Microsoft Word mal bohrani-zeynalov doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə6/55
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1706
1   2   3   4   5   6   7   8   9   ...   55

 
16
rında  neftin bir barelinin qiyməti 67%  (3 dən 5 dollara) kimi yük-
səlmiş və 1974-cü ildə isə neftin qiyməti 12 dollara çatmışdır. 
1994–1995-ci illərdə Meksikada iqtisadi böhran baş vermişdir.  
1997 - 1998-ci illərdə cənubi Asiya ölkələrində maliyyə böh-
ranı başlanmışdır. Onun səbəbləri arasında regionun milli və CŞA 
ölkələrinin  ödəniş  balansının  yüksək  defisit  səviyyəsi  durur.  qti-
sadçılarının  hesablamalarına  görə,  Asiya  böhranı  dünya  ÜDM  2 
trln. dollara kimi azaltmışdır. 
Məlum  olduğu  kimi,  qlobal  maliyyə  böhranı  (2007-2008) 
dünya  maliyyə  böhranı  Amerikanın  daşınmaz  əmlak  bazarında 
möhtəkirlikdən başlanmışdır. Bundan başqa, törəmə maliyyə alət-
lərinin  yaranma  səbəblərindən  biri  risklərdən  qorunmaq  olsa  da, 
onların  spekulyativ  məqsədlə  istifadəsi  sürətlə  artdı.  poteka  “kö-
püyü” partlayaraq, bütün dünyada bank sektorundakı böhrana  tə-
kan vermişdir ki, bu da öz növbəsində, dünyanın bütün dövlətləri-
nin iqtisadiyyatında real sektorda resesiyya səbəb olmuşdur. Bütün 
bunlar maliyyə bazarlarında güvən amilinin itməsinə və panikanın 
yayılmasına gətirib çıxardı.  
Amerikanın bank sistemində başlayan böhran sürətlə dünya-
nın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrinə yayıldı. 
Beləliklə, 2007 - 2008 –ci illərdə başlanan və indiyədək da-
vam edən   qlobal  maliyyə böhranını 4 mərhələyə bölmək olar: 
1.
    Anglo- sakson  maliyyə böhranı ( 2007 –ci ilin yaz ayın-
dan 2008 - ci ilin mart ayınadək).  Qlobal  böhranının ilk mərkəzi 
ABŞ ipoteka bazarında problemlərin yaranması ilə meydana çıxdı 
və  ABŞ-ın  ən  iri  ipoteka  Bankının  “Bear  Stearns”  qurtarılmasına 
yönəlik başlanan əməliyyat oldu. 
2.
 Hüdüd  çəkmə  vəya  sərhəd  çəkmə  (decoupling,  mart-  av-
qust  2008-  ci  il).  Böhran  bütünlüklə    iqtisadi  cəhətdən  inkişaf  et-
miş ölkələrə yayıldı, ancaq bununla yanaşı ümid varqlmaqda idi ki, 
böhran    inkişaf  etməkdə  ölkələrə  təsir  etməyəcək  və  nəticədə  on-
ların dinamik  iqtisadi inkişafı  burulğan içində olan ölkələrin xilas 
edilməsində əsas katalizator olacaqdır. 


