Microsoft Word mal bohrani-zeynalov doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə13/55
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1706
1   ...   9   10   11   12   13   14   15   16   ...   55

 
38
beynəlxalq  təcrübədə  bank  böhranının  ən  geniş  yayılmış  izahına 
görə  əgər  aşağıdakı  dörd  şərtdən  biri  mövcud  olarsa  bank 
sisteminin vəziyyəti böhranlı hesab oluna bilər: 
1.
  Bankların  aktivlərində  işləməyən,  yəni  gəlir  gətirməyən 
aktivlərin payı 10 %-dən çoxdur; 
2.
  Bankların xilas etmə əməliyyatına  sərf olunan məsrəflər 
ÜDM-un 2 %-dən çoxdur; 
3.
  Bank  sektorunun  problemləri  bankların  əhəmiyyətli  his-
səsinin (10 %-dən artıq) milliləşdirilməsinə gətirib çıxarıb; 
4.
  Əmanətçilər  arasında  şaiyələr  (panika)  yaranıb  və 
depozitlərin  kütləvi  surətdə  geri  götürülməsi  baş  verib  və  ya 
depozitlərin  dondurulması,  ya  da  ki,  böhrana  cavab  olaraq  höku-
mət tərəfindən depozitlərə ümumi zəmanətlərin tətbiq olunması ki-
mi fövqəladə tədbirlər görülüb. 
VALYUTA  BÖHRANI.  Valyuta  krizisi  bir  ölkənin  milli 
puluna  etibarın  itməsi,  dolayısıyla  spekulyasiya  (alver,  bazar 
qiymətləri)  fondlarının  həddən  artıq  ölçüdə  ölkəni  tərk  etməyə 
başlaması  və  mərkəzi  bankın  bütün  tədbirlərinə  baxmayaraq 
mövcud  vəziyyətin  belə  davam  etdirilməsinin  imkansızlığı 
şə
klində özünü göstərir. 
Valyuta  (pul)  krizislərinin  göstəriciləri  isə  aşağıdakı  beş 
qrupda toplana bilər: 
1.
 Zəyif makroiqtisadi göstəricilər və səhv iqtisadi siyasət. 
2.
 Malyyə bünövrəsinin yetərsizliyi/zəyifliyi. 
3.
 Əxlaqi risk və assimetrik informasiya
 
ifadəsi. 
4.
 Mövcud  kreditlərin  və  beynəlxalq  maliyyə  təşklatlarının 
səhv proqnozları. 
5.
 Terrorist hadisələri kimi gözlənilməz risklərin reallaşması. 
Maliyyə  krizisindən  qabaq  valyutanın  dəyərinin  düşməsi, 
lazım olduqda beynəlxalq valyutaya qarşı iqtisadi agentlər tərəfin-
dən  spekulyasiya  (alver,  bazar  qiymətləri)    təzyiqlərinin  başladıl-
masına yol açır. 
1994 - cü ilin sonunda Meksika krizisindən sonra Dornbusch 
belə deyirdi: “Valyuta məzənnəsinə əsaslanan sabitləşmə proqramı 


 
39 
üç  mərhələdən  keçir.  Birinci  mərhələ-valyuta  məzənnəsindəki 
istiqraz  iqtisadiyyatda  da  ümumi  bir  sabitləşmə  saxlayır.  kinci 
mərhələdə  pulun  real  olaraq  dəyər  qazandığı  məlumdur,  gedərək 
daha çox hiss olunur, fəqət bu mövzuda bir şey etmək düzgün ol-
maz.  Üçüncü  və  son  mərhələdə  artıq  bir  tədbir  görmək  üçün  çox 
gecdir.  Pulun  real  dəyər  qazanması  (və  digər  şərtlər)  yüksək  nis-
bətli bir devalüasyonu (kağız pulların məzənnəsinin aşağı düşməsi) 
lazımlı bilir.   
Valyuta böhranlarının təsnifatı  yetərincə dərin işlənib hazır-
lanmışdır. Bu məsələ daha ətraflı Z.V.Atlas, A.V.Anikin, L.N.Kra-
savina  tərəfindən  müzakirə  olunmuşdur.  Valyuta  böhranları  həm 
böhran  hadisələrinin  əsasında,  həm  də  təzahür  miqyasları  üzrə 
mövcud  yaranma  səbəbləri  üzrə  bölünürlər.  Ölçü  əlamətinə  görə 
ümumi  və  xüsusi  böhranlar  seçilir.  Ümumi  valyuta  böhranları 
ümumi  iqtisadi  böhranların  tərkib  hissəsidirlər,  onlar  həm  qızılın 
demonetizasiyası,  valyutaların  qiymətdən  düşməsi,  təkrar  istehsal 
sistemində struktur nisbətsizlikləri ilə permanent (daimi) xarakterə 
malikdirlər, gecə böhranları müvəqqəti xarakterə malik olan amil-
lərlə - müharibələr, inflyasiya, pul-kredit mexanizminin balansının 
pozulması  ilə  şərtləndirilmişdir.  kinci  əlamətə  əsasən  böhranlar 
dünya və yerli (lokal) olurlar. Dünya valyuta böhranlarına beynəl-
xalq valyuta münasibətlərinin xroniki ziddiyyətləri ilə qarışan val-
yuta sisteminin struktur böhranları aid edilir, məsələn, 1969-1971 
illərin böhranı (bu böhran qızıl valyuta standartından imtina ilə nə-
ticələnmişdir). Yerli valyuta böhranlarına ayrı ölkənin valyutasına 
zərər vuran böhranlar aid edilir (məsələn,  kinci Dünya Müharibə-
sindən sonrakı ilk illərdə Fransa və  ngiltərə böhranları, 1994-1995 
illərdə baş vermiş Meksika böhranı). Valyuta böhranlarının səbəb-
ləri aşağıdakılardır:  
•  qısa və uzun müddətli dövri dəyişmələr;  
•  milli valyutaların məzənnəsini pozan inflyasiya prosesləri-
nin inkişafı;  


 
40
•  bəzi  ödəmə  balanslarının  xroniki  passivliyi,  digərlərinin 
isə  xroniki  aktivliyi  ilə  ifadə  olunan  beynəlxalq  hesablaşmaların 
müvazinətsizliyi;  
•  beynəlxalq valyuta-maliyyə münasibətləri hüquqlarını, on-
ların  dünya  iqtisadiyyatında  roluna  uyğun,  təmin  etməyən  bey-
nəlxalq sistemin təşkili prinsiplərinin natamamlığı;  
•  iqtisadiyyatdan  kənar  amillərin  təsirinə  məruz  qalan  bey-
nəlxalq valyuta bazarlarının qeyri-sabitliyi;  
•  beynəlxalq  valyuta  ehtiyatlarının  həcmi  ilə  müqayisə  edi-
lən möhtəkar axınlarının yaranmasına səbəb olan istehsalın beynəl-
miləlləşməsi; 
•  ölkələrin qeyri-bərabər inkişafının güclənməsi; 
•  yüksək  dərəcəli  milli  tənzimləmə  ilə  dövlətlərarası  səviy-
yədə  valyuta  münasibətlərinin  tənzimlənməsinin  məhdud  imkan-
ları arasında ziddiyyət.  
L.N.Krasavinanın  qiymətləndirdiyi  kimi  dünya  valyuta 
sisteminin  böhranına  valyuta  məzənnələrinin  kəskin  dəyişmələri, 
kapitalların  “qaçışı”,  devalvasiya  və  revalvasiya,  beynəlxalq  val-
yuta  satılma  qabiliyyətinin  pisləşməsi,  valyuta-kredit  və  maliyyə 
münasibətlərində  ziddiyyətlərin  kəskinləşməsi  ilə  ifadə  olunan 
valyuta  sahəsində  ziddiyyətlərin  sərt  kəskinləşməsi  tərifi  verilir. 
Qeyd  olunmuşdur  ki,  iqtisadi  böhranın  təzahürlər  ilə  şərtləndiril-
miş  dövri  valyuta  böhranları  ilə  ödəmə  balansının  böhranı,  borc 
böhranı  ilə,  fövqəladə  hadisələrlə  şərtləndirilmiş  xüsusi  valyuta 
böhranları  arasında  aydın  fərq  silinir.  Valyuta  böhranının  ictimai 
təkrar istehsal prosesi ilə qarşılıqlı əlaqəsi xüsusi qeyd olunur. Val-
yuta  böhranlarının  səbəblərindən  biri  kimi  valyuta  hegemonluğu 
(hökmranlığı),  satış  bazarları,  xammal  və  mal  mənbələri  və  ka-
pitalların istifadə sahələri uğrunda mübarizə olan valyuta mühari-
bəsi göstərilir. Bunun bariz nümunəsi kimi 1960-cı illərin sonların-
da Fransa ilə ABŞ arasında baş vermiş valyuta müharibəsini gös-
tərmək  olar.  Bu  gün  dolların  və  Avronun  bazar  rəqabəti  şəklində 
gizli valyuta müharibəsi gedir. Bütün maliyyə sisteminin sabitliyi-


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə