bilər.  
 Konvenksiya  -
   günəş  çıxandan iki saat sonra  əmələ  gəlir  və günəşin batmasına 2-2,5 
saat qalmış edağılır. 
Adətən yay aylarında aydın gündə müşahidə olunur. 
Konvenksiya  zamanı  havanın  aşağı  qatı  yuxarı  qatından  daha  isti  olur  -  bu  zaman 
zəhərlənmiş hava daha tez dağılır və ZM təsirinin azalmasına kömək edir.  
GTZM olan obyektlərdə kimyəvi şəraitinin qiymətləndirilməsi zəhərlənmiş ərazidə olan 
insanların müdafiəsini təşkil etmək məqsədi ilə görülür. 
Proqnozlaşdırma üsulu ilə kimyəvi şərait qiymətləndirdikdə obyektdə olan GTZM bütün 
həcmi dağılmış (tullanmış) hesab edilir və ZM yayılması üçün əlverişli hava şəraiti nəzərdə 
tutulur (inversiya. küləyin surəti 1 m/s). 
GTZM  saxlanılan  tutumlarda  qəza  baş  verdikdə  (tutumlar  məhv  olduqda)  kimyəvi 
şə
raitin    qiymətləndirilməsi  faktiki  alınmış  vəziyyətə  uyğun  aparılır  -  dağılmış  ZM  real 
həcmi və meteoşərait götürülür.  
Bu zaman nəzərə almaq lazımdır ki, qaynama temperaturu 20¼S aşağı olan ZM (fosgen, 
hidrogen  fluoridi)  GTZM  dağıldıqda  dərhal  buxarlanmağa  başlayır  və  havanın  yerüstü 
qatında əmələ gələn zəhərli buxarın həcmi dağılmış ZM həcminə bərabər olur.  
Qaynama  temperaturu  20¼S  yuxarı  olan  ZM  (maye  ammonyak,  xlor  və  oleum) 
buxarlanaraq, yerüstü hava qatını zəhərləyirlər. 
 
3. Mühəndis şəraitin  qiymətləndirilməsi. 
 
Mühəndis  şəraiti    dedikdə  təbii  fövqəladə  hadisələrin,  qəzaların  (fəlakətlərin),  nüvə 
silahının  birinci  və  ikinci  zədələyici  amillərinin,  digər  müasir  sursatların  tətbiqi 
nəticəsində binaların, qurğuların, avadanlıqların, komunal -  enerji şəbəkələrinin, rabitə və 
nəqliyyat  vasitələrinin,  körpülərin,  bəndlərin,  hava  limanlarının  dağılması  nəticəsində 
müəssisələrin işinin dayanıqlığına və insanların həyat fəaliyyətinə təsir göstərən vəziyyət 
başa düşülür. 
 
Mühəndis şəraitinin qiymətləndirilməsinə daxildir: 
-  obyektin bütövlükdə  elementlərinin və onun binalarının,  qurğularının,  avadanlıqlarının, 
komunal  -  enerji  şəbəkələrinin,  fəhlə  və  qulluqçuları  mühafizə  etmək  üçün  mühafizə 
qurğularının uçmasının miqyası; 
- dağıntı sahələrinin ölçüsü, mühəndis işlərinin həcmi və mürəkkəbliyi; 
-  obyektin  ayrıca  elementlərinin  və  bütövlükdə  obyektin  iş  dayanıqlığına  və  insanların 
həyat fəaliyyətinə onların təsirinin təhlili; 
-  qəza-xilasetmə  işlərinin  həcmini,  vaxtını  və  ardıxcıllığını,  qəza-xilasetmə  işlərinin 
aparılması üçün tələb olan qüvvə və vasitələrin həcminin müəyyənləşdirilməsi.  
Mühəndis  şəraitinin  qiymətləndirilməsi  proqnoz  və  mühəndis  kəşfiyyatının 
məlumatlarının birləşməsi vasitəsilə yerinə yetirilir. 
Mühəndis şəraitinin qiymətləndirilməsi üçün ilkin məlumatlar: 
- daha çox ehtimal eedilən təbii hadisələr, qəzalar (fəlakətlər) barədə məlumatlar: 
- düşmən barədə. onun niyyəti və imkanları barədə məlumatlar; 
-  fəhlə  və  qulluqçuları  mühafizə  etmək  üçün  mövcud  mühafizə  qurğularının,  mühəndis-
texniki komplekslərin xüsusiyyətləri. 
Mühəndis şəraitinin kəşfiyyat məlumatları əsasınd qiymətləndirilməsinə daxildir: 
- fəlakət sahəsində olan insanların xilas və evakusiya edilməsi üçün keçirilən işlərin növü 
və həcmi, şəraitin olması, ikinci zədələyici amillərin təsirinin (partlayışların, yanğınların, 
qazlaşmanın, subasmanın) qarşısının alınması yollarının müəyyən edilməsi. 


