Microsoft Word mal bohrani-zeynalov doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə15/55
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1706
1   ...   11   12   13   14   15   16   17   18   ...   55

 
44
qeyri-sabitliyinin  əsas  indikatoru  olacaqdır.  Deməli,  valyuta  və 
bank  qeyri-sabiliyininin  yaranmasını  iqtisadçılar  xüsusi  terminlə 
ifadə ediblər – “ikiqat böhran” (twin crises) . 
Nəzərə  alsaq  ki,  real  mübadilə  kursu  yaxınlaşmaqda  olan 
valyuta  böhranını  müəyyənləşdirən  əsas  amildir,  elə  o  da  bank 
qeyri-sabitliyinin  əsas  indikatoru  olacaqdır.  Deməli,  valyuta  və 
bank  qeyri-sabiliyininin  yaranmasını  iqtisadçılar  xüsusi  terminlə 
ifadə ediblər – “ikiqat böhran” (twin crises) . 
Valyuta  və  bank  sferasının  qarşılıqlı  əlaqəsi  bu  böhranların 
indikatorlarının  da  qarşılıqlı  əlaqəsi  və  bir-birini  tamamlamasına 
səbəb  olmuşdur.  Milli  valyutanın  devalvasiyası  bank  çaxnaşması-
nın yaxınlaşmasının göstəricisidir.  
Valyuta  böhranlarının  bank  böhranına  səbəb  olabiləcək  iki 
ana kanalı vardır: 
I.  Sretilizasiyanın  yoxluğu  böhran  öncəsi  dövrdə  tətbiq 
olunan  sabit  valyuta  kursu  rejimi  tərk  edilmədən  öncə  spekulativ 
hücumlar  nəticəsində  beynəlxalq  ehtiyatların  böyük  ölçüdə  yox 
olması  və  bunun  əsas  pul  ehtiyatında  və  kredit  təklifində  ani 
enmələrə yol açabilməsidir. Azalan kredit həcmi istehsal üzərində 
mənfi  təsir  edəcək  və  qaytarılmayan  kreditlərin  artması  bank 
böhranı ilə nəticələnəcəkdir. 
II. Valyuta böhranı ilə birlikdə gələn yerli pulun dəyərsizləş-
məsi nəticəsində banklar arasında böyük miqdarlarda olan və mə-
zənnə riskinə qarşı qorunmamış valyuta cinsindən borcların qayta-
rılma problemləri yaranacaqdır. Bankların öz valyuta mövqeləri az 
olsa belə, beynəlxalq investisiya girişinə açıq olan bir iqtisadiyyat-
da bəzi sektorların (ticarətə aid olmayan əmlak sektoru kimi) val-
yuta cinsindən borcları ehtimal ki yüksək olacaqdır. Bank kreditlə-
rinin  əsasən  bu  sektorlarda  istifadə  olunması  və  borcluların  geniş 
olaraq  zəifləyən  iqtisadiyyatda  ödəmə  çətinliyi  ilə  qarşılaşmaları, 
bank sisteminin zəifləməsinə səbə ola bilər. 
Eyni  zamanda  bank  böhranının  valyuta  böhranına  səbəb 
olacaq iki kanal vardır. Hər iki vəziyyətdə, açıq və ya gizli əmanət 
sığortasının  varlığı  və  bu  yolla  mərkəzi  bankın  sıxıntıda  olan 


 
45 
banklara  və  ya  əmanət  sahiblərinə  monetar  dəstək  vermək  üçün 
likvidlik təmin etməsi ilə əlaqəlidir. 
I.  Mərkəzi  bank  təmin  olunan  likvidlik  ilə  ölkədaxili  kre-
ditlərin böyük ölçüdə yayılmasına icazə verə bilər. Bu vəziyyətdə 
spekulativ hücum ilə artan valyuta tələbi qarşısında mərkəzi bank 
qüvvədə  olan  valyuta  məzənnə  rejimini  (peg)  tərk  edərək  dalğalı 
məzənnəyə keçir. 
II.  Mərkəzi  bank  likvidlik  artırıcı  monetar  dəstəyini,  böyük 
miqdarlarda edəcəyi ölkə daxili borclanma ilə qarşılayacaqdır. Bu 
miqdarın  qaytarılmayan  kreditlərin  əmələ  gətirdiyi  böyük  bir 
portfelə bərabər olacağı hesab edilir. Nəticədə bazar oyunçularının, 
ictimai nüfuzun artan borc  yükünü inflyasiya  yaradaraq və  ya de-
valvasiya yolu ilə azaltmağa niyyətli olduğunu anlamaları halında 
banklardan pul çəkimləri sürətlə artacaq və sistem zəifləyəcəkdir. 
Bununla  bərabər  iqtisadiyyatda  həm  bank  həm  də  valyuta 
böhranına  təsir  edəcək  ümumi  makroiqtisadi  şoklar  hər  zaman 
mümkündür.  Xüsusilə  dünyada  gözlənilməyən  ani  faiz  yüksəlmə-
ləri  nəticəsində  ölkə  içindən  önəmli  miqdarda  kapital  getməsinə 
səbəb olur. Bunun nəticəsində banklardan əmanət azalmaları bank-
lara təsir edəcək və mərkəzi bankın valyuta məzənnəsini qorumaq 
istəməsi rezervlər üzərində təzyiq yaradacaqdır. 
Valyuta  və  bank  sferasının  qarşılıqlı  əlaqəsi  bu  böhranların 
indikatorlarının  da  qarşılıqlı  əlaqəsi  və  bir-birini  tamamlamasına 
səbəb  olmuşdur.  Milli  valyutanın  devalvasiyası  bank  çaxnaşma-
sının yaxınlaşmasının göstəricisidir, xüsusən, əgər bankların öhdə-
liklərinin əsas hissəsi xarici valyutada ifadə olunmuşdur. Bir qayda 
olaraq,  milli  valyutanın  real  mübadilə  kursunun  kəskin  olaraq, 
qalxması  bank  böhranını  yaradır.  Təbii  resurslarla  zəngin  olan  və 
xammal  ixrac  edən  ölkələr  üçün  “Holland  sindromu”  təhlükəsi 
mövcuddur  –  resursların  ixracı  istisna  olmaqla,  bütövlükdə  ixracı 
sarsıdan hədindən artıq yüksək valyuta kursu, bu da istənilən, hətta 
yüksək,  valyuta  kursunda  belə  xammal  sahələrində  rentanın 
hesabına gəlir əldə etməyə imkan verir. 
Valyuta  böhranları  bu  valyuta  sferasında  stabilliyin  kəskin 


 
46
ziddiyyətləridir. Bu əsasən özünü valyuta kurslarının kəskin oyna-
masında, kapitalın “qaçışında”, devalvasiya və revalvasiyada, bey-
nəlxalq likvidliyin pisləşməsində, valyuta kredit və maliyyə müna-
sibətlərində ziddiyyətlərin kəskinləşməsində özünü büruzə verir. 
Nəzəriyyələrin  əksəriyyəti  böhranların  yaranma  sahələri 
üzrə,  yəni  valyuta,  bank,  ikili,  borc  və  s.  həmçinin  yaranma 
səbəbləri və inkişaf mexanizmləri üzrə təsnifata əsaslanan təsvirini 
təklif  edirlər.  Məsələn,  valyuta  böhranlarının  onların  yaranma  sə-
bəbi üzrə təsnifatına uyğun olaraq V.Popovun və M.Montesin əsə-
rində həmin böhranların dörd növü təklif olunmuşdur.
23
 
1. Böhranların birinci növü möhkəmlənmiş valyuta qursu za-
manı  ödəmə  balansının  böhranı  nəticəsində  baş  verir,  bu  Krug-
manın əsərlərində təhlil edilmişdir.
24
   
Böhran iqtisadi siyasətin istiqamətləri arasında – adətən büdcə 
kəsirinin monetizasiyası ilə möhkəmlənmiş valyuta kursunun qoru-
nub saxlanılması cəhdi arasında əsaslı uyğunluqla şərtləndirilmişdir.    
Lakin  tədiyyə  balansının  böhranı  həmin  ölkənin  inflyasiya 
tempi ticarət tərəfdaşlarında olduğundan daha yüksək olduğu halda 
büdcə defisiti olmadan baş verə bilər.  
Bu  zaman  ticarətin  şəraiti  və  cari  əməliyyatların  nəticələri 
pisləşir, bu da valyuta  kursunun dəyişməsi üçün şərait yaradır.  
2. Böhranların ikinci növü möhkəmlənmiş valyuta kursu reji-
mi zamanı dövlət borcunun yığılması, sığorta risklərinin və kredi-
torların, onların milli aktivlərdən çıxışa təhrik edən, dövlətin borc-
lar üzrə hesablaşma qabiliyyətinə və istəyinə şübhələrinin və borc 
xarici  valyutada  nominasiya  olunduqda  daha  aşkar  olan  valyuta 
böhranı nəticəsində baş verir.
25
  
                                                           
23
  Монтес  М.Ф.,  Попов  В.В.  Азиатский  вирус  или  голливудская  болезнь? 
Теория
  и  праткика  валютных  кризисов  в  России  и  за  рубежом.  М.:  Дело, 
2008 – 136 s. 
24
 Krugman P/A/ Model of balance of payments crisis // Journal of money credit 
and banking. Vol. 11. № 3, august 1979. s. 311-325.  
25
 Krugman P.A. Currency Crises. 1997. web.mit.edu/krugman/www.crises.html 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə