Xəstəliyin yayılmasının ən sadə üsullarından biri havanın yoluxmasıdır. çərisində
bakterioloji vasitələr olan hərbi sursat havada duman və ya tüstüşəkilli aerozol buludu
yaradır. Onun zədələyici təsiri tətbiq edilən xəstəliktörədicidən, ərazinin relyefındən,
meterioloji şəraitdən asılıdır.
nsan və heyvanlar təkcə bakterioloji vasitələrin tətbiq edildiyi zaman deyil, buluddan
ayrılmış aerozol hissəciklərinin zədələyici xüsusiyyətlərini saxlaya bildiyi vaxtdan asılı
olaraq, bir neçə saat, gün, həftə, hətta ay müddətində də zədələnə bilər. Ona görə
üzərinə həmin hissəciklər düşmüş əşyalara toxunduqda və ya yoluxmuş yeyinti
məhsullarından və ya sudan istifadə edildikdə zədələnmək olar.
Şə
kil 3 Bioloji zədələnmə ocağı
Bioloji silahlarda, əsasən taunun, vəbanın, Sibir yarasının, tulyaremiyanın,
brüselyozun, melioidozanın sarı və başqa isitmə növlərinin, təbii çiçəyin, psitmakozanın
(ornitlozanın), səpmə və qarın yatalağının, qripin, malyariyanın dizentiriyanın törədiciləri
olan müvafiq mikroorqanizmlərdən, viruslardan, bakteriyalardan, göbələklərdən istifadə
olunur.
Bioloji silahlar da, eynilə kimyəvi silahlar kimi hədəfə müxtəlif raket, artilleriya,
fuqas, mərmi, mina, qumbara, xüsusi səpmə qurğuları vasitəsilə və ya su mənbələrini,
qida anbarlarını, rəqib milli valyutasını yoluxdurmaqla, istehlak bazarına bu maddələrlə
yoluxdurulmuş ərzaq ixrac etməklə, ayrı-ayrı təşkilatlara bu maddələrlə yoluxdurulmuş
məktub göndərməklə çatdırılır ki, sonrakı mərhələdə artıq o, kimyəvi silahdan fərqli
olaraq eskalasiya, zəncirvari reaksiya doğuraraq epidemiya şəklində yayılır.
Bakterioloji silahın tətbiqi nəticəsində bioloji zədələnmə ocağı yarana bilər.
Bioloji zədələnmə ocağı o əraziyə deyilir ki, orada bakterioloji silahın tətbiqi
nəticəsində insan, heyvan və bitki tələfatı olsun.
Bioloji zədələnmə ocağı yaranan yerdə karantin və müşahidə rejimləri tətbiq olunur
(şəkil 3).
Yoluxucu xəstəlik yayan həşəratlar bir yerdən başqa yerə keçdikləri üçün bakterioloji
yoluxmanın ilk sərhədləri də genişlənir və deməli, yoluxucu xəstəliklərin yayılma
təhlükəsi artır.
Profilaktika aparmaq və lazımi tədbirləri görmək üçün bakteriloloji vasitələrin
vaxtında aşkar edilməsinin çox böyük əhəmiyyəti var. Düşmənin bakterioloji silahdan
istifadə etdiyini zahiri əlamətlərə, bu vasitənin hansı yoluxucu xəstəlik törədəcəyini isə
laboratoriyada aparılmış tədqiqatlara görə müəyyən etmək olar.
Bakterioloji vasitələri olan hərbi sursat partladıqda boğuq səs eşidilir, ətrafa iri
qəlpələr yayılır, torpaq və bitki üzərinə damcılar və tozşəkilli maddələr çökür. Bəzən
təyyarələrdən müxtəlif yüklərin - konteynerlərin, kisələrin, bağlamaların atıldığmı da
müşahidə etmək olar. Yoluxucu xəstəlikyayan həşəratlar tətbiq edildikdə, hərbi
sursatların partladığı yerdə əvvəllər təsadüf edilməyən xeyli miqdarda həşərat və gənə
toplaşa bilər.
Düşmənin bakterioloji vasitələr tətbiq etdiyi rayonlarda insanlar arasında kütləvi
epidemiya, həmçinin mal-qaranın qırılması halları baş verə bilər.
Bunun qarşısını almaq üçün observasiya və karantin-postları təyin edilir.
Observasiya -
epidemiya ocağında yoluxucu xəstəliklərin yayılmasının qarşısını
almaq məqsədilə həyata keçirilən təcridetmə -məhdudlaşdırma və müalicə-profılaktika
tədbirləri sisteminə deyilir.
Tibb bölmələri təcili profılaktika və müalicə tədbirləri görür. Əgər bütün əhali
təhlükəli yoluxucu xəstəliklə mübarizə aparsa, bu tədbirlərin effektli nəticəsi olar.
Həkimin və ya başqa tibb işçisinin göstərişi ilə yaşayış yerini, ictimai istifadə
yerlərini, yeyinti məhsullarını, suyu, qab-qacağı, paltarı, ayaqqabını, yorğan-döşəyi,
mebeli dezinfeksiya etmək lazımdır.
Xəstəliyin qarşısını alan profılaktika peyvəndlərindən və dərman qəbulundan imtina
etməyin.
Düşmənin bakterioloji silahının təsirinə məruz qalmış rayonda hakimiyyət orqanları
xüsusi karantin rejimi yaradirlar və həmin rayona gediş-gəliş qadağan edilir.
Karantin - bakterial yoluxma ocağını təcrid etmək, xəstəliklərin yayılmasının
qarşısını almaq və aradan qaldırmaq məqsədilə yerinə yetirilən, epidemiya rejimli
profılaktika tədbirlər sistemidir. Karantin dövründə əhalinin vəzifəsi qoyulmuş
qaydalara ciddi riayət etməkdir. Yadda saxlamaq lazımdır ki, bütün tədbirlər insanların
həyatını və sağlamlığını mühafızə etmək üçün görülür.
Dezinfeksiya -
xəstəlik törədən mikroorqanizmlərin məhv edilməsi və ya
zərərsizləşdirilməsidir. Dezinfeksiyanı həm infeksiya ocağında, həm də profilaktika
məqsədilə aparırlar.
Nə vaxt aparılmasından və məqsədindən asılı olaraq infeksiya ocağında aparılan
dezinfeksiya cari və son dezinfeksiyaya bölünür.
Cari dezinfeksiyanı infeksiyalı xəstənin, yaxud infeksiya gəzdirənin olduğu bütün
müddətlərdə xəstənin çarpayısı yanında və onun ətrafında aparılır. Cari dezinfeksiyada
məqsəd infeksiyanı yayılmağa qoymamaqdır. Dezinfeksiya məqsədilə xlorlu əhəng,
xloramin, dixloramin, fenol, formalin, krezol və digər maddələr işlədilir. Eyni zamanda
bu məqsədlə qaynatmadan, yandırmadan və isti buxardan da istifadə etmək olar.
III. Yekun hissə - 5 dəq.
Tələbələrə dərsin məqsədinə nail olunmasını elan edirəm, növbəti dərs üçün tapşırıqlar
verirəm.
Mövzuya aid yoxlama suallar:
1. Mülki müdafiənin müasir dövrdə rolu nədən ibarətdir?
2. Mülki müdafiə fənnin öyrənilməsində tələbələr nələri bilməlidirlər, nələri
bacarmalıdırlar?
3. Mülki müdafiə Qanunda istifadə olunan əsas anlayışlar, onların məzmu?
Dostları ilə paylaş: |