Microsoft Word mal bohrani-zeynalov doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə17/55
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1706
1   ...   13   14   15   16   17   18   19   20   ...   55

 
50
Şə
rqi  Asiya  ölkələri  üçün  valyuta-  bank  böhranlarının 
formalaşma və inkişafı baxımından aşağıdakilar ümumi ola bilər : 
 Region  ölkələrinin  qarşılıqlı  asıllığı  yoluxma  effektinin 
sürətli yayılmasına səbəb oldu 
1)
 Böhranın  əsas  detanatoru  valyuta-pul  bazarları  kanalları 
vasitasilə ötürülən tələb və təklif şokları oldu. 
2)
 Şərqi Asiyanın maliyyə-iqtisadi sisteminin qlobal valyuta-
maliyyə  sisteminə  daxil  olması  valyuta-maliyyə  problemlərinin 
multiplikasiya effektinə yol açdı və s. 
BORC  BÖHRANI.  Maliyyə  böhranının  bir  elementi  də 
borc  böhranıdır.  Yerli  və  qərbin  iqtisadçı-alimləri  kifayət  qədər 
uzun  müddətdir  ki,  borc  böhranının  təbiətini  ətraflı  araşdırırlar. 
Borc böhranı dövlətin və təsərrüfat subyektlərinin kreditorlar qar-
ş
ısında  öz  öhdəliklərini  yerinə  yetirə  bilməməsidir.  Bu  mənada 
borc  böhranı  bank  böhranı  ilə  oxşar  görünə  bilər.  Bu  iki  anlayış 
arasında  yeganə  prinsipial  fərq  münasibətlərin  subyektidir.  Bank 
böhranı mahiyyət etibarilə kredit böhranıdır, yəni kreditorun prob-
lemlərini  öyrənir  və  təhlil  edir,  borc  böhranı  isə  debitorun  və  ya 
borc alanın fəaliyyətindəki qeyri-sabitliyə işarə edir. 
Borc  böhranı  –  elmi  ədəbiyyatda  borc  böhranının  birmənalı 
traktovkası yoxdur. Bu elə bir vəziyyətdir ki, bu zaman borclu tə-
rəf kredit qrafikinə uyğun öz xarici borcunu ödəmək qabiliyyətində 
olmur.  Bir  çox  ölkələr  daxili  investisiyalaşdırma  zamanı  daxili  re-
sursların  çatışmadığına  görə  xarici  borclanmaya  müraciət  edir.  Bu 
ə
sasən  dövlət  büdcəsinin  maliyyələşməsi,  sosial-iqtisadi  islahatlar, 
artıq mövcud borc öhdəlikləri zamanı meydana gələn problemdir. 
Xarici  borclanmanın  formalaşmasında  3  əsas  mənbə  ayırd 
etmək olar : 
1)
 Büdcə  kəsirinin  maliyyələşməsində  dövlətin  xarici 
mənbələrdən istifadə etməsi; 
2)
  stehlak  və  investisiya  məqsədli  malların  idxalı  ilə  bağlı 
kreditlərin  cəlbi. 
R. .Xasbulatov hesab edir ki, borc böhranının kəskinləşməsi-
nin səbəblərinə aşağıdakı amilləri aid etmək mümkündür: 


 
51 
1. Borclu ölkənin xarici borclanma sferasında düzgün seçil-
məmiş siyasəti; 
2.  Xarici  konyukturanın  kifayət  qədər  oynaması  və  ən  əsas 
beynəlxalq bazarlarda faiz dərəcələrinin kəskin artması. 
3. Bazar risklərinin dəyərləndirilməsində buraxılan səhvlər və s
28

Borc  böhranı  sənaye  ölkələrində  bank  sistemini  sarsıdan  il-
kin real şəraiti yaradır. S. Fişerin fikrincə, borc böhranı 3
 
səbəbdən 
yarana bilər: 
Birincisi, borclu ölkələr öz iqtisadiyyatlarını düzgün idarə et-
mirdilər. Bunun təfsilatı və səbəbləri müxtəlifdir, lakin ümumi təc-
rübədə  büdcə  defisiti  və  milli  valyutanın  yüksək  mübadilə  kursu 
kimi səbəblər öz əksini tapır. Borclu ölkələr milli valyutanın mü-
badilə  kursunu  yüksək  səviyyəyə  qaldırırdılar,  nəticədə  spekul-
yasiya  idxalın  kəskin  artması  şəklini  aldı,  xaricdən  alışlar  aşağı 
mübadilə  kursu  ilə  həyata  keçirilirdi.  Bəzi  ölkələrdə  bu  kapitalın 
xaricə axını ilə müşayiət olunurdu.   
Borc  böhranının  ikinci  səbəbi  kreditor  banklar  tərəfindən 
kreditlərin  ehtiyatsız  şəkildə  paylanması  idi.  Yeni  borc  almaq 
tələbləri yarandıqda kommersiya bankları dərin araşdırma aparmır-
dılar. Onlar borcun anormal şəkildə artan miqyasını fikir vermədən 
kredit verirdilər. Bu kreditlər olmasa idi, borclu ölkələr yanlış da-
xili makroiqtisadi siyasətlərini nəticədə  yaranmış böhran səviyyə-
sinə düşənədək davam etdirə bilməyəcəkdilər.  
Üçüncü  səbəb  80-ci  illərin  əvvəllərində  dünya  iqtisadiy-
yatının vəziyyətinin kəskin pisləşməsi idi. Faiz dərəcələri yüksəlir, 
iqtisadi  artım  tamamilə  zəifləyir,  məhsulların  dəyəri  isə  düşürdü. 
Faiz  dərəcələrinin  qalxması  borcu  olanların  xarici  borclarını 
ödəmək üçün daha yüksək faizlər ödəməli olduğunu göstərirdi
29

                                                           
28
 Хасбулатов Р.И. Мировая экономика. Москва , 1999. - II том. – 442с. 
 
29
 Фишер С. Экономика Москва 1998. – 829с. 
 


 
52
nkişaf  etməkdə  olan  ölkələrdə  xüsusi  bank  kapitalının 
sürətlə  artması  həmin  ölkələrin  xarici  borc  sisteminin  iflasına 
səbəb oldu. Məsələ burasındadır ki, müstəqillik əldə etmiş ölkələ-
rin  xarici  maliyəsinin  ümumi  həcmində  xüsusi  bank  kreditlərinin 
payının artması nəticəsində kredit şərtlərinin əhəmiyyətli dərəcədə 
pisləşməsi  debitorlar  tərəfindən  xarici  borcların  ödənilməsini 
imkansız  edirdi.  Bunun  nəticəsi  idi  ki,  80-ci  illərin  əvvəllərində 
dünya  borc  sisteminin  dağılması  sistemi  gedirdi.  Lakin  borc  böh-
ranı  şərtləri  altında  inkişaf  etməkdə  olan  ölkələrin  bank  kreditor-
larının vəziyyəti borc alanların vəziyyətindən heç də yaxşı deyildi. 
Çünki  bir  kredit  satıcısı  kimi  bankların  fəaliyyət  göstərməsi  üçün 
təkcə  faiz  qazanmaq  deyil,  həm  də  borc  məbləğinin  qaytarılması 
önəmlidir.  nkişaf  etməkdə  olan  ölkələrin  xarici  borc  sisteminin 
böhranı  zamanı  debitorlar  borc  məbləğinin  qaytarılmasını  ta-
mamilə dayandırdılar. 
Beynəlxalq  kreditin  təhlükəli  defektlərini  aşkar  edən  ciddi 
bank böhranı 1980-ci illərin əvvəlində neft qiymətlərinin partlayış-
la  qalxması  və  neft  böhranı  kimi  yayılmağa  başladı.  Neft  ixrac 
edən ölkələr böyük neft gəlirlərini dərhal öz iqtisadiyyatlarına ya-
tıra bilmirdilər, və nəticədə həmin gəlirlər azad kredit resursları ki-
mi  yığılmağa  başladı.  Banklar  həvəslə,  bəzən  də  nəticəini 
düşünmədən  kreditlər  verirdilər  ki,  pullar  yük  kimi  bankda  topla-
nıb qalmasın və  gəlir  gətirsin. Borc alanlar,  əsas etibarilə, inkişaf 
etməkdə  olan  ölkələr,  əsasən  Latın  Amerikası  ölkələri,  həmçinin 
Mərkəzi və Şərqi Avropanın bəzi ölkələri idilər. Onların çoxu id-
xal  olunan  yanacağın  qiymətinin  kəskin  artması  nəticəsində  çətin 
vəziyyətə düşdülər. Onların xarici borcu rekord səviyyəsinə çatdı. 
Vaxt keçdikcə həmin borcu ödəmək daha da çətinləşirdi – faizləri 
ödəmək və borc məbləğini qaytarmaq. Borclu ölkələr ödəniş üçün 
lazımi məbləği toplamaqda çətinlik çəkirdilər, çünki inkişaf etmiş 
dünya  iqtisadi  durğunluq  dövrünü  yaşayırdı  və  inkişaf  etməkdə 
olan ölkələrin məhsullarına tələb azalırdı. Bu ölkələrin iqtisadiyya-
tı tənəzzülə uğrayırdı. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə