2. Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan
Dövlət Sistemi haqqında təqdim olunan Əsasnamə təsdiq edilmişdir.
3. Fövqəladə halların qarşısının alınmasına və nəticələrinin aradan qaldırılmasına
respublikanın bütün qüvvələrini cəmləşdirmək məqsədilə Azərbaycan Respublikası Dövlət
orqanlarına Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə vəzifələr
həvalə edilmişdir.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Fövqəladə hallar üzrə Komissiyası
yaradılmışdır.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Fövqəladə hallar üzrə Komissiyası
haqqında təqdim olunan Əsasnamə təsdiq edilmişdir.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Fövqəladə hallar üzrə Komissiyasına
qəza-xilasetmə, qəza-bərpa işlərinin və digər təxirəsalınmaz işlərin təşkili və yerinə
yetirilməsi zamanı rabitə və xəbərvermə şəbəkəsindən ilk növbədə üstünlüklə istifadə
etmək ixtiyarı verilmişdir.
7. Azərbaycan Respublikasının müvafiq Dövlət orqanlarına tapşırılmışdır ki, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Fövqəladə hallar üzrə Komissiyası və Naxçıvan Muxtar
Respublikası Nazirlər Kabineti ilə birlikdə respublika şəhərləri və rayonları icra
hakimiyyəti orqanlarının iştirakı ilə fövqəladə hallar rayonlarında həyat təminatı
obyektlərində bərpa işlərinin aparılması üçün müvafiq tikinti, ixtisaslaşdırılmış və
quraşdırma təşkilatlarının tərkibində qəza-bərpa dəstələrinin yaradılması qaydasını
müəyyənləşdirilib Nazirlər Kabinetinə təqdim edilmişdir.
8. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Rabitə
Nazirliyi, Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Şirkəti ilə
birlikdə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası
Nazirlər Kabineti Fövqəladə hallar üzrə Komissiyasının, Azərbaycan Respublikası Milli
Təhlükəsizlik Nazirliyinin və digər əlaqədar nazirliklərin və baş idarələrin iştirakı ilə
respublika rayon və şəhər icra hakimiyyəti orqanlarını təsərrüfat orqanlarını, habelə əhalini
yaranmış fövqəladə hallar və onun nəticələrinin aradan qaldırılmasının gedişi barədə
məlumatlandırmaq üçün fəaliyyət göstərən xəbərdarlıq və müntəzəm məlumatlandırma
sisteminin (o cümlədən bilavasitə kütləvi informasiya vasitələri ilə) səmərəliyini
yüksəltmək sahəsində tədbirlər görülmüşdür.
9. Azərbaycan Respublikası Dövlət Sisteminin qəza-xilasetmə və qəza-bərpa daimi
hazırlıq dəstələrinin fəaliyyətinin hüquqi və maliyyə əsaslarını müəyyən edən normativ
sənədlər hazırlanmışdır.
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Fövqəladə hallar üzrə Komissiyası və
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi respublikanın digər əlaqədar
nazirliklərinin və baş idarələrinin iştirakı ilə fövqəladə halların qarşısının alınması, belə
halların nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin maddi-texniki təminatı,
maliyyələşdirilməsi, bu tədbirlərdə iştirak edən vətəndaş və təşkilatların əməyinin
ödənilməsi, zərərçəkənlərə göstərilən kömək, vətəndaşların məşğələlərə xüsusi məşqlərə
cəlb edilməsi ilə, habelə lazımi elmi-tədqiqat işlərinin həyata keçirilməsi ilə əlaqədar
xərclərin aparılması qaydalarına dair Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim
edilmişdir.
11. «Azəravtonəqliyyat» Konserni, Azərbaycan Dəmir Yolu darəsi, Azərbaycan Hava
Yolları Dövlət Konserni «AZAL» Xəzər Dəniz Gəmiçiliyi darəsi, Azərbaycan
Respublikası Nazirlər Kabineti Fövqəladə Hallar Üzrə Komissiyasının tələbi ilə öz vəsaiti
hesabına fövqəladə halların nəticələrinin aradan qaldırılmasına lazımi qoşun hissələrinin,
xüsusi dəstələrin, qrupların və yüklərin fəlakət rayonlarına və geriyə daşınmasını ilk
növbədə təmin edilməsi barədə tapşırıq verilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Fövqəladə Komissiyasına zəruri hallarda
bu məqsədlər üçün Azərbaycan Respublikası Daxili şlər Nazirliyinin, Müdafiə
Nazirliyinin, habelə digər nazirliklərin və baş idarələrin nəqliyyat vasitələrini cəlb etmək
ixtiyarı verilmişdir.
12. Azərbaycan Respublikası Nazirlər Kabineti Fövqəladə hallar üzrə Komissiyasının
heyəti təsdiq edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin fövqəladə hallar üzrə Komissiyası
haqqında Əsasnamə təsdiq edilmişdir.
Ümumi müddəalar
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Fövqəladə hallar (FH) üzrə Komissiyası
aşağıdakı məqsədlərlə yaradılır:
- Respublika ərazisində güclü qəzalar, təbii fəlakətlər, epidemiya, epizootiyalar və
epifitotiyalar zamanı respublikanın bütün səviyyəli idarəetmə orqanlarının, Fövqəladə
halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Dövlət Sistemi qüvvə və
vasitələrinin daim fəaliyyətə hazırlığının təmin edilməsi;
- Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında
respublikanın bütün səviyyəli idarəetmə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi;
- xilasetmə və qəza-bərpa işlərinə, əhalinin həyat və təminatı üzrə tədbirlərə və fəlakət
rayonlarından köçürülməsinə rəhbərlik edilməsi.
Komissiya Nazirlər Kabinetinin daimi orqanıdır və öz fəaliyyətində Azərbaycan
Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını,
Azərbaycan Respublikası Ali Sovetinin qərarlarını Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərar və sərəncamlarını və digər normativ aktları, habelə bu Əsasnaməni
rəhbər tutur.
Komissiya Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəhbərliyi altında fəaliyyət
göstərir və onun şəxsi tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən
təsdiq edilir.
Fövqəladə hallar üzrə Komissiyaya Azərbaycan Respublikası Baş nazirinin
müavinlərindən biri başçılıq edir.
Komissiyanın əsas vəzifələri
- Fövqəladə halların qarşısının alınmasına, güclü qəzaların, təbii fəlakətlərin, epidemiya,
epizootiya və epifitotiya nəticəsində dəyən ziyanın azaldılmasına, təhlükə potensiallı
istehsalatlarda işin etibarlığının yüksəldilməsinə, xalq təsərrüfatı obyektlərinin və sosial
sahələrin ehtimal olunan Fövqəladə hallara davamlılığının təmin edilməsinə yönəldilmiş
tədbirlərin planlaşdırılması, işlənib hazırlanması və həyata keçirilməsi;
Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Respublika Dövlət
Sisteminin yaradılması onun orqanlarının, qüvvə və vasitələrinin fövqəladə hallarda
fəaliyyətə hazır saxlanması:
- profilaktika tədbirlərinin həyata keçirilməsinə, habelə əhalinin təhlükəsizliyinin təmin
olunması problemlərinin kompleks halda həlli üzrə elmi, elmi-texniki araşdırmaların,
təcrübə-konstruktor işlərinin yerinə yetirilməsinə, fövqəladə hallarda fəaliyyət göstərmək
üçün nəzərdə tutulan dəstələrin saxlanması və təminatına, fəlakət rayonuna və
zərərdidələrə yardım göstərilməsinə lazım olan xərclərin ödənilməsindən ötrü respublika-
maliyyə və maddi-texniki təminat sistemi yaradılması üzrə təkliflər hazırlayıb Azərbaycan
Respublikası Nazirlər Kabinetinin müzakirəsinə verilməsinin təşkili;
- Fövqəladə hallar barədə məlumatların, xəbərlərin toplanması və mübadiləsi, belə halların
nəticələrinin aradan qaldırmaqdan ötrü qüvvə və vasitələr ayrılması məsələləri üzrə
Dostları ilə paylaş: |