38
beynəlxalq təcrübədə bank böhranının ən geniş yayılmış izahına
görə əgər aşağıdakı dörd şərtdən biri mövcud olarsa bank
sisteminin vəziyyəti böhranlı hesab oluna bilər:
1.
Bankların aktivlərində işləməyən, yəni gəlir gətirməyən
aktivlərin payı 10 %-dən çoxdur;
2.
Bankların xilas etmə əməliyyatına sərf olunan məsrəflər
ÜDM-un 2 %-dən çoxdur;
3.
Bank sektorunun problemləri bankların əhəmiyyətli his-
səsinin (10 %-dən artıq) milliləşdirilməsinə gətirib çıxarıb;
4.
Əmanətçilər arasında şaiyələr (panika) yaranıb və
depozitlərin kütləvi surətdə geri götürülməsi baş verib və ya
depozitlərin dondurulması, ya da ki, böhrana cavab olaraq höku-
mət tərəfindən depozitlərə ümumi zəmanətlərin tətbiq olunması ki-
mi fövqəladə tədbirlər görülüb.
VALYUTA BÖHRANI. Valyuta krizisi bir ölkənin milli
puluna etibarın itməsi, dolayısıyla spekulyasiya (alver, bazar
qiymətləri) fondlarının həddən artıq ölçüdə ölkəni tərk etməyə
başlaması və mərkəzi bankın bütün tədbirlərinə baxmayaraq
mövcud vəziyyətin belə davam etdirilməsinin imkansızlığı
şə
klində özünü göstərir.
Valyuta (pul) krizislərinin göstəriciləri isə aşağıdakı beş
qrupda toplana bilər:
1.
Zəyif makroiqtisadi göstəricilər və səhv iqtisadi siyasət.
2.
Malyyə bünövrəsinin yetərsizliyi/zəyifliyi.
3.
Əxlaqi risk və assimetrik informasiya
ifadəsi.
4.
Mövcud kreditlərin və beynəlxalq maliyyə təşklatlarının
səhv proqnozları.
5.
Terrorist hadisələri kimi gözlənilməz risklərin reallaşması.
Maliyyə krizisindən qabaq valyutanın dəyərinin düşməsi,
lazım olduqda beynəlxalq valyutaya qarşı iqtisadi agentlər tərəfin-
dən spekulyasiya (alver, bazar qiymətləri) təzyiqlərinin başladıl-
masına yol açır.
1994 - cü ilin sonunda Meksika krizisindən sonra Dornbusch
belə deyirdi: “Valyuta məzənnəsinə əsaslanan sabitləşmə proqramı
39
üç mərhələdən keçir. Birinci mərhələ-valyuta məzənnəsindəki
istiqraz iqtisadiyyatda da ümumi bir sabitləşmə saxlayır. kinci
mərhələdə pulun real olaraq dəyər qazandığı məlumdur, gedərək
daha çox hiss olunur, fəqət bu mövzuda bir şey etmək düzgün ol-
maz. Üçüncü və son mərhələdə artıq bir tədbir görmək üçün çox
gecdir. Pulun real dəyər qazanması (və digər şərtlər) yüksək nis-
bətli bir devalüasyonu (kağız pulların məzənnəsinin aşağı düşməsi)
lazımlı bilir.
Valyuta böhranlarının təsnifatı yetərincə dərin işlənib hazır-
lanmışdır. Bu məsələ daha ətraflı Z.V.Atlas, A.V.Anikin, L.N.Kra-
savina tərəfindən müzakirə olunmuşdur. Valyuta böhranları həm
böhran hadisələrinin əsasında, həm də təzahür miqyasları üzrə
mövcud yaranma səbəbləri üzrə bölünürlər. Ölçü əlamətinə görə
ümumi və xüsusi böhranlar seçilir. Ümumi valyuta böhranları
ümumi iqtisadi böhranların tərkib hissəsidirlər, onlar həm qızılın
demonetizasiyası, valyutaların qiymətdən düşməsi, təkrar istehsal
sistemində struktur nisbətsizlikləri ilə permanent (daimi) xarakterə
malikdirlər, gecə böhranları müvəqqəti xarakterə malik olan amil-
lərlə - müharibələr, inflyasiya, pul-kredit mexanizminin balansının
pozulması ilə şərtləndirilmişdir. kinci əlamətə əsasən böhranlar
dünya və yerli (lokal) olurlar. Dünya valyuta böhranlarına beynəl-
xalq valyuta münasibətlərinin xroniki ziddiyyətləri ilə qarışan val-
yuta sisteminin struktur böhranları aid edilir, məsələn, 1969-1971
illərin böhranı (bu böhran qızıl valyuta standartından imtina ilə nə-
ticələnmişdir). Yerli valyuta böhranlarına ayrı ölkənin valyutasına
zərər vuran böhranlar aid edilir (məsələn, kinci Dünya Müharibə-
sindən sonrakı ilk illərdə Fransa və ngiltərə böhranları, 1994-1995
illərdə baş vermiş Meksika böhranı). Valyuta böhranlarının səbəb-
ləri aşağıdakılardır:
• qısa və uzun müddətli dövri dəyişmələr;
• milli valyutaların məzənnəsini pozan inflyasiya prosesləri-
nin inkişafı;
40
• bəzi ödəmə balanslarının xroniki passivliyi, digərlərinin
isə xroniki aktivliyi ilə ifadə olunan beynəlxalq hesablaşmaların
müvazinətsizliyi;
• beynəlxalq valyuta-maliyyə münasibətləri hüquqlarını, on-
ların dünya iqtisadiyyatında roluna uyğun, təmin etməyən bey-
nəlxalq sistemin təşkili prinsiplərinin natamamlığı;
• iqtisadiyyatdan kənar amillərin təsirinə məruz qalan bey-
nəlxalq valyuta bazarlarının qeyri-sabitliyi;
• beynəlxalq valyuta ehtiyatlarının həcmi ilə müqayisə edi-
lən möhtəkar axınlarının yaranmasına səbəb olan istehsalın beynəl-
miləlləşməsi;
• ölkələrin qeyri-bərabər inkişafının güclənməsi;
• yüksək dərəcəli milli tənzimləmə ilə dövlətlərarası səviy-
yədə valyuta münasibətlərinin tənzimlənməsinin məhdud imkan-
ları arasında ziddiyyət.
L.N.Krasavinanın qiymətləndirdiyi kimi dünya valyuta
sisteminin böhranına valyuta məzənnələrinin kəskin dəyişmələri,
kapitalların “qaçışı”, devalvasiya və revalvasiya, beynəlxalq val-
yuta satılma qabiliyyətinin pisləşməsi, valyuta-kredit və maliyyə
münasibətlərində ziddiyyətlərin kəskinləşməsi ilə ifadə olunan
valyuta sahəsində ziddiyyətlərin sərt kəskinləşməsi tərifi verilir.
Qeyd olunmuşdur ki, iqtisadi böhranın təzahürlər ilə şərtləndiril-
miş dövri valyuta böhranları ilə ödəmə balansının böhranı, borc
böhranı ilə, fövqəladə hadisələrlə şərtləndirilmiş xüsusi valyuta
böhranları arasında aydın fərq silinir. Valyuta böhranının ictimai
təkrar istehsal prosesi ilə qarşılıqlı əlaqəsi xüsusi qeyd olunur. Val-
yuta böhranlarının səbəblərindən biri kimi valyuta hegemonluğu
(hökmranlığı), satış bazarları, xammal və mal mənbələri və ka-
pitalların istifadə sahələri uğrunda mübarizə olan valyuta mühari-
bəsi göstərilir. Bunun bariz nümunəsi kimi 1960-cı illərin sonların-
da Fransa ilə ABŞ arasında baş vermiş valyuta müharibəsini gös-
tərmək olar. Bu gün dolların və Avronun bazar rəqabəti şəklində
gizli valyuta müharibəsi gedir. Bütün maliyyə sisteminin sabitliyi-
Dostları ilə paylaş: |