Microsoft Word mal bohrani-zeynalov doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə12/55
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1706
1   ...   8   9   10   11   12   13   14   15   ...   55

 
35 
lər mülkiyyət haqlarından və ya bankların alacaqlarının reallaşma-
masından irəli gəlir. 
3. Sərbəstləşmə/Yenidən Tənzimləmə - Maliyyə sistemində-
ki  rekonstruksiya  və  sərbəstləşmə  iddialı  bir  hərəkət  olduğundan 
bir  çox  problemə  yol  açır.  Bu  səbəblə  bank  sisteminin  liberallaş-
ması  birdən-birə  deyil  pillə-pillə  həyata  keçirilməlidir.  Rekonst-
ruksiya  isə  daha  çox  qayğı  gərəktirdiyindən  rəhbərliyin  bu  işin 
düzgün həyata keçirilməsindən əmin olması lazımdır. 
4.  Hökumət  Müdaxilələri  -  Bank  sektorunun  verdiyi  kredit-
lərə və şərtlərə hökumət müdaxilələri bank sektorundakı nağd böh-
ranını sürətləndirmişdir. Bu müdaxilə rəqabətçi olmayan faiz dərə-
cələrinin tətbiq olunması və ya qeyri-iqtisadi layihələrə fond trans-
feri şəklində olur. Digər bir potensial rəsmi hərəkət isə məcburedi-
ci qanuni qarşılıqların istənməsi və hökumət açıqlarını maliyyələş-
dirmək üçün bank sektorunun hökumət tərəfindən istifadəsidir.  
5. Əxlaqi Risk (moral hazard) - Bankların iflas etməsinə ica-
zə verilməyəcəyinə və çətin zamanlarda maliyyə dəstəyi gələcəyi-
nə dair ümumi bir gözləntinin olması əxlaqi risk məsələsini ortaya 
çıxarır. Bu vəziyyətdə banklar vəziyyətlərini yaxşılaşdırmaq əvəzi-
nə hərəkətlərini şiddətləndirirlər və əmanət sahibləri də “yaxşı” və 
“pis” olanı bir-birindən ayıra bilmir. 
6. Şəffaflığın Olmaması –   şlək hüquqi tənzimləmələrin ol-
mamasına görə bank sistemində əmanət sahiblərinə və səhmdarlara 
düzgün və lazımlı məlumat çatmır.  
Ümumiyyətlə  bank  böhranları  maliyyə  sərbəstləşməsindən 
ə
vvəl meydana gəlir. Sərbəstləşmə ilə faiz dərəcələri yenidən tən-
zimlənərkən bank sistemində yer alan digər məhdudiyyətlər qaldı-
rılır.  Bank  böhranının  təxmin  edilməsində  izləniləcək  göstəricilər 
arasında bunlar yer alır; Real valyuta məzənnəsi, geniş pul artırıcı 
səhm bazarı, istehsal səviyyəsi və real faiz dərəcələri. 
Yerli pul vahidinin həddindən artıq dəyər qazanması ixracatı 
gəlirli olmaqdan çıxardacaq və valyuta mövqeyində pozuntuya yol 
açacaqdır. Səhm bazarında qiymət enişləri firmaların dəqiq dəyər-
ləriylə birlikdə bank kreditlərinə dayaq olan “təminat” dəyərlərinə 


 
36
də mənfi istiqamətdə təsir edəcəkdir. Real faizlərin yüksəlməsi is-
tehsalı  və  iqtisadi  böyüməni  aşağı  salaraq  bank  sistemində  aşağı 
keyfiyyətli aktivlərin artmasına səbəb olacaqdır. 
Sistemli bank böhranları orta hesabla bu mövzudakı ilk mən-
fi siqnalların gəlməsini izləyən 6 və ya 18 ay içində meydana gəlir. 
Bank  sektorunda  böhranla  üzləşən  ölkələrin  ortaq  xüsusiy-
yətləri böhrandan əvvəlki dövrdə artan xarici borclardır. Yeni borc 
təmin edə bilməmə və ya geri ödəmələrdə çıxan problemlər xarici 
investorların artan qeyri-müəyyənlik qarşısında bölgədən və ya öl-
kədən  investisiyalarını  çəkməsi  sistemin  çökməsini  sürətləndirir. 
Artan  xarici  borclar  və  bank  sektorunun  üstləndiyi  ağır  öhdəlik-
lərin  hökumətin  qarşılaşabiləcəyi  maksimum  təminat  xəttini  keç-
məsi,  xarici  kreditorların  banklara  istiqamətlənmələri  və  sər-
vətlərini geri çəkmələri ilə nəticələnir. 
nkişaf  edən  bazarlarda  özəl  sektorun  kapital  axınlarını 
çəkməyə  yönəlik  təşviqedici  təminatlar  böhranların  səbəbkarıdır. 
Qısa  müddətli  kapitalın  təmin  etdiyi  imkanlar,  özəl  və  dövlət 
sektorunun  bu  fondları  məsuliyyətsiz  və  hesabsız  təşviq  və 
təminatlarla ölkə daxilinə çəkməyi cazibədar etmişdir. Beynəlxalq 
maliyyə  bazarlarında  meydana  çıxan  hər  hansı  bir  narahatlıq  qısa 
müddətli  kapitalın  dərhal  özünə  etibarlı  bir  “liman”  axtarması  ilə 
nəticələnmiş  və  ani  kapital  çıxışı  olan  ölkə  maliyyə  çətinliyi  ilə 
qarşılaşmışdır.  Beynəlxalq  kapital  axınlarının  artan  ölçüləri,  inki-
ş
af etmiş maliyyə bazarlarından inkişaf etməkdə olanlara elm, tex-
nologiya və təşkilati struktur ixracını da artırmışdır. Maliyyə libe-
rallaşması nəticəsində ölkəyə girən xarici bankların rəqabət təzyiqi 
ilə yerli bankların marka dəyərləri düşmüş və bu banklar balansla-
rını pozan yüksək riskli və daha qısa müddətli kreditlərə istiqamət-
lənmişlər.  Vaxt  keçdikcə  zəifləyən  və  kövrək  bir  struktura  malik 
olan bu banklara xarici kredit verənlər, kredit verdikləri bankların 
pisləşən vəziyyətini görə bilməmiş və itkilərə uğramışlar. Bankları 
tənzimləyən qurumlar isə kommersiya banklarının riskli fəaliyyət-
lərinə müdaxilə etməmiş və xarici banklardan nəzarətsiz səviyyədə 


 
37 
xarici borclanmalarına göz yummuşlar. Bunun nəticəsində dövlətin 
verdiyi etibar istismar edilmişdir.  
Təşkilati  çatışmazlıqlar  böhran  və  böhranın  koordinasiyası 
problemini meydana gətirir və ilk anda müdaxilə olunmamış böh-
ran  dərinləşir.  Bu  vəziyyətlərdə  iflaslara  icazə  verilməməsi,  yeni-
dənqurmanın qanuni-idari çərçivəsinin zəifliyi, maliyyə quruluşları 
və şirkətlərində mühasibat qaydalarının çatışmazlığı, şəriklərin və 
borc  verənlərin  hüquqlarının  zəif  qorunması,  məhkəmə  fəaliyyə-
tinin  məhdudlaşdırılması  kimi  problemlərin  meydana  gəlməsi 
mümkündür. Bunlara əlavə olaraq maliyyə qurumlarında yaxşı və 
təcrübəli menecer azlığı, ölkədaxili yenidənqurma və təmizlik mü-
təxəssislərinin olmaması və maliyyə quruluşlarının keçmişində bu 
cür  yenidənqurmaların  olmaması  qarşımıza  çıxır.  Eyni  zamanda 
məsələyə hökumət tərəfdən baxıldığında böhranın dərinləşməsinin 
səbəblərindən  biri  olaraq  hökumətin  özünün  etibar  problemi  ilə 
qarşılaşmasıdır.  qtisadiyyatın  və  sistemin  yenidən  qurulmasında 
monetar  xərclərdən  imtina  olunması  və  zamanın  düzgün  seçilmə-
məsi ilə tez-tez rastlanılır. Koordinasiya probleminin qarışıq olma-
sı sistemli böhranların həllini çətinləşdirir. 
nkişaf  etməkdə  olan  ölkələrdə  maliyyə  sisteminin  ümumi 
xüsusiyyəti maliyyə qurumlarının çeşidinin azlığı, maliyyə sərvət-
lərinin  məhdud  olması  və  əhəmiyyətli  dərəcədə  hökumət  müda-
xilələrinin olmasıdır. Bu ölkələrdə formal olmayan maliyyə struk-
turları da kommersiya bankları ilə birgə fəaliyyət göstərirlər. Bəzi 
ölkələrdə dövlət müxtəlif mərhələlərdə etdiyi müdaxilələrlə bank-
lara istiqamətlənən fondlara nəzarət etmək, qiymət müdaxilələri ilə 
bank  kreditlərinin  paylanmasını  istiqamətləndirmək  və  ya  ban-
kların  fəaliyyətlərinə  müxtəlif  miqdarda  məhdudiyyətlər  yaradır-
lar.  Bu  və  ya  oxşar  tətbiqetmələr  vasitəçi  qurum  olan  bankların 
ə
mələ  gətirdiyi  kreditləri  məhdudlaşdıraraq  fəaliyyət  və  məhsul-
darlıqdan uzaqlaşdırır, yığım, investisiya və iqtisadi inkişafa mənfi 
təsir edir. 
Beləliklə, hər bir ölkədə bank sisteminin böhrana salan fərqli  
səbəblərlə bərabər,  bütün ölkədə keçərli ortaq səbəblər də var və 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə