Microsoft Word m vzu docx



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə36/75
tarix21.10.2017
ölçüsü5,04 Kb.
#6357
1   ...   32   33   34   35   36   37   38   39   ...   75

II. Əsas hissə - 80 dəq. 
 
1-ci sual.  Radiasiya, kimya, mühəndis və yanğın şəraiti haqqında anlayış
 
Ə
halinin  və  xalq  təsərrufatı  obyektlərinin  fövqəladə  halların  nəticələrindən  qorunması 
tədbirləri kompleksinə radiasiya, kimya, mühəndis və yanğın hadisələrinin aşkar edilməsi 
və şəraitinin qiymətləndirilməsi əsas yer tutur. Onların hər biri fövqəladə hallar şəraitində 
ümumi qiymətləndirilmənin vacib tərkib hissəsidirlər.   
Qəzalar,  fəlakət  və  təbii  hadisələr  zamanı  şəraitin  qiymətləndirilməsi  qəza-xilasetmə 
işlərinə təsir göstərən amillərin  və səbəblərin öyrənilməsi və analiz edilməsi deməkdir. 
Şə
rait aşağıdaki əsas elementlərlə qiymətləndirilir: 
- qəzaların, fəlakətlərin və təbii fövqəladə hadisələrinin xarakteri və miqyası, istehsalatda 
işləyən  işkilərə  və  əhaliyə  onların  yaratdığı  təhlükə  dərəcəsi,  təhlükəli  ərazilərin 
(dağıntıların,  partlayışların,  yanğınların,  radioaktiv  çirklənmənin,  kimyəvi  və  bioloji 
zəhərlənmələrin, 
daşqınların, 
subasmaların) 
sərhədlərini 
və 
yayılmalarını 
proqnozlaşdırılması; 
- təxirəsalınmaz işlərin növləri, həcmi və yerinə yetirmə şəraiti; 
- işlərin qısa müddət ərzində aparılması üçün tələb olunan qüvvə və vasitələr; 
-  qüvvələrin  və  vasitələrin  miqdarı,  komplektləşdirilməsi,  təminatı,  onların  fəaliyyətə 
hazırlığı, onların obyektlərə (sahələrə) yerıdilməsi. 
 Şəraitin  qiymətləndirilməsi  zamanı  mütəxəssislər  işlərin  yerinə  yetirməsi  üçün 
qüvvələrə və vasitələrə olan tələbatı, onların faktiki mövcudluğunu, onların imkanlarını və 
onların  istifadəsi  üçün  optimal  (real)  variantı  seçirlər.  Şəraitin  qiymətləndirilməsi, 
qüvvələrin və vasitələrin istifadəsi barədə təkliflərini obyekt rəhbərinə məruzə edirlər. 
Mütəxəssislərin təklifləri ümumiləşdirilir və qərar qəbul edildikdə istifadə olunur. 
Şə
raitin qiymətləndirilməsi aşağıdakı fövqəladə hallar üçün istifadə oluna bilər: 
- obyektin özündə qəzalar və fəlakətlər baş verdikdə; 
- digər obyektlərdə qəzalar və fəlakətlər baş verdikdə və ya təhlükəli maddələr daşıdıldıqda 
baş vermiş qəzaların və fəlakətlərin nəticələri obyektin fəaliyyətinə təhlükə yarada bildikdə; 
- təbii fövqəladə hallar baş verdikdə. 
 
Yanğın və partlayış təhlükəli obyektlərdə şəraitin qiymətləndirilməsi fəaliyyət planının 
tərtibatçıları  gözlənilən  partlayışın  parametrlərini  -  yəni  hava  dalğasının  cəbhəsindəki 
təzyiqi  və  onun  açıq  ərazidə  olan  binalara,  qurğulara  və  insanlara  təsirinin  dərəcəsini    
müəyyən  etməlidirlər,  proqnozlaşdırmalıdırlar.  Alınmış  məlumatlar  əsasında  baş  verəcək 
fövqəladə hallarda mühəndis, yanğın və tibbi şərait qiymətləndirilir.  
Digər  obyektlərdə  qəzalar  və  fəlakətlər  baş  verdikdə  və  ya  təhlükəli  maddələr 
daşıdıldıqda baş vermiş qəzalarıda şərait qiymətləndirilirməsi üçün həmin obyektlərə olan 
məsafəni,  təhlükəli  maddələrin  daşındığı  hərəkət  marşrutları  və  onun  miqdarı  müəyyən 
edilməlidir.  
Dağıntıların  və  itkilərin  həcmini  proqnozlaşdırmaq  və  müəyyən  etmək  üçün 
qasırğaların,  tufanların  dağıdıcı  xarakteristikalarını  -  küləyin  surəti,  sahənin  eni  və  onun 
təsir müddətini bilmək tələb olunur. 
ntensiv yağışlar nəticəsində (12 saat və daha az müddətdə yağdıqda 50 mm həcmində) 
böyük itkilər baş verə bilər. 
Güclü yağışlar aşağıdaki nəticələrə gətirə bilər: 
- sanitar-epidemioloji şəraitin pisləşməsinə; 
- su təminatı mənbələrinin çirklənməsinə; 
- zirzəmilərin və təxniki yeraltı sahələrin subasmasına; 
- binaların deformasiyaya uğramasına, torpağın şişkinliyinə,  yumşalmasına, çökməsinə; 


-  yeraltı  suların  ağır  metallarla,  neft  məhsulları  və  digər  kimyəvi  maddələrlə 
çirklənməsinə; 
-  korroziya  prosesinin  güclənməsi  səbəbindən  boruların  və  digər  yeraltı  qurğuların 
dağılmasına. 
Güclü  qar  yağması  və  elektrik  xətlərinə  yapışmış  qarların  donaraq,  ağıraşması 
nəticəsində elektrik xətləri qırıla bilər. 
 
2-ci sual.  Fövqəladə hallar zamanı əmələ gəlmiş radiasiya, kimya, mühəndis və 
yanğın şəraitlərinin qiymətləndirilməsi qaydaları.  
 
Şə
raitin  qiymətləndirilməsi-yaranmış  konkret  vəziyyətdə  obyektin  fəaliyyətinə 
müsbət  və  mənfi  təsir  göstərən  amilləri  təhlil  edərək  ümumi  nəticə  əldə  etməkdə
ibarətdir. 
Müharibələr  adi  silahların  (odlu  silah,  yandırıcı  vasitələr,  həcmli  partlayış  döyüş 
sursatları, kasetli döyüş sursatları) tətbiqi ilə başlanır. Adi silahlar da getdikcə təkmilləşir 
və onların zədələyici amillərinin təsir qüvvəsi artır və fəsadlarının miqyası genişlənir. 
Müasir  müharibələrdə  adi  silahlarla  yanaşi  kütləvi  qırğın  silahları  da  tətbiq  oluna 
bilərlər.  Əgər  müharibə  başlansa,  insanların  fəaliyyəti  çox  mürəkkəb  və  spesifik  bir 
şə
raitdə  keçəcəkdir.  Buna  görə  əhalinin  kütləvi  qırğın  silahlarının  zədələyici  amilləri, 
onların  təsiri  nəticəsində  meydana  gələn  zədələnmələr  və  yaranan  kütləvi  zədələnmələr 
ocaqlarının xarakteristikası haqqında kifayət qədər məlumatları olmalıdır. 
 
Radiasiya  təhlükəsizliyi  -  insanın,  bütövlükdə  populyasiyanın,  ətraf  mühit 
obyektlərinin  ionlaşdırıcı  şüalanmanın  zərərli  təsirlərindən  qorunmasını  təmin  edən  elmi 
ə
saslanmış tədbirlər kompleksidir. 
Bu tədbirlər insan fəaliyyətinin müxtəlif sferalarında ionlaşdırıcı şüalanma mənbələrinin 
və atom enerjisinin təhlükəsiz şəraitdə istifadəsinin yaradılmasına istiqamətlənib. 
Radiasiya  təhlükəsizliyinin  əsas  vəzifələrindən  biri  ionlaşdırıcı  şüalanmanın  müxtəlif 
formalarının  təhlükəliliyinin  qiymətləndirilməsi  kriteriyalarının  işlənib  hazırlanmasıdır. 
Bu radiobioloji eksperimentlərin nəticələrinin analizi yolu ilə həll edilir və burada məqsəd 
ionlaşdırıcı  şüalanmanın  müxtəlif  formalarının  canlı  orqanizmə,  ayrı-ayrı  sistemlərə 
təsirini  öyrənmək  və  eyni  zamanda  radiasiya  qəzaları  zamanı  və  ya  ionlaşdırıcı 
ş
üalanmanın  təsiri  altında  işləyən  sağlam  insanın  vəziyyəti  haqqında  məlumat  almaqdır. 
Burada  daha  çox  əhəmiyyətli  olan  məsələ,  ionlaşdırıcı  şüalanmadan  şərtlənən  effekt  və 
ş
üalanmanın səviyyəsi arasında kəmiyyət əlaqələrinin qurulmasıdır.  
Bunun  üçün  şüalanma  səviyyəsinin  qiymətləndirmə  sistemi  və  radiasiyanın  təsirinin 
müxtəlif yollarında onun ölçülməsi üsulları işlənib hazırlanmışdır.  
Effektin  təzahürünu  xarakterizə  edən  parametr  xüsusiyyətlərində  ekvivalent  dozadan 
istifadə edilir. Qəbul edilmiş təhlükəsizlik kriteriyalarına əsasən ionlaşdırıcı şüalanmanın 
təsirinin  icazə  verilən  həddinin  sistemi,  qanunverici  sənədlərdə  qeydiyyat  şəkli,  qismən 
radiasiya təhlükəsizliyinin normaları işlənib hazırlanır. 
Radiasiya  təhlükəsizliyinin  digər,  heç də az  əhəmiyyətə  malik  olmayan  vəzifələrindən 
biri də əhalinin normal əmək şəraitinin və yaşayışının təmin edilməsi, eyni zamanda atom 
enerjisindən  istifadə  zamanı  ətraf  mühitdəki  obyektlərin  ionlaşdırıcı  şüalanmadan 
qorunması  məqsədilə  radiasiya  şəraitinin  proqnozlaşdırma,  qiymətləndirmə  üsullarının 
işlənib hazırlanmasıdır.  
Bura aiddir: 
-  şüalanma  mənbələrinin  xarakteristikası,  hansı  ki,  texnoloji  proseslərin  müxtəlif 
mərhələlərində  və  atom  enerjisindən  müxtəlif  məqsədlərlə  istifadə  zamanı  əhaliyə  və 
heyətə təsir edə bilər; 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə