Microsoft Word mal bohrani-zeynalov doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə2/55
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1706
1   2   3   4   5   6   7   8   9   ...   55

 
4
2007-2008  -ci  illərdə  ABŞ  baş  verən  böhranın  daha  çox 
“maliyyə infeksiyası” kimi yeni fenomenin nəticəsi olduğu aydın-
laşandan  sonra  yeni  dünya  maliyyə  böhranının  yaranma  təhlükəsi 
xüsusilə  kəskin  şəkildə  qəbul  olunmağa  başladı.  1970-2000-ci 
illərdə  finans  böhranları  onlarla  ölkədə  milli  maliyyə  aktivlərinin 
10-30 %-nin itirilməsinə səbəb oldu.  2008- 2009 cı illərdə bir çox 
inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin bank sistemlərində 
böhranlar  baş  verdi  və    bu  böhranlar  yalnız  batan  və  çətin  vəziy-
yətə  düşən  bankları  deyil,  eyni  zamanda    banklarla  əlaqəsi  olan 
real sektoru və ev idarələrini  də əhatə etdi. 2008-ci ilin II yarısı - 
fond  indekslərində  azalma:  70-80%,  global  maliyyə  sektorunda 
itkilər: 3 trln. $  və ya qlobal ÜDM-in 4.3%-i təşkil etmişdir. 
Göründüyü kimi, dövlətin qüdrəti, iqtisadi müstəqilliyi, siyasi 
suverenliyi  və  milli  təhlükəsizliyi  məsələləri  onun  güclü  maliyyə- 
bank sisteminə malik olmasından əhəmiyyətli dərəcədə asılıdır. 
Halbuki,  dünya  maliyyə  böhranının  daha  fundamental 
səbəbləri vardır ki, bunlar da iqtisadi inkişafın milli xüsusiyyətləri 
ilə bağlı olan: 
1.
  mikroiqtisadi amil kimi, qiymətli kağızların şirkətlər tərəfindən 
törəmə istiqrazların buraxılması, risklərin qiymətləndirilməmə-
si; investorlar arasında paylanılan ipoteka kreditinin şəffaflığı-
nın müəyyənləşdirilməməsi ilə; 
2.
  makroiqtisadi amil kimi, pul-kredit siyasətində, qiymətli kağız-
lar  bazarında,  yumşaq  və  ya  olduqca  aşağı  faiz  dərəcələri  ilə 
bağlı  iqtisadi  fəaliyyətində,  bankların  pul  bazası  ilə  kredit 
həcmləri  arasındakı  kəskin  fərqin  olması,  müxtəlif  aktivlərin 
rolunun qiymətləndirilməməsi ilə; 
3.
  mezoiqtisadi amil kimi, dünya ölkələrində gedən maliyyə böh-
ranının  səbəblərini  nəzərə  almadan  iqtisadi  əlaqələrin  qurul-
ması, idxal-ixrac əməliyyatlarında yalnız baza prinsiplərinə üs-
tünlüyün verilməsi, ölkələrin milli mənafeyi və təhlükəsizliyi-
nin  olaraq  digər  ölkələrlə  iqtisadi  əməkdaşlıq  səviyyəsindən 
asılılığı ilə; 
4.
  institusional  amil  kimi  isə  risklərin  tənzimləyici  və  reytinq 


 
5
daşıyıcı amil kimi rolunun qiymətləndirilməməsi və s. əlaqədar 
olmuşdur. 
Bu  amillərin  doğurduğu  fəsadlar  hər  biri  ayrı-ayrı  olsa  da, 
bütövlükdə  pul-kredit  sisteminə  ciddi  təsir  göstərməklə,  böhran 
riskini  artırmaqla,  iqtisadi  resessiyaya  və  yaxud  iqtisadi  enmələrə 
imkan  yaratmışdır  ki,  nəticə  etibarilə,  dünya  təsərrüfat  sisteminə 
daxil olan ölkələrin milli iqtisadi inkişafında müəyyən tərəddüdlü 
meyillərin əmələ gəlməsinə səbəb olmuşdur. Bəzi ölkələrin iqtisa-
diyyatı sırf böhranlı vəziyyətə, bəziləri iqtisadi resessiyaya, bəzilə-
ri  kəskin  iqtisadi  enmələrə,  digərləri  isə  durğunluq  vəziyyətinə 
düşmüşdür. Bu da, öz növbəsində, iqtisadi inkişafın tsiklik xarak-
ter almasına səbəb olmaqla, iqtisadi dinamikanın zəifləməsinə gə-
tirib çıxartmışdır. 
stər  qlobal  iqtisadi  inkişafın,  istərsə  də  ayrı-ayrı  inkişaf  et-
miş  ölkələrin  iqtisadiyyatlarında  baş  vermiş  tərəddüdlərin  və  ya 
enmələrin səbəblərini qiymətləndirərkən əsas məqsəd mövcud və-
ziyyətdən çıxış etməklə, onun milli iqtisadi inkişafa vura biləcəyi 
ziyanı minimuma endirmək yollarını müəyyənləşdirməkdən ibarət-
dir. Ona görə də qlobal iqtisadi artımın zəiflədiyi bir şəraitdə milli 
iqtisadiyyatın  artım  sürətini  qorumaq,  onun  real  sektor  üzrə  yük-
səlməsini təmin etmək vacib və əhəmiyyətli məsələlərdəndir. 
Məhz yuxarıda qeyd olunan problemlər, yeni iqtisadi müna-
sibətlər şəraitində bank sisteminin səmərəliliyinin artırılmasına yö-
nəldilmiş  iqtisadi-hüquqi  mexanizmlərin  təkmilləşdirilməsi  istiqa-
mətində  aparılan  tədqiqatlar,  onların  yeni  səpkidə  həlli  əsasında 
dövlətin qüdrətinin artırılması və əhalinin maddi rifahının yüksəl-
dilməsi  xüsusi  əhəmiyyətə  malik  olmaqla  seçilən  mövzunun  ak-
tuallığını şərtləndirir. 
Tədqiqatın nəzəri və metodoloji əsaslarını monetar iqtisadiy-
yatın nəzəri əsaslarını işləyib hazırlamış Ş.H. Haciyev, Ə. Bayra-
mov,  E.Sadıqov,  Z.F.  Məmmədov,  M.Sadıxov,  D.Bağırov, 
M.Həsənli, Z. brahimov, M. Mahmudov, M.Meybullayev  və digər 
Azərbaycanlı alimlərinin elmi əsərləri və baxışları təşkil edir. 
Müəllif  monoqrafiyada  bir  çox  beynəlxalq  konfranslarda 


 
6
etdiyi  məruzələrin  materiallarından,  öz  monoqrafiyalardan  və 
habelə  beynəlxalq  maliyyə  institutlarının  normativ,  statistik, 
analitik və hesabat materiallarından da geniş istifadə etmişdir. 
Tədqiqatın  əsas  məqsədi  qloballaşan  iqtisadi  münasibətlər 
şə
raitində  maliyyə  -bank  sektorunda  həyata  keçirilən  islahatlar, 
maliyyə  nəzarətinin  təkmilləşdirilməsi  müstəvisində  maliyyə 
böhranlarının  nəzəriyyəsinin  və  metodologiyasının  işlənib 
hazırlanmasından, bu sahədə elmi cəhətdən əsaslandırılmış, nəzəri 
və praktiki təkliflərin hazırlanmasından ibarətdir. 
Monoqrafiyada  elmi  nəticələr  və  praktiki  tövsiyyələr  elmi 
məzmunludur. 
Bu baxımdan, dünya maliyyə böhranının səbəblərini araşdır-
maqla,  onların  baş  verməsi  xüsusiyyətlərini  üzə  çıxartmaqla,  hər 
bir ölkə öz milli iqtisadi inkişafının təmin olunması istiqamətində 
böhrandan qorunmaq tədbirlərini hazırlamalıdır və müəllif bunları 
məharətlə göstərmişdir.  
Kitabın  gələcəkdə  antiböhran  tədbirlərin  hazırlanmasında, 
keçmişin  dərslərini  mənimsəmək,  gələcəyə  məqsəd  və  vəzifələri 
hazırlamaqda və yeni iqtisadi təfəkkürün formalaşmasında xidməti 
misılsizdir. 
Kitabın metodoloji və nəzəri əsası iqtisadi nəzəriyyənin, ma-
liyyə və kredit nəzəriyyəsinin müddəaları, maliyyə hüququ, Azər-
baycan  Respublikasının  maliyyə-bank  institutlarının  fəaliyyətini 
tənzimləyən Qanunlar  təşkil edir.  
Ə
ldə edilmiş nəticələr Azərbaycan maliyyə və bankçılıq iqti-
sad elmində ilk elmi əsərdir.  
Kitab geniş oxucu auditoriyası, xüsusən də maliyyə və bankçı-
lıq  məsələri  ilə  əlaqədar  məşğul  olan  mütəxəssislər,  ekspertlər  və 
«Maliyyə» ixtisası üzrə tədris edən müəllimlər, təhsil alan bakalavr, 
magistr və doktorantlar üçün çox faydalı və yararlı elmi nəşrdir. 
 
 
Elmi redaktor i.e.d., prof. Z.F. MƏMMƏDOV 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə