Microsoft Word mal bohrani-zeynalov doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə9/55
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1706
1   ...   5   6   7   8   9   10   11   12   ...   55

 
26
tisiyalara münasibətləri müəyyən edən şəxsi psixoloji mənzərə sə-
ciyyəvidir.  Böhran  vəziyyətinin  çaxnaşması  və  qeyri-müəyyənliyi 
kapital qoyuluşlarının durğunluğuna səbəb olur, tərəqqi şəraitində 
yaxşı  əhval-ruhiyyə  aktivlərin  qiymətlərinin  qalxması  ilə  bağlı 
eyforiyanı  stimullaşdırır.  Fikrimizcə,  psixoloji  amillər  yalnız 
investisiya prosesi üçün əhəmiyyətli deyil, eyni zamanda böhranın 
genişlənməsinə təsir edirlər.  
Bir  çox  qərb  alimlərinin  də  qəbul  etdikləri  kimi,  maliyyə 
sisteminin  bu  cür  institusional  anlaşılması  maliyyə  böhranının 
kredit  müəssisələrinin  müflisləşməsi  ilə  əlaqələndirilməsinə  və 
bank böhranı kimi anlaşılmasına səbəb olur. Lakin maliyyə böhra-
nının  strukturuna  gəlincə,  A.A.Anikinin  onun  aşağıdakı  kompo-
nentlərini müəyyənləşdirir: büdcə, bank, pul dövriyyəsi, valyuta və 
birja
14

Rus  alimi  B.B.Rubsov  hesab  edir  ki,  “maliyyə  böhranına” 
valyuta sisteminin böhranı, bank sisteminin böhranı və fond birja-
sının  böhranı  (müvafiq  olaraq,  valyuta,  bank  və  fond  böhranları) 
daxildir.  K.Rudovoyun  fikrincə,  maliyyə  böhranı  maliyyə-kredit 
sisteminin  tarazlığının  pozulmasıdır  ki,  bu  da  özünü  maliyyə 
müəssisələrinin  və  kredit-maliyyə  təsisatlarının  qeyri-sabitliyində, 
milli  valyutanın  dəyərsizləşməsi  və  suveren  borcların  ödənilmə-
məsində  göstərir.  Bütün  bunlar  ÜDM-un  kəskin  düşməsinə  və 
nəticədə,  dövlətin  mərkəzləşdirilmiş  fondlarının  formalaşması  və 
bölüşdürülməsi prosesinin pozulmasına səbəb olur
15
.  
Y.A.Konstantinov  və  A.N. lyinskiy  maliyyə  böhranı  anla-
yışını dövlətin maliyyə-kredit mexanizmlərinin böhranlı vəziyyəti 
kimi,  maliyyə  bazarının  böhranını  isə  fond  və  borc  kapitalı 
bazarındakı vəziyyətin kəskin ağırlaşması kimi şərh edir
16
 . 
                                                           
14
  Аникин  А.В.  История  финансовых  потрясений  от  Джона  Ло  до  Сергея 
Кириенко
. - М: ЗАО «Олимп-бизнес» 2002.-448 c.  
15
 Рубцов Б.Б. Мировые рынки ценных бумаг. М. Экзамен 2002. - 448с. 
16
  Константинов  Ю.А.,  Ильинский  А.Н.  Финансовый  кризис:  причины  и 
преодоление
. Москва: Финстатинформ, 1999. С.70  


 
27 
ABŞ-ın  Milli  iqtisadi  tədqiqatlar  bürosunun  eksperti  Maykl 
Bordonun  təklif  etdiyi  geniş  yayılmış  təsnifata  uyğun  olaraq, 
maliyyə böhranları 3 kateqoriya üzrə qruplaşdırıla bilər: bank, borc 
və valyuta böhranları
17

F.Mişkin hesab edir ki, maliyyə bazarlarının əsas bəlası olan 
maliyyə böhranı fenomeni maliyyə  aktivlərinin qiymətinin kəskin 
enməsi və bir çox maliyyə (və digər) şirkətlərin müflisləşməsi ilə 
xarakterizə edilir. Mişkin maliyyə böhranının aşağıdakı səbəblərini 
müəyyənləşdirir:  faiz  dərəcələrinin  qalxması,  fond  bazarında 
qiymətlərin düşməsi, qiymətlərin ümumi səviyyəsinin gözlənilmə-
dən düşməsi, qeyri-müəyyənliyin artması və bank çaxnaşması
18

Amerikanın  məşhur  “Beynəlxalq  iqtisadiyyat”  dərsliyinin 
müəllifləri Tomas Puqel və Piter X.  Lindert hesab edirlər ki, ma-
liyyə böhranına səbəb ola biləcək 5 faktor mövcuddur: hədsiz kre-
dit  və  borclar;  beynəlxalq  şoklar;  valyuta  riski;  müvəqqəti  be-
ynəlxalq qısamüddətli kreditlər və qlobal infeksiya
19

Maliyyə  bazarlarında    sistemli  böhran  böyük  valyuta,  faiz 
ş
okları  və  ümumiqtisadi  durğunluq  nəticəsində  meydana  gəlir. 
Maliyyə  və real sektorda yaşanan çətinliklər, ödənişlərin vaxtında 
edilməməsi, borc keyfiyyətinin düşməsi, faiz və valyuta məzənnə-
sində yerdəyişmələr, səhm qiymətlərində enmələr ilə meydana gə-
lir. Bu formada meydana çıxan böhranlarda firmaların öz araların-
da,  hökumət  və  iqtisadiyyatın  digər  sektorları  arasında,  xarici  və 
yerli  investorlar  arasında  koordinasiya  problemi  yaranır.  Sistemli 
bir  böhranda  yerli  və  ya  xarici  hər  hansı  bir  firmanın  qazancı, 
sahibinin və menecerinin ən uyğun davranışı ümumiqtisadi vəziy-
yətdən  asılıdır.  Problem  ancaq  iqtisadi  vahidlər  arasında  əlaqə  və 
davranış ilə kifayətlənməyib sektor səviyyəsində müəyyənedicidir. 
Maliyyə  və  real  sektor  bir-birləri  ilə  iç-içədir.  Sistemli  böhranda 
                                                           
17
 Миотти Л. Финансовая либерализация, спекуляция и банковские кризи-
сы
 // Банки: мировой опыт.–2002.-№ 4.  
18
 Мишкин Ф. Экономическая теория денег, банковского дела и финансо-
вых
 рынков. М.: Аспект Пресс, 1999. –820 с. 
19
 Хасбулатов Р.И. Мировая экономика. Москва, 1999. - II том. – 442с. 


 
28
bir-birlərinin  davranışları  digərinin  likvidlik  və  borcunu  ödəmə 
gücünə təsir edəcəyinə görə hər iki tərəfdə də yenidənqurma ehti-
yacı  yaranacaqdır.  Bu  vəziyyətdə  dövlət  yenidənqurmanın  əsas 
aktyorlarından  biri  kimi  çıxış  edərək  hər  iki  tərəf  üçün  oyun 
qaydalarını  müəyyən  etməlidir.  Bu  qaydalar  çərçivəsində  yerli  və 
xarici  investorlar,  firma  sahibləri,  işçilər  və  dövlət  digərlərinin 
davranışlarının  nəticəsini  gözləyəcək  və  qərarlarını  buna  görə 
müəyyən  edəcəklər.  Bu  cür  davranış  forması  sistemli  böhranın 
meydana  gəldiyi,  yerli  və  xarici  kapitala  iqtisadiyyatın  ən  çox 
ehtiyac duyduğu vaxtda sözügedən aktyorların qarşılıqlı təsiredici 
nəticəsi bazardan geri çəkilmələrini daha yaxşı izah edəcəkdir. 
Maliyyə  sarsılmaları sferasındakı işləri yekunlaşdıraraq belə 
qərara  gəlmək  olar  ki,  maliyyə  böhranının  tərkibinin  mahiyyəti 
aşağıdakılardan  ibarətdir:  maliyyə  böhranı  –  maliyyə  aktivlərinin 
qiymətinin kəskin düşməsi ilə və ya maliyyə bazarında vəziyyətin 
kəskin ağırlaşması, xüsusən də milli pul vahidinin dəyərsizləşməsi 
və suveren borcun ödənilməsi problemi, maliyyə bazarı və maliyyə 
institutlarının vasitəçilik funksiyasının axsaması və səhmlərin  mə-
zənnə dəyərinin kəskin düşməsi ilə xarakterizə olunur. 
 
 
2.2. MAL YYƏ BÖHRANININ  KOMPONENTLƏ 
 
Bank krizisləri. Bank sisteminin böhrana girməsinin başlıca  
problemi sistemin dövlətə və cəmiyyətə yüklədiyi  maliyyə ağırlı-
ğ
ındadır. Bəzi hallarda, bankların xilas edilmə əməliyyatı  maliyyə 
böhranların şaxələrini artıraraq daha böyük zərərlərə yol aça bilir.  
2007- ci ildə ABŞ-da başlayan və daha sonra əksər ölkələrə 
yayılan maliyyə böhranı dünyanın keçirdiyi ən iri tutumlu  qlobal 
böhranıdır.  1975-  2009  -ci  illərdə  50  -dən  artıq  ölkədə  200  -dən 
çox valyuta və 54 borc/bank böhranlarını qeydə alıb.   
 2007-  2008  -ci  illərdə  ABŞ  baş  verən  böhranın  daha  çox 
«maliyyə  infeksiyası»  kimi  yeni  fenomenin  nəticəsi  olduğu 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə