4. Əhalinin mühafizəsi üzrə tədbirlər sülh dövründə əvvəlcədən hazırlanır, iqtisadi və
inkişaf planlarında nəzərdə tutulur və Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən olunmuş qaydada yerinə yetirilir.
5. Əhalinin mühafizəsi üzrə planlaşdırılan tədbirlərin həcmi “məqsədyönlü və kifayətdir”
prinsipi ilə müəyyən edilir.
“Məqsədyönlü və kifayətdir” prinsiplərdə aşağıdakılar nəzərdə tutulur:
- fövqəladə hallarda gözlənilən nəticələrin elmi proqnozu əsasında mühafizənin optimal
variantlarının seçilməsi;
- mülki müdafiə vəzifələrinin xalq təsərrufatı mənafeləri ilə əlaqələndirilməsi;
- təhlükə yaranan dövrdə qabaqcadan təşkilatı və mühəndis-texniki tədbirlərin yerinə
yetirilməsi;
- mülki müdafiə obyektlərinin tikintisində yüksək keyfiyyətli parametrlərin tətbiq edilməsi;
- mühafizə vasitələrinin həm sülh, həm də müharibə şəraiti üçün yararlığının təmin
olunması;
- iqtisadi və sosial inkişaf planlarının tərtibində və yerinə yetirilməsində mühafizə
məsələlərinə üstünlük verilməsi.
3. Əhalinin mühafizəsi üzrə mülki müdafiə tədbirlərində respublikanın bütün
vətəndaşlarının iştirakı prinsipial şərtdir. Bu hər bir insandan öz təhlükəsizliyi üçün şəxsi
məsüliyət daşımağı, mülki müdafiə siqnallarını bilməyi və bu siqnallar üzrə düzgün
fəaliyyət göstərməyi, kollektiv və fərdi mühafizə vasitələrindən istifadənibacarmağı,
fövqəladə hallarda davranış və fəaliyyət qaydalarına riayət olunmasını tələb edir.
Buna mülki müdafiə biliklərinin əhaliyə müntəzəm və fasiləsiz syrətdə öyrənməklə nail
olmaq mümkündür.
3. Əhalinin mühafizəsi sistemi
1. Əhalinin mühafizəsi məsələləri daha səmərəli həll etmək məqsədilə ümumdövlət və
ə
razi mühafizə sistemləri yaradılır ki, onlar aşağıdaki tədbirləri həyata keçirirlər:
- ehtimal olunan fövqəladə halların və onların nəticələrinin proqnoz və təhlil edilməsi;
- fövqəladə halların baş verməsi barədə əvvəlcədən xəbərdar edilməsi;
- kütləvi qırğın basitələri işlədilməsinin, həmçinin güclü qəzalar və təbii fəlakətlərin
nəticələrinin zəiflədən qabaqlayıcı tədbirlər;
- mühafizə üsullarının və vasitələrinin hazırlanması və vaxtında istifadə edilməsi üzrə mülki
müdafiə tədbirləri;
- fövqəladə hallar yaranmış rayonlarda xilasetmə və təxirəsalınmaz bərpa işlərinin təşkili və
yerinə yetirilməsi.
2. Fövqəladə halların nəticələrini və təhlükənin dərəcəsini zəiflədən qabaqlayıcı tədbirlər
ə
halinin mühafizəsi üçün böyük əhəmiyyətlərə malikdir.
Belə tədbirlərin ən vacibləri aşağıdakilərdir:
- yaşayış məntəqələrinin salınması və şəhər tikintisi üzrə baş planlar tərtib edilərkən
təhlükə ehtimallı bölgələrdə və sahələrdə yerli xüsusiyyətlərin nəzərə alınması;
- təhlükə potensiallı obyektlərdə ehtimal olunan qəzaların nəticələrindən əhalinin və ətraf
mühitin təhlükəsizliyini təmin etmək üçün belə obyektlərin səmərəli yerləşdirilməsi;
- binaların, qurğuların, mühəndis şəbəkələrinin nəqliyyat kommunikasıyalarının müəyyən
edilmiş təhlükəsizlik normalarına müvafiq tikilməsi;
- təhlükə potensiallı obyektlərin qəzasız fəaliyyətini təmin edən tədbirlərin görülməsi;
- yaşayış məntəqələrinin və xalq təsərrufatı obyektlərinin təhlükəli təbii hadisələrdən
kompleksi mühafizə sistemlərinin işlənib hazırlanması;
- yerlərdə fövqəladə halların qarşısını almaq və nəticələrini aradan qaldırmaq məqsədi ilə
planların işlənib hazırlanması və həyata keçirilməsi;
- xüsusi mühəndis qurğularının (sel, sürüşmə əleyhinə) əvvəlcədən tikilməsi;
- respublika ərazisində sanitariya mühafizəsi tədbirlərinin yerinə yetirilməsi.
Bütün bunlar müvafiq səlahiyyətli təşkilatlar tərəfindən yerinə yetirilir və həmin işlərin
icrasına mülki müdafiə orqanları nəzarət edirlər.
4. Fövqəladə hallarda əhalinin mühafizəsini təmin edən mülki müdafiə tədbirləri
1. Sülh və müharibə dövlərindəki fövqəladə hallarda əhalinin mühafizəsini təmin etmək
üçün görülən mülki müdafiə tədbirləri kompleksinə aşağıdakilər daxildir:
- fövqəladə hallar barədə əhalinin xəbərdar edilməsi və yaranmış vəziyyət barədə ona
müntəzəm məlumat verilməsi;
- ərzaq mühitin, ərzaq məhsullarının, suyun radioaktiv, kimyəvi və bakterioloji (bioloji)
zəhərlənməsinə nəzarət edilməsi;
- əhalinin təhlükəsiz rayonlara və ya sahələrə köçürülməsi (çıxarılması);
- müvafiq tibbi mühafizə tədbirlərinin görülməsi;
- əhalinin radiasiyadan və kimyəvi zəhərlənmədən mühafizəsi;
- müxtəlif fövqəladə hallarda fərdi mühafizə vasitələrindən istifadə edilməsi, mühafizə
rejimləri qoyulması və əhalinin davranış qaydaları barədə təkliflərin hazırlanması;
- zədələnmə ocaqlarında xilasetmə və digər təxirəsalınmaz işlərin (qəza işlərinin) yerinə
yetirilməsi, fövqəladə hallar yaranmış rayonlarda əhalinin həyat təminatının saxlanması;
- fövqəladə hallarda mühafizə və fəaliyyət qaydalarının bütün əhaliyə öyrədilməsi.
2. Fövqəladə hallar barədə əhalinin xəbərdar edilməsi və yaranmış vəziyyət barədə ona
müntəzəm məlumat verilməsinə aşağıdakı yollarla nail olunur;
- əhalini xəbərdar edən mərkəzləşdirilmiş respublika və ərazi avtomat xəbərdarlıq
sistemlərini əvvəlcədən yaratmaq və daim hazır vəziyyətdə saxlamaqla;
- mərkəzləşdirilmiş ərazi xəbərdarlıq sistemlərini və xalq təsərrufatı obyektlərinin məhəlli
xəbərdarlıq sistemlərini təşkilati-texniki cəhətdən bir-birinə qoşub əlaqələndirməklə;
- ehtimal olunan fəlakətli daşqın zonalarında, radiasiya və kimyəvi zəhərlənmə zəhərlənmə
təhlükəli müəssisələr və yüksək təhlükəli digər obyektlərdə yerləşmiş məhəlli xəbərdarlıq
sistemləri yaratmaq və onları təşkilati-texniki cəhətdən müşahidə və nəzarət sistemlərinə
qoşmaqla;
- ümumdövlət və sahə rabitə sistemlərindən, radio, televiziya verilişləri və yerli radio
şə
bəkəsindən, digər texniki informasiya vasitələrindən mərkəzləşdirilmiş surətdə
xəbərdarlıq üçün istifadə etməklə.
3. Ətraf mühitə, ərzaq məhsullarına, suya müşahidə və nəzarət aşağıdaki yollarla edilir:
- sanitariya-epidemioloji stansiyaları, baytarlıq, aqrokimyəvi və obyekt laboratoriyalarını,
Dövlət Hidrometeorologiya komitəsi müəssisələrini, +radiasiya və kimya müşahidə
postlarını cəlb etməklə əvvəlcədən ümumdövlət və sahə müşahidə və labaratoriya nəzarət
şə
bəkəsi yaratmaq və daim hazır vəziyyətdə saxlamaqla;
- ətraf mühitin vəziyyəti barədə, eləcə də yeyinti məhsullarının və ərzaq xammalının, əlafın,
suyun radioaktiv, kimyəvi və bakterioloji (bioloji) maddələrlə çirklənməsi haqqında
məlumatları toplamaq, təhlili etmək və yaymaqla.
4. Mülki müdafiənin mühafizə qurğuları (sığınacaqlar, radiasiya əleyhinə daldanacaqlar,
sadə daldalanacaqlar, zirzəmilər və başqa yeraltı tikililər) respublikanın bütün əhalisinin
qorunmasını təmin etməlidir.
Mühafizə qurğuları fondu aşağıdakı qayda üzrə yaradılır:
- şəhərlərdə və yaşayış məntəqələrində olan yeraltı qurğularda kompleks halında istifadə
etmək hesabına; burada sosial-məişət, istehsal və təsərrufat təyinatlı otaqlar, binalar
yerləşdirmək, sülh və müharibə dövrlərindəki fövqəladə hallarda onların bir qisminin
ə
halinin mühafizəsi üçün uyğunlaşdırılması və istifadə edilməsini nəzərdə tutmaqla;
- mühafizə üçün yararlı yeraltı və yerüstü bina və qurğuları, dağ-mədən yerlərini təbii kaha
və mağaraları yoxlamaq və qeydə almaqla;
Dostları ilə paylaş: |