 
17 
3.
 Kredit daralma əməliyyatı (deleveraging, sentyabr- noyabr 
2008 ci il). Qlobal böhranın  inkişaf etməkdə ölkələrə bulaşması və 
inkişaf etmiş ölkələrdə resesiyanın başlanması haqqında rəsmilərin 
etirafları.  Dünyanın  bir  çox  ölkələrində  bank  sisteminin  kollaps 
təhlükəsinin başlanğıcı. 
4.
 Emissionla vurulmaq vəya doldurmaq (quantitative easing, 
noyabr 2008 –ci ilin sonundan indiyədək olan müddətə). Dünya öl-
kələrinin  əksər  hökümətləti  istehsalat  kollapsına    yol  verməmək 
üçün monetar və fiksal xarakterli çox çesidli tədbirlər paketi hazır-
ladı və məqsəd ilk növbədə, pul təklifini artırmaqla tələbi stumal-
laşdırmaqdır
3
.  
Son məlumatlara qlobal maliyyə böhranı (2008) nəticəsində 
dünya üzrə bankların məcmu itkiləri 700 mlrd dollardan çox təşkil 
edir,  bunlardan  yarıya  qədəri  Amerika  banklarının  payına  düşür. 
Banklar  bu  məbləğin  təxminən  50%-ni  artıq  yeni  kapitalın  cəlb 
olunması hesabına kompensasiya edə biliblər. Lakin BMF-nun son 
hesablamalarına  görə  bankların  itkilərinin  məbləği  iki  dəfədən  də 
çox-1,6 trln. dollaradək arta bilər.  
Beləliklə, Qlobal maliyyə  böhranı (2008) və postkrizis sse-
narisinin inkişafı ardıcılıqla aşağıdakı kimi olmuşdur: 
1.
  ABŞ ipoteka kreditləşmə sisteminin çöküşü; 
2.
  kredit həcminin azaldılması və kredit xəttinin açılmasına 
ciddi nəzarət; 
3.
  Fond indekslərinin aşağı doğru meyli; 
4.
  büdcə defisitlərinin artımı; 
5.
  Real sektorda geriləmə; 
6.
  işsizliyin güclənməsi; 
7.
  istehlak xərclərinin azalması. 
 
Dünya  maliyyə  və  iqtisadi  böhranın  başlanmasına  dair 
olduqca  müxtəlif  fikirlər  mövcuddur.  Bəziləri,  müasir  böhran 
                                                           
3
 Qaydar E.T. Финансовый кризис: в России и в Мире.   M., Prospekt, 2009. 
Qaydar.  2009. с. 43 


 
18
kompleks  şəkildə  iqtisadi,  hərbi,  ekoloji  sahələri  əhatə  etməklə 
Sovet  ttifaqının  dağılması  ilə  eyni  vaxtda  başlamaqla  düzgün 
iqtisadi  strategiyanın  seçilməməsi  ilə  əlaqədardır.  Digərləri  bu 
böhranın  daha  fundamental  xarakter  daşımaqla  təkcə  ABŞ-da 
ipoteka  krediti  ilə  deyil,  daha  geniş  makro,  mikro,  institusional 
xarakterli  iqtisadi  problemlərlə  əlaqədar  olduğunu  qeyd  edir. 
Bəzilərinin fikrinə görə isə böhran ABŞ-da prezident R.Niksonun 
vaxtından  başlayaraq  1971-ci  ildə  üzən  valyuta  məzənnəsinin 
tətbiqi  ilə,  yəni  qızılla  konversiya  edilmiş  dollardan  imtina 
olunması  dövründən  başlanıb.  Bəziləri  ABŞ-ın  Federal  ehtiyatlar 
sisteminə  1987-2006-cı  illər  ərzində  sədrlik  etmiş  A.Qrinspeni 
günahlandırır. Siyahını xeyli uzatmaq olardı, çünki bu istiqamətdə 
istər  ölkə,  istərsə  də  xarici  elmi  ədəbiyyat  və  informasiya 
vasitələrində istənilən sayda məlumatlar verilmişdir
4

Bu baxımdan, dünya maliyyə böhranının səbəblərini araşdır-
maqla,  onların  baş  verməsi  xüsusiyyətlərini  üzə  çıxartmaqla,  hər 
bir ölkə öz milli iqtisadi inkişafının təmin olunması istiqamətində 
böhrandan qorunmaq tədbirlərini hazırlamalıdır. Belə bir tədbirlə-
rin hazırlanması, eyni zamanda, keçmişin dərslərini mənimsəmək, 
gələcəyə məqsəd və vəzifələri hazırlamaqla, yeni iqtisadi təfəkkü-
rün formalaşmasını qarşıya qoyur. 
                                                           
4
 M. Meybullayev. Qlobal maliyyə böhranı  və milli iqtisadi inkişafın tərəddüt-
ləri // Qlobal maliyyə böhranı: iqtisadi təhlükəzliyin Azərbaycan modeli və dün-
ya  təcrübəsi.  Beynəlxalq  elmi-  praktiki  konfransın  materialları(II  kitab).  Bakı: 
qtisad universiteti.2010. s.70-71. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə