O, tutqun hava şəraitinə daha xarakterikdir, ancaq səhər və axşam vaxtı inversiyadan
konvenksiya keçid hal kimi (səhər) və əksinə (axşam) əmələ gələ bilər.
Konvenksiya -
günəş çıxandan iki saat sonra əmələ gəlir və günəşin batmasına 2-2,5
saat qalmış edağılır.
Adətən yay aylarında aydın gündə müşahidə olunur.
Konvenksiya zamanı havanın aşağı qatı yuxarı qatından daha isti olur - bu zaman
zəhərlənmiş hava daha tez dağılır və ZM təsirinin azalmasına kömək edir.
GTZM olan obyektlərdə kimyəvi şəraitinin qiymətləndirilməsi zəhərlənmiş ərazidə olan
insanların müdafiəsini təşkil etmək məqsədi ilə görülür.
Proqnozlaşdırma üsulu ilə kimyəvi şərait qiymətləndirdikdə obyektdə olan GTZM bütün
həcmi dağılmış (tullanmış) hesab edilir və ZM yayılması üçün əlverişli hava şəraiti nəzərdə
tutulur (inversiya. küləyin surəti 1 m/s).
GTZM saxlanılan tutumlarda qəza baş verdikdə (tutumlar məhv olduqda) kimyəvi
şə
raitin qiymətləndirilməsi faktiki alınmış vəziyyətə uyğun aparılır - dağılmış ZM real
həcmi və meteoşərait götürülür.
Bu zaman nəzərə almaq lazımdır ki, qaynama temperaturu 20¼S aşağı olan ZM (fosgen,
hidrogen fluoridi) GTZM dağıldıqda dərhal buxarlanmağa başlayır və havanın yerüstü
qatında əmələ gələn zəhərli buxarın həcmi dağılmış ZM həcminə bərabər olur.
Qaynama temperaturu 20¼S yuxarı olan ZM (maye ammonyak, xlor və oleum)
buxarlanaraq, yerüstü hava qatını zəhərləyirlər.
3. Mühəndis şəraitin qiymətləndirilməsi.
Mühəndis şəraiti dedikdə təbii fövqəladə hadisələrin, qəzaların (fəlakətlərin), nüvə
silahının birinci və ikinci zədələyici amillərinin, digər müasir sursatların tətbiqi
nəticəsində binaların, qurğuların, avadanlıqların, komunal - enerji şəbəkələrinin, rabitə və
nəqliyyat vasitələrinin, körpülərin, bəndlərin, hava limanlarının dağılması nəticəsində
müəssisələrin işinin dayanıqlığına və insanların həyat fəaliyyətinə təsir göstərən vəziyyət
başa düşülür.
Mühəndis şəraitinin qiymətləndirilməsinə daxildir:
- obyektin bütövlükdə elementlərinin və onun binalarının, qurğularının, avadanlıqlarının,
komunal - enerji şəbəkələrinin, fəhlə və qulluqçuları mühafizə etmək üçün mühafizə
qurğularının uçmasının miqyası;
- dağıntı sahələrinin ölçüsü, mühəndis işlərinin həcmi və mürəkkəbliyi;
- obyektin ayrıca elementlərinin və bütövlükdə obyektin iş dayanıqlığına və insanların
həyat fəaliyyətinə onların təsirinin təhlili;
- qəza-xilasetmə işlərinin həcmini, vaxtını və ardıxcıllığını, qəza-xilasetmə işlərinin
aparılması üçün tələb olan qüvvə və vasitələrin həcminin müəyyənləşdirilməsi.
Mühəndis şəraitinin qiymətləndirilməsi proqnoz və mühəndis kəşfiyyatının
məlumatlarının birləşməsi vasitəsilə yerinə yetirilir.
Mühəndis şəraitinin qiymətləndirilməsi üçün ilkin məlumatlar:
- daha çox ehtimal eedilən təbii hadisələr, qəzalar (fəlakətlər) barədə məlumatlar:
- düşmən barədə. onun niyyəti və imkanları barədə məlumatlar;
- fəhlə və qulluqçuları mühafizə etmək üçün mövcud mühafizə qurğularının, mühəndis-
texniki komplekslərin xüsusiyyətləri.
Mühəndis şəraitinin kəşfiyyat məlumatları əsasınd qiymətləndirilməsinə daxildir:
- fəlakət sahəsində olan insanların xilas və evakusiya edilməsi üçün keçirilən işlərin növü
və həcmi, şəraitin olması, ikinci zədələyici amillərin təsirinin (partlayışların, yanğınların,
qazlaşmanın, subasmanın) qarşısının alınması yollarının müəyyən edilməsi.
