Microsoft Word mal bohrani-zeynalov doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə4/55
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1706
1   2   3   4   5   6   7   8   9   ...   55

 
10
Aktual məsələləri özünəməxsus mükəmməl elmi yanaşma ilə 
diqqətə  çəkən  Azərbaycan  Respublikasının  Administrasiyasının 
rəhbəri akademik Ramiz Mehdiyev  « ctimai və humanitar elmlər: 
zaman  kontekstində  baxış»  məqaləsində  yazır:  «...Dünyanı  bürü-
müş  maliyyə  və  iqtisadi  böhran  şəraitində  bugünkü  göstəriciləri-
miz  çox  böyük  uğur  kimi  qiymətləndirilir.  qtisadi  sahədəki  yük-
sək  nailiyyətlərimiz  isə  heç  də  asanlıqla  qazanılmayıbdır.  Əsas 
məqsədimiz  ondan  ibarətdir  ki,  yaxın  illərdə  təhsildə,  elmdə, 
ümumən intellektual sahələrdə ciddi dönüş yaradılmalı və biliklərə 
ə
saslanan iqtisadiyyatın qurulması prosesi intensivləşməlidir»
1

Beləliklə,  uğurla  həyata  keçirilən  inkişaf  və  modernləşmə 
strategiyası  sayəsində  Azərbaycan  iqtisadiyyatı  qlobal  böhrana 
yüksək  dayanıqlıq  nümayiş  etdirərək  müvazinətini  itirmədi,  artım 
dinamikasını  və  sosial  inkişaf  səviyyəsini  qoruya  bildi.  Ölkədə 
güclü sabitlik potensialının yaradılması şəraitində gerçəkləşdirilən 
antiböhran  siyasəti  maliyyə  sabitliyinin  qorunmasına  da  yaxşı 
imkanlar yaratdı.  
 
 
 
 
                                                           
1
  Ramiz  Mehdiyev  " ctimai  və  humanitar  elmlər:  zaman  kontekstində  baxış". 
Bakı,2010.  


 
11 
I FƏS L. DÜNYA  QT SAD YYATINDA 
MAL YYƏ BÖHRANLARININ GENEZ S  VƏ 
NK ŞAFI 
 
Cari dünya maliyyə böhranı potensial olaraq gözlənilməz deyil-
di, o özündə tarixi şərtləşdirilmiş hadisəni əks etdirir və hər şeyi əhatə 
edən,  sistemli  xarakter  daşıyır.  Ondan  əvvəl  dünya  iqtisadiyyatında 
böhran hallarının təxminən 200 illik transformasiya dövrü olub. 
Ə
hatəsinin  genişliyinə  görə  böhranlar  ayrılır:  lokal  (milli), 
regional və dünya. Belə ki, XIX əsrin ortalarına qədər onlar bir, iki 
yaxud  üç  ölkənin  hüdudları  ilə  məhdudlaşırdı,  sonradan  isə 
beynəlxalq xarakteri əldə etməyə başladı, onların arasında birincisi 
1825-ci ilin böhranı olub. 
ngiltərədə  1825-ci  ildəki  böhranı  birinci  tsiklik  (dövri) 
böhran  adlandırırlar.  Bu  böhrana  bir  çox  xarici  mütəxəssislər  ilk 
beynəlxalq şok kimi baxır
2

Latın Amerika ölkələri iqtisadiyyatının 1820-ci illərin əvvə-
lində  liberallaşdırması,  qızıl  və  gümüşün  hasilatını  maliyyələşdir-
mək üçün, habelə  yeni  müstəqil respublikalara suveren istiqrazla-
rın  təqdim  olunması  üçün  Böyük  Britaniyadan  kapitalın  kütləvi 
axıb gəlməsinə gətirib çıxardı. Bunların hamısı dünya ixrac bumu-
na aparırdı. 
Cənubi Amerika dövlətlərinə qoyuluşlar çox böyük idi. Həm 
də  istiqrazların  əksər  hissəsi  qısa  müddətdə  –  1824  və  1825-ci 
illərdə götürülmüşdü.
*
 
Ə
hatə  sahəsinə  görə  böhranlar  yerli  (milli),  regional  və 
dünya olur. Belə ki, XIX əsrin ortalarına kimi onlar bir, iki yaxud 
                                                           
2
  Bordo  Michael  D.,  Murshid  Anni  Panini.  Are  Financial  Crises  Becoming 
Increusingly More Contangios? What is the Historical Evidence on Confuntion? 
Working  paper  N.  7300.  National  Burean  of  Economic  Research.  Cambridge 
M.B. September 2000, p.70 
3
  Тугин  –  Бариновский  М.И.  2008  (1913).  Периодические  промышленные 
кризисы
. М. Директмедиа Паблишинг.  


 
12
üç  ölkənin  hüdudları  ilə  məhdudlaşırdı,  sonralar  isə  beynəlxalq 
xarakterə  malik  oldular,  ilk  beynəlxalq  böhran  1825-ci  ildə  baş 
vermişdir.  
Ə
vvəl  bütün  iqtisadi  sarsıntılar  yalnız  iqtisadiyyatdan  kənar 
səbəblərin təsiri, ilk növbədə müharibələr, epidemiyalar, təbii fəla-
kətlər  və  s.  ilə,  sonralar  isə  kənd  təsərrüfatı  məhsullarının  tam 
istehsal edilməməsi ilə bağlı olmuşlar. XIX əsrin ortalarından eti-
barən  böhranların  əsas  səbəbi  sənaye  istehsalı  ilə  ödəmə  qabiliy-
yəti  tələbi  arasında  tarazlığın  pozulması  olmuşdur,  yəni  klassik 
iqtisadi dövr sənaye inqilabı ilə eyni vaxtda meydana çıxmışdır.  
Beləliklə,  yeni  növ  böhranlar  XIX  əsrdə  başlanmış  və  orta 
hesabla hər 8-10 ildən bir təkrarlanırdılar: 1825, 1837, 1847, 1857, 
1868-1869,  1873,  1882-1883,  1890-1892,  1900-1902,  1907  və  s. 
illərdə.  Ayrı-ayrı  iqtisadi  dövrlər  müddəti  və  intensivliyinə  görə 
bir-birindən  əhəmiyyətli  dərəcədə  fərqləndiyinə  baxmayaraq 
onların  hamısı  eyni  azalma,  depressiya,  canlanma  və  yüksəliş 
fazalarına malik idilər.   
lk dövri böhran 1825-ci ildə  ngiltərədə baş vermiş, növbəti 
böhran  1836-cı  ildə  ABŞ-da  baş  vermişdir.  1847-ci  ildə  böhran 
bütün Avropa, Şimali və Cənubi Amerika ölkələrini, 1873 -1878-
ci  illərin  böhranı  isə  Avropa  ölkələrinin  çoxunu  və  ABŞ  əhatə 
etmiş  və  özünün  uzun  müddətli  olması  ilə  əvvəlkiləri  arxada 
qoymuşdur.  
1825-ci ilin dünya iqtisadi böhranına səbəb- kapitalın Böyük 
Britaniyadan  Latın  Amerika  ölkələrinə  kütləvi  axını  və  London 
birjasında  möhtəkar  əməliyyatlarının  həcmlərinin  artması  ilə  ol-
muşdur.  Bu  ölkənin  qızıl  ehtiyatlarının  kəskin  azalmasına  və  ti-
carət balansının pozulmasına, bu da öz növbəsində kütləvi müflis-
liyə və sonrakı iqtisadi resepsiyaya gətirib çıxartmışdır.  nvestisiya 
və  ixracatın  azalması  Latın  Amerika  ölkələrinin  büdcə  gəlirlərini 
azaltmış  və  bütün  regionda  dövlət  borcları  üzrə  defoltlara  yol 
açmışdır.  
1857-ci ilin böhranı eyni zamanda ABŞ, Almaniyanın,  ngil-
tərənin və Fransanın iqtisadiyyatına toxunmuşdur. Həmin böhrana 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə