Nüfuzedici radiasiyanın təsiri udulan doza ilə qiymətləndirilir və Qrey (Qr), Rentgen
(R), Rad. ölçü vahidləri ilə ölçülür.
1 qr. – 100 rad; 1 R.- 0,95 rad.
Ş
ualanma- ionlaşdırıcı radiasiyanın bioloji obyektlərə təsiridir.
Udulan dozanın miqyasından asılı olaraq, insanlar şua xəstəliyinə tutulurlar:
I-ci yüngül dərəcəli - D = 100-200 rad (1-2 qr.);
II-ci orta dərəcəli - D = 200-400 rad (2-4 qr.);
III-ci ağır dərəcəli - D = 400-600 rad (4-6 qr.) ;
IV-ci çox ağır dərəcəli - D - 600 rad (6 qr.) yuxarı.
Təhlükəsiz radiasiya dozaları:
- sülh dövründə təhlükəli obyektlərdə işləyənlər - bir il ərzində 5R, (həmin obyektlərin
yaxınlığında yaşayanlar bir il ərzində 0,5 R);
müharibə dövründə:
bir dəfəlik doza 4 gün ərzində 50 R;
çoxdəfəlik dozalar:
- bir ay ərzində 100 R;
- üç ay ərzində 200 R;
- bir il ərzində 300 R təşkil edilir.
Müxtəlif sıx və qalın materiallar nüfuzedici radiasiyanın təsirini 2 dəfə zəiflədir:
- Polad - 2,7 sm.
- Beton - 10 sm.
- Torpaq - 14 sm.
- Su - 23 sm.
- Ağac - 30 sm.
Bunlara yarımzəiflətmə qatı deyilir.
- Üstü örtülmüş xəndək – 40 dəfə,
- Mühafizə üçün uyğunlaşdırılmış zirzəmi isə 400 dəfə nüfuzedici radiasiyanın təsirini
zəiflədir.
Neytron seli tərkibində hidrogen olan maddələrdə (suda, parafində, betonda) daha çox
zəifləyir.
Nüfuzedici radiasiyanın təsirindən qorunmaq üçün onun təsirini 200 - 5000 dəfə
azaldan mülki müdafiənin mühafizə qurğularından istifadə olunur.
1,5 metr qalığında torpaq qatı nüfuzedici radiasiyanın təsirindən tam qoruyur.
Radioaktiv zəhərlənmə-
yerdə nüvə partlayışı baş verəndən sonrakı anlarda
radioaktiv zərrəciklər odlu kürənin tərkibində olur. Odlu kürə buxara və tüstüyə
bürünərək, hündürə qalxır və bir neçə saniyədən sonra 1700°S-də topa buludlara çevrilir.
Hündürə qalxan hava axınları yerdən toz-torpağı göyə qaldırıb (ona görə o göbələk
formasında olur) onları radioaktiv buludla birlikdə aparır. Yuxarı qalxan toz-torpaq
radioaktivləşir. ri toz buludlarının bir hissəsi bilavasitə partlayış rayonunda yerə çökur.
Qalan hissəcikləri isə buludun tərkibində qalıb hava axınları vasitəsilə partlayış
mərkəzindən kilometrlərlə məsafələrə aparılır və hərəkət istiqamətində radioaktiv
maddələr yerə tökülür.
Radioaktiv maddələrin buludda olan mənbəyi nüvə silahının tərkibində olan və
partlayış zamanı istifadə edilməyən uran, plutoniy və radioaktiv izotoplardır. Onların
torpağa təsiri nəticəsində istiqamətləşdirilmiş aktivlik əmələ gəlir. Həmin radioaktiv
maddələr obyektlərin üstünə düşərək, bölünürlər və ionlaşdırıcı şualanma əmələ
gətirərək, faktiki olaraq zədələyici amil olurlar.
Radioaktiv çirklənmənin parametrləri radiasiya ilə ölçülür (insanlara təsirinə) və
ş
ualanma dozasının gücü ilə - radiasiyanın səviyyəsinə (ərazinin və obyektlərin
çirklənməsi səviyyəsinə) görə. Bu parametrlər zədələyici amillərin kəmiyyət
xarakteristikalarıdırlar- radioaktiv maddələrin dağılması ilə müşahidə olunan radioaktiv
çirklənmənin, nüvə silahı partladılması nəticəsində radioaktiv çirklənmənin və nüfuzedici
radiasiyanın.
Radioaktiv zəhərlənmənin dərəcəsi asılı olur:
- partlayışın növündən;
- partlayışın gücündən;
- partlayışdan sonra keçən müddətdən;
- partlayış mərkəzinə qədər olan məsafədən;
- meteoroloji şəraitdən;
- yerin relyefindən.