 Mühəndis  şəraitinin  qiymətləndirilməsi  müvafiq  mühəndis  hazırlığı  olan  şəxslər 
tərəfindən aparılmalıdır.   
Obyektlərdə qabaqcadan binaların konstruksiyaları,  qurğular, insanların mühafizə oluna 
biləcək    zirzəmilər,  onların  xüsuyyətləri  öyrənilməli,  su  ehtiyatları  olan  mənbələr,  qəza-
xilasetmə  işlərində  istifadə  edilə  biləcək  vasitələr  olan  anbarların,  texnikanın  yeri 
bilinməlidir.  
Mühəndis şəraitinin qiymətləndirilməsi daha effektiv olar ki, obyektin bütün mühəndis 
qurğularının.  sığınacaqların  və  onların  giriş  və  çıxışı,  kommunal-  enerqetik  xətlərin, 
söndürücü vasitələr göstərilmiş obyektin planı olduqda.  
Mühəndis  şəraitinin  qiymətləndirilməsini  müəyyən  etmək  üçün  aşağıdakı  tədbirləri 
həyata keçirmək tələb olunur: 
- qüvvələrin zədə ocağına yeridilməsi şərtlərini qiymətləndirmək; 
-  dağıntıları,  mühəndis  işləri  aprılan  şəraiti.  işlərin  həcmini,  növlərini  zədə  ocağında 
qiymətləndirmək; 
-  dağıntıların  nəticələrini  lokallaşdırmaq  üçün  görüləsi  işlərin  nəticələrini 
qiymətləndirmək;  
-  işlərin gedişatı zamanı partlayışların, yanğınların, subasmaların qarşısının alınması üzrə 
tələb olunan tədbirləri  görülməsi. 
 
4. Yanğın şəraitin  qiymətləndirilməsi. 
 
Yanğın  şəraiti  dedikdə  təbii  hadisələr,  qəzalar  (fəlakətlər),  nüvə  silahının  birinci  və  
ikinci  zədələyici  amilləri,  digər  müasir  silahlar  və  əsasən  alışdırıcı  vasitələrin  tətbiqi 
nəticəsində  yanğınların  əmələ  gəlməsi,  hansılar  ki  obyektlərin  dayanıqlığına  və  iş 
fəaliyyətinə təsir göstərməsi başa düşülür.  
Yanğın  şəraitinin  qiymətləndirilməsi  proqnoz  və  yanğın  kəşfiyyatının  məlumatlarının 
birləşməsi vasitəsilə yerinə yetirilir. 
 
Yanğın şəraitinin qiymətləndirilməsinə daxildir: 
-  yanğının  miqyasını,  xüsiyyətlərini  və  növünü  müəyyən  edilməsi  -  yanğın  mərkəzləri, 
bütün bir  ərazini  əhatə  edən  yanğın,  dağıntılar  ərazilərindəki yanğınlar,  hündürlükdə  baş 
verən yanğınlar, yerüstü. yeraltı, çöl yanğınları; 
- yanğının surəti və istiqaməti; 
- tüstülənmə sahəsinin miqyası və tüstünün dayanıqlığı müddəti; 
- obyektin ayrıca elementlərinin və bütövlükdə obyektin iş dayanıqlığına və insanların həyat 
fəaliyyətinə onların təsirinin təhlili; 
- obyektin ayrıca elementlərinin və bütövlükdə obyektin alovlanmaya qarşı dayanıqlığı və 
onun yüksəldilməsinə dair məsləhətlər; 
-yanğınsöndürənlərin  və  mülki  müdafiə  qüvvələrinin  yanğının  söndürülməsinə  və 
lokallaşdırılmasına  dair  daha  məqsədəuyğun  fəaliyyət  qaydalarının  müəyyən  edilməsi, 
işçilərin. əhalinin və maddi sərvətlərin evakuasiyası üzrə məsləhətlərin verilməsi. 
 
Mövzuya aid yoxlama suallar: 
 
 
1.    Qəzalar, fəlakətlər və təbii hadisələr zamanı şəraitlərinin qiymətləndirilməsinin 
məqsədi və nədən ibarətdir?    
2. Təxirəsalınmaz işlər zamanı şəraitlərinin qiymətləndirilməsi nədən ibarətdir? 
3.    Qısa  müddət  ərzində  işlərin  yerinə  yetirilməsinə  qüvvə  və  vasitələrə  olan  tələbatın 
qiymətləndirilməsinə nələr daxildir? 
4.  Hansı fövqəladə hallar üçün şəraitlərin qiymətləndirilməsi keçirilə bilər? 
5. Fövqəladə hallar üçün faktiki şəraitlərin qiymətləndirilməsi nəyi nəzərdə tutur? 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə