“Təsdiq edirəm”
Azərbaycan Dövlət
qtisad Universitetinin
Mülki müdafiə kafedrasının
müdiri ___________ Elçin Əliyev
“___” yanvar 2015-ci il
Azərbaycan Dövlət qtisad Universitetinin
t\ələbələri ilə keçirilən Mülki müdafiə dərsinin
konspekti
Mövzu № 2: “Fövqəlada hallarda Dövlət Sisteminin rolu və vəzifələri”
Keçirmə vaxtı: 2 saat
Keçirmə üsulu: Mühazirə
Keçirmə yeri: auditoriya
Dərsin məqsədi:1. Tələbələrə Fövqəlada hallarda mülki müdafiənin rolu və vəzifələri,
ümumi məqsədli xidmətləri, qüvvələri, konsepsiyanın əsas
məsələləri barədə məlumatları çatdırmaq.
2. Fövqəlada hallarda fəaliyyət göstərən Dövlət sistemi, onun
vəzifələri izah etmək.
Dərsin sualları: 1
.
Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət
üzrə Azərbaycan Dövlət Sistemi, onun vəzifələri.
2.
Fövqəlada hallarda mülki müdafiənin idarə edilməsi.
Hərbil\əşdirilməmiş mülki müdafiə xidmətləri, qüvvələri.
Ədəbiyyat: - Azərbaycan Respublikasının “Mülki müdafiə haqqında” Qanunu;
- “Mülki müdafiənin təmin edilməsi barədə” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli, 193
nömrəli Qərarı;
- “Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət
üzrə Azərbaycan Dövlət Sistemi haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 30 aprel 1992-ci il tarixli, 239
nömrəli qərarı;
- H.Ocaqov - “Mülki Müdafiə”
- Fövqəladə hadisələr zamanı necə davranmalı;
- Fövqəladə Hallar Nazirliyinin qəzetləri.
I .Giriş hissə - 5 dəq.
T\ələbələrin dərsə hazırlığını yoxlayıram.
Dərsin mövzusunu, məqsədini, sualları çatdırıram.
II. Əsas hissə - 80 dəq.
1-ci sual Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət
üzrə Azərbaycan Dövlət Sistemi, onun vəzifələri.
Azərbaycan Respublikasının Prezidenti 1992-ci il iyulun 31-də "Azərbaycan
Respublikasının Mülki Müdafiəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə 73 saylı
fərmanı və 1998-ci il aprelin 18-də "Mülki müdafiə haqqında Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə 700 saylı fərmanı imzalanmışdır.
Yeni Əsasnamə və Qanunda respublikada mülki müdafiənin əsas məqsəd və vəzifələrini
habelə dövlət hakimiyyəti və idarəetmə orqanlarının, ictimai təşkilatların, eləcə də məsul
şə
xslərin və bütün vətəndaşların mülki müdafiə üzrə vəzifələri müəyyən edilmişdir.
Azərbaycan Respublikasının Mülki müdafiəsi
- sülh və müharibə dövrlərində
respublikanın ərazisində əhali və xalq təsərrüfatını təbii fəlakətlərin, həmçinin güclü
qəzaların nəticələrindən, habelə müasir qırğın vasitələrinin (bundan sonra “təbii
fəlakətlərin, güclü qəzaların nəticələri və müasir qırğın vasitələrinin təsiri” ifadəsi
“fövqəladə hallar” adlandırılacaq) təsirindən mühafizə məqsədilə dövlət, təsərrüfat, hərbi
idarəetmə orqanları tərəfindən bütün vətəndaşların iştirakı ilə həyata keçirilən sosial və
müdafiə tədbirləri sistemidir.
Mülki müdafiə üzrə dövlət funksiyalarını Azərbaycan Respublikasının mülki
müdafiə sistemi yerinə yetirir. Buraya bütün idarəetmə orqanları, müxtəlif mülkiyyət
formalarına aid olan birliklər, müəssisələr, idarələr, təşkilatlar və digər obyektlər, onların
qüvvə və vasitələri daxildir. Onlar sülh və fövqəladə hallarda respublikanın bütün
ə
razisində mülki müdafiə tədbirlərinin yerinə yetirilməsini təşkil edirlər.
Azərbaycan Respublikası Mülki müdafiəsinin əsas vəzifələri aşağıdakılardır:
- fövqəladə halların nəticələrindən əhalinin və xalq təsərrüfatının mühafizə edilməsi;
- sülh və müharibə dövrlərində adamların həyatı, sağlamlığı üçün təhlükə yarandığı barədə
və belə şəraitdə davranış qaydaları haqqında əhalinin vaxtında xəbərdar edilməsi;
- fövqəladə halların nəticələri aradan qaldırılması məqsədi ilə xilasetmə və digər
təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi;
- mülki müdafiə sistemi rəhbər heyətinin, idarəetmə orqanları və qüvvələrinin fövqəladə
hallarda mühafizəyə və fəaliyyətə hazırlanması, habelə müvafiq mühafizə və fəaliyyət
üsullarının əhaliyə öyrədilməsinin təşkili;
- sülh və müharibə dövrlərindəki fövqəladə hallarda xalq təsərrüfatı sahələrinin,
müəssisələrin, idarə və təşkilatların sabit fəaliyyətinin təmin olunmasına yönəldilmiş
tədbirlərin, xüsusən mülki müdafiənin mühəndis-texniki və digər tədbirlərinin
hazırlanmasında, həyata keçirilməsində iştirak etməkdir.
Sadalanmış
vəzifələrin
hamısı
vacibdir
və
kompleks
həll
edilməlidir.
Mülki müdafiə ərazi-istehsalat prinsipi üzrə təşkil edilir. Bu, o deməkdir ki, mülki
müdafiənin bütün tədbirləri həm icra hakimiyyəti xətti üzrə, həm də istehsalat və təsərrüfat
fəaliyyətinə rəhbərlik edən nazirlik və idarələr xətti üzrə planlaşdırılır və yerinə yetirilir.
Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan
Dövlət Sistemi haqqında danışdıqda, Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin 30 aprel 1992-ci il tarixli 239 nömrəli Qərarı nəzərdə tutulur.
Həmin qərara əsasən:
1. Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Ümumittifaq
Dövlət Sistemində Azərbaycan Respublikası Dövlət Məhəlli Sistemi yenidən təşkil
edilərək Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan
Dövlət Sistemi yaradılmışdır.
Dostları ilə paylaş: |