- ionlaşdırıcı şüalanmanın səviyyəsinin dəyişməsinin tədqiqi, hansı ki, bu onların istifadə
şə
raitindən və iş rejimindən asılı olur;
- radioaktiv maddələrin yayılma qanunauyğunluğunun, xarakterinin, onların iş şəraitində
və qəza halları baş verdikdə işçilərə, əhaliyə, ətrafdakı obyektlərə təsir həcminin
öyrənilməsi.
Bütün bunlar əlverişli əmək rejimi, sanitar - buraxılış rejimi, fərdi və qrup halında
qorunma üsulları və vasitələrinin əsaslanmış seçimi və ionlaşdırıcı şüalanmadan digər
qorunma tədbirlərinin seçimi üçün vacibdir. onlaşdırıcı şüalanmanın təsirindən qorunmaq,
vaxtında qərar qəbul etmək üçün radiasiya şəraitinin parametrləri haqqında obyektiv,
ə
traflı məlumata malik olmaq lazımdır.
Buna görə də radiasiya təhlükəsizliyinin əsas vəzifələrindən biri də effektiv dozimetrik
nəzarət sisteminin yaradılmasıdır.
Bu, vəzifəli şəxslər tərəfindən müəyyənləşmiş
dozimetrik xidmət tərəfindən xüsusi cihazlardan, üsullardan istifadə etməklə həyata
keçirilə bilər. Dozimetrik xidmətin əsas vəzifəsi- ionlaşdırıcı şüalanma mənbələri ilə
işləyən şəxslərin əsas radiasiya təhlükəsizliyi normalarına, sanitar qaydalara əməl
edilməsinə nəzarət, istehsalat binalarında və ətraf ərazidə nəzarət üsullarının və
nöqtələrinin seçilməsidir. Çox zaman qapalı radionuklid mənbələrindən istifadə edən
qamma-deffektoskopik və ya qamma-terapevtik qurğuların istismarı qamma - şüalanmanın
nəzarəti ilə məhdudlaşır.
Radiokimyəvi istehsalatda, çox zaman işlənmiş nüvə yanacaqlarının emal zavodlarında
qamma - şüalanmanın səviyyəsini ölçməklə yanaşı, binanın səthinin və havasının
radioaktiv çirklənməsinə nəzarətə də diqqət yetirilir. Nüvə reaktorlarında aparıcı radiasiya
faktorlarının normal istismarı şəraitində heyətə təsir edən xarici qamma -şüalanma və
neyronlar olur. Reaktorun çevrəsindən radioaktiv maddələrin sızmasını vaxtında aşkar
etmək üçün işçi binanın və ətraf mühitin havasının radioaktivliyinə nəzarət etmək
lazımdır. Aparılan nəzarətin sıxlığı müəssisənin iş rejimindən asılı olur.
Belə ki, qurulmuş texnoloji rejimdə işləyən AES və ya radiokimyəvi istehsalatda
səthlərin radioaktiv çirklənməsi səviyyəsinin yoxlanılması sutkada və hətta həftədə bir
dəfə olaraq aparılır. Çatışmamazlıqlar aşkar edildikdə, təmir işləri aparıldıqda nəzarət daha
tez-tez aparılmalıdır.
Radioaktiv təhlükəsizliyin funksional vəzifələri aşağıdakılardır:
1. Heyətin və əhalinin şüalanma səviyyəsinin kompleks layihə, tibbi - sanitar, texniki -
təşkilati tədbirlər əsasında reqlament həddinə endirilməsi.
2. Ətraf mühitin çirklənməsinin, heyətin şüalanması səviyyəsinin yüksəlməsini operativ
surətdə qeydiyyata almağa, tədbirlər həyata keçirməyə imkan verən effektiv radiasiya -
nəzarət sisteminin yaradılması.
Texnoloji tədbirlər
-
hərəkətli, stasionar qoruyucu hasarların, avtomatlaşdırılmış,
mexanikləşdirilmiş, texnoloji proseslərin yaradılması, radioaktiv maddələrin atılması
zamanı havanın təmizlənməsi.
Tibbi - sanitar tədbirlər-
sanitar-qoruyucu ərazinin yaradılması, məcburi sanitar-
buraxılış rejiminin təşkili, heyətin sağlamlığına nəzarət.
Təşkilati tədbirlər
-
ilk növbədə ionlaşdırıcı şüalanmanın artmış səviyyəsi şəraitində
ə
mək rejiminin təmin edilməsi aiddir.
Ş
üalanmanın səviyyəsini aşağı salmağa istiqamətlənmiş kompleks tədbirlər radiasiya,
atom-enerji qurğuların təyinatı və tipindən, radioaktiv maddələrin əldə edilməsi, işlənməsi
zamanı texnoloji proseslərin xarakterindən asılı olur. Qapalı radioaktiv maddələrlə işləyən
zaman şüanın xarici axınından qorunmanın yaradılması ilə məhdudlaşdırmaq kifayətdir.
Digər hallarda isə, məsələn, radiokimyəvi istehsalatda radioaktiv tullantıların emalı
zamanı radioaktiv maddələrin ətraf mühitə yayılmasına və onların işçilərin orqanizminə
düşə biləcəyinə diqqət yetirmək lazımdır. Yuxarıda göstərilən funksional vəzifələrin
ə
həmiyyəti böyükdür. Belə ki, onların çatışmamazlığı heyətin, əhalinin sağlamlığına zərər
verə, ətraf mühitin çirklənməsinə, iqtisadi itkilərə səbəb ola bilər.
Nüvə energetikasında işlənib hazırlanmış üsullar və zərərli istehsalat faktorlarının
təhlükəliliyinin qiymətləndirilmə kriteriyalarına əsaslanan yanaşmalar istehsalatın digər
sahələrində uğurla istifadə edilir.
Kütləvi qırğın silahlarına (KQS) nüvə, kimyəvi və bakterioloji (bioloji) silahlar aiddir.
Tətbiq olunmuş KQS-ın növündən asılı olaraq kütləvi zədələnmələr ocaqları 4qrupa
bölünürlər:
1) Nüvə.
2) Kimyəvi.
3) Bakterioloji.
4) Kombinəolunmuş zədələnmə ocaqları.
1. Nüvə zədələnmələri ocağinda yaranmiş şəraitin qiymətləndirilməsi.
Radiasiya şəraitinin qiymətləndirilməsi - ərazinin radioakriv çirklənmənin iqtisad
obyektlərinə, mülki müdafiə qüvvələrinə və əhaliyə, onun fəaliyyətinə təsir edən birgə
nəticələrinin müəyyən edilməsidir.
Radiasiya şəraiti miqyasından (sahələrin ölçülərindən) və radioakriv çirklənmənin
xarakterindən (çirklənmənin və radiasiyanın səviyyəsindən) asılıdır.
Radioakriv çirklənməyə məruz qalmış ərazinin miqyası və radiasiyanın səviyyəsi
insamnlar üçün yaranmış radioakriv çirklənmə təhlükənin əsas göstəricisidir.
Radiasiya şəraitinin qiymətləndirilməsinə daxildir:
- radiasiya çirklənmənin (zəhərlənmənin) miqyasını və xarakterini müəyyən etmək;
- onların iqtisad obyektlərinnin, mülki müdafiə qüvvələrinin və əhalinin fəaliyyətinə təsiri;
- insanların radioaktiv zədələnməyə məruz qalmaması üçün hərəkət qaydalarının
məqsədəuyğun variantlarının seçilməsi.
Radiasiya şəraitinin qiymətləndirilməsi proqnozlaşdırma və kəşfiyyat məlumatları
ə
sasında edilir.
Radiasiya səviyyəsi radioaktiv maddələrlə çirklənmiş ərazidə ümümi formada aşağıdaki
düsturla xarakterizə edilir:
- Р
0
- qəzadan (partlayışdan) sonrakı vaxtda radiasiyanın səviyyəsi;
- Р
t
– qəzadan (partlayışdan) sonraki baxılan vaxt t;
- n - radiasiyanın səviyyəsinin vaxt ərzində düşməsini xarakterizə edən və
radionuklidlərin izotop tərkibindən asılı dərəcəsinin göstərici (mıəlumdur ki, nüvə partlayışı
zamanı n=1.2 ).
Onda t
1
до t
2
radiasiyanın dozası bərabər olasıdır:
Nüvə partlayışı üçün n = 1.2 olduqda D bərabərdir:
D = 5(P
1
t
1
- P
2
t
2
)
Nüvə silahının istifadəsi zamanı radiasiya şəraitinin proqnozlaşdırılması üçün ilkin
məlumat kimi götürülürlər:
Dostları ilə paylaş: |