II. Əsas hissə - 80 dəq.
1-ci sual. Radiasiya, kimya, mühəndis və yanğın şəraiti haqqında anlayış.
Ə
halinin və xalq təsərrufatı obyektlərinin fövqəladə halların nəticələrindən qorunması
tədbirləri kompleksinə radiasiya, kimya, mühəndis və yanğın hadisələrinin aşkar edilməsi
və şəraitinin qiymətləndirilməsi əsas yer tutur. Onların hər biri fövqəladə hallar şəraitində
ümumi qiymətləndirilmənin vacib tərkib hissəsidirlər.
Qəzalar, fəlakət və təbii hadisələr zamanı şəraitin qiymətləndirilməsi qəza-xilasetmə
işlərinə təsir göstərən amillərin və səbəblərin öyrənilməsi və analiz edilməsi deməkdir.
Şə
rait aşağıdaki əsas elementlərlə qiymətləndirilir:
- qəzaların, fəlakətlərin və təbii fövqəladə hadisələrinin xarakteri və miqyası, istehsalatda
işləyən işkilərə və əhaliyə onların yaratdığı təhlükə dərəcəsi, təhlükəli ərazilərin
(dağıntıların, partlayışların, yanğınların, radioaktiv çirklənmənin, kimyəvi və bioloji
zəhərlənmələrin,
daşqınların,
subasmaların)
sərhədlərini
və
yayılmalarını
proqnozlaşdırılması;
- təxirəsalınmaz işlərin növləri, həcmi və yerinə yetirmə şəraiti;
- işlərin qısa müddət ərzində aparılması üçün tələb olunan qüvvə və vasitələr;
- qüvvələrin və vasitələrin miqdarı, komplektləşdirilməsi, təminatı, onların fəaliyyətə
hazırlığı, onların obyektlərə (sahələrə) yerıdilməsi.
Şəraitin qiymətləndirilməsi zamanı mütəxəssislər işlərin yerinə yetirməsi üçün
qüvvələrə və vasitələrə olan tələbatı, onların faktiki mövcudluğunu, onların imkanlarını və
onların istifadəsi üçün optimal (real) variantı seçirlər. Şəraitin qiymətləndirilməsi,
qüvvələrin və vasitələrin istifadəsi barədə təkliflərini obyekt rəhbərinə məruzə edirlər.
Mütəxəssislərin təklifləri ümumiləşdirilir və qərar qəbul edildikdə istifadə olunur.
Şə
raitin qiymətləndirilməsi aşağıdakı fövqəladə hallar üçün istifadə oluna bilər:
- obyektin özündə qəzalar və fəlakətlər baş verdikdə;
- digər obyektlərdə qəzalar və fəlakətlər baş verdikdə və ya təhlükəli maddələr daşıdıldıqda
baş vermiş qəzaların və fəlakətlərin nəticələri obyektin fəaliyyətinə təhlükə yarada bildikdə;
- təbii fövqəladə hallar baş verdikdə.
Yanğın və partlayış təhlükəli obyektlərdə şəraitin qiymətləndirilməsi fəaliyyət planının
tərtibatçıları gözlənilən partlayışın parametrlərini - yəni hava dalğasının cəbhəsindəki
təzyiqi və onun açıq ərazidə olan binalara, qurğulara və insanlara təsirinin dərəcəsini
müəyyən etməlidirlər, proqnozlaşdırmalıdırlar. Alınmış məlumatlar əsasında baş verəcək
fövqəladə hallarda mühəndis, yanğın və tibbi şərait qiymətləndirilir.
Digər obyektlərdə qəzalar və fəlakətlər baş verdikdə və ya təhlükəli maddələr
daşıdıldıqda baş vermiş qəzalarıda şərait qiymətləndirilirməsi üçün həmin obyektlərə olan
məsafəni, təhlükəli maddələrin daşındığı hərəkət marşrutları və onun miqdarı müəyyən
edilməlidir.
Dağıntıların və itkilərin həcmini proqnozlaşdırmaq və müəyyən etmək üçün
qasırğaların, tufanların dağıdıcı xarakteristikalarını - küləyin surəti, sahənin eni və onun
təsir müddətini bilmək tələb olunur.
ntensiv yağışlar nəticəsində (12 saat və daha az müddətdə yağdıqda 50 mm həcmində)
böyük itkilər baş verə bilər.
Güclü yağışlar aşağıdaki nəticələrə gətirə bilər:
- sanitar-epidemioloji şəraitin pisləşməsinə;
- su təminatı mənbələrinin çirklənməsinə;
- zirzəmilərin və təxniki yeraltı sahələrin subasmasına;
- binaların deformasiyaya uğramasına, torpağın şişkinliyinə, yumşalmasına, çökməsinə;
- yeraltı suların ağır metallarla, neft məhsulları və digər kimyəvi maddələrlə
çirklənməsinə;
- korroziya prosesinin güclənməsi səbəbindən boruların və digər yeraltı qurğuların
dağılmasına.
Güclü qar yağması və elektrik xətlərinə yapışmış qarların donaraq, ağıraşması
nəticəsində elektrik xətləri qırıla bilər.
2-ci sual. Fövqəladə hallar zamanı əmələ gəlmiş radiasiya, kimya, mühəndis və
yanğın şəraitlərinin qiymətləndirilməsi qaydaları.
Şə
raitin qiymətləndirilməsi-yaranmış konkret vəziyyətdə obyektin fəaliyyətinə
müsbət və mənfi təsir göstərən amilləri təhlil edərək ümumi nəticə əldə etməkdən
ibarətdir.
Müharibələr adi silahların (odlu silah, yandırıcı vasitələr, həcmli partlayış döyüş
sursatları, kasetli döyüş sursatları) tətbiqi ilə başlanır. Adi silahlar da getdikcə təkmilləşir
və onların zədələyici amillərinin təsir qüvvəsi artır və fəsadlarının miqyası genişlənir.
Müasir müharibələrdə adi silahlarla yanaşi kütləvi qırğın silahları da tətbiq oluna
bilərlər. Əgər müharibə başlansa, insanların fəaliyyəti çox mürəkkəb və spesifik bir
şə
raitdə keçəcəkdir. Buna görə əhalinin kütləvi qırğın silahlarının zədələyici amilləri,
onların təsiri nəticəsində meydana gələn zədələnmələr və yaranan kütləvi zədələnmələr
ocaqlarının xarakteristikası haqqında kifayət qədər məlumatları olmalıdır.
Radiasiya təhlükəsizliyi - insanın, bütövlükdə populyasiyanın, ətraf mühit
obyektlərinin ionlaşdırıcı şüalanmanın zərərli təsirlərindən qorunmasını təmin edən elmi
ə
saslanmış tədbirlər kompleksidir.
Bu tədbirlər insan fəaliyyətinin müxtəlif sferalarında ionlaşdırıcı şüalanma mənbələrinin
və atom enerjisinin təhlükəsiz şəraitdə istifadəsinin yaradılmasına istiqamətlənib.
Radiasiya təhlükəsizliyinin əsas vəzifələrindən biri ionlaşdırıcı şüalanmanın müxtəlif
formalarının təhlükəliliyinin qiymətləndirilməsi kriteriyalarının işlənib hazırlanmasıdır.
Bu radiobioloji eksperimentlərin nəticələrinin analizi yolu ilə həll edilir və burada məqsəd
ionlaşdırıcı şüalanmanın müxtəlif formalarının canlı orqanizmə, ayrı-ayrı sistemlərə
təsirini öyrənmək və eyni zamanda radiasiya qəzaları zamanı və ya ionlaşdırıcı
ş
üalanmanın təsiri altında işləyən sağlam insanın vəziyyəti haqqında məlumat almaqdır.
Burada daha çox əhəmiyyətli olan məsələ, ionlaşdırıcı şüalanmadan şərtlənən effekt və
ş
üalanmanın səviyyəsi arasında kəmiyyət əlaqələrinin qurulmasıdır.
Bunun üçün şüalanma səviyyəsinin qiymətləndirmə sistemi və radiasiyanın təsirinin
müxtəlif yollarında onun ölçülməsi üsulları işlənib hazırlanmışdır.
Effektin təzahürünu xarakterizə edən parametr xüsusiyyətlərində ekvivalent dozadan
istifadə edilir. Qəbul edilmiş təhlükəsizlik kriteriyalarına əsasən ionlaşdırıcı şüalanmanın
təsirinin icazə verilən həddinin sistemi, qanunverici sənədlərdə qeydiyyat şəkli, qismən
radiasiya təhlükəsizliyinin normaları işlənib hazırlanır.
Radiasiya təhlükəsizliyinin digər, heç də az əhəmiyyətə malik olmayan vəzifələrindən
biri də əhalinin normal əmək şəraitinin və yaşayışının təmin edilməsi, eyni zamanda atom
enerjisindən istifadə zamanı ətraf mühitdəki obyektlərin ionlaşdırıcı şüalanmadan
qorunması məqsədilə radiasiya şəraitinin proqnozlaşdırma, qiymətləndirmə üsullarının
işlənib hazırlanmasıdır.
Bura aiddir:
- şüalanma mənbələrinin xarakteristikası, hansı ki, texnoloji proseslərin müxtəlif
mərhələlərində və atom enerjisindən müxtəlif məqsədlərlə istifadə zamanı əhaliyə və
heyətə təsir edə bilər;
Dostları ilə paylaş: |