- yaranmış vəziyyəti nəzərə almaq, zirzəmiləri və digər yeraltı tikililəri daldalanacaq kimi
düzəltməklə;
- xalq təsərrufatı təyinatlı ayrıca yeraltı qurğular tikmək, lazım gəldikdə onları mühafizə
üçün uyğunlaşdırmaqla;
- təhlükəli dövrdə kütləvi sürətdə sadə daldalanma yerləri düzəltməklə (tikməklə);
- hökümətin qərarına əsasən əvvəlcədən sığınacaqlar və radiasiya əleyhinə daldalanacaqları
tikməklə;
- bütün mülki müdafiə mühafizə qurğularını əhalinin dərhal daldalanması üçün texniki-
istismar hazırlığı halında saxlamaqla.
Ə
haliyə şəxsi və kooperariv mülkiyyət formasında mühafizə qurğuları tikmək, tövsiyə
edilir. Belə hallarda mülki müdafiə orqanları lazımi metodiki yardım göstərir.
Mülkiyyət formasından asılı olmayaraq, bütün mövcud mülki müdafiə mühafizə
qurğuları fondundan (sığınacaqlar və daldalanacaqlar) mülki müdafiə orqanlarının müəyyən
etdiyi qaydalar üzrə təsərrufat, məişət və mədəni məqsədlər üçün istifadə edilir, onların
yenidən qurulmasına icazə verilmir.
5. Təhlükəli rayonlarda bütün \əhali və ya əhalinin ayrı-ayrı qrupları (yaşına,
məşquliyyətinə görə) köçürülür.
Müharibə dövrü üçün səfərbərlik vərəqəsi olan şəxslər köçürülmür, onlar hərbi xidmətə
çağırış və səfərbərlik xidmətinin sərəncamına gedirlər.
Ə
hali hər növ nəqliyyat vasitələrindən istifadə etməklə qısa müddətdə kütləvi şəkildə, və
ya yaranmış vəziyyətdən asılı olaraq mərhələ-mərhələ, həm bütün nəqliyyat vasitələrindən
istifadə etməklə, həm də piyada surətdə köçürülə bilər.
Köçürülməyin səmərəliyi üçün:
- köçürülmə planlarını əvvəlcədən tərtib etmək;
- səhərdənkənar və məskunlaşdırma rayonlarını köçürülən əhalinin normal həyatını təmin
etmək üçün hazırlamaq;
- bütün nəqliyyat vasitəl\ərini köçürmə işlərinə hazırlamaq;
- köçürmə dövrü üçün lazımi idarəetmə strukturları və köçürmə orqanları yaratmaq;
- əhali arasında içtimai asayişin və mütəşəkkilliyin təmin edilməsi üzrə tədbirlər kompleksi
həyata keçirmək lazımdır.
Ə
hali yerləşdiriləcək rayonlar və köçürmə qaydası hərbi komandanlıq orqanları və
müvafiq idarə və müəssisələrlə razılaşdırılır.
Köçürmə tədbirlərinin təşkili və yerinə yetirilməsi qaydaları fövqəladə hallarda əhalinin
mühafizəsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə müəyyən
edilir.
6. Əhalinin mühafizəsi üzrə tibbi tədbirlər- insanların zədələnməsinin qarşısını almaq,
yaxud zədələnməni zəiflətmək, zərərçəkənlərə vaxtında yardım göstərmək və onları müalicə
etmək, fövqəladə hallar yaranmış rayonlarda epidemioloji təhlükəsizliyi təmin etmək
işlərindən ibarətdir.
Bunun ücün:
- sahə tabeliyindən asılı olmayaraq, bütün mövcud səhiyyə orqanları qüvvələrinin və
vasitələrinin fəaliyyətini planlaşdırmaq və onlardan istifadə etmək;
- fövqəladə vəziyyət yaranarkən kifayət qədər tibbi müəssisələri açmaq;
- tibbi profilaktika vasitələrindən vaxtında istifadə etmək;
- ərzaq mallarına və suya nəzarət etmək;
- vaxtında ixtisaslı tibb dəstələri yaratmaq və onları fəaliyyətə hazırlamaq;
- tibbi mühafizə vasitələri ehtiyatları, tibbi və xüsusi avadanlıq və texniki ehtiyatları
yaratmaq;
- tibb işçiləri hazırlamaq və bütün əhaliyə tibbi- sanitariya biliklərin öyrətmək lazımdır.
7. Bioloji yoluxma vasitələrindən mühafizə-yoluxma təhlükəsinin, yaxud faktının,
yoluxmanın növü və miqyasının vaxtında aşkar edilməsindən, habelə inzibati-təsərrufat,
rejimli-məhdudlaşdırma və xüsusi tibb tədbirlərinin müəyyən edilməsindən ibarətdir.
Bioloji zəhərlənmə vasitələrindən mühafizə üçün:
- kollektiv və fərdi mühafizə vasitələrindən vaxtında istifadə etmək;
- karantin və observasiya rejimləri qoymaq;
- yoluxma ocağını zərərsizləşdirmək;
- təcili və xüsusi (spesifik) profilaktika keçirmək;
- xalq təsərrufatı obyektləri, tibb müəssisələri və əhali tərəfindən epidemiya əleyhinə
rejimə riayət olunmasına nail olmaq lazımdır.
8. Əhalinin radiasiyadan və kimyəvi zəhərlənmədən mühafizəsi- radiasiya və kimyəvi
şə
raiti askar edibqiymətləndirməkdən, radiasiyadan mühafizə üzrə birtipli rejimlərin
müəyyən edilməsindən, fərdi mühafizə vasitələri ilə təchizat, xüsusi təmizləmə işlərinin
təşkili və keçirilməsi tədbirlərindən ibarətdir.
Ə
halinin radiasiya və kimyəvi zəhərlənmədən mühafizəsi üçün:
- əvvəlcədən fərdi mühafizə vasitələri, radiasiya, kimyəvi kəşfiyyat və dozimetrik nəzarət
cihazları ehtiyatları yaratmaq, bunları qoruyub işə hazır vəziyyətdə saxlamaq lazımdır-
həmin ehtiyatların həcmi və saxlama yerləri mövcud təhlükəli zonalara müvafiq olaraq fərdi
surətdə müəyyən edilir. Bu zaman həmin avadanlıqla ilk növbədə-mülki müdafiə
dəstələrinin şəxsi heyəti, zədələnmə ocaqlarında aparılan xilasetmə və təxirəsalınmaz
işlərdə iştirak edən qüvvələr, habelə radiasiya və kimya təhlükəli xalq təsərrufatı
obyektlərinin işçiləri və belə obyektlərin ətrafındaki təhlükəli zonada yaşayan əhali təmin
edilir;
- radioaktiv və kimyəvi zəhərlənmənin miqyasını, xarakterini və nəticələrini aşkar etmək
məqsədilə vaxtında kəşfiyyat aparmaq;
- düşmənin kütləvi qırğın vasitələrinin işlətdiyi, həmçinin radiasiya və kimyəvi zəhərlənmə
təhlükəli xalq təsərrufatı obyektlərində qəzaları (dağıntıları) aşkar etmək, onların miqyasını
və nəticələrini qiymətləndirmək üçün ən müasir vasitələrdən və üsullardan istifadə etmək, o
cümlədən ərazidə havadan radiasiya kəşfiyyatı aparmaq üçün mülki aviasiya təyyarələrini
(helikopterlərini) bu işə cəlb etmək;
- həm müharibə, həm də sülh dövrü üçün yararlı olan vahid növlü (unifikasiya edilmiş)
mühafizə vasitələri, radiasiya, kimyəvi kəşfiyyat və dozimetrik nəzarət cihazları və cihaz
dəstləri (komplektləri) yaratmaq;
- əhaliyə müəyyən edilmiş qaydada şəxsi istifadə üçün fərdi mühafizə vasitələri və
dozimetrlər almağa imkan yaratmaq;
- zəhərlənmiş ərazidə əhalinin radiasiyadan mühafizəsi və xalq təsərrufatı obyektlərinin
fəaliyyəti üçün birtipli rejimlər işləyib hazırlamaq;
- kommunal-məişət xidməti və nəqliyyat müəssisələrini insanların sanitariya
təmuizlənməsi, paltarların, avadanlığın və nəqliyyatın xüsusi təmizlənmə işlərinə
ə
vvəlcədən uyğunlaşdırmaq;
- radioaktiv və kimyəvi zəhərlənmə ocaqlarını vaxtında ləğv etmək, zəhərli tullantıları bu
məqsədlə ayrılmış xüsusi yerlərdə basdırmaq lazımdır.
9. Zədələnmə ocaqlarında, qəza və təbii fəlakət rayonlarında xəsarət almış insanlara
vaxtında yardım göstərmək məqsədilə qısa müddətdə
xilasetmə və digər təxirəsalınmaz işlər
təşkil edilir və yerinə yetirilir.
Xilasetmə və digər təxirəsalınmaz işlər
aşağıdakılardan ibarətdir:
- zədələnmə ocaqlarında və fəlakət rayonlarında kəşfiyyat aparmaq;
- zədələnmə ocağını məhdudlaşdırmaq;
- axtarış və xilasetmə kompleks tədbirləri görmək;
Dostları ilə paylaş: |