nazirliklər, baş idarələr, hərbi hissələrin və donanmanın komandanlığı, ictimai təşkilatlar
və hərəkatlar arasında qarşılıqlı fəaliyyətin təşkili;
- regional fövqəladə halların yaranması və genişlənməsi dövründə, həmçinin onların
nəticələri aradan qaldırılan dövrdə fəaliyyətə rəhbərlik etmək.
Komissiyanın funksiyaları və hüquqları
Komissiya ona həvalə edilən vəzifələrə müvafiq olaraq:
a) gündəlik fəaliyyətində aşağıdakı işləri təşkil edir və əlaqələndirir;
- Fövqəladə hallarda fəaliyyətə hazırlığın yüksəldilməsi, əhalinin təhlükəsizliyinin təmin
edilməsi, sənaye, energetika, nəqliyyat, rabitə, sosial və mədəni-məişət obyektlərinin
fövqəladə hallarda işinin etibarlığı və davamlılığının artırılması üzrə respublika
nazirliklərinin, baş idarələrinin və digər idarəetmə orqanlarının fəaliyyətini;
- ehtimal olunan fövqəladə halların və onların nəticələrinin proqnozlaşdırılması,
Azərbaycan Respublikasının ərazisində qəzalar, təbii fəlakətlər, epidemiya, epizootiya və
epifitotiya nəticəsində yarana biləcək təhlükəli zonaların və gözlənilən ziyanın
müəyyənləşdirilməsi işlərini;
- təhlükə potensiallı obyektlərdə qəzaların qarşısının alınmasına, belə hallar baş verərkən,
həmçinin təbii fəlakət, epidemiya, epizootiya və epifitotiya hallarında ehtimal olunan
ziyanın azaldılmasına yönəldilmiş profilaktik tədbirlər sisteminin hazırlanması üzrə işləri;
- ehtimal olunan qəzaların, təbii fəlakətlərin, epidemiyanın, epizootiyanın və epifitotiyanın
aradan qaldırılması üzrə fəaliyyət planının işlənib hazırlanması işlərini;
- profilaktika tədbirlərinin həyata keçirilməsinə, habelə əhalinin təhlükəsizliyinin təmin
olunması probleminin kompleks halda həlli üzrə elmi, elmi-texniki araşdırmaların,
təcrübə-konstruktor işlərinin yerinə yetirilməsinə, fövqəladə hallarda fəaliyyət üçün
nəzərdə tutulmuş dəstələrin saxlanması və təchizat məsrəflərinin ödənilməsinə, qəzalar,
təbii fəlakətlər, epidemiya, epizootiya və epifitotiya nəticələrinin aradan qaldırılması və
zərərdidələrə yardım göstərilməsinə lazım olan xərclərdən ötrü maliyyələşdirmə, maddi-
texniki təminat və maddi sərvətlər ehtiyatları sisteminin yaradılması üzrə işləri;
- fövqəladə halların qarşısının alınması və onun nəticələrinin aradan qaldırılması
tədbirlərində ictimai təşkilatların və müvafiq təcrübəyə malik şəxslərin iştirakı üçün şərait
yaradılması işlərini;
- Azərbaycan Respublikası əhalisinin fövqəladə hallarda fəaliyyətə hazırlanması üzrə
işləri;
- Komissiyanın səlahiyyətinə aid məsələlər üzrə qanunvericilik aktlarının, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarlarının və digər normativ sənədlərin işlənib
hazırlanması və onların yerinə yetirilməsinə nəzarət işlərini;
- fövqəladə halların profilaktikası, qarşısının alınması və nəticələrinin aradan qaldırılması
sahəsində digər dövlətlərin təcrübəsinin öyrənilməsi və ondan istifadə olunması,
Komissiyanın səlahiyyətləri dairəsində xarici ölkələrlə və beynəlxalq təşkilatlarla
ə
məkdaşlıq işlərini;
b) Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Respublika Dövlət
Sisteminin işinə rəhbərlik edir;
v) xilasetmə və qəza-bərpa işlərinin səmərəli surətdə icrasından ötrü tələb olunan müasir
texnikanın, avadanlıqların, mexanizm və materialların istehsal edilməsi və alınmasını,
təhlükəli texnogen və təbii hadisələrin müşahidəsini, onlara nəzarət sisteminin
genişləndirilməsini, əhalinin mühafizəsini və fövqəladə hallarda normal həyat fəaliyyətini
təmin edən vahid elmi-texniki siyasətin işlənib hazırlanmasında iştirak edir;
q) Azərbaycan Respublikasının ərazisində əhalinin həyatı və sağlamlığı üçün təhlükə
potensiallı xalq təsərrüfatı obyektlərinin və hərbi xarakterli obyektlərin yerləşdirilməsinin,
həmçinin belə obyektlərin bağlanılmasının, konservasiya və ya ləğv edilməsinin, yaxud
işinin dayandırılmasının məqsədəuyğunluğu məsələlərini nəzərdən keçirir və müvafiq
qərar qəbul edir;
ğ
) Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Respublika Dövlət
Sistemi idarəetmə orqanlarının qüvvə və vasitələrinin komandir-qərargah və ixtisas
təlimlərinin keçirilməsini təşkil edir;
d) Fövqəladə hallarda idarəetmə üzrə və belə halların nəticələrinin aradan qaldırılması
üzrə respublika əhəmiyyətli mütəxəssis kadrların hazırlanması və onların ixtisaslarının
artırılması işinin təşkilinə rəhbərlik edir;
e) Fövqəladə hallar yaranması barədə xəbərdarlığı, belə halların xarakteri və miqyası,
nəticələrinin aradan qaldırılması işlərinin gedişi barədə lazımi idarəetmə orqanlarına və
ə
haliyə məlumatların çatdırılmasını təşkil edir;
ə
) Azərbaycan Respublikasının ərazisində regional fövqəladə hallar yaranarkən xilasetmə
və qəza-bərpa işlərinin aparılmasına bilavasitə rəhbərlik edir;
j) zərər çəkmiş əhaliyə lazımi sosial yardım göstərilməsi, onun həyat təminatı, fəlakət
rayonlarından köçürülməsi işlərini təşkil edir və əlaqələndirir;
z) maliyyə və maddi-texniki ehtiyatlardan səmərəli istifadə olunmasını, həmçinin
təşkilatların və vətəndaşların verdikləri, o cümlədən, xaricdən göndərilən yardım xarakterli
materialların və maliyyə vəsaitinin uçotunu və bölüşdürülməsini təşkil edir və ona nəzarət
qoyur;
i) qəza və fəlakətin səbəblərinin aşkar edilməsi üzrə Komissiyanın işində iştirak edir;
k) müvafiq təcrübəsi olan ictimai təşkilatların və vətəndaşların (o cümlədən, xarici ölkə
vətəndaşlarının) fövqəladə halların nəticələrinin aradan qaldırılması tədbirlərində
iştirakına şərait yaradılması üzrə işləri təşkil edir.
Komissiya aşağıdakı hüquqlara malikdir:
- Özünün səlahiyyətləri dairəsində, Azərbaycan Respublikası Nazirlər Kabinetinin
sərəncamı şəklində verilən qərarlar qəbul etmək;
- Komissiyanın səlahiyyətlərinə aid edilən məsələlərin Azərbaycan Respublikası Nazirlər
Kabinetinin digər orqanları, nazirliklər, baş idarələr, təşkilatlar, müəssisələr, konsernlər və
assosiasiyalar tərəfindən aparılan müzakirələrində iştirak etmək;
- adamların həyatının və sağlamlığının qorunması, maddi və mədəni sərvətlərin, təbii
mühitin mühafizəsi üzrə respublikada fövqəladə halların qarşısının alınması və belə
hallarda fəaliyyətə dair qüvvədə olan qanunlarda, normativ aktlarda nəzərdə tutulmuş
tədbirlərin həyata keçirilməsinin yerlərdə vəziyyəti barədə nazirlik, baş idarə rəhbərlərinin,
fövqəladə hallar üzrə şəhər və rayon Komissiyaları sədrlərinin məlumatlarını dinləmək və
müvafiq qərarlar qəbul etmək;
- Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Respublika Dövlət
Sisteminə («Azərdövlətfövqəlfəaliyyət sistemi») daxil edilmiş qüvvə və vasitələrin
hazırlanmasına nəzarət etmək;
- Fövqəladə halların qarşısının alınması və belə hallarda Azərbaycan Dövlət Sisteminə
daxil edilmiş qüvvə və vasitələri müəyyən olunmuş qaydada lazımi xilasetmə və qəza-
bərpa işlərinin yerinə yetirilməsinə cəlb etmək;
- regional fövqəladə hallar baş verərkən Azərbaycan Respublikasının ərazisində xilasetmə
və qəza-bərpa işlərinin aparılmasına bilavasitə rəhbərlik etmək;
- fövqəladə halların yaranması təhlükəsi meydana çıxarkən, sahə tabeliyindən asılı
olmayaraq Azərbaycan Respublikasının ərazisindəki xalq təsərrüfatı obyektlərinin işini
müvəqqəti dayandırmaq;
- Respublika xalq təsərrüfatının aparıcı mütəxəssislərini təhlükə potensiallı obyektlərdə
ekspertizalar keçirilməsi və belə obyektlərin təhlükəsizliyinə nəzarət üzrə tədbirlərə cəlb
etmək;
Dostları ilə paylaş: |