Mühəndis şəraitinin qiymətləndirilməsi müvafiq mühəndis hazırlığı olan şəxslər
tərəfindən aparılmalıdır.
Obyektlərdə qabaqcadan binaların konstruksiyaları, qurğular, insanların mühafizə oluna
biləcək zirzəmilər, onların xüsuyyətləri öyrənilməli, su ehtiyatları olan mənbələr, qəza-
xilasetmə işlərində istifadə edilə biləcək vasitələr olan anbarların, texnikanın yeri
bilinməlidir.
Mühəndis şəraitinin qiymətləndirilməsi daha effektiv olar ki, obyektin bütün mühəndis
qurğularının. sığınacaqların və onların giriş və çıxışı, kommunal- enerqetik xətlərin,
söndürücü vasitələr göstərilmiş obyektin planı olduqda.
Mühəndis şəraitinin qiymətləndirilməsini müəyyən etmək üçün aşağıdakı tədbirləri
həyata keçirmək tələb olunur:
- qüvvələrin zədə ocağına yeridilməsi şərtlərini qiymətləndirmək;
- dağıntıları, mühəndis işləri aprılan şəraiti. işlərin həcmini, növlərini zədə ocağında
qiymətləndirmək;
- dağıntıların nəticələrini lokallaşdırmaq üçün görüləsi işlərin nəticələrini
qiymətləndirmək;
- işlərin gedişatı zamanı partlayışların, yanğınların, subasmaların qarşısının alınması üzrə
tələb olunan tədbirləri görülməsi.
4. Yanğın şəraitin qiymətləndirilməsi.
Yanğın şəraiti dedikdə təbii hadisələr, qəzalar (fəlakətlər), nüvə silahının birinci və
ikinci zədələyici amilləri, digər müasir silahlar və əsasən alışdırıcı vasitələrin tətbiqi
nəticəsində yanğınların əmələ gəlməsi, hansılar ki obyektlərin dayanıqlığına və iş
fəaliyyətinə təsir göstərməsi başa düşülür.
Yanğın şəraitinin qiymətləndirilməsi proqnoz və yanğın kəşfiyyatının məlumatlarının
birləşməsi vasitəsilə yerinə yetirilir.
Yanğın şəraitinin qiymətləndirilməsinə daxildir:
- yanğının miqyasını, xüsiyyətlərini və növünü müəyyən edilməsi - yanğın mərkəzləri,
bütün bir ərazini əhatə edən yanğın, dağıntılar ərazilərindəki yanğınlar, hündürlükdə baş
verən yanğınlar, yerüstü. yeraltı, çöl yanğınları;
- yanğının surəti və istiqaməti;
- tüstülənmə sahəsinin miqyası və tüstünün dayanıqlığı müddəti;
- obyektin ayrıca elementlərinin və bütövlükdə obyektin iş dayanıqlığına və insanların həyat
fəaliyyətinə onların təsirinin təhlili;
- obyektin ayrıca elementlərinin və bütövlükdə obyektin alovlanmaya qarşı dayanıqlığı və
onun yüksəldilməsinə dair məsləhətlər;
-yanğınsöndürənlərin və mülki müdafiə qüvvələrinin yanğının söndürülməsinə və
lokallaşdırılmasına dair daha məqsədəuyğun fəaliyyət qaydalarının müəyyən edilməsi,
işçilərin. əhalinin və maddi sərvətlərin evakuasiyası üzrə məsləhətlərin verilməsi.
Mövzuya aid yoxlama suallar:
1. Qəzalar, fəlakətlər və təbii hadisələr zamanı şəraitlərinin qiymətləndirilməsinin
məqsədi və nədən ibarətdir?
2. Təxirəsalınmaz işlər zamanı şəraitlərinin qiymətləndirilməsi nədən ibarətdir?
3. Qısa müddət ərzində işlərin yerinə yetirilməsinə qüvvə və vasitələrə olan tələbatın
qiymətləndirilməsinə nələr daxildir?
4. Hansı fövqəladə hallar üçün şəraitlərin qiymətləndirilməsi keçirilə bilər?
5. Fövqəladə hallar üçün faktiki şəraitlərin qiymətləndirilməsi nəyi nəzərdə tutur?
Dostları ilə paylaş: |