Microsoft Word mal bohrani-zeynalov doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə11/55
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1706
1   ...   7   8   9   10   11   12   13   14   ...   55

 
32
 Bank  sektorundakı  böhranlar  bir  çox  səbəblə  izah  olunur. 
Bu səbəblərdən bir qismi bank sektorunun strukturu ilə əlaqəli olsa 
da  əsl  səbəb  iqtisadiyyatdakı  əsas  göstəricilərin  qeyri-sabit  olma-
sından qaynaqlanır. Bank sektorundakı böhranlar makroiqtisadi və 
mikroiqtisadi olmaq üzrə iki ana başlıqda toplanır.  
Makroiqtisadi qeyri-sabitlik bank sektoru natarazlığının əsas 
səbəbi  olaraq  göstərilir.  Sərvət  qiymətlərinin  xüsusilə  əmlak  qiy-
mətlərinin alt-üst olması, faiz dərəcələrindəki kəskin artımlar və ya 
valyuta  məzənnəsindəki  eniş  və  ya  davam  edən  durğunluq  bank 
sektoruna da təsir edəcəkdir. Əslində göstərilən problemlər bir-biri 
ilə əlaqəlidir. Bu çətinliklərə əlaqə olaraq keçid iqtisadiyyatlarında 
nisbi qiymətlərdəki sərt sürüşmələr və ya subsidiyaların artırılması 
bank sektorunun təsirinin çox olduğu sektorlarda daha çox hissedi-
ləcəkdir. 
Daxili makroiqtisadi pozulmalara iqtisadiyyatın inkişaf dövr-
lərində də rast gəlinir. Banklar bu dövrlərdə optimist mühitin təsiri 
ilə yeni layihələri fondla təmin edir. Borclanma müddətində daşın-
maz əmlak sahiblərinin sərvətlərinin qiymətini qaldırdıqda istehla-
kın rifah təsiri ilə bir çox iqtisadi fəaliyyətin gəlirliliyi artar. 
Burada bildirilməsi lazım olan məsələ olaraq bank sektorun-
da artan artan borclanma ilə qiymətlərin həddən artıq qalxması nə-
ticəsində iqtisadiyyatdakı dalğalanmalar artır. 
Maliyyə  sisteminin  makroiqtisadi  şokları  heç  bir  təşkilati 
zərər görmədən üzərindən keçməsi çətindir. Ancaq sistemdəki bəzi 
banklar  ciddi  iqtisadi  şoklardan  belə  zərər  görmədən  çıxmağı  ba-
carırlar.  
qtisadi geriləmə və iqtisadi fəaliyyətlərin gərginliyi bankla-
rın mənfəətinə  güclü mənfi təsiri  olmuşdur. Bundan başqa, bank-
çılıq fəaliyyətləri son illərdə gedərək daha riskli əməliyyatlar həyta 
keçirir.  Pis  idarəçilik    göstəricilərin    bankçılıq  krizislərində  əhə-
miyyətli yeri olduğunu göstərir
21
. 
                                                           
21
   Karacan A , “Bankaçılıq ve Kriz” Finans Dünyası Yayımları 1996, s.s. 
38-39. 


 
33 
  Ümumiyyətlə  maliyyə  sektoru  xüsusi  olaraq  bank  sistemi-
nin sürətli iqtisadi böyümə və inkişafa nail olmaqda önəmli vasitə-
dir.  Banklar  yalnız  monetar  nəzarət  üçün  bir  kanal  deyildir.  Bu-
nunla  bərabər  iqtisadiyyatın  yenidən  qurulmasında  uzunmüddətli 
davamlı makroiqtisadi sabitliyin təmin olunmasında təsirli olan bir 
sektordur.  
Maliyyə sistemi fərdlərin və firmaların fondlarını məhsuldar 
investisiya  imkanlarına  çevirən  kanaldır.  Bu  çevrilmənin  sağlam 
olması maliyyə bazarları iştirakçılarının investisiya imkanları haq-
qında düzgün mühakimələrə malik olmasından asılıdır.  
Burada  əmələ  gələn  asimmetrik  məlumat  problemi  maliyyə 
sistemində  iki  əsas  problemi  ortaya  çıxarır:  əxlaqi  risk  (moral 
hazard) və tərsinə seçim (adverse selection). 
Tərsinə  seçmə  maliyyə  əməliyyatı  həyata  keçmədən  əvvəl 
ortaya  çıxır.  Borc  alarkən  yüksək  risk  sahələri  yüksək  faizi  də 
ödəməyə hazırdırlar, çünki borc ödəmə mövzusunda daha istəksiz-
dirlər. Borc verən borc almaq istəyən bütün tərəflərin borc ödəmə 
qabiliyyətlərini bilmədiyi üçün seçim edərkən səhv edə bilər. 
Ə
xlaqi  risk  isə  maliyyə  əməliyyatı  həyata  keçirildikdən  so-
nra əmələ gəlir. Əxlaqi riskin əmələ gəlməsinin səbəbi borc alanın 
yüksək  riskli  layihələrə  investisiya  qoymasından  qaynaqlanır. 
Layihə  uğurlu  olarsa  borcalan  üçün  problem  yoxdur.  Layihə 
uğursuz olarsa borcverənin zərəri çox olacaqdır. Borcalanın aldığı 
borcu öz şəxsi xərcləri üçün istifadəetmə və layihəyə kifayət qədər 
vəsait xərcləməmək riskləri vardır. 
Maliyyə böhranı əxlaqi risk və tərsinə seçmə problemlərinin 
olması  səbəbiylə  maliyyə  bazarlarındakı  fondların  məhsuldar 
investisiya kanallarına təsirli çevrilə bilməməsidir. 
  Bankçılıq sisteminə təsir edən maliyyə böhranları fəaliyyət 
və məhsuldarlıqlarının düşməsinə səbəb olmaqla kifayətlənməmiş, 
onların  struktur  quruluşlarının  da  pozulmasına  səbəb  olmuşdur. 
Bank  böhranlarının  yayılaraq  digər  sektorlara  təsir  etməsi 
                                                                                                                                  
 


 
34
nəticəsində problem makroiqtisadi sabitliyə təsiredəcək səviyyəyə 
çatmışdır. Bu mənada böhranın xərci bank sektorunun  yaxşılaşdı-
rılmasının  büdcəyə  yükü  və  onun  milli  gəlirdəki  payı  ilə  kifayət-
lənməyib,  real  mənada  daha  böyük  ölçülərə  çatmışdır.  Son  Asiya 
maliyyə böhranında gözlənildiyi kimi bank və maliyyə böhranı in-
kişaf edən bazarlarda maliyyə sərbəstləşməsi ilə başlayan beynəl-
xalq  sərmayə  axınlarına  açılmanın  səbəb  olduğu  əkiz  böhranlar 
olaraq ortaya çıxmış və əvvəlcə ölkə, ardınca isə dünya iqtisadiy-
yatına təsiredəcək hala gəlmişdir.  
Caprio  və  Klingebielə  görə  bank  böhranı  bu  vəziyyətlərin 
hər birinin əmələ gəlməsi ilə təyin olunur. 
1. Bank sisteminin investisiyası praktik olaraq yox olmuşdur. 
2. Geri qaytarılmayan kreditlər bütün bank kreditlərinin 15-
20 %-i civarındadır və ya bundan çoxdur. 
3.  Bank  sektorunda  sıxıntıların  aradan  qaldırılma  xərcləri 
ÜDM-un ən az 3-5 %-inə çatmışdır. 
Kaminsky və Reinhart, Caprio və Klingebieldən fərqli olaraq 
bank böhranlarını “hadisələrlə” açıqlayırlar. 
1. Bank sistemində böhran, bank bağlanması, birləşmələri və 
ya dövlətin müsadirəsi ilə ortaya çıxır. 
2.  Böhran,  bağlanma,  birləşmə  və  ya  dövlət  tərəfindən 
müsadirənin  olmadığı,  ancaq  az  əhəmiyyətli  maliyyə  qurumuna 
böyük miqdarda dövlət yardımının edilməsi halında ortaya çıxır. 
Mikroiqtisadi  səbəblər  bank  sektorundakı  struktur  və 
idarəetmə parametrlərinin hamısını əhatə edir. Bu çərçivədə höku-
mətin  və  ya  mərkəzi  bankın  bank  sektoruna  birbaşa  müdaxilələri 
və ya təsirləri yer alır. 
1.  darəetmə - Hər bir bank uğursuzluğunda idarəetmə xəta-
sını göstərir, ancaq idarəetmə xətası heç bir zaman tək başına uğur-
suzluğun səbəbi ola bilməz. 
2. Qeyri-qənaətbəxş infrastruktur - Bank sisteminin uğursuz-
luğunda  qeyri-qənaətbəxş  infrastruktur  tək  başına  səbəb  olaraq 
göstərilə bilməz. Ancaq uçot və ya yoxlamadakı qüsurlar problem-
lərin həll olunmasını gecikdirir. Hüquqi infrastrukturdakı problem-


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə