- zərərçəkənlərə yardım göstərmək;
- təhlükəli rayonlardan əhalini çıxarmaq və ya köçürmək;
- karantin-observasiya tədbirləri, xilasetmə işləri aparılan rayonlarda içtimaiasayişi təmin
etmək;
- zərər çəkmiş rayonlarda əhalinin həyatının təmin edilməsi üzrə ilkin tədbirləri həyata
keçirmək;
- epidemiya əleyhinə və sanitariya-gigiyena tədbirləri görmək;
- zərər şəkmiş rayonlardakı əhalinin ruhi sabitliyini təmin etmək üçün kompleks tədbirlər
həyata keçirmək.
Xilasetmə və təxirəsalınmaz işlərin səmərəliyi bu tədbirlərlə təmin edilir:
- ixtisaslı mülki müdafiə qüvvələrini (qoşun hissələri, ştatda olan qəza-xilasetmə, qəza-
bərpa dəstələri və hərbiləşdirilməmiş dəstələr), habelə ixtisaslı sahə dəstələri, könüllü
xilasetmə qüvvələrini əvvəlcədən yaratmqa və fəaliyyətə hazırlamaq;
- sahə tabeliyindən asılı olmayaraq digər qüvvələri, müəssisələri, habelə könüllüləri lazım
gəldikdə xilasetmə işlərinə cəlb etmək;
- əvvəlcədən əldə edilmiş razılaşmalar əsasında xarici ölkə mütəxəssislərini və
xilasedicilərini işə cəlb etmək;
- əvvəlcədən idarəetmə orqanlarını işə hazırlamaq, xüsusi fəaliyyət planlarını tərtib etmək;
- xilasetmə və digər təxirəsalınmaz işləri aparmaq üçün texniki avadanlıq hazırlamaq və
istehsal etmək;
- zərərçəkənlərin ərzaqla, digər gündəlik tələbat əşyaları ilə təchizatı, həyati təminatını
təşkil etmək;
-xilasetmə işlərində iştirak edən insanların təhlükəsizliyi üzrə tədbirlərə ciddi riayət etmək,
fəlakət zonasında əhalinin davranış rejimini müəyyənləşdirmək;
- fövqəladə halların xarakterini və miqyasını nəzərə almaqla xilasedici qüvvə və vasitələri
tədricən artırmaq;
- xilasetmə işlərində iştirak edən qüvvələrin mühəndis, kimyəvi, tibbi, nəqliyyatla
təminatını, maddi və texniki təminatını müntəzəm təşkil etmək.
10. Mühafizə üsulları və vasitələrindən istifadə etmək, yaralılara ilk yardım göstərmək,
xilasetmə və digər təxirəsalınmaz işlərdə fəal iştirak etmək bacarığı işçilərə müəssisələrdə.
Idarə və təşkilatlardahabelə yaşayış yerlərində yarana biləcək real təhlükənin xarakterinə
uyğun olaraq, öyrədilir. Bu zaman əhalinin lazımi məsləhət və tövsiyələr almaq üçün hər
cür şərait yaradılır.
Yerlərdə ehtimal olunan fövqəladə hallar zamanı fəaliyyət və davranış qaydaları
qabaqcadan kütləvi informasiya vasitələrilə, yaxud xüsusi yaddaş kitabçaları paylamaqla
bütün əhalinin nəzər-diqqətinə çatdırılır.
5. Sülh dövründəki fövqəladə hallarda əhalinin mühafizəsini təşkil etməyin
xüsusiyyətləri
1. Sülh dövründə əhalinin mühafizəsinin əsasını fövqəladə halların qarşısını alan, yaxud
azaldan təşkilati, mühəndis-texniki və digət tədbirlərin yerinə yetirilməsi, əhalinin vaxtında
xəbərdar edilməsi və insanların təhlükəli zonadan çıxarılması;
- əldə olan mühafizə vasitələrindən istifadə olunması;
- fövqəladə hallar yaranan rayonlarda xilasetmə və digər təxirəsalınmaz işlər aparmaq
üçün qüvvə və vasitələrin hazırlanması təşkil edir.
Bu məqsədlə:
- Azərbaycan Respublikasının ərazısındəki müvafiq obyektlərdə işin təhlükəsizliyini təmin
etmək üçün dünya standartlarına uyğun vahid tələblər müəyyən edilir;
- təhlükə potensiallı obyektlərdə qüsurlu qovşaqları aşkar etmək məqsədilə istehsalatın
təhlükəsizliyi müntəzəm surətdə araşdırılır və təhlil edilir;
- qüsurların aradan qaldırılması üzrə əməli tədbirlər planı işlənir və yerinə yetirilir;
- yeni tikilən təhlükəli istehsalatlar hesablanıb, elə yerləşdirilir ki burada qəzalar baş
verərsə, onun zədələyici amilləri insanlar yaşayan sahələrə yayıla bilməsin.
2. Fövqəladə hallarda mühafizə tədbirləri sülh dövrü üçün müəyyən edilmiş xüsusi
meyarlar nəzərə alınmaqla yerinə yetirilir.
3. Ehtimal edilən zəhərlənmə zonalarında yaşayan əhaliyə daimi istifadə üçün fərdi
mühafizə vasitələri respublika hökümətinin və yerli icra hakimiyyəti başçılarının qərarlarına
ə
sasən pulsuz verilə bilər. Bu məqsədlə, müharibə dövrü üçün nəzərdə tutulmuş vasitələrin
bir qismindən müəyyən edilmiş qayda üzrə istifadə etmək olar.
6. Müharibə dövründə əhalinin mühafizəsini təşkil etməyin xüsusiyyətləri
1. Müharibə dövründə əhalinin mühafizəsinin əsasını mühafizə qurğuları fondu, fərdi
mühafizə vasitələri, tibbi avadanlığı ehtiyatları yaradılması və onlardan istifadə olunması,
təhlükəli rayonlardan və zonalardan əhalini köçürmək üzrə tədbirlərin əvvəlcədən
hazırlanması və yerinə yetirilməsi təşkil edir.
2. Respublikanın iqtisadi imkanlarına müvafiq olaraq, “məqsədyönlü və kifayətdir”
prinsipi əsasında əhalinin mühafizəsi üzrə tədbirlərin bir qismi (xəbərdarlıq sisteminin,
sığınacaqlar və daldalanacaqlar fondunun bir hissəsinin, fərdi mühafizə vasitələri
ehtiyatının yaradılması) əvvəlcədən, hələ sülh dövründə həyata keçirilir, qalanı isə (kütləvi
ssurətdə mühafizə vasitələrinin verilməsi) təhlükəli dövr yaranarkən və hərbi əməliyyatlar
başlanarkən yerinə yetirilir.
7. Əhalinin mühafizə prinsiplərinin həyata keçirilməsi qaydaları
1. Əhalinin mühafizəsinin əsas prinsipləri Azərbaycan Respublikası Prezidentinin, Milli
məclisin və Nazirlər Kabinetinin verdiyi müvafiq qərarlarla, habelə mühafizə məsələləri
üzrə normativ sənədlər sisteminə uyğun olaraq:
- xalq təsərrufatı planlarına mülki müdafiə tədbirlərinin yerinə yetirilməsinə dair xüsusi
bölmə daxil edilməsi;
- Naxçıvan Muxtar Respublikasında, Azərbaycan Respublikasının digər şəhər və
rayonlarında sülh və müharibə dövrlərindəki fövqəladə hallarda əhalinin mühafizə vasitəsi
ilə təminatına dair xüsusi proqramlar hazırlanması və yerinə yetirilməsi (mühafizə qurğuları
fondunun yaradılması, fərdi mühafizə vasitələri ilə təchizat, xəbərdarlıq sistemlərinin
inkişaf etdirilməsi məsələlər üzrə əməli tədbirlərlə birlikdə);
- təhlükə potensiallı obyektlərdə çalışan işçilərin və belə obyektlərin yaxınlığında
yaşayan əhalinin mühafizəsi üzrə birtipli planların işlənib hazırlanması;
- istehsalat-ərazi mülki müdafiə orqanlarının fəaliyyətə hazırlanması. Habelə əhaliyə
mühafizənin öyrədilməsi ilə həyata keçirilir.
2-ci sual. Mülki müdafiənin mühafizə qurğuları. Fərdi və tibbi mühafizə vasitələri.
Mülkü müdafiənin əsas üsullarından biri mühafizə qurğularından istifadə edilməsidir.
Sülh və müharibə dövrlərində baş vermiş fövqəladə hadisələr zamanı əhalinin
sığınacaqlarda yerləşdirilməsi xüsusən böyük şəhərlərdə əhalinin evakuasiya edilməsi
mümkün olmadıqda çox böyük əhəmiyyətə malikdir. Təkcə müharibə dövründə deyil, sülh
şə
raitində də baş verən fövqəladə hadisələrdə əhalinin sağlamlığı və həyatının
qorunmasında mülki müdafiənin sığınacaq və qurğularından istifadə olunur.
Sığınacaqlar sığınan insanları nüvə silahının zədələyici amillərinin təsirindən, müasir adi
qırğın vasitələrinin, həmçinin, bakterial, zəhərləyici maddələrin təsirindən, güclü təsirli
zəhərləyici maddələrin, nüvə enerjisi qurğularında qəzalar zamanı parçalanan radioaktiv
Dostları ilə paylaş: |