Radioaktiv zəhərlənmə başqa zədələyici amillərdən aşağıdakıları ilə fərqlənir:
- zəhərlənmənin böyük sahəni əhatə etməsi - minlərlə və on minlərlə kvadrat-kilometr;
- zədələyici təsirin uzun müddət - günlərlə, həftələrlə və hətta aylarla qalması və təsir
göstərməsi;
- radioaktiv zəhərlənmənin rəngi, iyi və başqa xarici əlamətləri olmadığı üçün - çətin
aşkar edilməsi;
- qeyri-sabit xarakterli olur.
Radioaktiv maddələrin fasiləsiz olaraq parçalanması sayəsində zəhərlənmiş ərazinin
ölçülərinin müəyyən müddət ərzində azalmasıdır.
Radioaktiv çirklənməyə məruz qalmış ərazi iki sahəyə bölünür: partlayış sahəsi və
buludun izi.
Radioaktiv zəhərlənməyə məruz qalmış ərazi (radioaktiv zəhərlənmiş ərazi) formaca
ellipsə bənzəyir.
Şə
kil 1. Radioaktiv çirklənməyə məruz qalmış ərazinin nüvə partlayışı rayonunu və
buludun hərəkəti istiqaməti üzrə sxemi.
Buludun xarici sərhədlərində radiasiyanın səviyyəsi müvafiq olaraq 8, 80, 240, 800
rad/saat.
Ə
razinin radioaktiv çirkləntisini əmələn gətirən radioaktiv çöküntülər nüvə
partlayışından sonra 10-20 saat ərzində buluddan yerə tökülürlər.
Şə
kil 2. Radiasiyanın səviyyəsinin buludun izi ilə bölüşdürülməsi: 1- radioaktiv
buludun izi; 2- izin oxu; 3- radiasiyanın səviyyəsi buludun izinin eni ilə.
Zəhərlənmənin gücünə görə radioaktiv zəhərlənmə zolağını adətən dörd zonaya
bölünürlər:
Zona А - mülayim (zəif) zəhərlənmə zonası. Radioaktiv maddələrin zonanın xarici
sərhədində - 40 rad. və daxili sərhədində 400 rad. ilə xarakterizə edilir. A zonasının
sərhədi zəhərlənmə zolağının bütün sahəsinin 70-80 % -dir.
Zona B - güclü zəhərlənmə zonası. Radioaktiv maddələrin zonanın xarici sərhədində
- 400 rad. və daxili sərhədində 1200 rad. ilə xarakterizə edilir. B zonasının sərhədi
zəhərlənmə zolağının bütün sahəsinin 10 % -dir.
Zona V - təhlükəli zəhərlənmə zonası. Radioaktiv maddələrin zonanın xarici
sərhədində - 1200 rad. və daxili sərhədində 4000 rad. ilə xarakterizə edilir.
Zona Q - çox təhlükəli zəhərlənmə zonası. Radioaktiv maddələrin zonanın xarici
sərhədində - 4000 rad. və daxili sərhədində 7000 rad. ilə xarakterizə edilir.
Müəyyən müddətdən sonra radiasiyanın səviyyəsi tədricən azalır. Bu, radioaktiv
maddələrin öz-özünə parçalanıb qeyri-aktiv maddələrə çevrilməsi nəticəsində baş verir.
Radioaktiv maddələrin heç bir xarici əlaməti (rəngi, iyi) yoxdur, zəhərlənməni ancaq
xüsusi doza ölçən (dozimetrik) cihazlar vasitəsilə aşkar etmək mümkündür. Ərazinin
zəhərlənmə dərəcəsi radiasiyanın səviyyəsi (yəni gücü) ilə xarakterizə edilir və rentgen
- saatla (R/s) ölçülür.
Radioaktiv zəhərlənmədən mühafizə etmək üçün insanları ümumi xarici
ş
üalanmadan qorumaq, həm də radioaktiv maddələrin dəri səthinə, burunun, gözlərin
selikli qişalarına düşməsinin və hava, ərzaq, su ilə orqanizmə keçməsinin qarşısını
almaq lazımdır. Bu məqsədlə radiasiya əleyhinə daldalanacaqlardan, sığınacaqlardan
istifadə olunur. Fərdi mühafizə vasitələri (əleyhqaz, respirator, tozdan qoruyan parça
maska, habelə pambıqlı tənzif sarğı) tənəffüs üzvlərini zəhərlənmədən etibarlı surətdə
qoruyur. Bədənin səthini adi paltarlarla da mühafizə etmək mümkündür.
Elektromaqnit impulsu (EM )
- nüvə partlayışı anında külli miqdarda qamma -
kvantlar və neytronlar yaranır və ətrafa yayılır. Bunlar ətraf mühitin atomları ilə qarşılıqlı
təsirə qoşularaq elektromaqnit sahələri yaradır. Təsir müddəti bir neçə milli saniyə olur.
Nəticədə hava və yeraltı rabitə - kabel xətlərində, elektrik xətlərində, radiostansiyaların
antennalarında qısa müddətli, lakin güclü cərəyan və gərginlik əmələ gətirir ki, bunlar da
radioelektron cihazlarını, xarici xətlərə qoşulmuş elektrik qurğularını sıradan çıxarır.
Dostları ilə paylaş: |