4. Mülki müdafiənin təşkil edilmə prinsipləri, onların məzmunu, mülki müdafiənin
məqsədi?
5. Mülki müdafiə sahəsində dövlətin vəzifələri nədən ibarətdir?
6. Mülki müdafiə sahəsində hüquqi şəxslərin vəzifələri nədən ibarətdir?
7. Mülki müdafiə sahəsində Azərbaycan Respublikası vətəndaşlarının vəzifələri
nədən ibarətdir?
8. Mülki müdafiə sahəsində Azərbaycan Respublikası vətəndaşlarının hüquqları
hansılardır?
9. Fövqəladə halların təsnifatı, onların yaranma səbəbləri və ümumi anlayışı?
10. Miqyasına görə Fövqəladə hadisələr hansılardır, onların məzmunu?
11. Təbii xarakterli fövqəladə hadisələr, onların baş vermə səbəbləri?
12. Texnogen xarakterli fövqəladə hadisələr,onların baş vermə səbəbləri?
13. Bioloji fövqəladə hadisələr, onların baş vermə səbəbləri?
14. Ekoloji xarakterli fövqəladə hadisələr, onların baş vermə səbəbləri?
15. Sosial - iqtisadi fövqəladə hadisələr, onların məzmunu?
16. Nüvə silahının nədir və onun istifadəsi zamanı hansı vəziyyət yaranır?
17. Nüvə silahının zədələyici amillərinin təsir xüsusiyyətləri nədən ibarətdir?
18. Zərbə dalğası və onun təsir xüsusiyyətləri nədən ibarətdir?
19. şıq şualanması nədir və onun təsir xüsusiyyətləri nədən ibarətdir?
20. Nüfuzedici radiasiya nədir və onun təsir xüsusiyyətləri nədən ibarətdir?
21. Radioaktiv zəhərlənmə nədir və onun təsir xüsusiyyətləri nədən ibarətdir?
22. Elektromaqnit impulsu nədir və onun təsir xüsusiyyətləri nədən ibarətdir?
23. Radiasiya səviyyəsinin buludunun izi, zəhərlənmə zolağının zonalarının
xüsusiyyətləri nədən ibarətdir?
24. Kimyəvi silah nədir və onun yaratdığı zəhərlənmə ocağı nəcə təsfir olunur?
25. Zəhərləyici maddələr və onların qısa təsnifatı?
26. Bakterioloji vasitələrin zədələyici təsiri hansı xüsusiyyətlə xarakterizə edilir?
27. Bioloji zədələnmə ocağı nədir və orada aparılan işlər nədən ibarətdir?
Mülki müdafiə fənninin müəllimi Neymət Lətifov
Mövzuya aid yoxlama suallar:
1. Mülki müdafiənin müasir dövrdə rolu nədən ibarətdir?
nsanların təhlükəsizliyinin təminatı son illərdə kəskin hal almışdır. Bu ona görədir ki,
elm və texnikanın sürətlə inkişaf etdiyi son dövrlərdə sənayedə, nəqliyyatda və digər
sahələrdə qəzaların, təbii fəlakətlərin sayı xeyli artmışdır.
Elmi-texniki tərəqqinin yüksəlişi, mürəkkəb sistemlərin tətbiqi ilə elmi-texniki və
istehsalat fəaliyyətinin miqyasının genişlənməsi, onların istismarında riskin artması
insanların həyat və sağlamlığına, ətraf mühitə və istehsalatın normal fəaliyyətinə təhlükə
yaradırlar. 25 ildən artıqdır ki, Azərbaycan müharibə şəraitində yaşayır.
Bütün bunlarla əlaqədar gələcək mütəxəssislərə müasir sülh dövründə və silahların
tətbiqi zamanı istehsalatda insanların həyat fəaliyyətinin və ətraf mühitin mühafizəsini
təmin etmək biliyi, bacarığı vermək günün vacib məsələsidir.
Mülki müdafiə (MM) insanın ətraf mühitdə təhlükəsizliyi və sağlamlığının
qorunması haqqında elmdir.
O, təhlükəli və zərərli amilləri aşkara çıxarmalı və eyniləşdirməli, insanın mühafızəsinin
metod və vasitələrini, yollarını zərərli və təhlükəli amillərin minimum dərəcəyə qədər
azaldılmasını araşdırmalı, dinc və müharibə dövrü baş verən qəza hallarının, fəlakətlərin
nəticələrini aradan qaldırmaq tədbirləri hazırlamalıdır.
MM-in müharibə vaxtındakı rolu xüsusilə böyükdür. Bununla belə qeyd etmək lazımdır
ki, əmin-amanlıq dövründə MM-in rolu təbii fəlakətlərin, böyük istehsalat qəzalarının
nəticələri ilə mübarizədə xeyli artmışdır.
2. Azərbaycan Respublikası Mülki müdafiəsinin əsas vəzifələri hansılardır?
Azərbaycan Respublikası Mülki müdafiəsinin əsas vəzifələri aşağıdakılardır:
- fövqəladə halların nəticələrindən əhalinin və xalq təsərrüfatının mühafizə edilməsi;
- sülh və müharibə dövrlərində adamların həyatı, sağlamlığı üçün təhlükə yarandığı barədə
və belə şəraitdə davranış qaydaları haqqında əhalinin vaxtında xəbərdar edilməsi;
- fövqəladə halların nəticələri aradan qaldırılması məqsədi ilə xilasetmə və digər
təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi;
- mülki müdafiə sistemi rəhbər heyətinin, idarəetmə orqanları və qüvvələrinin fövqəladə
hallarda mühafizəyə və fəaliyyətə hazırlanması, habelə müvafiq mühafizə və fəaliyyət
üsullarının əhaliyə öyrədilməsinin təşkili;
- sülh və müharibə dövrlərindəki fövqəladə hallarda xalq təsərrüfatı sahələrinin,
müəssisələrin, idarə və təşkilatların sabit fəaliyyətinin təmin olunmasına yönəldilmiş
tədbirlərin, xüsusən mülki müdafiənin mühəndis-texniki və digər tədbirlərinin
hazırlanmasında, həyata keçirilməsində iştirak etməkdir.
Azərbaycan Dövlət
qtisad Universitetinin
tələbələri ilə keçirilən
Mülki müdafiə dərsinin
konspekti
Mövzu №2: “Fövqəlada hallarda
Dövlət Sisteminin rolu və vəzifələri”
Dostları ilə paylaş: |