Microsoft Word mal bohrani-zeynalov doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə5/55
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1706
1   2   3   4   5   6   7   8   9   ...   55

 
13 
dəmir yolu şirkətlərinin kütləvi müflisliyi və səhmlər bazarının da-
ğ
ılması səbəb olmuş, bu da dünya bank sisteminin iflasa uğraması-
na və istehsalın kəskin aşağı düşməsinə gətirib çıxartmışdır. 
Latın  Amerika  ölkələrində  kreditlərə  artmış  tələblər,  Alma-
niya  və  Avstriyanın    daşınmaz  əmlak  bazarında  möhtəkar  qiymət 
artımı ilə nəticələnən 1873 -1878-ci il ərzində dünya maliyyə böh-
ranına yol açmışdır. 
1893-cü  il  ABŞ  təlaşını    gümüş  bazarında  azad  qiymət  qo-
yulmaya yol verən Şermanın Gümüş Paktı qəbul etməsi ilə əlaqə-
ləndirirlər.  nvestorlar bu paktın qəbul edilməsindən sonra ABŞ-ın 
“qızıl  standartdan”  uzaqlaşdığını  gözləyərək  kapitalı  ölkədən  çı-
xartmağa başladılar. Pul təklifinin azalması və fond bazarının kol-
lapsı  hesablama-ödəniş  sistemində,  bankların  fəaliyyətində  pozul-
malara gətirib çıxarmışdır. 
1907-ci il böhranı daha əvvəlki böhranlardan çox əlamətlərə 
malik olmuş, lakin miqyas və nəticələri ilə əvvəlkilərdən olduqca 
güclü    idi.  Onu    1906-cı  ildə  öz  qızıl  ehtiyatlarını  artırmaq  üçün 
uçot dərəcəsini  3,5% - dən 6 %-ə  qaldıran  ngiltərənin bankı təh-
rik etmişdir. Bu hadisə ABŞ-dan kapitalların axınına səbəb olmuş, 
nəticədə  isə  iş  fəaliyyətinin  aşağı  salınması  və    bu  ölkənin 
kommersiya banklarının ləğv edilməsi başlanmışdır. Pul kütləsinin 
həcminin  kəskin  azalması  milli  ödəniş-hesablaşma  sisteminin 
pozulmasına  və  uzun  davam  edən  iqtisadi  resessiyaya  gətirib 
çıxarmışdır.  ABŞ  və  ngiltərədən  böhran  Fransa,  taliya  və  başqa 
ölkələrə yayılmışdır. 
1914-cü  ildə  Birinci  Dünya  Müharibəsinin  başlanması  ilə 
beynəlxalq maliyyə böhranı baş vermişdir.  
Dünyada 1900-1903, 1907, 1920-ci illərdə iqtisadi böhranlar 
yaşanmış,  lakin  onların  heç  biri  1929-1933  illərdə  baş  vermiş  və  
bütün  kapitalizm  dünyasını,  iqtisadiyyatın  bütün  sahələrini  əhatə 
etmiş  dünya  böhranı  ilə  müqayisə  edilə  bilməzlər.  Bu  böhran 
zamanı  kapitalist  ölkələrinin  sənaye  istehsalının  məcmu  həcmi 
46%, polad əridilməsi - 62%, kömür hasilatı -31 %, gəmiqayırma 
istehsalı - 83%, xarici ticarət dövriyyəsi - 67% azalmış, işsizlərin 


 
14
sayı  26  mln  nəfərə  çatmış  yaxud  istehsalatda  işləyənlərin  25% 
təşkil etmişdir, əhalinin real gəlirləri orta hesabla 58% azalmışdır. 
Böhran,  çox  saylı  müflislik  halları  ilə  müşayiət  olundu  –  və 
sadəcə,  ABŞ-da 109 min şirkət iflasa uğramışdı.  
1929 - 1933-cü illərdə - baş verən böhran müasir tarixdə ən 
iri dünya maliyyə böhranı dövrüdür. O, Nyu-Yorkda fond birjasın-
da iflasdan  başlamış və bank sistemini, sənayeni və kənd təsərrü-
fatını  əhatə  etmişdir.  Öz  xüsusiyyətinə  görə    bu  təkrar  istehsalın 
dövri böhranı idi, bu zaman əhalinin aşağı alıcılıq qabiliyyəti nəti-
cəsində  malın  istehsal  kütləsi  tələb  olunmamış  və  satılmamışdır. 
Nəticədə ictimai təkrar istehsal prosesi pozulmuş, çox saylı ticarət 
və  sənaye  müəssisələri,  nəqliyyat  şirkətləri,  banklar  dağılmışdır. 
1932-ci ildə ABŞ-da sənaye istehsalı, ümumən 46%, məhsulun ay-
rı-ayrı növləri üzrə isə olduqca daha çox azalmışdır, məsələn, çu-
ğ
un  -  79%,  polad  -76%  avtomobil  -80%.  Fəaliyyətdə  olan  279 
domna Peçindən yalnız 44 qalmışdır. Böhran iflasın kütləvi dalğa-
sına  səbəb  olmuşdur.  1929-1933  illərdə  135  min  şirkət  və  5760 
bank iflasa uğramışdır.  Yalnız 1932-ci ildə korporasiyaların itkisi 
3,2  mlrd  dollar  təşkil  etmişdir.  Xarici  ticarət  dövriyyəsi  3,1  dəfə 
azalmışdır. Ölkə 1911-ci il səviyyəsinə düşmüşdür. 
Post-böhran depressiyası uzun müddətli olmuşdur. Müəyyən 
canlanmadan  sonra  1937-ci  ildə  əvvəlcədən  yüksəlmə  fazasının 
olmaması  ilə  xarakterizə  edilən  yeni  böhran  baş  vermişdir.  Yeni 
böhran əvvəlkindən zəif olsa da, olduqca kəskin keçirdi. Kapitalist 
dünyada  sənaye istehsalının ümumi həcmi 11%, ABŞ-da isə 21% 
ixtisara  salınmış,  avtomobillərin  buraxılması  40%  azalmışdır.  Bu 
böhranın  inkişafı  və  ağırlaşması  1939  -  1945-ci  illərdə  kinci 
Dünya Müharibəsi ilə dayandırılmışdır. 
kinci  Dünya  Müharibəsindən  sonra  1948  -  1949-cu  illərdə 
ABŞ  və  Kanadanı  əhatə  edən  yerli  iqtisadi  böhran  başlanmışdır. 
ABŞ-da sənaye məhsullarının həcmi 18,2 %, Kanada da - 12% en-
miş; inkişaf etmiş kapitalist ölkələrin ümumi həcmi 6% azalmışdır. 
Kapitalist ölkələrdə növbəti iqtisadi böhran 1957 - 1958-ci illərdə 
ABŞ, Yaponiya, Fransa, Kanada, Böyük Britaniya, Belçika,  sveç, 


 
15 
Niderlandı, Finlandiya və digər ölkələrdə  yaranmışdır.  Lakin mü-
haribədən sonrakı dövrdə ən iri iqtisadi böhran bütün kapitalist öl-
kələrini  əhatə  etmiş  və  yüksək  inflyasiya  səviyyəsi  ilə  fərqlənən 
1974-1975  illərdə  olmuşdur.  Bu  böhranın  səciyyəvi  xüsusiyyəti 
onun istehsalın əsas sahələrini – energetikanı, kənd təsərrüfatı da-
xil  olmaqla  xammal  sahələrini,  həmçinin  valyuta  sistemini  əhatə 
etmişdir.  
Müharibədən  sonra  ilk  dünya  iqtisadi  böhran  1957-ci  ilin 
sonunda başlamış və 1958-ci ilin ortalarınadək davam etmişdir. O, 
ABŞ,  Böyük  Britaniya,  Kanada, Belçika, Niderland və digər bəzi 
kapitalist ölkələrini əhatə etmişdir.  nkişaf etmiş kapitalist ölkələ-
rində sənaye məhsulunun istehsalı 4% aşağı düşmüş, işsizlər ordu-
su demək olar ki, 10 mln nəfərə çatmışdır. 
1973-cü  ilin  sonunda  ABŞ-da  başlanmış    iqtisadi  böhran, 
müddət,  dərinlik  və  dağıdıcı  gücü  baxımından  1957  -  1958-ci  il 
dünya iqtisadi böhranını olduqca ötüb keçmiş və bir sıra xüsusiy-
yətlərinə görə 1929 -1933-cü il böhranına  yaxınlaşmışdır. Böhran 
dövründə  sənaye istehsalı ABŞ-da 13%, Yaponiyada -20% AFR -
22% Böyük Britaniyada -10% Fransada - 13%  taliyada 14% azal-
mışdır. Səhmlərin kursu  yalnız bir ilə   (1973-cü ilin dekabr  ayın-
dan  1974-cü  ilin  dekabr  ayına  kimi)  ABŞ-da  33%,  Yaponiyada  -
17% AFR – 10% Böyük Britaniyada -56% Fransada -33;   taliyada 
-28% aşağı düşmüşdür. 1973-cü illə müqayisədə 1974-cü ildə müf-
lisliyin  sayı  ABŞ-da  6%,  Yaponiyada  -  42;  AFR  –  40%  Böyük 
Britaniyada  -47%,  və  Fransada  -27%  təsir  etmişdir.  1975-ci  ildə 
inkişaf  etmiş  kapitalist  ölkələrinp  işsizlərinin  sayı  15  mln.  nəfərə 
çatmışdır. Bundan başqa, 10 mln. çox işçi yarımçıq iş həftəsinə kö-
çürülmüş və ya müvəqqəti olaraq müəssisələrdən kənarlaşdırılmış-
dır.  Hər  tərəfdə  əhalinin  real  gəlirlərinin  aşağı  düşməsi  müşahidə 
edilmişdir. 
1973-cü ildə OPEK təşkilatına üzv olan ölkələrin neftin hasi-
lat həcminin azaldılması haqqında qərarı ilə başlamış ilk energeti-
ka  böhranı  baş  vermişdir.    Beləliklə,  dünya  bazarında  neftin  qiy-
mətini qaldırmaq təşəbbüsü göstərilmişdir. 1973-cü ilin 16 oktyab-


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə