32
Bank sektorundakı böhranlar bir çox səbəblə izah olunur.
Bu səbəblərdən bir qismi bank sektorunun strukturu ilə əlaqəli olsa
da əsl səbəb iqtisadiyyatdakı əsas göstəricilərin qeyri-sabit olma-
sından qaynaqlanır. Bank sektorundakı böhranlar makroiqtisadi və
mikroiqtisadi olmaq üzrə iki ana başlıqda toplanır.
Makroiqtisadi qeyri-sabitlik bank sektoru natarazlığının əsas
səbəbi olaraq göstərilir. Sərvət qiymətlərinin xüsusilə əmlak qiy-
mətlərinin alt-üst olması, faiz dərəcələrindəki kəskin artımlar və ya
valyuta məzənnəsindəki eniş və ya davam edən durğunluq bank
sektoruna da təsir edəcəkdir. Əslində göstərilən problemlər bir-biri
ilə əlaqəlidir. Bu çətinliklərə əlaqə olaraq keçid iqtisadiyyatlarında
nisbi qiymətlərdəki sərt sürüşmələr və ya subsidiyaların artırılması
bank sektorunun təsirinin çox olduğu sektorlarda daha çox hissedi-
ləcəkdir.
Daxili makroiqtisadi pozulmalara iqtisadiyyatın inkişaf dövr-
lərində də rast gəlinir. Banklar bu dövrlərdə optimist mühitin təsiri
ilə yeni layihələri fondla təmin edir. Borclanma müddətində daşın-
maz əmlak sahiblərinin sərvətlərinin qiymətini qaldırdıqda istehla-
kın rifah təsiri ilə bir çox iqtisadi fəaliyyətin gəlirliliyi artar.
Burada bildirilməsi lazım olan məsələ olaraq bank sektorun-
da artan artan borclanma ilə qiymətlərin həddən artıq qalxması nə-
ticəsində iqtisadiyyatdakı dalğalanmalar artır.
Maliyyə sisteminin makroiqtisadi şokları heç bir təşkilati
zərər görmədən üzərindən keçməsi çətindir. Ancaq sistemdəki bəzi
banklar ciddi iqtisadi şoklardan belə zərər görmədən çıxmağı ba-
carırlar.
qtisadi geriləmə və iqtisadi fəaliyyətlərin gərginliyi bankla-
rın mənfəətinə güclü mənfi təsiri olmuşdur. Bundan başqa, bank-
çılıq fəaliyyətləri son illərdə gedərək daha riskli əməliyyatlar həyta
keçirir. Pis idarəçilik göstəricilərin bankçılıq krizislərində əhə-
miyyətli yeri olduğunu göstərir
21
.
21
Karacan A , “Bankaçılıq ve Kriz” Finans Dünyası Yayımları 1996, s.s.
38-39.
33
Ümumiyyətlə maliyyə sektoru xüsusi olaraq bank sistemi-
nin sürətli iqtisadi böyümə və inkişafa nail olmaqda önəmli vasitə-
dir. Banklar yalnız monetar nəzarət üçün bir kanal deyildir. Bu-
nunla bərabər iqtisadiyyatın yenidən qurulmasında uzunmüddətli
davamlı makroiqtisadi sabitliyin təmin olunmasında təsirli olan bir
sektordur.
Maliyyə sistemi fərdlərin və firmaların fondlarını məhsuldar
investisiya imkanlarına çevirən kanaldır. Bu çevrilmənin sağlam
olması maliyyə bazarları iştirakçılarının investisiya imkanları haq-
qında düzgün mühakimələrə malik olmasından asılıdır.
Burada əmələ gələn asimmetrik məlumat problemi maliyyə
sistemində iki əsas problemi ortaya çıxarır: əxlaqi risk (moral
hazard) və tərsinə seçim (adverse selection).
Tərsinə seçmə maliyyə əməliyyatı həyata keçmədən əvvəl
ortaya çıxır. Borc alarkən yüksək risk sahələri yüksək faizi də
ödəməyə hazırdırlar, çünki borc ödəmə mövzusunda daha istəksiz-
dirlər. Borc verən borc almaq istəyən bütün tərəflərin borc ödəmə
qabiliyyətlərini bilmədiyi üçün seçim edərkən səhv edə bilər.
Ə
xlaqi risk isə maliyyə əməliyyatı həyata keçirildikdən so-
nra əmələ gəlir. Əxlaqi riskin əmələ gəlməsinin səbəbi borc alanın
yüksək riskli layihələrə investisiya qoymasından qaynaqlanır.
Layihə uğurlu olarsa borcalan üçün problem yoxdur. Layihə
uğursuz olarsa borcverənin zərəri çox olacaqdır. Borcalanın aldığı
borcu öz şəxsi xərcləri üçün istifadəetmə və layihəyə kifayət qədər
vəsait xərcləməmək riskləri vardır.
Maliyyə böhranı əxlaqi risk və tərsinə seçmə problemlərinin
olması səbəbiylə maliyyə bazarlarındakı fondların məhsuldar
investisiya kanallarına təsirli çevrilə bilməməsidir.
Bankçılıq sisteminə təsir edən maliyyə böhranları fəaliyyət
və məhsuldarlıqlarının düşməsinə səbəb olmaqla kifayətlənməmiş,
onların struktur quruluşlarının da pozulmasına səbəb olmuşdur.
Bank böhranlarının yayılaraq digər sektorlara təsir etməsi
34
nəticəsində problem makroiqtisadi sabitliyə təsiredəcək səviyyəyə
çatmışdır. Bu mənada böhranın xərci bank sektorunun yaxşılaşdı-
rılmasının büdcəyə yükü və onun milli gəlirdəki payı ilə kifayət-
lənməyib, real mənada daha böyük ölçülərə çatmışdır. Son Asiya
maliyyə böhranında gözlənildiyi kimi bank və maliyyə böhranı in-
kişaf edən bazarlarda maliyyə sərbəstləşməsi ilə başlayan beynəl-
xalq sərmayə axınlarına açılmanın səbəb olduğu əkiz böhranlar
olaraq ortaya çıxmış və əvvəlcə ölkə, ardınca isə dünya iqtisadiy-
yatına təsiredəcək hala gəlmişdir.
Caprio və Klingebielə görə bank böhranı bu vəziyyətlərin
hər birinin əmələ gəlməsi ilə təyin olunur.
1. Bank sisteminin investisiyası praktik olaraq yox olmuşdur.
2. Geri qaytarılmayan kreditlər bütün bank kreditlərinin 15-
20 %-i civarındadır və ya bundan çoxdur.
3. Bank sektorunda sıxıntıların aradan qaldırılma xərcləri
ÜDM-un ən az 3-5 %-inə çatmışdır.
Kaminsky və Reinhart, Caprio və Klingebieldən fərqli olaraq
bank böhranlarını “hadisələrlə” açıqlayırlar.
1. Bank sistemində böhran, bank bağlanması, birləşmələri və
ya dövlətin müsadirəsi ilə ortaya çıxır.
2. Böhran, bağlanma, birləşmə və ya dövlət tərəfindən
müsadirənin olmadığı, ancaq az əhəmiyyətli maliyyə qurumuna
böyük miqdarda dövlət yardımının edilməsi halında ortaya çıxır.
Mikroiqtisadi səbəblər bank sektorundakı struktur və
idarəetmə parametrlərinin hamısını əhatə edir. Bu çərçivədə höku-
mətin və ya mərkəzi bankın bank sektoruna birbaşa müdaxilələri
və ya təsirləri yer alır.
1. darəetmə - Hər bir bank uğursuzluğunda idarəetmə xəta-
sını göstərir, ancaq idarəetmə xətası heç bir zaman tək başına uğur-
suzluğun səbəbi ola bilməz.
2. Qeyri-qənaətbəxş infrastruktur - Bank sisteminin uğursuz-
luğunda qeyri-qənaətbəxş infrastruktur tək başına səbəb olaraq
göstərilə bilməz. Ancaq uçot və ya yoxlamadakı qüsurlar problem-
lərin həll olunmasını gecikdirir. Hüquqi infrastrukturdakı problem-
Dostları ilə paylaş: |