Microsoft Word mal bohrani-zeynalov doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə8/55
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1706
1   ...   4   5   6   7   8   9   10   11   ...   55

 
23 
Böhran  vəziyyətinin  çaxnaşması  və  nizamsızlığı  kapital  qo-
yuluşlarının  durğunluğuna  gətirib  çıxarır,  tərəqqi  şəraitində  eyfo-
riya “dəyişən vəziyyət” həyəcanını stimullaşdırır və bunlar investi-
siya dövrünün qeyri-müntəzəmliyini təşkil edirlər.  
qtisadiyyat  elmi  iqtisadi  dövrlərin  (sikl)  və  böhranların  sə-
bəblərini  izah  edən  bir  sıra  müxtəlif  nəzəriyyələr  işləyib  hazırla-
mışdır.  
Tanınmış iqtisadçı P.Samuelson həmin nəzəriyyələri ümumi-
ləşdirərək dövrlər və böhranlar nəzəriyyələrindən daha vaciblərini 
qeyd edir:
6
 
1.  Dövrü  bank  kreditinin    ekspansiyası  (yayılması)  ilə  izah 
edən pul böhran nəzəriyyəsi  və s.;  
2.  Dövrü  istehsalatda  mühüm  yeniliklərin  tətbiqi  ilə  izah 
edən yeniliklər nəzəriyyəsi (Şumpeter, Hansen);  
3. Dövrü əhalinin bədbinlik və nikbinlik baxımından quruluş 
dalğalarının  nəticəsi  kimi  şərh  edən  psixoloji  nəzəriyyə  (Piqu, 
Becqot və s.); 
4.  Dövrün  səbəbini  zəngin  və  qənaətcil  insanların  aldığı 
gəlirin, investisiya şəklində qoyulacaq məbləğlə müqayisədə, həd-
dindən artıq böyük payında görən tam istehlak etməmə nəzəriyyəsi 
(Qobson, Foster, Kitiips və s.);  
5. Həddindən artıq investisiya qoyma nəzəriyyəsi - Mizes və s.);  
6. Günəş ləkələri – hava – məhsul nəzəriyyəsi (Cevlis, Mur). 
Güclü qeyri-sabitlik, xarici amillərdən asılılıq, risklərin yük-
sək səviyyəsi və inkişaf etməkdə olan ölkələr üçün səciyyəvi olan 
digər xüsusiyyətlər P.Kruqmanın və M.Obstfeldin
7
, Dünya bankı-
nın
8
,  S.A.Bılinyakın
9
  ,  Z.  F.Məmmədovun
10
  və  digər  müəlliflərin 
elmi əsərlərində tədqiq olunmuşdur. 
                                                           
6
 Baxın: Самуэльсон П. Экономика. М., 1992, т. 1, s. 244.  
7
  Кругман  П.Р.,  Обстфельд  М.  Международная  экономика.  Теория  и 
политика
:  учебник  для  вузов:  пер.  с  англ.  /под  ред.  В.П.Колесова  –  М.: 
Экономический
 факультет МГУ, ЮНИТИ, 1997. – S. 799. 
8
 Finance for Growth Policy Choices in a Volatile World. – Washington D.C.: 
The World Bank, Oxford University Press, 2001. 


 
24
Müasir rus və xarici ədəbiyyatlarda maliyyə böhranı definisi-
yasının  bir  mənalı  izahı  yoxdur.  Maliyyə  böhranı  sadəcə  olaraq 
iqtisadi  böhranın  bir  parçasıdır  və  iqtisadiyyatın  ümumi  böhranı 
zamanı  yaranır.  “Maliyyə  böhranı”  termininin  son  vaxtlar 
istifadəsi genişlənib. Adətən əvvəllər “pul böhranı” termini istifadə 
olunurdu.  
Bir  çox  iqtisadçı  alimlər  maliyyə  böhranını  maliyyə  siste-
mindəki böhran kimi qələmə verirlər, başqa sözlə, onu maliyyə sis-
teminin  böhranı kimi adlandırırlar.  
A.Q.Qryaznova  2002-ci  ildə  kollektiv  surətdə  işlənib 
hazırlanmış  “Maliyyə-kredit  ensiklopediya  lüğətində”  maliyyə 
sistem böhranını maliyyə sisteminin əsas tərkib hissələrinin fəaliy-
yətinin dərin pozğunluğu kimi izah edir.  
Onun  fikrincə,  maliyyə  sisteminin  böhranı  əsasən  maliyyə 
institutlarının  borcunu  ödəmə  bilməməsi  ilə  ifadə  olunur  və 
“maliyyə çaxnaşması” ilə müşayiət olunur
11

Bir çox Qərb alimlərinin həmfikir olduğu maliyyə sisteminin 
bu  cür  institusional  anlayışı  maliyyə  böhranının  çox  vaxt  kredit 
müəssisələrinin  müflisləşməsi  ilə  təsəvvür  edilir  və  bank  böhranı 
ilə əvəz olunur.  
Bizim  fikrimizcə,  bu  cür  yanaşma  hər  zaman  doğru  deyil, 
çünki o, maliyyənin qeyri-sabitliyini onların sisteminin çərçivələri 
ilə məhdudlaşdırır.   
Amerikanın “Bank işi və maliyyəsi ensiklopediyası”nda böh-
rana “tərəqqi dövrünün başa çatması, yəni qiymət artımı tendensi-
yasının, ümumi nikbinlik, inflyasiya və möhtəkarlıq dövrünün bit-
məsi” tərifi verilir. Böhran məqsədli dövrün ən inkişaf etmiş mər-
hələsində  dönüş  nöqtəsi  yaxud  həlledici  andır,  bu  zaman  aydın 
olur ki, qiymətlərin strukturu ən yüksək inkişaf nöqtəsinə çatır və 
                                                                                                                                  
9
 Былиняк С.А. Адаптация к мировому хозяйству: опыт Азии и российские 
проблемы
. – М.: Институт Востоковедения РАН, 1999. – s. 176. 
10
 Мамедов З.Ф. Анатомия финансового кризиса. СПбГУ, 2005. 320 с. 
11
  Финансово-  кредитый  энциклопедический  словарь.  Под  общей 
редакцией
 А. Г. Грязновой.- М: Финансы и статистика,2002. - 1044 c. 


 
25 
inkişaf  irəli  yox,  yalnız  geri  ola  bilər.  Böhran  qiymətlərin  anidən 
həddindən  artıq  qalxması  (alıcıların  tətilləri),  kredit  təklifinin 
gözlənilmədən məhdudlaşdırılması ilə sürətləndirilə bilər.
12
     
BVF elmi işlərində böhranların onların təzahür sahələri üzrə 
təsnifatı təklif edilir, maliyyə sisteminin bank, borc və valyuta sek-
torlarında  olan  böhranları  müzakirə  edilir.  Böhranların  alternativ 
təsnifatı Radeletin və Saksın əsərlərində təklif edilmişdir.
13
  
Bu  təsnifatda  maliyyə  böhranının  bir  çox  seqmentləri  üçün 
səciyyəvi  olan  böhranların  həyata  keçirilmə  mexanizmləri  birləş-
mişdir. Görünür, burada maliyyə bazarının qloballaşması və onun 
aktivlərin ticarətlə bağlı olan bütün elementlərinin bir-birindən ası-
lılığının güclənməsi şəraitində böhranların inkişafının təhlilinə uni-
versal yanaşma təklif edilmişdir. Bu mənada “borc” (böhran yaxud 
bazar) sözünü qiymətli kağızlarla bağlı olan aktivlərin daha geniş 
seçimini birləşdirən “fond” termini ilə əvəz etmək məqsədəuyğun-
dur.  Maliyyə  bazarının  hissələrindən  birində  böhranların  yaranma 
səbəblərinin və nəticələrinin tədqiqi zamanı əvvəlki təsnifatlardan 
yararlanmaq olar.   
Bir  sıra  müəlliflər  böhranların  səbəbini  sahələrlə  sahib-
karların kor-təbii hərəkətləri arasında düzgün nisbətin olmaması ilə 
ifadə  olunan  tarazlıqsızda  görürlər.  Tarazlıqsızlıq  nəzəriyyəsi 
böhranları xarici – siyasi, demoqrafiki, təbii şəraitin törəməsi kimi 
müzakirə  edən    digər  geniş  yayılmış  baxışla  uyğunlaşır.  Bazar 
azadlığının  tərəfdarı  olan  və  dövlətin  iqtisadiyyata  müdaxiləsinə 
qarşı çıxan F. Fon Hayyek hesab edirdi ki, həddindən artıq istehsal 
böhranları  dövlətin  həddindən  artıq  maliyyələşdirməsi,  iqtisadiy-
yatın  həddindən  artıq  kreditləşməsi  və  tələbin  stimullaşdırılması 
səbəbindən baş verirlər.  
Y.Şumpeterin fikirlərində əks olunmuş böhranların psixoloji 
nəzəriyyəsində  qeyd  olunur  ki,  dövrün  hər  fazası  üçün  inves-
                                                           
12
 Вулфел И.Дж. Энциклопедия банковского дела и финансов. М., 2001. 
13
  Rudelet  S.,  Sachs  J.  The  on  set  of  the  East  Asian  financial  crisis  //  HIID 
working  paper  –  Massachusetts.  Harvard  Institute  for  International 
Development. March, 1918.  


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə