Microsoft Word mal bohrani-zeynalov doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə10/55
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1706
1   ...   6   7   8   9   10   11   12   13   ...   55

 
29 
aydınlaşandan  sonra  yeni  dünya  maliyyə  böhranının  yaranma 
təhlükəsi xüsusilə kəskin şəkildə qəbul olunmağa başladı.     
1970-2000-ci illərdə maliyyə böhranları onlarla ölkədə milli 
finans  aktivlərinin  10-30  %-nin  itirilməsinə  səbəb  oldu.    2008- 
2009  cı  illərdə  bir  çox  inkişaf  etmiş  və  inkişaf  etməkdə  olan 
ölkələrin bank sistemlərində böhranlar baş verdi  və  bu böhranlar 
yalnız batan və çətin vəziyyətə düşən bankları deyil, eyni zamanda  
banklarla əlaqəsi olan real sektoru və ev idarələrini  də əhatə etdi. 
2008-ci ilin II  yarısı - fond indekslərində azalma: 70-80%, global 
maliyyə sektorunda itkilər: 3 trln. $  və ya qlobal ÜDM-in 4.3%-i 
təşkil etmişdir. 
Beynəlxalq  təcrübə  göstərir  ki,  bank  böhranının  aradan 
qaldırlmasına yönəlik çəkilən məsrəflər orta hesabla ÜDM-un 15-
20%-ni təşkil edir. Məlumdur ki, əksər ölkələrdə bank böhranının 
qarşısının  alınması  çox  böyük  məsrəflər  tələb  olunmuşdur: 
spaniya  və  Macarıstanda  15%-ə  qədərini,  Malayziyada  20,5%-i 
həcmində,    Meksikada    isə  30%-dən  yuxarı  səviyyəyə  çatmışdı. 
Bir  sıra  ölkələrdə  bu  göstərici  40-50%-ə  çata  bilər.  Türkiyənin 
bank 
sektorunun 
yenidən 
kapitallaşmasına 
və 
struktur 
yenilənməsinə dövlətin sərf etdiyi məsrəflər 40-50 mlrd. dollar və 
ya  ÜDM-un  üçdəbirini  təşkil  edirdi.  Türkiyədə  hətta  bank 
sektorunun  25%-nin  öhdəliklərini  öz  üzərinə  götürəcək  yeni 
tənzimləyici orqan (BDDK) yaradıldı.  
1  saylı  Cədvəldən  göründüyü  kimi,    Rusiyada  bankların 
struktur yenilənməsinə sərf olan birbaşa maliyyə məsrəfləri 1998- 
ci  ildə    ÜDM-un  0,2%-ni  təşkil  etdiyi  halda,  2009-  ci  ilin  aprel 
ayına  bu göstərici 21,7% təşkil etmişdi.  


 
30
Cədvə 1. 
 
Müxtəlif ölkələrdə bank böhranlarının aradan qaldırılmasına 
dövlət xərclərinin səviyyəsi, ÜDM-da %-i 
 
Ölkə 
Böh-
ran 
dövrü 
tkilə
/ÜDM 
Ölkə 
Böhran 
dövrü 
itkilə
/ÜDM 
ABŞ 
1984-
1991 
2-5 
Malayziya 
1997 
20.5 
Norveç 
1987-
1989 
3-4 
C. Koreya 
1997 
26.5 
sveç 
1990-
1993 
4-6 
Meksika 
1995 
20 
spaniya 
1977-
1985 
16.8 
Argentina 
1980-
1982 
55.3 
Finlan-
diya 
1991-
1993 
4-6 
Kolumbiya 
1997-
2001 

Rusiya 
1998-
1999 
0,2 
Braziliya 
1994-
1996 
20 
Yaponiya 
1990 
20 
Çexiya 
1994-
1995 
12 
ndone-
ziya 
1997 
51 
Türkiyə 
2001 
19.3 
ABŞ 
2008 
38,7 
Rusiya  
2008 
21,7 
Avro 
zona 
2008 
23 
Yaponiya 
2008 
12 
 
2007  –  2008  ci    il  böhranından  sonra    ABŞ    höküməti 
bankların  struktur  yenilənməsinə  sərf  etdiyi  birbaşa  maliyyə 
məsrəfləri  ÜDM-un  38,7  %-ni  təşkil  edir,  yəni  rəqəmlə  ifadə 
etsək- 5500 mlr. $. Avrozonada  isə, böhranın qarşısının alınması 
ilə  əlaqədar  məsrəflər  ÜDM-un  23,4%-i  həcminə  çatmışdı 
(3285mlr.  $),  o  cümlədən  AFR    hökümətinın  antiböhran  proqra-


 
31 
mının həcmi 500 mlr. Avro, Fransada 360  mlr. Avro,  rlandiyada 
400 mlr. Avro təşkil etmişdir. 
Bankların  böhrana  girməsinə  bir  çox  amil  təsir  göstərir. 
Bank  aktiv  dəyərinin  pisləşməsinin  ən  başlıca  səbəblərindən  biri 
də    verilən  kreditlərin  geri  dönməməsidir.  Buna  bank  sistemində 
buna «kredit riski»
20
 də deyilir.  
3  saylı  cədvəldən  göründüyü  kimi,  vaxtı  keçmiş  kreditlər 
məcmu    kreditlər  içində  (hansı  ki,  borcluluar  tərəfindən  vaxtında 
qaytarılmır və və bu vəsaitlər üzrə faizlər hesablana bilinmir) artan 
çəkisi bank sisteminin böhranlı vəziyyətinin əsas göstəricisi hesab 
olunur.  Bu  cür  hallarda  hökumətin  ləng  tərpənməsi  bütün 
iqtisadiyyatın vəziyyətinə çox mənfi təsir göstərir. 
Son  məlumatlara  görə  hazırki  finans  böhranı  nəticəsində 
dünya üzrə bankların məcmu itkiləri 700 mlrd dollardan çox təşkil 
edir,  bunlardan  yarıya  qədəri  Amerika  banklarının  payına  düşür. 
Banklar  bu  məbləğin  təxminən  50%-ni  artıq  yeni  kapitalın  cəlb 
olunması hesabına kompensasiya edə biliblər. Lakin BMF-nun son 
hesablamalarına  görə  bankların  itkilərinin  məbləği  iki  dəfədən  də 
çox-1,6 trln. dollaradək arta bilər (Mamedov, 2008, № 12).  
Beləliklə,  Qlobal  maliyyə    böhranı  (2008)  və  postkrizis 
ssenarisinin inkişafı ardıcılıqla aşağıdakı kimi olmuşdur: 
1.
  ABŞ ipoteka kreditləşmə sisteminin çöküşü; 
2.
  kredit  həcminin  azaldılması  və  kredit  xəttinin  açılmasına 
ciddi nəzarət; 
3.
  Fond indekslərinin aşağı doğru meyli; 
4.
  büdcə defiçitlərinin artımı; 
5.
  Real sektorda geriləmə; 
6.
  işsizliyin güclənməsi; 
7.
  istehlak xərclərinin azalması. 
 
                                                           
20
  Basel  bankind  nəzarət  və  nizamlama  komitəsi  tərəfindən  kredit  riski,  bir 
bankın  kredit  müştərisinin    ya  da  özü  ilə  bir  anlaşmaya  tərəf  olanın  müqavilə 
şə
rtlərinə uyğun formada öhdəlikləri qarşılayamama olaraq tanımlanmışdır. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə