Microsoft Word m vzu docx



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə34/75
tarix21.10.2017
ölçüsü5,04 Kb.
#6357
1   ...   30   31   32   33   34   35   36   37   ...   75

Öz bazası əsasında rayon xidmətləri yaradılmış təşkilatların imkanlarından asılı olaraq 
burada komandalar, qruplar, briqadalar, habelə xüsusi məqsədli manqalar; tibb, mühəndis, 
ictimai  asayişi  mühafizə,  rabitə,  kommunal-texniki,  avtomobil  nəqliyyatı,  heyvanları  və 
bitkiləri  mühafizə  manqalları  təşkil  edə  bilər.  Bundan  başqa,  mülki  miidafiə  məqsədləri 
üçün (ştat üzrə mövcud strukturda) rayonun rabitə, səhiyyə idarələrindən, habelə maddi və 
texniki təchizat, ticarət və ictimai iaşə idarə və müəssisələrindən istifadə olunur. Rayonun 
və  şəhərlərdən  köçürülən  müalicə-profilaktika  və  tibb  idarələrinin  bazası  əsasında  baza 
xəstəxanaları  idarəsi,  çeşidləmə-köçürmə  hos-pitalları,  baş  və  profil  xəstəxanaları,  ilk 
yardım dəstələri və epidemiya əleyhinə dəstələr yaradılır. 
Mülki müdafiə rayon mərkəzindəki komanda məntəqəsindən idarə edilir
. Bu məntəqəni 
rabitə  vasitələri  ilə,  məntəqənin  şəxsi  heyətini  isə  nəqliyyat  vasitələri  və  fərdi  mühafizə 
vasitələri  ilə  təmin  edirlər.  Komanda  məntəqəsində:  rəhbər  heyət,  qərargahın  və 
xidmətlərin şəxsi heyəti, köçürmə komissiyası və xidmət qrupu yerləşir. 
Müəssisə  direktorları,  rəhbərləri  mülki  müdafiəyə  cavabdeh  şəxs  sayılırlar.  Onlara 
aşağıdakı vəzifələr həvalə olunur: 
-  obyekt  dəstələri  yaratmaq,  onları  lazımi  əmlakla  təchiz  etmək  və  bu  dəstələrin  döyüş 
hazırlığını təmin etmək; 
- əhaliyə FH-ın nəticələrindən mühafizə tədbirlərinin öyrədilməsini təşkil etmək; 
-  mülki  müdafiə  dəstələri  və  əhali  üçün  xüsusi  əmlak  və  fərdi  mühafizə  vasitələri  əldə 
etmək, bunları toplayıb saxlamaq; 
-  vəzifəli  şəxslərə,  dəstələrin  şəxsi  heyətinə  və  əhaliyə  FH  təhlükəsi  haqqında  vaxtında 
xəbər vermək; 
- əhalinin mühafizəsi üzrə tədbirlərin yerinə yetirilməsinə rəhbərlik etmək; 
- profilaktika tədbirlərini, epidemiya, epizootiya və yanğın əleyhinə tədbirləri təşkil etmək; 
= şəhərlərdən köçürülmüş əhalini və idarələri qəbul edib yerləşdirmək; 
- əhalinin köçürülməsini təşkil etmək; 
- xəstəxana kollektorları açmaq üçün nəzərdə tutulmuş binaları hazırlamaq; 
- dəstələri toplamaq və onların zədələnmə ocağına yürüşünü təşkil etmək; 
- kənd təsərrüfatı heyvanlarının, bitkilərin, ərzaq ehtiyatlarının, yemin və su mənbələrinin 
radioaktiv,  kimyəvi  maddələr,  bakterioloji  vasitələrlə  yoluxmadan  mühafizəsi  üzrə 
tədbirləri yerinə yetirmək; 
-  əkinlərin,  su  anbarlarının,  meşələrin,  otlaqların  və  başqa  kənd  təsərrüfatı  sahələrinin 
zəhərlənməsini vaxtında aşkara çıxarmaq məqsədilə bu yerlərə nəzarəti təşkil etmək, 
habelə onların zərərsizləşdirilməsi işlərinə rəhbərlik etmək. 
Obyekt  dəstələrinin  hazırlığına  gündəlik  rəhbərliyi  təmin  etmək  və  mülki  müdafiə 
tədbirlərini  planlaşdırmaq  üçün  obyektlərdə  3-5  nəfərdən  ibarət  qərargah  (qərargahın 
heyətinə daxil edilən işçiləri öz əsas vəzifələrindən ayırmamaq şərtilə) yaradılır. 
əssisələrində yaradılan mülki müdafiə dəstələri. 
Rayonun  müəssisələrində,  şəhər  və  qəsəbələrində  bu  dəstələr  yaradılır:  xilasedici 
dəstələr  (komandalar),  kəşfiyyat  qrupları  (manqaları),  ətraf  mühitin  radioaktivliyini 
müşahidə  postları,  rabitə  qrupları,  sanitar  drujinası  dəstələri  və  sanitar  drujinalan, 
yanğınsöndürən komandalar (bölmələr), ictimai asayişi mühafizə dəstələri (komandaları), 
zərərsizləşdirici komandalar (qruplar), kənd təsərrüfatı heyvanlarını və bitkiləri mühafizə 
komandaları (qrupları). 
Kənd  yerlərindəki  müalicə-profilaktika  idarələrinin  və  şəhərlərdən  köçürülən  tibb 
idarələrinin bazası əsasında ilk tibbi yardım dəstələri, epidemiya əleyhinə səyyar dəstələr, 
ixtisaslı tibbi yardım dəstələri (briqadalar), həmçinin tibb xidmətinin idarələri (baza xəstə-
xanaları  idarəsi,  çeşidləmə-köçürmə  hospitalları,  mərkəzi  və  profil  xəstəxanaları)  təşkil 
edilir. 


Dəstələr  istehsalat  prinsipi  əsasında  komplektləşdirilir  və  təlimə  cəlb  edilirlər. 
Dəstələrin ştatları və əmlakla təchizat tabelləri, bu sahədə təsərrüfatların imkanları, habelə 
qüvvə və vasitələrə olan tələbat nəzərə alınmaqla dəstələrin nümunəvi təşkili sxemləri və 
təchizat norması tabellərinə uyğun olaraq obyektin qərargahı tərəfindən işlənib hazırlanır. 
Xilasedici  dəstə
  2-4  komandadan  ibarət  olur,  obyektin  əsas  mülki  müdafiə  dəstəsi 
sayılır.  Xilasedici  dəstə  zədələnmiş  adamları  axtarmaq,  uçqunlar  altından,  dağıdılmış 
sığınacaq  və  binalardan  çıxarmaq,  həkimə  qədər  yardım  göstərmək,  habelə  onları 
zədələnmə ocağından aparmaq üçün nəzərdə tutulur. 
Xilasedici  dəstə  bir  iş  növbəsi  (8-10  saat)  ərzində  aşağıdakı  işlərdən  birini  görə  bilər: 
zədələnmiş  600-1200  nəfər  adamı  zədələnmə  ocağından  çıxarıb  250-350  m  məsafəyə 
daşımaq;  zədələnmiş  120-240  nəfəri  uçqun  altından,  qismən  uçulmuş  binalardan  çıxarıb 
250-350  m  məsafəyə  aparmaq;  qismən  dağılmış  xəndək  və  ya  qazma  tipli  60-120 
daldalanacağın üstünü açıb sökmək; 18-36 sığınacaq və zirzəminin üstünü açıb sökmək. 
Həmin işləri yerinə yetirmək üçün dəstə, adətən, mühəndis texnikası və kənd təsərrüfatı 
texnikası ilə təmin olunur, habelə xüsusi məqsədli dəstələr ilə gücləndirilir. 
Kəşfiyyat  qrupu
  3-5  manqandan  ibarət  olur.  Bu  qrupun  əsas  vəzifələri  -  zədələnmə 
ocağının  hüdudlarını,  dağıntıların  xarakterini  və  miqdarını,  radiasiyanın  səviyyələrini, 
zəhərləyici  maddələrin  və  bakterioloji  vasitələrin  növünü  müəyyən  etməkdir.  Kəşfiyyat 
bölmələri yanğınların yerini və ölçülərini, dağılmış və zədələnmiş binaların, sığınacaqların 
və  daldalanacaqların  vəziyyətini  müəyyənləşdirir,  texnika  və  nəqliyyatın  hərəkəti  üçün 
yararlı  olan  marşrutlar  tapır,  harada  yaralılar  olduğu  barədə  məlumat  toplayır  və  başqa 
işləri icra edir. Kəşfiyyat qrupu adamların, texnikanın, əmlakın, ərzağın, yemin və suyun 
zəhərlənməsinə nəzarət et¬mək işinə də cəlb oluna bilər. 
Zərərsizləşdirici  komanda
  -  2-4  qrupdan  ibarət  olub  ərazini,  tikintiləri  və  texnikanı 
zərərsizləşdirmək  üçün  nəzərdə  tutulur.  Bir  iş  növbəsində  350-600  min  kvadrat  metr 
sahəni və ya 80-120 min kvadrat metr tikilini deqazasiya edə bilər. 
Sanitar  drujinaları  dəstəsi
  -  4-5  sanitar  drujinasından  ibarətdir  və  kütləvi  zədələnmə 
ocağında zərər çəkmiş adamlara ilk tibbi yardım göstərmək üçün nəzərdə tutulur. Dəstənin 
şə
xsi heyəti bir iş növbəsində 2200-2700 şəxsə ilk yardım göstərə bilər. Dəstə zədələnmə 
ocağında mülki müdafiənin xilasedici bölmələri ilə birgə işləyir. 
Sanitar  drujinaları  -  beş  manqandan  ibarətdir;  kənd  təsərrüfatı  və  orta  təhsil 
müəssisələrinin,  bazası  əsasında  yaradılır.  Drujinalar  zərər  çəkmiş  şəxslərə  zədələnmə 
ocağında ilk tibbi yardım göstərmək üçündür. 
Ə
traf mühitdəki obyektlərin radioaktivliyini müşahidə postları
 müəssisə və obyektlərdə 
radioaktiv,  kimyəvi  və  bakterioloji  vəziyyəti  müşahidə  etmək,  sahələrdə  zəhərlənmə 
başladığını  vaxtında  aşkar  çıxarmaq  və  bu  barədə  obyektin  mülki  müdafiə  qərargahına 
məlumat vermək üçündür. 
 
Mövzuya aid yoxlama suallar: 
 
1.  Sovet  ttifaqı  dağıldıqdan  sonra  Fövqəladə  halların  qarşısının  alınması  və  belə 
hallarda  fəaliyyət    üzrə  Azərbaycan  Dövlət  Sisteminin  yaradılması  üzrə    hansı  ışlər 
görülmüşdür? 
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Fövqəladə hallar üzrə Komissiyasının 
hansı  məqsədlərlə yaradılmışdır? 
3.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin Fövqəladə hallar üzrə Komissiyasının 
ə
sas vəzifələri hansılardır? 
4.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin Fövqəladə hallar üzrə Komissiyasının 
ə
sas funksiyaları hansılardır? 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə