Microsoft Word mal bohrani-zeynalov doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə3/55
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1706
1   2   3   4   5   6   7   8   9   ...   55

 
7
G   R   Ş  
 
Maliyyə böhranları həmən - həmən bütün ölkələrdə izlənilir 
ki, bu da həmin böhranların inkişaf xüsusiyyətləri, iqtisadi və ma-
liyyə sistemlərinin strukturu ilə şərtləndirilmiş olur.  
Maliyyə  böhranının  haqqında  verilən  təriflərə  əsaslanaraq, 
yerli və xarici müəlliflərin elmi araşdırmalarında maliyyə qeyri-sa-
bitliyinin yaranması və inkişafının dəqiq çərçivəsinin müəyyənləş-
dirilməsinə  dair  vahid  yanaşmanın  olmadığını  əminliklə  sübut  et-
mək olar. Maliyyə böhranı anlayışı o qədər genişdir ki, onun ma-
hiyyətini dəqiq müəyyənləşdirmək mümkün deyil. Maliyyə böhra-
nının strukturu məsələsində də iqtisadçı alimlər arasında fikir birli-
yi yoxdur. 
Beynəlxalq kapital hərəkətlərinə açıq bir iqtisadiyyatda xari-
ci  investorların  müxtəlif  ölkə  bazarlarında  apardığı  siyasətlərin 
müxtəlif  kanallar  ilə  ölkə  maliyyə  sisteminə  və  makroiqtisadi  sa-
bitliyə təsirləri mümkündür.   
Maliyyə  sarsılmaları sferasındakı işləri yekunlaşdıraraq belə 
qərara  gəlmək  olar  ki,  maliyyə  böhranının  tərkibinin  mahiyyəti 
aşağıdakılardan  ibarətdir:  maliyyə  böhranı  –  maliyyə  aktivlərinin 
qiymətinin kəskin düşməsi ilə və ya maliyyə bazarında vəziyyətin 
kəskin ağırlaşması, xüsusən də milli pul vahidinin dəyərsizləşməsi 
və suveren borcun ödənilməsi problemi, maliyyə bazarı və maliyyə 
institutlarının vasitəçilik funksiyasının axsaması və səhmlərin  mə-
zənnə dəyərinin kəskin düşməsi ilə xarakterizə olunur. 
Böhran  nəticəsində  itkilər  böyük  və  hətta  yol  verilməz  ola 
bilər. Maliyyə bazarının seqmentlərinin qarşılıqlı asılılığı böhranın 
bir  seqmentdən  digərinə  yayılmasına  səbəb  olur,  bütövlükdə  ma-
liyyə  bazarının  böhranına,  iqtisadi  böhrana  və  durğunluğa  gətirib 
çıxarda bilər. Ölkə və xarici mənbələrin öyrənilməsi əsasında val-
yuta  və  maliyyə  böhranlarının  əsas  səbəbləri,  ifadə  formaları  və 
nəticələri sistemləşdirilmiş qaydada verilmişdir.  
Qlobal  maliyyə  böhranının  təsiri  Azərbaycan  maliyyə  siste-
minə daha çox psixoloji xarakterli olmuş və maliyyə institutlarını 


 
8
inkişaf strategiyalarını yenidən nəzərdən keçirməyə sövq etmişdir. 
Ə
lverişsiz  xarici  mühitə  baxmayaraq  Azərbaycan  bank  sistemi 
reallaşan risklərə davamlılıq nümayiş etmişdir. 
Azərbaycan iqtisadiyyatı qlobal böhranı kifayət qədər hazır-
lıqlı və guclu mudafiə resursu ilə qarşılamışdır. Bu, böhrandan ön-
cəki  dövrdə  ölkədə  həyata  keçirilmiş  rasional  makroiqtisadi  və 
monetar siyasət, yaradılmış valyuta ehtiyatları, maliyyə risklərinin 
qabaqlayıcı rejimdə idarə olunması sayəsində mumkun olmuşdur.  
Bütun bunlar iqtisadiyyatın “təhlukəsizlik yastığı”nı əhəmiy-
yətli gucləndilməklə makroiqtisadi və maliyyə sabitliyi potensialı-
nı artırmışdır. 
Respublikamızın  maliyyə  təhlükəsizliyinin  təmini  baxımın-
dan beynəlxalq fond birjalarında, qiymətli kağızlar bazarında fəal 
iştiraka haqlı olaraq rasional və ehtiyatlı yanaşması maliyyə böhra-
nının  respublikamıza  təsirini  zəiflədən  əsas  amillər  sırasındadır. 
Dövlət başçısı  lham Əliyev Azərbaycanın qlobal böhrandan az zi-
yan  çəkməsinin  səbəblərinə  toxunarkən,  haqlı  olaraq,  respublika-
mızın  milli  maraqlara  əsaslanan  iqtisadi  siyasət  yetirdiyini  xüsusi 
önə  çəkir:  «"Bəzi  hallarda  Azərbaycanda  maliyyə  sektorundakı 
müəyyən  konservativ  meyillər  beynəlxalq  maliyyə  qurumları  tər-
ə
findən tənqid edilirdi. Bəzən bizə tövsiyə olunurdu ki, inteqrasiya 
meyillərinə daha da sürətlə qoşulaq, beynəlxalq ticarət qurumları-
na  inteqrasiya  edək.  Ancaq  bizim  mövqeyimiz  bütün  zamanlarda 
çox ehtiyatlı idi. Çünki Azərbaycan iqtisadiyyatı özünü təmin edən 
iqtisadiyyatdır.  Bəzi  başqa  ölkələr  kimi,  biz  xarici  yardımlardan 
asılı deyilik. Ona görə biz beynəlxalq iqtisadi əməkdaşlıq məsələ-
lərinə həmişə öz mövqeyimizdən yanaşmışıq"».  
Antiböhran tədbirləri sırasında 2009-cu ildə  «Mərkəzi Bank 
haqqında» qanuna edilən dəyişikliklər mühüm rol oynayıb. Qanu-
na  dəyişikliklər  və  əlavələr  Mərkəzi  bankların  statusuna  dair  son 
qlobal  meylləri  özündə  əks  etdirib.  Mərkəzi  Bank  banklara  daha 
uzun  müddətə  və  müxtəlif  valyutalarda  kreditlər,  o  cümlədən  su-
bordinasiya kreditləri vermək imkanı əldə edib. Mərkəzi Bank baş-
lıca  makroiqtisadi  tendensiyaları  və  real  sektorda  fəaliyyət  göstə-


 
9
rən müəssisələrin mikroiqtisadi monitorinqinin nəticələrini nəzərə 
alaraq  uçot  dərəcəsini  ötən  ilin  sonlarından  bəri  15%-dən  2%-ə, 
məcburi ehtiyat normalarını isə 12%-dən 0,5%-ə endirib. 
Milli Məclisdə qəbul olunmuş «Azərbaycan Respublikasının 
2010-cu  il  dövlət  büdcəsi  haqqında»  Azərbaycan  Respublikasının 
Qanunu  da  qlobal  böhran  şəraitində  respublikamızın  qarşıya  qoy-
duğu məqsədlərə doğru inamla irəliləyən dövlətlər sırasında oldu-
ğ
unu təsdiqləyir. Maliyyə böhranı şəraitində inkişaf etmiş dövlət-
lərin iqtisadiyyatında inkişaf tempinin zəifləməsinə rəğmən, Azər-
baycanda  artım  meyillərinin  nəzərə  çarpması  büdcə  gəlirlərinin 
tam  formalaşmasına  imkan  yaradır.  Respublikamızın  iqtisadi  və 
sosial  inkişaf  konsepsiyasına  uyğun  olaraq  hazırlanan  yeni  büdcə 
layihəsində  dünya  iqtisadiyyatında  növbəti  illərdə  gözlənilən 
meyillər də nəzərə alınıb. 
Azərbaycanda  sığortalanan  əmanətlərin  məbləği  6  min  ma-
natdan 30 min manatadək artırılıb. Bu da öz növbəsində əmanətçi-
lərin banklara inamının daha da güclənməsinə təkan verib. Görülən 
bu  tədbir  nəticəsində  banklara  maliyyə  vəsaitlərinin  cəlb  edilmə-
silə bağlı durumu daha da yaxşılaşdırıb. Bununla əlaqədar «"Stan-
dard  &  Poor's"»  agentliyi  qeyd  edir:  "Regionun  bəzi  digər  ölkə-
lərinin  bank  sistemlərindən  fərqli  olaraq  Azərbaycanın  bank  sis-
temi dünya böhranı başlandıqdan sonra yaranan çaxnaşma ilə əla-
qədar xeyli həcmdə əmanətlərin götürülməsindən qaça bilib".  
"Standard & Poor's" agentliyi Azərbaycanda bankların ciddi 
problemlərlə üzləşməməsi üçün hökumət tərəfindən də zəruri təd-
birlərin  görüldüyünü  və  bunun  lazımi  müsbət  nəticələr  verdiyini 
bildirir.  Məsələn,  qeyd  olunur  ki,  2009-cu  ilin  yanvarından  bank 
sektorunun  təkrar  kapitallaşmasının  stimullaşdırılması  məqsədilə 
mənfəət vergisinə güzəşt tətbiq edilir. 
Ümumiyyətlə, 2012-ci ilə qədər bank sektoru mənfəət vergi-
sindən azad edilib ki, bu da həm onların kapitallaşmasına, həm də 
böhran  şəraitində  maliyyə  problemi  ilə  üzləşməməsinə  münbit 
şə
rait yaradır.  


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə