- Fövqəladə vəziyyət haqqında Azərbaycan Respublikasının 4 fevral 1992-ci il tarixli
Qanununun 1-ci maddəsinin və 2-ci maddəsinin «a» bəndinə əsasən Azərbaycan
Respublikasının təbii fəlakət rayonunda fövqəladə vəziyyət tətbiq etmək barədə təkliflər
vermək.
Komissiyanın işinin təşkili
Gündəlik fəaliyyətində Komissiya öz işlərini Komissiyanın sədri tərəfindən təsdiq
edilən iş planı əsasında yerinə yetirir.
Komissiyanın iclaslarında fövqəladə halların qarşısının alınması və belə hallarda
fəaliyyət məsələləri müzakirə edilir. Komissiya öz səlahiyyətləri dairəsində qərarlar qəbul
edir ki, bu qərarların icrası bütün respublika nazirlikləri, baş idarələri, icra hakimiyyəti
orqanları, həmçinin sahə tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün
təşkilatlar, müəssisələr, idarələr üçün məcburidir. Komissiyanın iclasları arasındakı dövrdə
lazımi qərarlar Komissiyanın sədri tərəfindən qəbul edilir və müvafiq göstərişlər şəklində
icraçılara çatdırılır. Fövqəladə hallar yaranarkən qəzanın, təbii fəlakətin, epidemiyanın,
epizootiyanın və epifitotiyanın növündən, miqyasından və nəticələrindən asılı olaraq
Komissiyanın heyətindən operativ qruplar yaradılır və onlara fövqəladə halların
nəticələrinin aradan qaldırılmasına rəhbərlik etmək həvalə olunur.
Komissiyanın Sədri Komissiyaya tapşırılan vəzifələrin və funksiyaların yerinə
yetirilməsi üçün şəxsi məsuliyyət daşıyır. Komissiyanın üzvləri arasında vəzifə bölgüsü
aparır. Komissiyanın və onun aparatının işini təşkil edir.
Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq surətdə
Komissiyanın Sədrinə aşağıdakı hüquqlar verilir:
- fövqəladə hallar zonasında ictimai asayişin mühafizəsini, xeyli maliyyə vəsaiti və maddi
sərvətlər toplanmış yerlərin, əhalinin həyat fəaliyyətini təmin edən obyektlərin və xalq
təsərrüfatı obyektlərinin mühafizəsini gücləndirmək;
- fövqəladə hallar zonasına vətəndaşların gəliş-gedişi üzrə xüsusi rejim qoymaq;
- fövqəladə halların qarşısının alınması və ya nəticələrinin aradan qaldırılmasından ötrü
lazımi nəqliyyat vasitələrini, tibb, xilasetmə, bərpaetmə və digər qüvvə və vasitələri cəlb
etmək;
- fövqəladə hallar zonasında fəaliyyət göstərərkən və belə halların nəticələrini aradan
qaldırmaq üçün bütün lazımi maddi-texniki, tibbi, ərzaq və digər dövlət və sahə
ehtiyatlarından və mənbələrindən istifadə etmək;
- lazım gələrsə fövqəladə hallar zonasındakı müəssisələrdə, təşkilatlarda (idarə
tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq) xüsusi iş rejimi tətbiq etmək,
onların ehtiyatlarından fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan
qaldırılması üçün, habelə əhalinin həyat fəaliyyətinin xüsusi rejimini təmin etməkdən ötrü
istifadə etmək;
- əmək qabiliyyətli əhalini fövqəladə halların nəticələrini aradan qaldırmaq işlərinə cəlb
etmək.
Azərbaycan Respublikası Dövlət orqanlarının fövqəladə halların qarşısının
alınması və belə hallarda fəaliyyət üzrə funksiyaları müəyyən edilmişdir:
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
- Azərbaycan Respublikası nazirlikləri və baş idarələrinin, dövlət birlikləri, konsernləri,
assosiasiyaları və digər təşkilati-istehsalat strukturlarının istehsalatda təhlükəsizliyin
yüksəldilməsi, qəza və faciələrin, təbii və ekoloji fəlakətlərin epidemiya və epizootiyaların
qarşısının alınmasına, onların nəticələrinin zəiflədilməsinə və aradan qaldırılmasına
yönəldilmiş fəaliyyətini əlaqələndirmək.
- Təbii fəlakət və qəza nəticələrinin aradan qaldırılması üçün fondlar yaratmaq.
- Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında qarşılıqlı
yardım məsələləri üzrə beynəlxalq əməkdaşlığın təşkili.
Azərbaycan Respublikasının Elmlər Akademiyası:
- Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət
Sisteminin təkmilləşdirilməsi və inkişafına yönəldilmiş elmi araşdırmalar aparılmasına
dövlət yardımı göstərmək, belə araşdırma və elmi tədqiqatların aparılmasını təşkil etmək
və əlaqələndirmək.
Azərbaycan Respublikasının Dövlət Tikinti Komitəsi:
- Tikintidə təhlükəsizliyin təmin edilməsinə, şəhərlərin və yaşayış məntəqələrinin təbii
təsirlərdən mühafizəsinə xidmət edən tədbirlər işləyib hazırlamaq.
- Fövqəladə hallar yaranmış rayonlarda qəza-bərpa işlərinin təşkil olunmasında iştirak
etmək.
Azərbaycan Respublikasının aqrar-sənaye kompleksinə daxil olan nazirliklər və
baş idarələr:
- (Kənd Təsərrüfatı Nazirliyi, Azərbalıqsənaye birliyi)
- Epizotoloji, fitopotoloji və toksikoloji nəzarəti təşkil etmək və həyata keçirmək, öz
sahələrində təbii və ekoloji xarakterli fövqəladə halları proqnozlaşdırmaq, onların
nəticələrini qiymətləndirmək.
- Epizootiya və epifitotiyaların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə
tədbirləri təşkil etmək və həyata keçirmək.
- xtisaslaşdırılmış dəstələrin epizootiya və epifitotiyaları aradan qaldırılmağa hazırlığını
və bu işlərdə iştirakını təmin etmək.
Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyaları Nazirliyi,
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti
:
- Rabitə və əhalinin xəbərdarlıq vasitələrini daim hazır halda saxlamaq. Fəaliyyətdəki
xəbərdarlıq sisteminin və baş vermiş fövqəladə hallar və onların nəticələrinin aradan
qaldırılmasının gedişi barədə nazirliklərə, baş idarələrə, respublikanın icra hakimiyyəti
orqanlarına, həmçinin əhaliyə müntəzəm məlumat çatdırmaq sisteminin (o cümlədən,
kütləvi informasiya vasitələrinin) səmərəliliyini yüksəltmək üzrə tədbirlər hazırlamaq.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi:
- Silahların və hərbi texnikanın saxlanılması, istismarı və daşınması ilə əlaqədar fövqəladə
halların aradan qaldırılması işlərini təşkil etmək.
- Qoşunlar (silahlı qüvvələr) yerləşdirilən rayonlarda radiasiya şəraitinə, kimyəvi və
bioloji (bakterioloji) şəraitə nəzarət etmək.
- Fövqəladə halların nəticələrinin aradan qaldırılmasında, müxtəlif qəzalar, təbii və ekoloji
fəlakətlər, epidemiya rayonlarına hərbi-nəqliyyat vasitələrinin qüvvələrilə maddi
ehtiyatların daşınmasında iştirak etmək.
- Qanunvericiliyə müvafiq olaraq digər vəzifələri yerinə yetirmək.
Fövqəladə Hallar Nazirliyi:
- Fövqəladə hallar təhlükəsi yaranan və baş verən şəraitdə əhalinin fəaliyyətə
hazırlanmasının təşkili və ona nəzarət, qəzaların, təbii və ekoloji fəlakətlərin
nəticələrindən əhalinin mühafizə olunmasına yönəldilmiş tədbirlərin yerinə yetirilməsi.
- MM-ni idarəetmə, xəbərdarlıq və rabitə sisteminin daimi hazırlığını təmin etmək,
fövqəladə hallar təhlükəsi yaranarkən və belə hallar baş verərkən fəaliyyət qaydası barədə
ə
haliyə məlumat vermək.
- Azərbaycan Dövlət fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət
Sisteminə daxil olan mülki müdafiə qüvvələri və vasitələrinin hazırlığına nəzarət etmək.
Dostları ilə paylaş: |