Microsoft Word mal bohrani-zeynalov doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə7/55
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1706
1   2   3   4   5   6   7   8   9   10   ...   55

 
19 
Maliyyə qloballaşmasının nəticələri 
 
Bazarlarda 
volatility(dəyişkənlik) və 
infeksion effekt 
Struktur problemlər və 
sistematik risk 
Maliyyə  bazarlardakı  qiymət  və 
miqdarlarda  əsnəklik  və  bunun 
nəticəsi  olaraq  beynəlxalq  səviy-
yədə spekulativ genişlənmə meyl-
lərinin sürətləndirilməsi prosesi. 
Maliyyə  bazarları,  valyuta 
kursu  dalğalanmaları  kimi 
risklərə  qarşı  şirkət  və  kredit 
təşkilatlarının aktivlərinin mü-
hafizəsinə  yönəlik çeşidli ma-
liyyə  alətləri  təklif  etməsinə 
baxmayaraq,  bunlar  riskləri 
minimizə etmir, sadəcə risklə-
rin  əl  dəyişdirilməsini  təmin 
edir. Ancaq bunu edərkən, sis-
tematik riskin artırılması yara-
nır. 
Beynəlxalq  səviyyədə  qiymətli 
kağızlar  bazarının  təşkili  və  tex-
noloji inkişafın nəticəsi olaraq, bu 
bazarlarda  yaşanan dalğalanmalar 
milli  sərhədləri  aşaraq  digər  ba-
zarları da yoluxdurur. 
ri  layihəli  əməliyyatların  az 
sayıda  maliyyə və beynəlxalq 
maliyyə  institutlarının  həyata 
keçirilməsi  nəticəsində  onlar-
dan  birinin  problemi,  onunla 
sıxı  əlaqədə  olan  şirkətlərin 
fəaliyyətinə mənfi təsir edir. 
Bazardakı  əsnəklik  iqtisadi  aktiv-
liyin  azalmasına  təsir  edəcək  və 
bazardabu  riskdən  qorunmağı 
təmin  edən  bir  çox  maliyyə  aləti 
olsa  belə,  bu  isə  öz  növbəsində 
sərmayə  yığım  xərclərini  artıra-
caq  və  nəticədə  əhalinin  təhükə 
(Moral Hazard) probleminə səbəb 
olacaqdır. 
Bir bankın qarşılaşdığı likvid-
lik böhranı, bütün sistem üzə-
rində  sistematik  riskə  yol  aç-
maqdadır.  Bu  sistematik  riskə 
qarşı  mübarizədə    ölkələr  tək 
başına  həll  etmədə  acizdir-
dilər. 
 
 


 
20
Makroiqtisadi siyasə
üzərindəki təsirləri 
Valyuta kurslarının 
menedcmenti 
Mərkəz bankının pul siyasətinin 
istəyi kimi istifadəsi imkanını 
ortadan qaldırır. 
 
Maliyyə  qloballaşmasının  nə-
ticəsi olaraq, Mərkəz bankları-
nın  milli  səvəyyədə  nəzarət 
gücünün  azalması  səbəbi  ilə, 
məsələn  pul    təklifində  və  ya 
faiz  nisbətlərində  dəyişiklik 
etməyə  yönəlik  həyata  keçiri-
ləcək siyasət, istehlak, investi-
siya  və  məşğulluq  kimi  real 
iqtisadi  göstəricələr  üzərində 
çox  az  da  olsa    təsiri  olduğu 
halda,  valyuta  kursu  üzərində 
isə təsir cox yüksək  və əvvəl-
cədən təsbit edilməyən hadisə-
lər  baş  verməsinə  yol  aça  bi-
lər. 
Sərmayə  hərəkətləri  mövzusunda 
liberallaşma və maliyyə innovasi-
ya  xidmətlərlərin  yayğınlaşması 
prosesi    milli  hökumətlərin  ölkə-
daxili  pul  təklifi  və  inflasiya  sə-
viyyəsini  təsbit  etməsində  böyük 
çətinliklər yaradır. 
Beynəlxalq rəqabət gücü aşağı 
olan  bir  ölkə,  idxalını  daral-
dıb,  ixracatını  artırmaq  məq-
sədilə    faiz  dərəcələrini  azalt-
maq  və  ya  pulunun  xarici  də-
yərini düşürmək kimi tədbirlər 
hazırlar. 
 
 
 
 


