- nüvə partlayışının vaxtı, koordinatları və partlayışın gücü;
- orta küləyin istiqaməti və sürəti.
Nüvə partlayışının parametrləri barədə məlumatı mülki müdafiə qərargahı nüvə
partlayışını qeyd edən postlardan alırlar (həmin postlar ölkə ərazisində yaradılırlar);
Hava stansiyaları sutka ərzində orta küləyin surəti və istiqaməti barədə məlumatları
mülki müdafiə qərargahlarına göndərirlər.
Orta külək, istiqaməti və surəti atmosferin bütün qatlarında yerdən radioaktiv buludun
maksimal qalxdığı hündürlükdə olan orta rəqəmdir. Buludun qalxma hündürlüyü partlayışın
gücündən asılı olduğu üçün, hava stansiyaları 0-2, 0-4, 0-6, 0-8, 0-10 km və s. atmosferin
qatını 2 km. artırırlar.
Küləyin surəti km/saat, istiqamət- dərəcələrlə verilir.
Nüvə partlayışının parametrləri barədə məlumatları ötürmək çox vaxt tələb edir. nsanları
mühafizə qurğularında yerləşdirmək və yaxud onları gözlənilən radioaktiv çirklənmə
sahəsindən buludun yaxınlaşana kimi təhlükəli ərazidən çıxartmaq üçün bu məlumatları
partlayışdan dərhal sonra bilmək lazımdır. Nüvə partlayışının növü barədə məlumat olduqda
ə
razinin radioaktiv zəhərlənməsi vəziyyətini dərhal qiymətləndirmək üçün imkan verir.
Buna gərə də xüsusi müəyyənləşdimə sistemlərindən nüvə partlayışı haqqında
məlumatlar daxil olana kimi parametrləri təxminən qiymətləndirməyə imkan verir.
Proqnozlaşdırma nüvə partlayışının mərkəzinin və partlayış zonalarının ellips
formasında orta küləyin istiqaməti ilə xəritədə qeyd etməklə başlayır.
Orta küləyin istiqaməti və surəti partlayışın gücünə uyqun müəyyən edilir.
Radiasiya şəraitinin qiymətləndirilməsi və nəticələrin müəyyən edilməsi xüsusi məlumat
kitabları ilə həyata keçirilir.
Nüvə partlayışı reaksiyası zamanı ayrılan nüvədaxili enerjinin zədələyici təsirinə malik
olan döyüş sursatlarına nüvə silahı deyilir.
Nüvə partlayışı reaksiyaları bölünmə, sintez, yaxud da bu proseslərin hər ikisinin eyni
zamanda getməsi ilə baş verə bilər.
Nüvə silahına bombaları, mərmilərə, raketlərin döyüş başlıqlarını aid etmək olar. Onlar
tətbiq obyektlərinə aviasiya, raketlər vasitəsi ilə çatdırılıra bilərlər.
Nüvə sursatının enerjisinə bərabər partlayış enerjisini özündə daşıyan adi partlayıcı
maddə(trotil) kütləsinə trotil ekvivalenti deyilir.
Trotil ekvivalenti ton (T), kiloton (KT) və meqatonlarla (MT) ölçülür.
Nüvə silahı yerin (suyun) səthində, havada yaxud yerin (suyun) altında tətbiq oluna
bilər.
Nüvə partlayışın zədələyici amillərinə aşağıdakilar aiddir:
1) zərbə dalğasi;
2) işıq şüalanmas;
3) nüfuzedici radiasiya (ionlaşdırıcı şüalar);
4 ) ərazinin radioaktiv madələrlə çirklənməsi;
5) elektromaqnit impulsu.
2. Kimyəvi silahın tətbiqi nəticəsində yaranmış şəraitin qiymətləndirilməsi.
Müasir dövrdə insanların həyatına və fəaliyyətinə çox təhlükə yaradan nüvə silahından
başqa bəzi ölkələrin ordularının təchizatında kmyəvi silah da vardır.
Zəhərli maddələrə (ZM), onların hədəfə çatdırma (nəqletmə) və tətbiqi vasitələrinə
kimyəvi silah deyilir.
ZM-lər yüksək toksiki təsirə malik birləşmələrdir. Onları insanları, heyvanları və
bitkiləri zəhərləmək, həmçinin ərazini və obyektləri kmyəvi cəhətdən çirkləndirmək
məqsədi ilə tətbiq edirlər.
Onları raketlərlə, aerozol generatorları ilə, aviasiya kimyəvi bombalarla, mərmilərlə,
minalarla, qumbaralarla hədəfə çatdırılırlar.
ZM-in çox xarakterik xüsusiyyətləri vardır:
- xarici mühitdə asan yolla yayılması;
- davamlı zədələyici təsirə malik olması;
- zəhərlənmələrin klinikasının və inkişaf dinamikasının müxtəlifliyi;
- ZM-in bir qisminin orqanizmə tənəffüs, həzm yolu və dəri vasitəsi ilə daxil olması;
-zəhərlənmələrin inkişafı ZM-n orqanizmə daxilolma yollarından asılı olması;
-psixoemosional təsirə malik olması;
-mühafizə vasitələrindən istifadə etmək zəruriyyətinin yaratması.
Kimyəvi şərait dedikdə
ərazinin Güclü Təsirli Zəhərləyici Maddələrlə (GTZM) və ya
Zəhərləyici Maddələrlə (ZM) kimyəvi zəhərlənmə nəticəsində obyektlərin, mülki müdafiə
qüvvələrin və əhalinin fəaliyyətinə təsir edən birgə nəticələridir.
Kimyəvi şəraitinin qiymətləndirilməsi -
ə
razinin kimyəvi çirklənmənin iqtisad
obyektlərinnin, mülki müdafiə qüvvələrinin və əhalinin fəaliyyətinə təsir edən birgə
nəticələridir.
Kimyəvi şərait Güclü Təsirli Zəhərləyici Maddələrlə (GTZM) dağılması (atılması),
kimyəvi silshın tətbiqi nəticəsində kimyəvi zəhərlənmə sahələrinin, mərkəzlərinin əmələ
gəlməsi səbəbindən yaranır.
Kimyəvi şəraitinin qiymətləndirilməsinə daxildir:
- kimyəvi zəhərlənmənin miqyasını və xarakterini müəyyənləşdirmək;
- onların iqtisad obyektlərinin, mülki müdafiə qüvvələrinn və əhalinin fəaliyyətinə təsirnin
araşdırılması;
- insanların zədələnməsinə yol verməmək şərti ilə məqsədəuyğun hərəkət variantlarını
seçilməsi.
Kimyəvi şəraitinin qiymətləndirilməsi proqnozlaşdırma və kəşfiyyat məlumatları
ə
sasında aparılır.
Xalq təsərrufatı obyektlərində kimyəvi şəraitinin qiymətləndirilməsini radiasiya-kimya
nəzarət postları, radiasiya-kimya kəşfiyyat manqaları və qrupları aparır.
Kimyəvi şəraitinin qiymətləndirilməsi üçün ilkin məlumatlar aşağıdakilərdir:
- Güclü Təsirli Zəhərləyici Maddələrin (GTZM) növü və miqdarı, kimyəvi silahın tətbiqi
vasitəsi və Zəhərləyici Maddələrin (ZM) növü;
- Zəhərləyici Maddələrin (ZM) tullanılması (dağıdılması), kimyəvi silahın tətbiq edilmiş
ə
razi və vaxt;
- insanların mühafizəsinin səviyyəsi;
- zəhərli hava yayılan istiqamətdə ərazinin topoqrafik xüsusiyyətləri və tikililərin növləri;
- meteoşərait - yerüstü küləyin istiqaməti və surəti, havanın və torpağın temperaturu,
havanın şaquli dayanıqlığının dərəcəsi.
Havanın şaquli dayanıqlığının üç dərəcəsi vardır:
- nversiya.
- zotermiya.
- Konvenksiya.
nversiya-
axşam saatlarında günəşin batmasına 1 saat qalmış əmələ gəlir və günəşin
çıxmasından bir saat sonra dağılır.
nversiya zamanı havanın aşağı qatı yuxarı qatından soyuq olur, ki havanın yuxarı
qalxmasına maneçilik törədir və zəhərlənmiş havanın yüksək konsentrasiyasının
dayanıqlığına şərait yaradır.
zotermiya-
hava şəraitinin stabil balanslığı ilə xarakterizə olunur.
Dostları ilə paylaş: |