35
lər mülkiyyət haqlarından və ya bankların alacaqlarının reallaşma-
masından irəli gəlir.
3. Sərbəstləşmə/Yenidən Tənzimləmə - Maliyyə sistemində-
ki rekonstruksiya və sərbəstləşmə iddialı bir hərəkət olduğundan
bir çox problemə yol açır. Bu səbəblə bank sisteminin liberallaş-
ması birdən-birə deyil pillə-pillə həyata keçirilməlidir. Rekonst-
ruksiya isə daha çox qayğı gərəktirdiyindən rəhbərliyin bu işin
düzgün həyata keçirilməsindən əmin olması lazımdır.
4. Hökumət Müdaxilələri - Bank sektorunun verdiyi kredit-
lərə və şərtlərə hökumət müdaxilələri bank sektorundakı nağd böh-
ranını sürətləndirmişdir. Bu müdaxilə rəqabətçi olmayan faiz dərə-
cələrinin tətbiq olunması və ya qeyri-iqtisadi layihələrə fond trans-
feri şəklində olur. Digər bir potensial rəsmi hərəkət isə məcburedi-
ci qanuni qarşılıqların istənməsi və hökumət açıqlarını maliyyələş-
dirmək üçün bank sektorunun hökumət tərəfindən istifadəsidir.
5. Əxlaqi Risk (moral hazard) - Bankların iflas etməsinə ica-
zə verilməyəcəyinə və çətin zamanlarda maliyyə dəstəyi gələcəyi-
nə dair ümumi bir gözləntinin olması əxlaqi risk məsələsini ortaya
çıxarır. Bu vəziyyətdə banklar vəziyyətlərini yaxşılaşdırmaq əvəzi-
nə hərəkətlərini şiddətləndirirlər və əmanət sahibləri də “yaxşı” və
“pis” olanı bir-birindən ayıra bilmir.
6. Şəffaflığın Olmaması – şlək hüquqi tənzimləmələrin ol-
mamasına görə bank sistemində əmanət sahiblərinə və səhmdarlara
düzgün və lazımlı məlumat çatmır.
Ümumiyyətlə bank böhranları maliyyə sərbəstləşməsindən
ə
vvəl meydana gəlir. Sərbəstləşmə ilə faiz dərəcələri yenidən tən-
zimlənərkən bank sistemində yer alan digər məhdudiyyətlər qaldı-
rılır. Bank böhranının təxmin edilməsində izləniləcək göstəricilər
arasında bunlar yer alır; Real valyuta məzənnəsi, geniş pul artırıcı
səhm bazarı, istehsal səviyyəsi və real faiz dərəcələri.
Yerli pul vahidinin həddindən artıq dəyər qazanması ixracatı
gəlirli olmaqdan çıxardacaq və valyuta mövqeyində pozuntuya yol
açacaqdır. Səhm bazarında qiymət enişləri firmaların dəqiq dəyər-
ləriylə birlikdə bank kreditlərinə dayaq olan “təminat” dəyərlərinə
36
də mənfi istiqamətdə təsir edəcəkdir. Real faizlərin yüksəlməsi is-
tehsalı və iqtisadi böyüməni aşağı salaraq bank sistemində aşağı
keyfiyyətli aktivlərin artmasına səbəb olacaqdır.
Sistemli bank böhranları orta hesabla bu mövzudakı ilk mən-
fi siqnalların gəlməsini izləyən 6 və ya 18 ay içində meydana gəlir.
Bank sektorunda böhranla üzləşən ölkələrin ortaq xüsusiy-
yətləri böhrandan əvvəlki dövrdə artan xarici borclardır. Yeni borc
təmin edə bilməmə və ya geri ödəmələrdə çıxan problemlər xarici
investorların artan qeyri-müəyyənlik qarşısında bölgədən və ya öl-
kədən investisiyalarını çəkməsi sistemin çökməsini sürətləndirir.
Artan xarici borclar və bank sektorunun üstləndiyi ağır öhdəlik-
lərin hökumətin qarşılaşabiləcəyi maksimum təminat xəttini keç-
məsi, xarici kreditorların banklara istiqamətlənmələri və sər-
vətlərini geri çəkmələri ilə nəticələnir.
nkişaf edən bazarlarda özəl sektorun kapital axınlarını
çəkməyə yönəlik təşviqedici təminatlar böhranların səbəbkarıdır.
Qısa müddətli kapitalın təmin etdiyi imkanlar, özəl və dövlət
sektorunun bu fondları məsuliyyətsiz və hesabsız təşviq və
təminatlarla ölkə daxilinə çəkməyi cazibədar etmişdir. Beynəlxalq
maliyyə bazarlarında meydana çıxan hər hansı bir narahatlıq qısa
müddətli kapitalın dərhal özünə etibarlı bir “liman” axtarması ilə
nəticələnmiş və ani kapital çıxışı olan ölkə maliyyə çətinliyi ilə
qarşılaşmışdır. Beynəlxalq kapital axınlarının artan ölçüləri, inki-
ş
af etmiş maliyyə bazarlarından inkişaf etməkdə olanlara elm, tex-
nologiya və təşkilati struktur ixracını da artırmışdır. Maliyyə libe-
rallaşması nəticəsində ölkəyə girən xarici bankların rəqabət təzyiqi
ilə yerli bankların marka dəyərləri düşmüş və bu banklar balansla-
rını pozan yüksək riskli və daha qısa müddətli kreditlərə istiqamət-
lənmişlər. Vaxt keçdikcə zəifləyən və kövrək bir struktura malik
olan bu banklara xarici kredit verənlər, kredit verdikləri bankların
pisləşən vəziyyətini görə bilməmiş və itkilərə uğramışlar. Bankları
tənzimləyən qurumlar isə kommersiya banklarının riskli fəaliyyət-
lərinə müdaxilə etməmiş və xarici banklardan nəzarətsiz səviyyədə
37
xarici borclanmalarına göz yummuşlar. Bunun nəticəsində dövlətin
verdiyi etibar istismar edilmişdir.
Təşkilati çatışmazlıqlar böhran və böhranın koordinasiyası
problemini meydana gətirir və ilk anda müdaxilə olunmamış böh-
ran dərinləşir. Bu vəziyyətlərdə iflaslara icazə verilməməsi, yeni-
dənqurmanın qanuni-idari çərçivəsinin zəifliyi, maliyyə quruluşları
və şirkətlərində mühasibat qaydalarının çatışmazlığı, şəriklərin və
borc verənlərin hüquqlarının zəif qorunması, məhkəmə fəaliyyə-
tinin məhdudlaşdırılması kimi problemlərin meydana gəlməsi
mümkündür. Bunlara əlavə olaraq maliyyə qurumlarında yaxşı və
təcrübəli menecer azlığı, ölkədaxili yenidənqurma və təmizlik mü-
təxəssislərinin olmaması və maliyyə quruluşlarının keçmişində bu
cür yenidənqurmaların olmaması qarşımıza çıxır. Eyni zamanda
məsələyə hökumət tərəfdən baxıldığında böhranın dərinləşməsinin
səbəblərindən biri olaraq hökumətin özünün etibar problemi ilə
qarşılaşmasıdır. qtisadiyyatın və sistemin yenidən qurulmasında
monetar xərclərdən imtina olunması və zamanın düzgün seçilmə-
məsi ilə tez-tez rastlanılır. Koordinasiya probleminin qarışıq olma-
sı sistemli böhranların həllini çətinləşdirir.
nkişaf etməkdə olan ölkələrdə maliyyə sisteminin ümumi
xüsusiyyəti maliyyə qurumlarının çeşidinin azlığı, maliyyə sərvət-
lərinin məhdud olması və əhəmiyyətli dərəcədə hökumət müda-
xilələrinin olmasıdır. Bu ölkələrdə formal olmayan maliyyə struk-
turları da kommersiya bankları ilə birgə fəaliyyət göstərirlər. Bəzi
ölkələrdə dövlət müxtəlif mərhələlərdə etdiyi müdaxilələrlə bank-
lara istiqamətlənən fondlara nəzarət etmək, qiymət müdaxilələri ilə
bank kreditlərinin paylanmasını istiqamətləndirmək və ya ban-
kların fəaliyyətlərinə müxtəlif miqdarda məhdudiyyətlər yaradır-
lar. Bu və ya oxşar tətbiqetmələr vasitəçi qurum olan bankların
ə
mələ gətirdiyi kreditləri məhdudlaşdıraraq fəaliyyət və məhsul-
darlıqdan uzaqlaşdırır, yığım, investisiya və iqtisadi inkişafa mənfi
təsir edir.
Beləliklə, hər bir ölkədə bank sisteminin böhrana salan fərqli
səbəblərlə bərabər, bütün ölkədə keçərli ortaq səbəblər də var və
Dostları ilə paylaş: |