 
21 
II FƏS L.  «MAL YYƏ BÖHRANI» ANLAYIŞININ  
ELM  ŞƏRH  
 
2.1. «MAL YYƏ BÖHRANI» HAQQINDA NƏZƏR  
F K RLƏR N TƏHL L  
  
Böhran  ictimai  inkişafın  istənilən  hadisəsi  kimi  müəyyən 
xüsusiyyətlərə  malikdir.  qtisadi  böhranın  mahiyyəti  istehsalın  və 
istehlakın kəskin uyğunlaşmamağı ilə ifadə olunur. Bu bütün iqti-
sadi sistemin normal fəaliyyətini pozur və ödəmə qabiliyyətli məc-
mu  tələbat,  ictimai  kapitalın  təkrar  istifadəsi  şəraitinin  prosesinin 
pozulması baxımından malların təkrar istehsalında, firmaların küt-
ləvi  şəkildə  iflasa  uğramasında,  işsizliyin  artmasında  və  digər  so-
sial-iqtisadi sarsıntılarda öz əksini tapır.  qtisadi böhranın yaranma 
dövriliyi və onun ifadə fazaları iqtisadi inkişafın dövri xarakterini 
səciyyələndirirlər, bu da öz növbəsinə təkrar istehsalın inkişaf qa-
nununu,  istehsalın  eniş  və  yüksəlişlərinin  bir-birini  əvəzləməsini 
ə
ks etdirir.  
Bu problem daha dərin və ətraflı şəkildə K.Marks tərəfindən 
tədqiq  olunmuşdur.  qtisadi  böhran  adətən  maliyyə  böhranının 
yaranmasını  şərtləndirir.  qtisadi  böhranın  səbəbləri  kimi  təkrar 
istehsal prosesində, yəni istehsal, bölgü, mübadilə və istehlak sahə-
sində  yaranan  ziddiyyətlər  çıxış  edirlər.  Təkrar  istehsalın  inkişafı 
və müvafiq olaraq yığılmış ziddiyyətlərin aradan qaldırılması dövri 
surətdə  baş  verir.  Bu  problem  K.Marks  tərəfindən  ətraflı  tədqiq 
olunmuşdur.  O,  böhranların  səbəblərini  aşkara  çıxartmış,  onların 
labüdlüyünü  əsaslandırmış,  və  böhranların  inkişaf  nəzəriyyəsinin 
ə
sasını qoymuşdur.   
qtisadi  böhran  haqqında  mövcud  nəzəriyyələr  onun  yaran-
masının bir çox səbəb və amillərini əks etdirirlər. Belə ki, neoklas-
sisizm  və  liberalizm  cərəyanlarının  nümayəndələri  böhranların 
ə
sas səbəbini kimi həddindən artıq istehsal edilən məhsulların tam 
istehlak  etməməsini  hesab  edirlər.  Bunun  əlacını  onlar  istehlakın 


 
22
stimullaşdırılmasında görürlər. Lakin istehlakın və ödəmə qabiliy-
yətinin mövcud azlığı səbəbdən daha çox nəticədir.  
K.  Marksa  görə  kapitalizm  iqtisadiyyatının  və  iqtisadi  böh-
ranların  dövriliyinin  əsas  səbəbi  istehsalın  ictimai  xarakteri  ilə 
onun  nəticələrinin  şəxsi  mənimsənilməsi  arasında  olan  və  aradan 
qaldırılmayan  ziddiyyətlərdir.  Onun  fikrincə  bu  kapitalizm  şərai-
tində böhranların aradan qaldırılmasını çətinləşdirir.  
Tanınmış  alim-iqtisadçı,  Nobel  mükafatı  laureatı  V.Leontyev 
yazırdı:  “Rəsmi  dövr  nəzəriyyəsi  şübhəsiz olaraq  Marksın siyasi iq-
tisadiyyatına  borcludur.  Məhz  “Kapitalın”  üç  cildinin  bu  problemin 
iqtisadi  müzakirələrin  ön  hüdudlarına  çıxmasına  istənilən  digər 
ə
sərdən olduqca daha çox səbəb olduğunu söyləsək yanılmarıq”.
5
  
qtisadi  nəzəriyyənin  neoklassisizm  və  liberalizm  cərə-
yanlarının nümayəndələri böhranların mənbə və səbəblərini kapita-
lizmin  təbiəti  ilə  əlaqələndirmirlər.  Onların  bir  çoxu  böhranların 
səbəbini əhalinin məhsulların tam istehlak etməməsində görürlər.  
Böhranın  səbəbini  iqtisadi  inkişafın  nisbətsizliyində  yaxud 
bazarın “qeyri-tarazlılığında” görən iqtisadçılar marksizm mövqe-
yinə daha yaxındırlar. Onların fikrincə böhranlar sahələr, sahibkar-
ların  gözlənilməz  hərəkətləri  arasında  düz  nisbətin  olmaması  ilə 
şə
rtləndirilmişdir  və  bu  qeyri-mükəmməl,  qeyri-peşəkar  idarəçili-
yin nəticəsidir.  
“Qeyri-tarazlıq”  nəzəriyyəsi  böhranlara  xarici  (siyasi,  de-
moqrafik, təbii) şəraitin törəməsi kimi digər geniş yayılmış baxışla 
uyğunlaşır. Bazar azadlığının tərəfdarı və dövlət müdaxiləsinin az-
ğ
ın  əleyhdarı  olan  iqtisadçı  F.Hayyek  hesab  edir  ki,  həddindən 
artıq  istehsalın  böhranları  dövlət  tərəfindən  artıq  maliyyələşdirmə 
(ucuz kreditlər, tələbatın olması və s.) səbəbindən baş verirlər.  
Böhranların  həmçinin  psixoloji  nəzəriyyəsi  mövcuddur. 
Y.Şumpeterin fikrincə hər bir baza üçün investisiyalara münasibəti 
formalaşdıran özünün psixoloji təsviri səciyyəvidir.  
                                                           
5
  Леонтьев  В.  Экономическое  эссе.  Теории,  исследования,  факты  и 
политика
. М.: Политиздат, 1990, s. 102. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə